Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
40 
ması  barədə  qərar  qəbul  etməyə  məcbur  olmuşdu  (93,   
s. 236-237). Fəqət H. Quliyevin yazdığı kimi, müsavat-
çıları qovmamışdı. M.Ə. Rəsulzadə də, digər siyasi mü-
hacirlər  də  rəsmi  Ankaranın  bu  qərarını  anlayışla  qar-
şılamışdılar.  Bununla  belə,  Türkiyə  hökumətinin  sözü-
gedən qərarına baxmayaraq, A. Kazımzadə, M. Əli  Rə-
sulzadə, X. Xasməhəmmədov, Ş. Rüstəmbəyli, K. Odər, 
H. Baykara kimi tanınmış siyasi mühacirlər qardaş ölkə-
ni  tərk  etməmişdilər.  Onların  səyləri  ilə  1931-ci  ildən 
sonra  da  İstanbulda,  Ankarada,  Elazığda,  Amasyada, 
Qars və İqdırda «Müsavat»ın özəkləri fəaliyyət göstərir-
dilər  (97,  s.  60-61,  68-69,  255-257,  269-273).  Təbii  ki, 
Türkiyənin  müvafiq  dövlət  qurumları  bunlardan  xəbər-
siz deyildilər. 1932-1934-cü illərdə İstanbulda Ə. Cəfər-
oğlunun redaktorluğu ilə «Azərbaycan yurd bilgisi» dər-
gisinin 36 sayı nəşr olunmuşdu. Bu dərgi elmi nəşr olsa 
da, siyasi məzmundan, antisovet yöndən də məhrum de-
yildi. Zənnimizcə, sadalanan faktlar Atatürkün Azərbay-
can istiqlalı ideyasına verdiyi önəmin göstəriciləri kimi 
diqqətəlayiqdirlər. O da təsadüfi deyil ki, II Dünya mü-
haribəsindən  sonra  əlverişli  şərait  yaranan  kimi       
M.Ə.  Rəsulzadə  yenə  Türkiyəyə  dönmüş  və  bu  ölkədə 
istiqlal mücadiləsini davam etdirmişdi. Hörmətli profes-
sorun Atatürkün ümumtürk birliyi ideyasına münasibəti 
ilə bağlı fikrinə isə Atatürkün öz sözləri ilə cavab veri-
rik: «Bu gün Sovetlər birliyi dostumuzdur. Bu dostluğa 
ehtiyacımız  vardır.  Fəqət  yarın  nə  olacağını  kimsə  bu 
gündən kəstirəməz. Tıpkı Osmanlı kimi, Tıpkı Avstriya-
Macarıstan kimi parçalana bilir, ufalana bilir. İştə o za-
man Türkiyə nə yapacağını bilməlidir. Bizim bu dostlu-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
41 
ğun idarəsində dili bir, inancı bir, özü bir qardaşlarımız 
vardır.  Onlara  sahib  çıxmağa  hazır  olmalıyız.  Hazır 
olmaq yalnız o günü susub bəkləmək deyildir. Hazırlan-
maq  lazımdır.  Millətlər  buna  nasıl  hazırlanır?  Mənəvi 
körpülərini  sağlam  ataraq.  Dil  bir  körpüdür.  İnanc  bir 
körpüdür.  Tarix    bir  körpüdür.  Köklərimizə  enməli  və 
olayların  böldüyü  tariximizin  içində  bütünləşməliyiz. 
Onların (dış türklərin) bizə yaklaşmasını bəkləyəməyiz. 
Bizim  onlara  yaklaşmamız  gərəklidir»  (30  ekim  1933. 
Ziraət bankası) (sitat bu mənbədən verilir: «Azerbaycan 
Türk Kültür Dergisi», Ankara, 2005, sayı 360, t.v. s. 2). 
Yəqin ki, şərhə ehtiyac yoxdur. 
H.Quliyevin  sözügedən  kitabının  «Məhəmməd 
Əsəd bəy və mühacirət ədəbiyyatı problemləri» adlanan 
IV  fəslinin  isə  araşdırdığımız  mövzu  ilə  bilavasitə  əla-
qəsi olmadığından, ondan bəhs etməyi lazım bilmirik. 
Beləliklə,  Azərbaycan  mühacirət  ədəbiyyatı  dedik-
də,  siyasi  mühacirətimizin  1920-1991-ci  illər  arasında 
yaratdığı ədəbiyyat – bədii əsərlər, ədəbi tənqid və ədə-
biyyatşünaslıq nümunələri nəzərdə tutulur. Fəqət heç də 
bütün  əsərlər  yox,  Azərbaycan  istiqlalı  ideyasına  səda-
qətlə qələmə alınmış əsərlər. M.Ə. Rəsulzadənin yazdığı 
kimi:  «Azərbaycan  istiqlal  qayəsini  mənimsəmiş,  vətə-
nin müstəqbəl istiqlalına iman etmiş və kəndi xüsusi hə-
yat  və  səadətini  millət  və  məmləkətin  həyat  və  səadəti 
şərti ilə təsəvvür edə bilmək idealizminə ermiş bir gənc 
azərbaycanlı  sadə  mühəndis,  sadə  hüquqçu,  sadə  me-
mar,  sadə  iqtisadçı,  tarixçi  və  sairə  olmaqla  iktifa  edə-
məz. O, eyni zamanda vətənçi bir mühəndis, milliyyətçi 
bir  hüquqçu, istiqlalçı  bir iqtisadçı, tarixçi və  sairə ol-


Nikpur  Cabbarlı 
 
 
 
42 
maq  vəzifəsi ilə  mükəlləfdir» (85, s. 82).  Böyük  mütə-
fəkkirin  bu  fikirlərini  qeyd-şərtsiz  mühacirət  həyatını 
seçmiş  qələm  sahiblərinə  də  şamil  etmək  olar.  Onların 
da böyük əksəriyyəti sadəcə şair, yazıçı, dramaturq, tən-
qidçi  deyildi,  milliyyətçi,  istiqlalçı,  vətənçi  ədəbiyyat 
xadimi,  söz  ustası  idi.  Məhz  bu  cəhət  Azərbaycan  mü-
hacirət ədəbiyyatının milliyyətçi bir ədəbiyyat kimi for-
malaşmasını,  «Azərbaycan  davası»nın  çox  mühüm  tər-
kib hissəsinə çevrilməsini şərtləndirmişdi. 
Azərbaycan mühacirət ədəbiyyatı Rusiya əsarətində 
olan  digər  xalqların  mühacirət  ədəbiyyatları  kimi,  təbii 
ki, totalitar sovet rejiminə qarşı açıq müxalifətdə idi. Bu 
ədəbiyyatın məfkurəvi əsasını azərbaycançılıq ideologi-
yası təşkil edirdi. Mühacirət irsində azərbaycançılıq əski 
müsavatçılığın  siyasi  anlamlarından  biri  olaraq  qəbul 
edilir (81, s. 8)  və «böyük türk kültürünə bağlılığa, mil-
li, mədəni və bəşəri dəyərlərə, həmçinin hürriyyət, cüm-
huriyyət və istiqlal ideallarına sədaqətə söykənən Azər-
baycan  vətənsevərliyi»  (81,  s.  195-196)  kimi  şərh  olu-
nur.  Demək,  azərbaycançılıq  –  Azərbaycanın  dövlət 
müstəqilliyini,  ərazi  bütövlüyünü,  dövlət  quruluşunun 
respublika formasını, milli-mənəvi dəyərlərin qorunma-
sını  və  inkişaf  etdirilməsini,  Azərbaycan  dilinin  dövlət 
dili statusunu, insan və vətəndaş hüquq və azadlıqlarının 
təmin edilməsini, milli azlıqların hüquqlarının qorunma-
sını və s. nəzərdə tutur. Bu prinsiplər 1991-ci il oktyab-
rın  18-də  qəbul  olunmuş  «Azərbaycan  Respublikasının 
dövlət  müstəqilliyi  haqqında  Konstitusiya  Aktı»nda, 
həmçinin  1995-ci  il  noyabrın  12-də  ümumxalq  səsver-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə