Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
68 
ladığı «Hürriyyətə uçan türk» kitabı onun müxtəlif vaxt-
larda yazdığı və yuxarıda qeyd edildiyi kimi, hissə-hissə 
Türkiyə mətbuatında dərc etdirdiyi xatirələrinin bir ara-
ya  gətirilmiş,  sistemləşdirilmiş  və  təkmilləşdirilmiş  va-
riantıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, M. Altun-
bayın  uşaqlıq  illərinə  aid  xatirələri  1974  və  1980-ci  il-
lərdə  İstanbulda  ayrıca  kitabça  şəklində  nəşr  olunmuş-
dur. «Hürriyyətə uçan türk» kitabı isə müəllifin vəfatın-
dan  iki  il  sonra  –  1989-cu  ildə  Ankarada  Azərbaycan 
Kültür  Dərnəyi  Yayınları  seriyasında  işıq  üzü  görmüş 
(63),  1994-cü  ildə  Bakıda  Azərbaycan  türkcəsinə  uy-
ğunlaşdırılaraq nəşr edilmişdir (2). 
M.  Altunbayın  «Hürriyyətə  uçan  türk»  əsərinin  də 
əsasını  onun  uşaqlıq  dövrü  xatirələri  təşkil  edir.  Lakin 
bu  xatirələri  qələmə  almaqda  müəllifin  məqsədi  sadəcə 
olaraq  uşaqlıq  illərinin  məişət  təfərrüatlarını  təsvir 
etmək deyil, şəxsən şahidi olduğu hadisələr, habelə ana-
sından  və  böyük  qardaşından  eşitdikləri  əsasında  azər-
baycanlıların  soyqırımı  ilə  bağlı  həqiqətləri  canlandır-
maq, xalqının müsibətlərini dünya ictimaiyyətinə çatdır-
maqdır. Bunun üçün M. Altunbay ilk növbədə əvvəllər 
çar, sonralar isə bolşevik Rusiyasının Cənubi Qafqaz si-
yasətində  mühüm  yer  tutan  erməni  amili  üzərində  da-
yanır, rus-erməni işbirliyinin mahiyyəti və hədəfləri ba-
rədə  atasının  babasına  söylədiklərini  xatırlayır:  «Bəli, 
atam!  Biz  ya  çox  saf  və  yaxud  da  aşırı  dərəcədə  təmiz 
ürəkli  bir  millət  olduğumuz  üçündür  ki,  əsrlərdən  bəri 
heç  fərqində  olmadan  qoynumuzda  ilan  bəsləyirik.  Və 
bu ilanların bizləri zəhərləməsinə də aldırış etmiyoruz… 
Əsrlərdən  bəri  bizim  vətənimizdə,  bizim  əkməyimizi 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
69 
yeyən  və  bizim  duzumuzu  yalayan  ermənilər  yüzillər 
boyu ruslara uşaqlıq (nökərçilik – N.C.) yapmaqdan vaz 
keçmədilər.  Halbuki  ruslar  şimdiyə  qədər  kəndi  ana-
yurtlarında  ermənilərə  bir  qarış  torpaq  belə  verməmiş-
lər. …Rusların nökəri və casusu olan bir millət də, mu-
hakkak  ki,  türklərin  düşmənidir  və  daima  da  düşməni 
olaraq  qalacaqdır...  Ruslar  əsrlər  boyu  erməniləri  kəndi 
mənfəətləri çərçivəsində yəni,  yerinə görə onları casus, 
yerinə görə terrorist və yerinə görə azılı (vəhşi  – N.C.) 
bir  cani  olaraq  türklərə  qarşı  kullandılar  və  hələ  də 
kullanıyorlar. Bütün bu insanlıq dışı alçaqlıqlara qarşılıq 
da,  ruslar,  ermənilərə  bol-bol,  yəni  aslı-astarı  olmayan 
vədlərdə  bulundular.  «Türk  torpaqlarının  bir  qismini 
sizə  verəcəyiz»  –  deyərək  erməniləri  türklərə  qarşı  da-
vamlı  surətdə  saldırğan  bir  duruma  gətirdilər.  Əslində 
türk  yurdlarının  tümünə  sahib  olmaq  rusların  vazkeçil-
məz  bir  planıdır.  Zavalı  ermənilər  isə  sadəcə  bir  maşa-
dır» (63, s. 19-21). 
Müəllif  əsərdə  konkret  hadisələrin  fonunda  və 
konkret obrazların, xüsusilə Ambarsumla Mkrtıçın tim-
salında  «bədbəxt»  ermənilərin  xain  və  nankor  xislətini 
məharətlə  açıb  göstərir.  İki  erməni  ailəsinin  düşmən-
çiliyi üzündən ata-anaları öldürülən, evləri yandırılan bu 
qardaşlara heç bir erməni yiyə durmayıb. Aylarla küçə-
küçə gəzib diləniblər. Günlərlə, həftələrlə dillərinə quru 
çörəkdən savayı heç bir şey dəyməyib. Qaranlıq bir qış 
gecəsində Gəncənin adlı-sanlı ticarətçilərindən olan Ba-
la Seyid onları öz restoranının küncündə, buz kimi mər-
mər  daşların  üstündə  huşsuz  vəziyyətdə  tapıb  evinə 
gətirmiş və həmin gündən etibarən bu erməni dığalarını 


Nikpur  Cabbarlı 
 
 
 
70 
doğma    övladlarından  ayırmamışdır.  İllər  boyu  öz  öv-
ladlarına nə vermişsə, onlara da ondan vermiş, nə almış-
sa, onlara da ondan almış, hər ikisinə təhsil vermiş, ev-
ləndirmiş,  ev-eşik  sahibi  etmişdi.  Bu  azmış  kimi  Bala 
Seyid aslan kimi üç oğlu ola-ola, Gəncədəki mehmanxa-
nalarının və «Sərdar bağı»ndakı restoranının da müdirli-
yini  Ambarsumla  Mkrtıça  tapşırmışdı.  Üstəlik  Ambar-
sumun  oğluna  və  qızına  dəbdəbə  ilə  toy  çaldırmış, 
Mkrtıçın  yaşadığı evi onun üçün hədiyyə almışdı. Bala 
Seyidin  nəzərində  rus  da,  erməni  də,  yəhudi  də,  qaraçı 
da insan idi, Allahın qulu idi. Onun ermənilərə də, rusla-
ra da göstərdiyi mərhəmət və xeyirxahlığın kökündə dü-
şüncəsindəki  insanlıq  anlayışı  dururdu.  Bu  isə  erməni 
daşnaklarına  da,  rus  bolşeviklərinə  də  tamamilə  yad 
olan bir anlayış idi. Bunun məhz belə olduğunu M. Al-
tunbayın  əsərin  sonrakı  fəsillərində  təsvir  etdiyi  bir-
birindən dəhşətli, tükürpərdən səhnələr təsdiq edir. 
1920-ci il  may ayının ilk günlərində  –  XI Ordunun 
Gəncəyə  daxil  olması  ərəfəsində  yüzlərlə  qadının,  uşa-
ğın şəhəri tərk edib Böyük Bağbana doğru yönəlməsin-
dən xəbər tutan erməni atlıları onları təqib edərək mən-
zil  başında  yaxalayırlar.  Qadınlara  üstlərindəki  qızılı, 
cavahiratı  təhvil  verməyi  əmr  edən  ermənilər  müqavi-
mətə  rast  gəldikdə  atəş  açır  və  hər  belə  atəşdən  sonra 
qadınlar,  uşaqlar,  hətta  südəmər  körpələr  qanlarına  qəl-
tan olurlar. Bu vəhşiliyə başçılıq edən isə məhz Ambar-
sumdur.  Azğınlaşmış  Ambarsumun:  «Mənim  üçün  in-
sanlıqdan  əvvəl  iki  şey  var  dünyada.  Birincisi,  Gəncə 
türklərinin kökünü qazımaq və türkün bu tarixi şəhərini 
ermənilərin  malı  yapmak...  İkincisi  də,  adlı-sanlı  ermə-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə