Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   2   3   4   5   6   7   8   9   10   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
26 
bilər. Sürəyya Ağaoğlunun bədii yaradıcılığının məhsu-
lu olan «Bir ömür böylə keçdi» və «Səssiz gəmini bək-
lərkən» adlı xatirələri də türk memuar ədəbiyyatının ör-
nəkləri kimi dəyərləndirilməlidir.       
Aras Almasa gəldikdə isə, o, 1937-ci ildə, yəni atası 
Almas İldırım mühacirət etdikdən təqribən dörd il sonra 
Türkiyənin  Elazığ  bölgəsində  dünyaya  göz  açdığından 
mühacir  sayıla  bilməz  və  təbii  ki,  onun  poetik  irsi  də 
mühacirət ədəbiyyatı kimi təqdim və tədqiq edilməməli-
dir. Digər tərəfdən, A.Almasın Türkiyədə yaşadığı illər-
də qələmə aldığı şeirləri məzmun baxımından da müha-
cirət  ədəbiyyatına  aid  etmək  olmur.  Bu  şeirlərdə  şairin 
ata yurdu Azərbaycanın dərdlərinin əksini, bolşevik reji-
minin  antibəşər  mahiyyətinin  ifşasını,  milli  istiqlal  ide-
yasının tərənnümünü görmürük. A. Almasın şeirləri da-
ha çox insan, zaman və dünya haqqında, həyat və ölüm 
haqqında fəlsəfi düşüncələrin ifadəsidir. A.İldırımın po-
eziyasından  fərqli  olaraq,  A.  Almasın  şeirlərində  Azər-
baycanın  mükəmməl  poetik  obrazı  canlanmır.  V.  Sul-
tanlı:  «Arazın  şeirlərində,  Almas  İldırımın  yazılarında 
olduğu kimi, ilk diqqəti çəkən Azərbaycan mövzusudur. 
Bu mövzu şairi daim narahat etmiş, fikrindən, düşüncə-
lərindən  bir  an  olsun  belə  çəkilməmişdir.  O,  nədən  ya-
zır-yazsın,  şeirlərinin  mayasında  Vətənin  sevgi  və  həs-
rətdən yoğurulmuş obrazı cilvələnməkdədir» (45, s. 34; 
37,  s.  302)  yazırsa  da,  A.  Almasın  poetik  irsindən  əldə 
olan örnəklər, eləcə də şairin Bakıda çap olunmuş «Sa-
lam olsun» kitabında (64) toplanmış şeirlər onun bu mü-
lahizəsini  təsdiq  etmir.  Elə  V.  Sultanlının  fikrinin  təs-
diqi  üçün  nümunə  gətirdiyi  şeir  parçası  da  («Qarabağ 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
27 
şəhidlərinə») A. Almasın yaradıcılığının Türkiyə dövrü-
nün  deyil,  Azərbaycan,  Bakı  dövrünün  məhsuludur. 
Hərçənd şair 56 illik ömrünün 54 ilini Türkiyədə yaşa-
mış, burada 35 ildən artıq bədii yaradıcılıqla məşğul ol-
muş,  yalnız  vəfatından  təqribən  iki  il  öncə  ata  yurduna 
gəlmiş və 1993-cü il iyulun 13-də Şüvəlanda dünyasını 
dəyişmişdir.  Məhz  ömrünün  son  iki  ilində  Şüvəlanda 
yazdığı bir neçə şeirdə («Müqəddəs məktub», «Qarabağ 
şəhidlərinə», «Üz qarası», «Qardaşlarıma» və s.) A. Al-
mas Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi ifadə 
etmişdir. 
Bəzi  araşdırmalarda  Baninin  –  Ümmülbanunun 
Azərbaycan  mühacirət ədəbiyyatının nümayəndəsi kimi 
təqdim  edilməsi  isə  (45,  s.  41-45;  37,  s.  308-313;  43,    
s. 253-256; 96, s. 63-73) ən azı təəccüb doğurur. Çünki 
Baninin  ana  dilimizə  tərcümə  olunmuş  əsərləri  («İvan 
Buninin son höcəti», «Qafqaz günləri», «Paris günləri») 
ilə  tanışlıqdan  belə  bir  qənaət  hasil  olur  ki,  onun 
yaradıcılığı,  ümumiyyətlə,  Azərbaycan  ədəbiyyatının 
hadisəsi,  milli  ruhumuzun  ifadəsi  deyil.  Özü  də  yalnız 
dil amilinə görə yox. Fil.e.d. Vilayət Quliyev haqlı ola-
raq yazır ki, «... Parisə çatan kimi dinini dəyişən, əsərlə-
rində mənsub olduğu millət və mədəniyyət haqqında xo-
şagəlməz ifadələrə bol-bol yer verən Baninin – Ümmül-
banunun «Qafqaz günləri» romanını bir azərbaycanlı ki-
mi  xəcalət  çəkmədən  və  natamamlıq  kompleksi  keçir-
mədən oxuyub başa çıxmaq mümkün deyil» (30, s. 62). 
Yəqin elə buna görə də Baninin «Qafqaz günləri» və 
«Paris  günləri»  avtobioqrafik  romanlarını  fransızcadan 
dilimizə  çevirmiş  Hamlet  Qoca  haqlı  olaraq  onu  «əslən 


Nikpur  Cabbarlı 
 
 
 
28 
azərbaycanlı  olan  fransız  yazıçısı»  (28,  s.  83)  kimi  təq-
dim  edir  və  onun  yaradıcılığından  Fransa-Azərbaycan 
ədəbi əlaqələri kontekstində, özü də  «Fransızlar yurdum 
haqqında» kitabında (28, s. 83-113) danışır, həmtərtibçisi 
olduğu «Fransız ədəbiyyatı antologiyası»nda əsərlərindən 
parçalar  verir  (22,  s.  213-248).  Moskvada  nəşr  olunmuş 
biblioqrafik  göstəricilərdə  də  Banindən  fransız  yazıçısı 
kimi bəhs olunması (37, s. 309) təəccüblü deyildir. 
Nəhayət, 1991-ci ildən sonra Azərbaycan mühacirət 
ədəbiyyatının yeni mərhələsinin başlandığını qeyd edən 
V.Sultanlı  həmin  mərhələnin  nümayəndələri  sırasında 
hələ  sovet  dövründən  Rusiyada,  Moskvada  yaşayıb-ya-
radan  Həmzə  Fəthi  Xoşginabinin,  Xalıq  Koroğlunun, 
Çingiz  Hüseynovun,  Tofiq  Məliklinin,  Saleh  Əliyevin, 
Moskvada  doğulub  boya-başa  çatmış  Alla  Axundova-
nın, 1999-cu ildə işləmək üçün Almaniyaya köçmüş Ra-
sim  Mirzənin  və  digərlərinin  adlarını  çəkir  (37,             
s. 289-290).  
Öncə onu qeyd edək ki, bir dövlətin ərazisi daxilin-
də yaşayış yerinin dəyişdirilməsi, səbəbindən asılı olma-
yaraq, mühacirət, xüsusən də siyasi mühacirət sayıla bil-
məz.  Keçmişdə  SSRİ  vətəndaşlarının  bir  müttəfiq  res-
publikadan  digərinə,  bir  sovet  şəhərindən  başqasına 
köçmələri  də,  təbii  ki,  mühacirət  deyildi.  Vaxtilə  SSRİ 
vətəndaşları olan Çingiz Hüseynov, Tofiq Məlikli və b. 
sovet Azərbaycanından sovet Rusiyasının paytaxtına si-
yasi mühacir kimi gəlməmişdilər, bu heç nəzəri baxım-
dan  da  mümkün  deyildi.  Çünki  Sovet  İttifaqının  bütün 
ərazisində, o cümlədən Moskvada da, Bakıda olduğu ki-
mi, totalitar rejimin sərt qayda-qanunları, qadağaları tam 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
29 
həcmdə qüvvədə idi. Əksinə, Heydər Əliyevin hakimiy-
yəti  illərində  Azərbaycan  ziyalıları,  elm  və  ədəbiyyat 
xadimləri özlərini digər müttəfiq respublikalardakı həm-
karlarına  nisbətən  daha  sərbəst  hiss  edirdilər.  Ç.Hüsey-
novu,  T.Məliklini  o  dövrlərdə  Moskvaya  aparan  səbəb 
1920-1940-cı  illərdə  bir  sıra  ziyalılarımızı  mühacirətə 
sövq edən səbəb – «Azərbaycan davası»nı vətəndən kə-
narda yürütmək istəyi deyildi. Onlar sırf şəxsi motivlər-
lə bağlı özlərinin gələcək karyeralarını Moskvanın elmi, 
ədəbi-mədəni  mühitində  görürdülər  və  bu  da  o  dövr 
üçün başa düşüləndir. Hazırda isə hər iki hörmətli ziya-
lımız  Rusiya  Federasiyasının  vətəndaşıdır,  bu  dövlətin 
paytaxtında  ədəbi-elmi,  pedaqoji  fəaliyyətlərini  davam 
etdirir,  diasporumuzu  təmsil  edirlər.  Lakin  nə  onlar,  nə 
də Rusiyada, Amerika və Avropa ölkələrində müvəqqəti 
və ya daimi yaşamaq və işləmək üçün məskunlaşmış qu-
zeyli soydaşlarımız, çağdaş emiqrantologiyanın prinsip-
ləri ilə yanaşdıqda, siyasi mühacir deyillər, demək, onla-
rın  yaratdıqları  əsərlər  də  mühacirət  ədəbiyyatı  yox, 
diaspor ədəbiyyatıdır.  
Bununla belə, İran İslam inqilabından sonra güneyli 
soydaşlarımızın  bir  qismi  Avropa  ölkələrinə,  ABŞ  və 
Kanadaya köçmüşdür ki, onların içərisində siyasi müha-
cirlər də vardır. Fəqət indiki halda bu mühacirətin vahid 
ideoloji-siyasi  və  bədii-estetik  dəyərlərə  söykənən  bir 
ədəbiyyat  yaratdığını  söyləyə  bilmərik.  Eyni  zamanda, 
Azərbaycan  siyasi  mühacirətinin  əvvəlki  dalğaları  ilə 
müqayisədə Güney Azərbaycan siyasi mühacirəti ən azı 
mənəvi  baxımdan  daha  əlverişli  vəziyyətdədir.  Çünki 
onun  müstəqil  Azərbaycan  Respublikası  kimi  bir  qürur 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə