Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
71 
nilər kimi Leninin yanında yer almaqdır. Bunlar üçün də 
hər şeydən öncə çox zəngin olmam lazım» (63, s. 115) – 
sözləri onun xain və nankor xislətini bütün çılpaqlığı ilə 
göstərməklə  yanaşı,  ermənilərin  tarixi  türk  düşmənçili-
yini,  xalqımıza  qarşı  soyqırımı  planlarını  da  ifadə  edir. 
Həyatda  qazandığı  hər  şeyə  görə  Bala  Seyidə  borclu 
olan  Ambarsum  onun  qızını  və  nəvələrini  nəinki  xilas 
etmir, əksinə Bəyim Sultanı təhqir etməkdən, yumruqla 
vurmaqdan belə çəkinmir, onu zorla Qurani-Kərimi sax-
ladığı qızıl sandığı təhvil erməyə  məcbur edir. Bununla 
da  ürəyi  soyumayan  allahsız  erməni  qadının  «bütün 
cəhdlərinə,  yalvarışlarına  və  göz  yaşlarına  baxmayaraq 
ac  canavarın  bir  anda  dovşanı  parçaladığı  kimi  Quranı 
parça-parça  edir»,  sonra  isə  kibritlə  yandırır.  Ambarsu-
mun qardaşı Mkrtıç isə bir an öncə rus əsgərlərinin tərə-
finə keçmişdi. 
Lakin Böyük Bağbandakı qətliam Gəncə üsyanının 
yatırılmasından  sonra  azərbaycanlılara  qarşı  törədilən 
soyqırımı ilə müqayisədə kiçik bir epizod təsiri bağışla-
yır. M. Altunbayın yazdığı kimi, «…o qanlı səhnələr, o 
vəhşi  və  barbar  hücumlar,  gələcək  qorxunc  zülm  və 
ölümlərin,  ağlagəlməz  faciələrin  yalnız  başlanğıcı 
imiş».  Xatirələrin  «Erməni  vəhşəti»,  «Ulu  rəbbim,  sən 
Lenini qəhr elə», «Ölülər, ölülər… ölülər» kimi fəsillə-
rində müəllif Gəncə qətliamının tükürpərdici səhnələrini 
canlandırır:  «Böyük  faciə  sokağın  ortasındakı  Ozan  ca-
misindəydi.  Ozan  camisi  yakılmış,  qapısı  və  pəncərə 
çərçivələri kömürləşib qalmışdı. Caminin açıq qalan qa-
pısı önündən keçərkən, duyduğumuz dəhşətdən qanımı-
zın  çəkildiyini  hiss  etdik.  Çünki  caminin  orta  yerində 


Nikpur  Cabbarlı 
 
 
 
72 
yüzlərlə  insanın  yakılan,  qovrulub  qalan  cəsədləri  qor-
xunc  bir  mənzərə  meydana  gətirmişdi.  Üst-üstə  yığılan 
insan  skeletləri,  kafatasları  bir  qətran  qazanına  batırıl-
mış çıxarılmış gibiydi» (63, s. 149-150). «Şəhərin kənar 
məhəllələrindən  birinə  daldığımızda  yeni  bir  faciəylə 
qarşı-qarşıya  qaldıq.  Beynimi  uyuşduran  o  qorxunc 
mənzərə  bugünkü  kimi  gözlərimin  önündədir.  Halbuki 
mən o həzin, o qanlı mənzərədən qaçmaq, gördüklərimi 
hafizəmdən  silib  atmaq  üçün  ömrümdən  neçə  illər  verə 
bilərdim. Girdiyimiz məhəllədə bütün sokaklar insan cə-
sədləriylə  doluydu.  Yüzlərlə  deyil,  minlərlə  cəsəd…  O 
qədər  ki,  cəsədlərin  üzərinə  basmadan  üç  addım  olsun 
atmaq  mümkün  deyildi.  Bütün  bir  məhəllə  deyil,  bəlkə 
də  bir  kaç  məhəllə  camaatı  bir  araya  gətirilərək  qətl 
edilmişlərdi.  Öldürülənlər  daha  ziyadə  qadınlar,  qızlar, 
çocuklardı. Üstəlik öldürülənlər canavarca parçalanmış-
dı.  Bir  qisim  erkəklər  çırıl-çılpak  soyularak  kurşunlan-
mıştı. Bir qisim qadınların isə burunları kəsilmiş, qulaq-
ları  qoparılmış,  gözləri  oyulmuşdu.  Şuradan-buradan 
ayaqlarımızın altına yuvarlanan başlara basmamaq üçün 
çırpınıyor, çığlıklar qoparıyorduk» (63, s. 155). 
Bu  dəhşətli  mənzərələr  erməni  daşnaklarının,  rus 
bolşeviklərinin  antibəşər  xislətini  bütün  çılpaqlığı  ilə 
açıb göstərir. Xatirələrin «Ana bətninə qədər enən kin» 
fəslində  isə  M.  Altunbay  erməni  vəhşiliyinin  daha  bir 
dəhşətli  səhnəsini  təsvir  edir.  17  il  Gəncədəki  azərbay-
canlı  ailələrindən  birinin  himayəsində  böyüyən  erməni 
fürsət düşən kimi xain  və nankor xislətini büruzə verir. 
Ondan imdad diləyən hamilə  qadına:  «Atamın  vəsiyyə-
tidir  mənə.  Türkün  həm  əkməgini  yeyəcəksin,  həm  də 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
73 
əlinizə  fürsət  keçdiyi  zamanlarda  da,  əsla  acımaya-
caksın. Acıyacak olursanız, heç bir zaman Gəncəyə sa-
hib olamazsınız» (63, s. 171) – deyən abırsız erməni sü-
varisi mizraği ana bətninə sancmaqda bir an belə tərəd-
düd etmir. 
M.  Altunbayın  xatirələrində  ermənilərin  vəhşiliyini 
göstərən başqa bir məqam da əksini tapır: Gəncənin mə-
həllələri soyqırımı qurbanlarının cəsədləri ilə dolu ikən 
beş-altı  erməni  gənci  küçələrə  çıxıb  akkardeon  çalır, 
qətlə  yetirilmiş  insanların  qohum-əqrəbasını  söymək-
dən, təhqir etməkdən çəkinmirlər. Müəllifin ermənilərin 
bu abırsız hərəkətləri ilə bağlı «bütün bu soysuz, ruhsuz 
və əxlaqsız davranışlar içində ola bilmək üçün nasıl bir 
canavar  ruhuyla  yaşamaq  lazımdır?»  (63,  s.  151)  sualı 
əslində özündə cavabı da ehtiva edir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  azərbaycanlıların 
soyqırımı  ilə  bağlı  hadisələr  siyasi  mühacirlərimizin 
poetik irsində də öz əksini tapmışdır. Xüsusən A. İldırı-
mın, T. Atəşlinin əsərlərində bu soyqırımı bir fərdin, bir 
millətin  faciəsi  kimi  deyil,  bütövlükdə  bəşəriyyətin,  in-
sanlığın  faciəsi  kimi  təqdim  edilir.  Mövzunun  başlıca 
əhəmiyyəti də bundadır. Hansı xalqa, hansı millətə qarşı 
tətbiq  edilməsindən  asılı  olmayaraq,  soyqırımı  siyasəti 
lənətlənməli,  cəzalandırılmalıdır.  Bu,  bütövlükdə  ədə-
biyyatın və sənətin humanist mahiyyətindən doğan nəti-
cədir. 
 
 


Nikpur  Cabbarlı 
 
 
 
74 
 
 
TOTALĠTAR  SOVET   
REJĠMĠNĠN   ĠFġASI 
 
olşevik  Rusiyasının  hərbi  təcavüzü  nəticəsində 
istiqlaliyyətlərini  itirmiş  xalqların  mühacirət 
ədəbiyyatında  totalitar  sovet  rejiminin  ifşası  daim  apa-
rıcı mövzulardan olmuşdur. Bu mövzu həmçinin bolşe-
vik rejimi ilə barışa bilməyib, vətənlərini tərk etmiş rus 
yazıçılarının yaradıcılığında da öz əksini tapmışdır. Yet-
miş ildən artıq bir  müddətdə  milli istiqlal uğrunda  mü-
barizə  aparmış  Azərbaycan  mühacirətinin  bədii  irsində 
də ifşa pafosu qızıl totalitarizmə  yönəlmiş əsərlər yetə-
rincədir.  A.  İldırımın,  Ə.  Volkanın,  H.  Dönməzin,        
T. Atəşlinin şeirlərində, A. Dağlının nəsr və dram əsər-
lərində, M.Ə. Rəsulzadənin, Ə. Yurdsevərin, N. Şeyxza-
manlının,  B.E.  Ağaoğlunun,  M.  Altunbayın  xatirələrin-
də  bolşevizmin,  Stalin  diktaturasının  törətdiyi  qanlı  ci-
nayətlər  bədii  əksini  tapmış,  repressiya,  deportasiya, 
soyqırımı  siyasətinin  insanlığa  zidd  mahiyyəti  açıqlan-
mışdır. Bu mövzuda yazılmış ən dəyərli əsərlərdə müəl-
liflər  sovet  totalitarizminin  mənfurluğunu  ifşa  etməklə 
yanaşı,  özlərinin  demokratik,  hüquqi,  dünyəvi  dövlət 
ideallarını,  insan  haqlarına,  vətəndaş  azadlıqlarına  hör-
mətə söykənən açıq cəmiyyətə dair baxışlarını bədii sö-
zün  gücü  ilə  ifadə  etmişlər.  Bununla  da  totalitarizmin, 
diktaturanın,  müstəmləkəçiliyin  ifşası  və  inkarı  yolu  ilə 
demokratik dəyərlərin, insan hüquqlarının, milli istiqla-
lın üstünlüyü təsdiq və təsbit edilmişdir. 



Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə