Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
30 
və  güvənc  yeri  vardır.  Belə  olduğu  təqdirdə,  Güney 
Azərbaycan  siyasi  mühacirətinin  fəaliyyətinin  əsas  hə-
dəfini, onun yaradacağı ədəbiyyatın məfkurəvi qaynağı-
nı  bütöv  Azərbaycan  ideyası  təşkil  etməlidir.  Təbii  ki, 
bu zaman mövcud geosiyasi reallıqlar da unudulmama-
lıdır. Əks təqdirdə, İrandakı teokratik rejimlə barışa bil-
məyib, xaricə köçmək hələ heç də həmin şəxsin milliy-
yətçi, vətənpərvər azərbaycanlı olduğu anlamına gəlmir. 
Belə  ki,  teokratik  qayda-qanunları  qəbul  etməyib,  İranı 
tərk edənlər içərisində farslar da az deyildir. 
Bəzən S.C. Pişəvərinin başçılıq etdiyi Güney Azər-
baycan  milli  hökumətinin  süqutundan  (1946)  sonra  so-
vet  Azərbaycanına  keçən  soydaşlarımızı  da  mühacir, 
onların  yaratdıqları  ədəbiyyatı    isə  Güney  Azərbaycan 
mühacirət ədəbiyyatı kimi təqdim etmək cəhdlərinin şa-
hidi oluruq. Elmi ədəbiyyatda bu məsələyə münasibətdə 
iki mövqe nəzərə çarpır. Prof. Vaqif Sultanlıya görə, bu 
hadisə vətəndən-vətənə «hicrət» olduğu üçün ondan mü-
hacirət kimi bəhs olunmur (45, s. 14; 37, s. 284). Tarix 
elmləri doktoru Xaləddin İbrahimlinin fikrincə isə, «Və-
təndən vətənə mühacirət olmaz!» tezisinin mənəvi tərəfi 
başa düşülən olsa da, yalnız coğrafi mənada, ərazicə de-
yil,  ideoloji-siyasi  cəhətdən  də  iki  yerə  parçalanmış  və 
hər ikisi qeyri-müstəqil olan bir Azərbaycandan o birinə 
keçid sözün rəsmi mənasında SSRİ-dən İrana mühacirət 
idi» (27, s. 10). 
Şübhəsiz  ki,  Güney  Azərbaycan  milli  hökumətinin 
süqutu  ilə  əlaqədar  bir  qrup  soydaşımızın  Azərbaycan 
SSR-ə keçməsində siyasi motivlər var idi və təbii ki, bu 
aksiya  Kreml  tərəfindən  sanksiyalaşdırılmışdı.  Çox  gü-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
31 
man  ki,  S.C.  Pişəvəri  və  onun  məsləkdaşları  bu  hicrəti 
müvəqqəti  hesab  edir  və  ilk  fürsətdəcə  geriyə  dönüb, 
milli  azadlıq  hərəkatını  yenidən  başlamağı  düşünürdü-
lər.  Fəqət  hadisələrin  sonrakı  gedişi  bunun  reallıqdan 
uzaq  olduğunu  göstərdi.  Sovet  Azərbaycanına  pənah 
gətirən güneyli soydaşlarımız burada xüsusi xidmət or-
qanlarının ciddi nəzarəti, bir sıra hallarda isə sərt təpkisi 
ilə üzləşdilər. Güney Azərbaycan Demokratik Firqəsinin 
Bakıdakı  fəaliyyəti  məhz  bu  orqanlar  tərəfindən  yönəl-
dilirdi. Təbii ki, belə bir şəraitdə müstəqil siyasi fəaliy-
yətdən  söhbət  belə  gedə  bilməzdi.  Əslində  o  zamankı 
şərtlər  daxilində  bu  heç  mümkün  də  deyildi.  Güneyli 
soydaşlarımız  yağışdan  çıxıb,  yağmura  düşdüklərinin 
fərqində  idilər.  Onlar  burada,  Arazın  o  tayında  qalmış 
həmvətənlərinin azadlığı uğrunda mübarizə aparan siya-
si mühacir deyil, Sovet dövlətinin əlində İran dövlətinə 
qarşı təzyiq aləti olduqlarını anlayırdılar. Bu statusa qar-
şı  açıq-aşkar  üsyan  edənlərin  aqibəti  isə  S.C.  Pişəvəri-
nin, M.Biriyanın aqibəti kimi oldu. B.Azəroğlu, M. Gül-
gün,  P.  Makulu,  Ə.  Tudə,  H.  Billuri  kimi  şair  və  yazı-
çılar isə sovet Azərbaycanındakı senzuranın imkan ver-
diyi  hədlər  daxilində  cənub  həsrətini,  güneyli  soydaş-
larımızın azadlıq arzularını qələmə aldılar, fars şoviniz-
minin  eybəcərliklərini  ifşa  etdilər.  Amma  onların  qələ-
mə  aldığı  bu  əsərlər  Güney  Azərbaycan  mühacirət  po-
eziyası, nəsri, yaxud dramaturgiyası deyildi, sovet dövrü 
Azərbaycan ədəbiyyatı idi. Demokratik azadlıqların, xü-
susilə  yaradıcı  insanlar  üçün  həyati  əhəmiyyət  kəsb 
edən  söz,  fikir,  mətbuat  azadlığının  mövcud  olmadığı, 
siyasi  senzuranın  tüğyan  etdiyi  totalitar  bir  ölkədə  – 


Nikpur  Cabbarlı 
 
 
 
32 
SSRİ-də  mühacirət  ədəbiyyatı  yarana  bilməzdi,  yaran-
saydı belə, açıq nəşr edilə və yayıla bilməzdi. Yəqin bu 
da təbii və qanunauyğun bir haldır ki, İran ərazisində, o 
cümlədən Güney Azərbaycan bölgələrində siyasi müha-
cirətimizin,  Müsavat  Partiyasının  Xarici  Ölkələr  Büro-
sunun  gizli  təşkilatların  geniş  şəbəkəsini  yaratmasına 
baxmayaraq,  bu  ölkədə  mühacirət  ədəbiyyatımız  və 
mətbuatımız  intişar  tapmadı.  A.  İldırım  hətta  Təbrizdə 
də duruş gətirə bilməyib, Türkiyəyə köçdü. Bu da o za-
mankı  İran  dövlətinin  monarxist  mahiyyətindən  irəli 
gəlirdi. 
Elmi ədəbiyyatda bəzən Cəlil Məmmədquluzadənin 
Təbrizdə yaşadığı dövrü də (sentyabr 1920 – may 1921) 
mühacirət,  «Molla  Nəsrəddin»  jurnalının  bu  şəhərdə 
nəşr  olunmuş  saylarını  isə  mühacirət  mətbuatımızın  ilk 
örnəkləri  kimi  təqdim  etmək  cəhdlərinə  rast  gəlirik. 
Mirzə Cəlil yaradıcılığının və «Molla Nəsrəddin» jurna-
lının  görkəmli  tədqiqatçısı,  AMEA-nın  müxbir  üzvü 
Əziz  Mirəhmədov  sözügedən  jurnalın  transliterasiyalı 
nəşrinin Ι cildinə ön sözdə 1920-ci ilin yaz-yay aylarını 
nəzərdə  tutaraq  yazır:  «Məmmədquluzadənin  vəziyyəti 
çox  cəhətdən  ağır  idi:  Vətənin  dar  günlərində  ədibin 
dünyagörüşü  keçmiş  radikal-inqilabi  kökündən  uzaqla-
şıb əsl demokratik istiqamət alırdı:  «Fevral və  Oktyabr 
inqilabları»  adı  ilə  məşhurlaşan  hadisələrin  İmperiya 
xalqlarına, o cümlədən azərbaycanlılara xoşbəxtlik gəti-
rə  bilməyəcəyini  dərk  edirdi;  arvadı  Həmidə  xanımın 
malikanə, torpaq, məktəb sahibi olması, «mülkədar-xey-
riyyəçi  qadın»  kimi,  qardaşı  Ələkbərin  isə  İran  inqilabı 
fədailərindən və Səttarxanın  yaxın silahdaşlarından biri 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə