Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   2   3   4   5   6   7   8   9   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
14 
C. Hacıbəyli, M. Mirmehdiyev (sonralar bəzi mənbələr-
də Mehdizadə), A. Atamalıbəyov idi. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  ali 
təhsil almaq üçün xarici ölkələrə göndərdiyi gənclərdən 
bir qismi də bolşevik işğalından sonra Vətənə dönməyə-
rək mühacirət həyatını seçmişdir. Həmin gənclərdən biri 
olan Hilal Münşi mühacirətdə fəal siyasi xadim və pub-
lisist kimi tanınmış, «Müsavat» partiyasının Divan üzvü 
və  Azərbaycan  Milli  Mərkəzinin  Berlin  təmsilçisi  ol-
muşdur (97, s. 61, 258, 274-277). 
İkinci Dünya müharibəsindən sonra da siyasi səbəb-
lərlə əlaqədar (almanlara əsir düşdüklərinə, yaxud Vətə-
nin  qurtuluşu  uğrunda  milli  hərbi  birliklərin  tərkibində 
sovet  qoşunlarına  qarşı  döyüşdüklərinə  görə)  cəbhədən 
geriyə  qayıda bilməyən soydaşlarımızın hesabına Azər-
baycan mühacirətinin sıraları növbəti dəfə sıxlaşdı. Belə 
ki,  Vətənə  qayıdıb  NKVD  zindanının  zirzəmisində 
edam  olunmaqdan,  yaxud  Sibirə  sürgün  edilməkdənsə, 
xarici ölkələrdə qalmağı üstün tutan milliyyətçi azərbay-
canlıların bir qismi mühacirətimizin siyasi qanadına qo-
şuldu və istiqlal savaşını bu yolla davam etdirməyə baş-
ladı.  Hərb  meydanından  siyasi  mühacirətin  sıralarına 
qatılanlardan A.Dağlı, T.Atəşli, S.Təkinər 1950-1970-ci 
illərdə  Azərbaycan  mühacirət  ədəbiyyatının  və  ədəbi-
tənqidi  fikrinin  inkişafında  mühüm  xidmətlər  göstərdi-
lər. 
Bu  məqamları  xüsusi  vurğulamaqda  məqsədimiz 
diqqəti  Azərbaycan  siyasi  mühacirətinin  (eləcə  də  mü-
hacirət ədəbiyyatının) təşəkkülünü və inkişafını şərtlən-
dirən amillərin müxtəlifliyinə  yönəltmək və  bununla da 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
15 
«mühacir» və «mühacirət» sözlərinin, təcrübədə, müxtə-
lif lüğət və ensiklopediyalarda onlara verilən izahlardan 
daha geniş məna yükü daşıdıqlarını təsbit etməkdir. Yə-
ni siyasi mühacirət insanların yalnız siyasi motivlərlə öz 
ölkəsini  tərk  edib  başqa  ölkəyə  köçməsinin  nəticəsində 
deyil,  eyni  zamanda  onların  müxtəlif  münasibətlərlə 
getdikləri ölkələrdən yenə də siyasi  motivlərlə  əlaqədar 
geriyə – vətənə dönməmələri nəticəsində də yarana bilir. 
Azərbaycan siyasi mühacirətinin tarixi ilə bağlı yuxarı-
da  xatırlatdığımız  faktlar  bunun  əyani  sübutu,  bariz 
təsdiqidir. 
XX əsrdə baş verən iki dünya müharibəsi, çoxsaylı 
regional hərbi əməliyyatlar,  irqi, dini və milli  zəmində 
törəyən  münaqişələr, inqilablar, iqtisadi böhranlar və s. 
mühacirətin  əvvəlki  yüzilliklərlə  müqayisədə  xüsusilə 
geniş  miqyas  almasına  səbəb  olmuşdur.  Bu  isə  öz  növ-
bəsində  dünyada  gedən  sosial-siyasi  proseslərdə,  ayrı-
ayrı  millətlərin  və  dövlətlərin  tarixi  taleyində  müha-
cirətin, özəlliklə, siyasi mühacirətin rolunun əhəmiyyətli 
dərəcədə  artmasını,  bir  sıra  hallarda  isə  həlledici  amilə 
çevrilməsini  şərtləndirmişdir.  XX  əsrin  80-ci  illərindən 
başlayaraq  mühacirətşünaslığın  müstəqil  bir  elm  sahəsi 
kimi  formalaşması  da  məhz  bu  yüzillikdə  mühacirətin 
durmadan  artan  sosial-siyasi  çəkisi,  çoxşaxəli  fəaliyyət 
istiqamətləri ilə əlaqədardır.  
Emiqrantologiya  (mühacirətşünaslıq)  mühacirət 
prosesinin  subyekti  olan  insan  tipi,  mühacirətin  axın-
ları və istiqamətləri, insanın qürbətdəki həyatının özəl-
likləri,  yeni  sosial  mühitə  uyğunlaşması  prosesi,  ha-
belə mühacirətin yaradıcılığı və bu yaradıcılığın xüsu-


Nikpur  Cabbarlı 
 
 
 
16 
siyyətləri  haqqında  elmdir  (94,  s.  6-7).  «Emiqrantolo-
giya»  termini  ilk  dəfə  olaraq  Polşanın  Yaqillon  Uni-
versitetinin  professoru  Lyusian  Suxanek  tərəfindən  sla-
vistlərin  1998-ci  ildə  Krakovda  keçirilmiş  XΙΙ  Ümum-
dünya  konqresi  çərçivəsində  təşkil  olunmuş  dəyirmi 
masa  müzakirələri  zamanı  irəli  sürülmüşdür  (94,  s.  6; 
105, s. 129). 
Mühacirətşünaslıq belə bir nəzəri başlanğıcdan çıxış 
edir ki, «Vətəni tərk etmiş hər insan mühacir deyil. Mü-
hacirəti bədbəxtlik və ümid yaradır. Məhz buna görə də 
Amerikaya,  yaxud  Hindistana  köçmüş  ingilis  mühacir 
olmur;  o,  olsa-olsa,  yaşayış  yerini  dəyişmiş  insandır. 
Müstəqil  Ukraynaya  köçmüş  rus-mühacir  deyil,  lakin 
Fransaya  və  ABŞ-a  köçən  rus-mühacirdir.  Xoşbəxt 
ölkədən köçən şəxs mühacir olmur. Məhz buna görə də 
ömürlərinin bir hissəsini vətəndən kənarda keçirmələri-
nə baxmayaraq, nə S. Moyem, nə E. Heminquey, nə də 
A. Şveytser mühacir deyildilər. Amma A. Eynşteyn Al-
maniyadan olan mühacir idi. Bu gün avropalı üçün doğ-
ma  ölkədən  hətta  uzun  illərə  köçmək  mühacirət  deyil, 
adaptasiyanın  çətinlikləri  də  daxil  olmaqla  bir  yerdən 
başqa yerə köçməkdir. Nə az, nə çox» (106, s. 465).  
Mühacirətşünaslıq  müstəqil  bir  elm  sahəsi  kimi     
XX  əsrin  sonlarında  təşəkkül  tapsa  da,  mühacirətin,  o 
cümlədən  Azərbaycan  mühacirətinin  öyrənilməsi  tarixi 
daha əvvəllərdən – həmin əsrin 20-30-cu illərindən baş-
layır. Biz M.B. Məhəmmədzadəni cəsarətlə Azərbaycan 
mühacirətşünaslığının banisi saya bilərik. Belə ki, onun 
mühacirət  tariximizə  dair  çoxsaylı  məqalələri,  xüsusilə 
«Milli  Azərbaycan  hərəkatı»  adlı  qiymətli  araşdırması-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
17 
nın müvafiq fəsilləri buna əsas verir. «Düşmən istilasına 
uğramış yurdunu qurtarmaq, hürriyyət və istiqlalını qay-
tarmaq üçün yapdığı şanlı savaşda hər millət qəhrəman-
lıqlar,  fədailər,  mücahidlər,  şəhidlər  və  məzlumlarla 
yan-yana, bir də siyasi mühacirət yaradır» (81, s. 158) – 
deyən Mirzə Bala sözügedən araşdırmasında dünya mü-
hacirət  hərəkatının  tarixindən,  müxtəlif  millətlərin  mü-
qəddəratında siyasi mühacirətin şanlı rolundan müxtəsər 
bəhs  etmiş,  Azərbaycan  mühacirətinin  tarixi  kökləri, 
inkişaf  mərhələləri  üzərində  ətraflı  dayanmış,  onun 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra 
formalaşan  yeni  mərhələsinin  fəaliyyətini  müfəssəl təh-
lil etmişdir. Milli mühacirətimizin sosial tərkibinin daim 
dəyişdiyini, yeniləşdiyini, şəkildən-şəklə düşdüyünü, bu 
toplum içərisində müxtəlif səviyyəli zümrələrin bir-biri-
nə  qarışdığını,  müxtəlif  mənafelərin  çarpışdığını  qeyd 
edən  M.B.  Məhəmmədzadə  mühacirətimizi  siyasi  və 
qeyri-siyasi  olmaq  üzrə  iki  qrupa  ayırır  (81,  s.  163). 
Milli  istiqlal  hərəkatını  –  «Azərbaycan  davası»nı  xarici 
ölkələrdə yürüdən, təbii ki, mühacirətimizin siyasi qolu 
idi.  Azərbaycan  mühacirət  ədəbiyyatını  yaradanlar  da 
məhz siyasi mühacirlərimiz idi. Bəs «mühacirət ədəbiy-
yatı» dedikdə biz hansı ədəbiyyatı nəzərdə tuturuq? 
Mühacirət ədəbiyyatını, ümumiyyətlə, XX əsr hadi-
səsi  kimi  dəyərləndirən,  onun  vətəndə  yaranan  milli 
ədəbiyyatla dil, ənənə və s. kimi ümumi cəhətlərə malik 
olduğunu  vurğulayan  tanınmış  ədəbiyyat  nəzəriyyəçisi, 
Rusiya  EA    A.M.  Qorki  adına  Dünya  Ədəbiyyatı  İnsti-
tutunun  qocaman  əməkdaşı,  professor  Y.B.  Borev  bu 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə