Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   2   3   4   5   6   7   8   9   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
10 
Belə  ki,  Məhəmməd  Altunbayın  iki  dəfə  (1974  və  
1980-ci  illərdə)  İstanbulda  kiçik  kitabça  şəklində  nəşr 
edilmiş  «Düşmən  gəlir»  adlı  uşaqlıq  xatirələri  istisna 
olmaqla, sözügedən dövrdə mühacirət nəsrimizin başqa 
mətbu örnəyinə rast gəlmirik. Həmin müəllifin 1989-cu 
ildə  Ankarada  işıq  üzü  görmüş  «Hürriyyətə  uçan  türk» 
əsəri  isə,  Azərbaycan  mühacirət  nəsrinin  bizə  məlum 
olan, hələlik, sonuncu mətbu örnəyidir. 
Yuxarıda  adlarını  qeyd  etdiyimiz  əsərlərlə  yanaşı, 
mühacir müəlliflərin mətbu və qeyri-mətbu (bitmiş, ya-
xud  natamam,  avtoqraf,  yaxud  makina  yazısı  halında) 
nəsr əsərlərinin mövcud ola biləcəyini də istisna etmirik 
və bu yöndə axtarışların gələcəkdə də davam etdirilmə-
sini məqsədəuyğun sayırıq.    
 
*** 
Məlum səbəblərdən Azərbaycan mühacirət nəsrinin 
vətəndə tədqiqi yalnız müstəqillik illərində mümkün ol-
muşdur. Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Şamil Qur-
banov,  Vaqif  Sultanlı,  Əbülfəs  Qarayev,  Asif  Rüstəmli 
və b. öz araşdırmalarında mühacirət nəsrimizin ayrı-ayrı 
örnəklərindən bəhs etmişlər və biz araşdırmamızda, yeri 
gəldikcə,  onların  fikirlərinə  istinad  edəcək,  münasibət 
bildirəcəyik.  Bununla  belə,  Azərbaycan  mühacirət  nəs-
rinə  dair  indiyədək  sistemli  monoqrafik  araşdırma  apa-
rılmamışdır. Elmi ictimaiyyətin diqqətinə təqdim edilən 
bu monoqrafiya həmin yöndə ilk addımdır. Əsərdə mü-
hacirət  nəsri  örnəkləri  aşağıdakı  problemlər  üzrə  araş-
dırılmışdır:  
 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
11 
1.
 
Milli istiqlal hərəkatının inikası  
2.
 
Azərbaycanlıların  soyqırımı  ümumbəşəri  faciə 
kimi 
3.
 
Totalitar sovet rejiminin ifşası 
4.
 
Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dər-
ki 
 
5.
 
Atatürkün  bədii-sənədli  obrazı 
Bəzi  müəlliflərin  (N.Şeyxzamanlı,  M.Altunbay) 
əsərlərini  təhlil  edərkən  mövzu  ilə  bağlı  onların  tərcü-
meyi-hallarını verməyi lazım bilmişik. A. Dağlı, T.Atəş-
li  kimi  mühacir  sənətkarların  ömür  yolundan  əvvəlki 
araşdırmalarımızda  bəhs  etdiyimizdən  burada  təkrara 
yol verməmək üçün mətn daxilində həmin araşdırmalara 
istinadlar  verilmişdir.  M.Ə.  Rəsulzadə,  Ə.  Ağaoğlu,   
M.B. Məhəmmədzadə, F. Əmircan kimi tanınmış siyasi 
mühacirlərin tərcümeyi-halı müxtəlif dövri nəşrlərdə və 
araşdırmalarda  dəfələrlə  verildiyi  üçün  təkrara  lüzum 
görmədik.  Dəyərli  oxucular  onların  ömür  yolu  barədə 
bu mənbələrə müraciət edə bilərlər:  
Mövsüm  Əliyev.  Əhməd  bəy  Ağayev.  «Ədəbiyyat 
və incəsənət» q., 10 iyun 1988; Mövsüm Əliyev. Məm-
məd  Əmin  Rəsulzadə.  «Odlar  yurdu»  q.,  iyun  1990, 
№11; Asif Rüstəmli. İstiqlal fədaisi (M.B. Məhəmməd-
zadənin həyat və yaradıcılığından ştrixlər). «Ədəbi istiq-
lalımız»  (Bakı,  Elm,  2004)  kitabında.  s.  51-72;  Fuat 
Emircan  (1911-  8.5.1995)  nekroloq.  «Azerbaycan  Türk 
Kültür Dergisi», Ankara, 1995, sayı 304, s. 24-29. 
Lakin  mühacirət  nəsrinin  bilavasitə  təhlilinə  keç-
məzdən öncə «Azərbaycan mühacirət ədəbiyyatı» anla-
yışının məzmununu aydınlaşdırmağı, bu ədəbiyyatın el-
mi-nəzəri  statusunu  və  xronoloji  sərhədlərini  müəyyən-
ləşdirməyi zəruri sayırıq. 


Nikpur  Cabbarlı 
 
 
 
12 
 
 
AZƏRBAYCAN  MÜHACĠRƏT 
ƏDƏBĠYYATI: ELMĠ-NƏZƏRĠ  
STATUSU  VƏ   
XRONOLOJĠ  SƏRHƏDLƏRĠ 
 
zərbaycan  mühacirət  ədəbiyyatı»  anlayışının 
məzmununu  açmaq  üçün  ilk  növbədə  ərəb 
mənşəli mühacir və mühacirət sözlərinin mənasını aydın-
laşdırmaq zəruridir. «Azərbaycan dilinin izahlı lüğəti»ndə 
mühacir – 1. siyasi, iqtisadi və ya dini səbəb üzündən  və-
tənini  tərk  edib  başqa  ölkəyə  köçən  və  orada  yaşayan 
adam;  siyasi mühacir; 2. yeni yerə, yeni torpaqlara köçən 
və köçürülən adam  mənalarında izah olunur ki, bunlardan 
birincisi  bizim  araşdırdığımız  problem  üçün  əhəmiyyətli-
dir, ikincisi isə mübahisəlidir. 
Yenə  həmin  lüğətdə  mühacirət  –  1.  siyasi,  iqtisadi 
və ya dini səbəbdən məcburi və ya könüllü olaraq vətə-
nini tərk edib başqa ölkəyə köçmə; 2. mühacirət nəticə-
sində  xaricdə  yaşama  kimi  (5,  s.  411)  izah  edilir  ki,  bu 
izahların  hər  ikisi  araşdırdığımız  problem  baxımından 
bizi qane edir. 
«Azərbaycan Sovet Ensiklopediyası»nda mühacir – 
başqa yerə köçən; mühacirət – adamların iqtisadi (işsiz-
ik),  siyasi  (inqilab,  müharibə)  səbəblərdən  ölkədən  kö-
nüllü  köçməsi  və  ya  məcburi  köçürülməsi;  mühacirlər 
isə – siyasi, iqtisadi, dini və s. səbəbdən öz ölkəsini kö-
nüllü, yaxud məcburən tərk edib başqa ölkəyə köçən və-
təndaşlar (8, s. 137) kimi təfsir edilir.   
 «A 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
13 
Rusca  «Qısa  siyasi  lüğət»də  mühacirət  –  iqtisadi, 
siyasi, yaxud şəxsi səbəblərlə bağlı olaraq yaşadığı ölkə-
ni  tərk  edib,  müvəqqəti,  yaxud  uzun  müddətə  xarici 
dövlətdə məskunlaşmaq kimi şərh edilir (102, s. 469). 
Rus və bir sıra Avropa dillərində olan lüğət və en-
siklopediyalarda da  mühacir və  mühacirət  sözlərinə ve-
rilən  izahlar,  əsasən,  yuxarıda  qeyd  etdiklərimizlə  üst-
üstə düşür. Beləliklə, mühacirət dedikdə, siyasi, iqtisadi, 
dini və s. motivlərlə könüllü, yaxud məcburi olaraq və-
təni tərk edib, xarici ölkəyə köçmək və orada məskunla-
şıb yaşamaq başa düşülür. 
Lakin  siyasi  mühacirəti  yaradan  səbəblərdən  danı-
şarkən  mütləq bir incə məqamı da qeyd etməliyik. Bə-
zən siyasi  mühacirət bu və ya digər işlə (məsələn: xid-
məti ezamiyyət, diplomatik missiya, hərbi xidmət, təhsil 
almaq və s.) bağlı ölkədən getmiş insanların siyasi mo-
tivlərlə (vətəndə dövlət çevrilişinin baş verməsi, repres-
siya təhlükəsi və s.) əlaqədar geriyə dönə bilməməsi, ya-
xud  dönmək  istəməməsi  nəticəsində  də  yaranır.  Məsə-
lən,  Azərbaycan  Xalq  Cümhuriyyəti  parlamentinin 
1919-cu  ildə  Paris  sülh  konfransına  göndərdiyi  nüma-
yəndə  heyətinin  üzvləri  taleyin  onlar  üçün  hazırladığı 
sürprizdən  xəbərsiz  idilər.  Azərbaycan  istiqlalının  de-
fakto  tanınmasından  ötrü  misilsiz  xidmətlər  göstərmiş 
bu ziyalılarımız (1919-cu ilin avqustunda Bakıya qayıt-
mış M.H. Hacınski istisna olmaqla) 1920-ci il 27 aprel 
işğalından sonra Vətənə qayıtmayaraq, milli mücadiləni 
xaricdə  davam  etdirməyə  qərar  verdilər.  Bunlar  Azər-
baycan  siyasi  mühacirətinin  görkəmli  xadimləri:           
Ə.  Topçubaşov,  Ə.  Şeyxülislamov,  M.  Məhərrəmov,      


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə