Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   2   3   4   5   6   7   8   9   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
22 
də qeyri-korrekt davranışı barədə məlumatlara rast gəli-
nir.  Səməd  Ağaoğlu  «Həyat  bir  macəra!  Çocuqluq  və 
gənclik xatirələri» adlı kitabında anasının uzaq qohumu 
olan Y. Vəzir barədə yazır: «Yusif bəy iyi salon adamı, 
əcəmi,  bacarıqsız  politikaçıydı.  Anadoluda  başlamış 
milli  mücadiləyə  qarşı  soyuq  davranıyor,  hətta  onu  kü-
çümsəyən sözləri qəzetələrə keçiyordu. Annəmin birkaç 
dəfə  yapdığı  uyarılara  aldırış  etmədi.  Fəqət  dostları  da 
yavaş-yavaş  azaldı  sonunda,  Azərbaycana  kommunist 
idarə gəlincə işsiz, ancaq sığınmış adam olaraq İstanbul-
da qaldığı zaman səfarətin salonları çoxdan boşalmışdı. 
Səfarətdə  oturan,  həyəcanlı,  əl-qol  hərəkətləri  bol  bir 
baş katiblə gənc gözəl qarısından başqa kimsəylə görüş-
müyordu.  Zəfərdən  sonra  Ankaranın  İstanbuldan  uzaq-
laşması üçün ilk işarət verdiyi adamlardan biri də Yusif 
bəy oldu. Bir daha nə üzünü gördüm, nə ismini eşitdim» 
(60, s. 95). 
1923-cü ilin əvvəllərində Türkiyə hökumətinin tələ-
bi ilə İstanbulu tərk edərək Fransaya gedən Y. Vəzir bu 
ölkədə yaşadığı üç il ərzində qürbət həyatının ağrı-acıla-
rını bol-bol dadmış, Paris yaxınlığındakı Klişi şəhərində 
mexanika  zavodunda  fəhləlik  etmiş  və  özünün  yazdığı 
kimi, «kapitalizm əsiri olan işçilərlə boyunduruq yoldaşı 
olaraq  dünyaya  başqa  nəzərlə  baxmağa  başlamışdır» 
(34,  s.  80-81).  Fransada  yaşadığı  dövrdə  1917-ci  ildən 
bəri üzvü olduğu Müsavat partiyasını «xalqı aldadan və 
soyan rəzillər yığıncağı» adlandıraraq onun sıralarından 
çıxan  Y.Vəzir  Fransa  Kommunist  Partiyasının  orqanı 
olan  «Paris  xəbərləri»  qəzetində  əməkdaşlığa  başlamış 
və  bu  qəzetin  səhifələrində  dərc  etdirdiyi  yazılardan 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
23 
birində  kommunizm  ideyalarına  rəğbətini  bildirərək 
yazmışdır:  «Mənim  əqidəm  həmişə  kommunist  əqidəsi 
ilə düz gəlibdir» (34, s. 81). Azərbaycan siyasi mühaci-
rətinin  mətbu  orqanı  olan  «Yeni  Kafkasya»  məcmuəsi 
Y.Vəzirin  «Müsavat»  partiyasına  və  onun  liderlərinə 
qarşı təhqirlərinə «Şərəfsiz bir aqibət» məqaləsi ilə mü-
nasibət  bildirmişdir.  Bu  məqalənin  müqabilində  ədib 
1925-ci ildə məşhur ««Müsavatçı»ya cavab»ını yazaraq, 
Parisdən  Bakıya,  «Kommunist»  qəzetinə  göndərmişdir 
(34, s. 81-82). 
««Müsavatçı»ya cavab» Y.V. Çəmənzəminlinin bir 
tərəfdən, Azərbaycan siyasi mühacirəti və onun liderləri 
ilə arasında olan bütün körpüləri yandırdığını, digər tə-
rəfdən  isə,  1917-1919-cu  illər  arasında  qələmə  aldığı 
publisistik  məqalələrdə  («Azərbaycan  muxtariyyəti», 
«Xarici siyasətimiz», «Milli və mədəni işlərimiz») əksi-
ni  tapmış  ideoloji-siyasi  baxışlardan  geri  çəkildiyini 
göstərir.  Belə  ki,  bolşeviksayağı  təhqir  və  ittihamlarla 
dolu  olan  cavabında  o  yazır:  «Əgər  Məhəmməd  Əmin-
lər Azərbaycanda feodalizmin ehyasına və qolçomaqla-
rın təkrar iş başına gəlməsinə inanırlarsa, əmin olsunlar 
ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, 
lakin  əskimiş  idarənin  təkrar  hökm  sürməsinə  razı  ol-
mazlar.  Çünki  böyük  inqilabın  feyzləri  geri  alınmaz» 
(18, s. 191). 
Əslində  mənsub olduğu xalqın milli-mənəvi dəyər-
lərinə, tarix, ədəbiyyat və mədəniyyətinə bağlı vətənpər-
vər bir ziyalı olan Yusif Vəzirin siyasi baxışlarındakı bu 
kəskin təbəddülatın köklərini, səbəbini onun öz xarakte-
rində  axtarmaq  lazımdır.  Siyasətlə  məşğul  olduğu  illəri 


Nikpur  Cabbarlı 
 
 
 
24 
«həyatının ən kədərli dövrü» adlandıran ədib etiraf edir 
ki,  «Mən  təbiətcə  maarif  və  mədəniyyət  adamıyam. 
Mən  ədəbiyyatla  yaşayıram  və  xaricə  getməyimə  də  o 
bais olubdur. Müsavat dövründə mən Azərbaycanda cə-
mi-cümlətanı  bir  ay  olmuşam  və  məndə  belə  bir  inam 
olub  ki,  özlərini  ölkənin  yiyəsi  kimi  aparan  müsavat 
başçılarının  ağalığı  müvəqqətidir.  Müsavat  hakimiyyə-
tinin  nümayəndəsi  olmağım  da  təsadüfi  olub.  Elə  ona 
görə də sovet hökuməti gələn kimi vəzifədən istefa ver-
mişəm...» (34,  s. 79).  Müsavatçı keçmişini lənətləyərək 
1926-cı  ilin  aprelində  Vətənə  dönən  Y.  Vəzir  çox  keç-
mədən bu dəfə də siyasi oriyentasiyada səhvə yol verdi-
yini anlayır və nə qədər paradoksal olsa da, 1940-cı ildə 
«əks-inqilabi  millətçi-müsavatçı  təşkilatın  üzvü»  kimi   
8 il həbs cəzası alır (13, s. 203). 
Beləliklə,  XX  əsr  ədəbiyyatımızın  və  ədəbi-elmi  
fikrimizin  inkişafındakı  xidmətləri  üzərinə  əsla  kölgə 
salmadan, bədii və elmi irsinin yüksək dəyərini bir daha 
təsdiq  edərək,  vətənpərvər  bir  ziyalı  olduğuna  qətiyyən 
şübhə  etmədiyimizi  vurğulayaraq,  siyasi  baxışlarındakı 
təbəddülatların  mənəvi-psixoloji  səbəblərini  anlamağa 
çalışaraq bəyan edirik ki, Y.V. Çəmənzəminli Azərbay-
can  mühacirət  ədəbiyyatının  nümayəndəsi  deyildir.  Ən 
azı  ona görə ki, ilk Cümhuriyyətimizin süqutundan son-
ra xaricdə yaşadığı dövrdə Vətənindəki bolşevik rejimi-
nə  qarşı  müxalifətdə  olmamış,  ədəbi,  elmi,  publisistik 
fəaliyyəti ilə «Azərbaycan davası»nı dəstəkləməmiş, ək-
sinə,  siyasi  mühacirətimizə  qarşı  qərəzli  çıxışlar  etmiş-
dir.  Vətəndəki  siyasi  rejimə  qarşı  müxalifət  mövqeyi 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
25 
isə, yuxarıda göstərildiyi kimi, mühacirət ədəbiyyatının 
universal xüsusiyyətləri sırasında birinci qeyd olunur. 
V. Sultanlı araşdırmalarında Y.V. Çəmənzəminli ilə 
yanaşı, Səməd Ağaoğludan (45,s. 45-47;37, s. 313-318), 
Sürəyya Ağaoğludan (37, s. 318-321) və Aras Elmasdan 
da (45, s. 16, 33-34; 37, s. 292, 301-302) mühacirət ədə-
biyyatımızın  nümayəndələri  kimi  bəhs  edir  ki,  bu  da 
çağdaş emiqrantologiyanın təməl müddəaları ilə ziddiy-
yət  təşkil  edir.  İlk  növbədə  ona  görə  ki,  bu  şəxsiyyət-
lərin  heç  biri  siyasi  mühacir  deyildir.  Belə  ki,  Səməd 
Ağaoğlu (1909-1982) və Sürəyya Ağaoğlu (1903-1989) 
Bakıdan  İstanbula,  mühacirət  həyatı  seçmiş  ataları       
Ə. Ağaoğlunun yanına köçmüşdülər. Təbii ki, bu zaman 
6  yaşında  olan  Sürəyyanın,  südəmər  çocuq  olan  Səmə-
din Vətəni tərk etmək üçün siyasi səbəbləri ola bilməz-
di. Bu köç onların anası Sitarə xanımın «harda və hansı 
şərtlər içində olursa-olsun, ölüncəyə qədər  əri ilə yanaşı 
olmaq» (58, s. 25; 59, s. 217; 61, s. 8-9) istəyinin nəticə-
si  idi.  Sonralar  Türkiyənin  ictimai-siyasi  həyatında  fəal 
iştirak edən, üç dəfə  millət vəkili seçilən, dövlət qullu-
ğunda  yüksək  vəzifələrdə,  o  cümlədən  nazir,  baş  nazir 
müavini  vəzifələrində  çalışan,  siyasi  fəaliyyətinə  görə 
bir  neçə  il  həbsdə  olan  Səməd  Ağaoğlu,  eləcə  də  onun 
bacısı,  Türkiyənin  məşhur  hüquqşünaslarından  biri,  bu 
ölkənin  ilk  qadın  vəkili  Sürəyya  Ağaoğlu  obyektiv  və 
subyektiv  səbəblərdən  «Azərbaycan  davası»na  qatılma-
mışlar. Onların bədii irsi də mühacirət ədəbiyyatının yu-
xarıda  qeyd  olunan  səciyyəsinə  uyğun  gəlmir.  Səməd 
Ağaoğlunun bədii nəsri 1940-1970-ci illər türk nəsrinin 
kontekstində, onun tərkib hissəsi kimi nəzərdən keçirilə 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə