Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
75 
M.B.  Məhəmmədzadənin  mühacirət  həyatının  lap 
əvvəllərində qələmə aldığı «On dəfə öldürülən» heka-
yəsi bolşevik rejiminin  antihumanist  mahiyyətini bütün 
çılpaqlığı ilə göstərən əsərlərdəndir. Mühacirət nəsrimi-
zin  bizə  məlum  ilk  mətbu  örnəyi  olan  bu  hekayədə 
müəllif  bolşevizmin  əsas  dayaqlarından  birinin  –  «Çe-
ka»nın  (rus  dilində  ЧК  –  Чрезвычайная  Комиссия  – 
Fövqəladə Komissiya – N.C.) əcaib iş üslubunu bütöv-
lükdə  həmin  rejimin  təbiətini  bariz  əks  etdirən  əlamət 
kimi ifşa hədəfinə çevirir. 
Mərkəzi bolşevik «Çeka»sı Azərbaycan daxilindəki 
bütün  şöbələrinə  «Müsavat»  dövründə  (Azərbaycan 
Xalq  Cümhuriyyəti  dövrü  –  N.C.)  bolşeviklər  əleyhinə 
məqalələr yazan və təbliğat aparan milliyyətçi mühərrir 
Əli Məhəmməd oğlunun tapılması və dərhal qətlə yeti-
rilməsi  barədə  əmrnamə  göndərir.  Hər  tərəfdə  axtarışa 
başlayan çekistlər bütün Azərbaycan boyu Əli Məhəm-
məd  oğlu  adında  qarşılarına  çıxanların  hamısını  həbs 
edib, istintaqa başlayırlar. Qısa müddət ərzində Çekanın 
Gəncə, Qarabağ, Şəki, Lənkəran, Salyan, Şamaxı, Quba, 
Qazax,  Göyçay  şöbələri  (cəmi  9  şöbə)  əməkdaşlarının 
fədakarlığı  sayəsində  Əli  Məhəmməd  oğlunun  tapılıb 
qətlə  yetirildiyi  barədə  Bakıya  raport  göndərirlər.  Bir 
neçə gün sonra isə Çekanın bütün yerli şöbələri Məkəz-
dən başqa bir məzmunda əmr alırlar: «Çoxdan bəri hər 
tərəfdə  aranılan  proletar  sinfinin  düşməni,  əks-ixtilalçı 
Məhəmməd oğlu Əli Bakıda kəşf olunduğu və qətl edil-
diyi üçün başqa  Əli Məhəmməd oğullarını sərbəst bura-
xınız» (74, s. 16). 


Nikpur  Cabbarlı 
 
 
 
76 
Beləliklə, bolşevik Çekası günahkar saydığı bir nə-
fəri  tapıb  cəzalandırana  qədər  şahidsiz  –  sübutsuz  doq-
quz günahsız insanı da qanına qəltan edir. İnsanlara mü-
nasibətdə bu cür qəddar davranış isə humanist şüarlarla 
hakimiyyətə gələn bolşeviklərin nəzərində insan həyatı-
nın  nə  qədər  ucuz  və  əhəmiyyətsiz  olduğunu  göstərir. 
Mirzə  Balanın  hekayə  boyu  oxucuya  aşılamaq  istədiyi 
həqiqət də məhz budur. 
 
*** 
B.E.  Ağaoğlunun  «Solovkidə  gördüklərim»  adlı 
sürgün xatirələri müəllifin bolşevik rejiminin mənfurlu-
ğunu şəxsi müşahidələri əsasında ifşa etməsi ilə diqqətə-
layiqdir.  Əsər  Azərbaycan  siyasi  mühacirətinin  mətbu 
orqanı  olan  «Bildiriş»  (İstanbul)  qəzetinin  1930-cu  il   
2-15-ci saylarında (14 avqust – 13 ikinci teşrin  (noyabr 
– N.C.)) ardıcıl surətdə 14 təfriqədə yayınlanmışdır. Gö-
rünür,  müəllifin  Solovkinin  keçmiş  məhbuslarından  ol-
duğunu nəzərə alan redaksiya təhlükəsizlik və konspira-
siya mülahizələri ilə onun şəxsiyyəti, tərcümeyi-halı ba-
rədə,  müxtəsər  də  olsa,  məlumat  verməyi  lazım  bilmə-
mişdir.  
M.B.  Məhəmmədzadə  də  «Qəhrəmanlarımızın  əsa-
rət  dastanları»  məqaləsində  sözügedən  əsər  barədə  bir 
cümləlik  qeydində  B.E.  Ağaoğlunun  vaxtilə  Solovkidə 
sürgündə olduğunu, sonra qurtularaq mühacirət etdiyini 
bildirməklə kifayətlənmişdir (76). 
«Solovkidə gördüklərim»i çağdaş Azərbaycan ədəbi 
dilinə  qismən  uyğunlaşdıraraq  2004-cü  ildə  Bakıda 
«Günəş» nəşriyyatında çap etdirən Əli Şamilin müəllifin 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
77 
şəxsiyyətini  müəyyənləşdirmək,  onun  barəsində  məlu-
mat  toplamaq  üçün  etdiyi  cəhdlər  də,  təəssüf  ki,  nəticə 
verməmişdir (1, s. 8). 
Fil.e.d.  Vilayət  Quliyev  rus  dilində  nəşr  etdirdiyi 
«Azərbaycan  siyasi  mühacirətinin  Polşadakı  irsindən 
(XX  əsrin  30-cu  illəri)»  kitabında  (toplama,  tərtib,  ön 
söz,  müəllifləri  haqqında  məlumatlar  və  şərhlər)       
B.E. Ağaoğlu barədə aşağıdakı müxtəsər bilgini verir: 
Ağaoğlu  B.E.  (həmçinin  Ağayev  C.)  –  «Müsavat» 
partiyasının  fəal üzvü,  həkim,  1920-ci illərdə siyasi ba-
xışlarına  görə  xüsusi  təyinatlı  Solovetsk  düşərgəsində 
saxlanılmışdır (98, s. 532). 
Bu kitabda «Горцы Кафказа» jurnalının 1930-cu il 
21-23-cü  saylarında  dərc  olunmuş  «Solovkidə  vahid 
cəbhə»  yazısı  da  verilmişdir.  B.E.  Ağaoğlunun  «Bildi-
riş» qəzetində işıq üzü görmüş xatirələrinə istinadən ha-
zırlanmış həmin  yazıda da yalnız  müəllifin  1925-1929-
cu illərdə Solovkidə sürgündə olduğu qeyd edilir. 
Təəssüf ki, bu sətirlərin müəllifinin də B.E. Ağaoğ-
lunun  şəxsiyyətini  müəyyənləşdirmək  üçün  apardığı 
araşdırmalar  hələ  ki,  bir  nəticə  verməmişdir.  Bununla 
bağlı  sorğularımıza  Azərbaycan  siyasi  mühacirətinin 
yaşlı və orta nəslinin nümayəndələri də cavab verə bil-
məmişlər. 
B.E. Ağaoğlunun sürgün xatirələrinin təhlilinə keç-
məzdən  öncə  belə  bir  məqamı  qeyd  etmək  vacibdir  ki, 
Əmin  Abid  hələ  1925-ci  ildə  qələmə  aldığı  və  «Yeni 
Kafkasya»  dərgisində  «Gültəkin»  imzasıyla  çap  olun-
muş «Buzlu cəhənnəm» şeirini məhz bolşevik rejiminin 


Nikpur  Cabbarlı 
 
 
 
78 
Sibirə və uzaq Şimala – Solovki adalarına sürgün etdiyi 
istiqlal mücahidlərimizə həsr etmişdi: 
 
...Və Siz ey ölümün qorxunc yolunda 
Dəmir addımlarla yürüyən gənclər! 
Siz ey bir-bir talenin gizli qolunda 
Yürürkən bəxti də sürüyən gənclər! 
Uzatınız bana siz əlinizi, 
Təbrik edəyim mən, yigitlər sizi! 
Baş əymədiniz siz haqq yeyənlərə
Dediniz yaşamaz Azəri haqsız. 
Sizi kəsmək üçün enən xəncərə
«Hürriyyət istəriz» deyə yazdınız! 
Səlamət yoludur getdiyiniz yol, 
Günəşlər doğacaq izlərinizdə. 
Yalnız deyilsiniz, yoldaşınız bol, 
Bir imanlı millət var yerinizdə. 
Düşmən saldırsa da dörd qoldan sizə 
Qorxmayın «qurtuluş pək mahal» deyə. 
Biz də gəliyoruz o yoldan sizə, 
İstiqlal, istiqlal... istiqlal deyə (68, s. 14). 
 
M.B. Məhəmmədzadə bu şeirin «qəhrəmanlarımızın 
əsir və məhkum vətəndə istilaya qarşı hürriyyət və istiq-
lal uğrunda savaşları və bu üzdən «buzlu cəhənnəmlərə» 
sürülmələri təsiri altında yazıldığını»vurğulayaraq qeyd 
edir  ki,  «Günlər  keçdi, Vətəndə  və  mühacirətdə  davam 
edən istiqlal savaşı üzərinə «buzlu cəhənnəm»dəki savaş 
da əlavə olundu. «Buzlu cəhənnəm»dən yavaş-yavaş xə-
bərlər  gəlməyə  başladı.  Azərbaycan  istiqlal  davasının 
böyük  mücahidlərinin  göstərdikləri  cəsarət  dastanları 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə