Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
104 
təmizdir» – deyə təqdim edən Fərdin hürr olmaq istəyi-
nin  qətiliyinə  təminat  aldıqdan  sonra  ilk  növbədə  ona 
«Sərbəst insanlar ölkəsinin əsas yasası» ilə tanış olmağı 
məsləhət  görürlər.  Ümumbəşəri  dəyərlərə  söykənən  bu 
yasa  söz,  fikir,  vicdan  azadlığını,  sadəlik  və  təvazökar-
lığı,  həqiqətsevərliyi,  əməksevərliyi,  millət  və  dövlət 
qarşısında  vəzifələrin  hər  bir  vətəndaşın  dərk  etməsini, 
vətənpərvərliyi ehtiva edir. 
Sərbəst insanlar ölkəsinin yasası ilə tanışlıqdan son-
ra Fərdi tərəddüdlər bürüyür. Bu ölkənin yaşam tərzinə 
alışa biləcəyinə şübhələri  yaranır. Hətta bir an xəyalına 
buradan  qaçmaq  gəlir.  Lakin  qüruru,  izzəti-nəfsi  buna 
imkan  vermir.  Sərbəst  insanlar  ölkəsinin  vətəndaşlığını 
bir şərəf məsələsi qəbul edərək, hər əziyyətə qatlaşmağa 
qərar verir. 
«Sərbəst insanlar ölkəsinin tarixçəsi» kitabı ilə tanış 
olan Fərd öyrənir ki, hazırda yaşadığı bu məmləkət hür-
riyyət uğrunda əsrlərlə mübarizə aparmışdır. Bu gün çox 
rahat  və  sakit  olan  küçələrdə  insan  qanından  kanallar 
axmış,  əhali  gah  bir-biri  ilə  vuruşmuş,  gah  da  birlikdə 
müstəbidlərə  qarşı  mücadilə  etmiş,  gah  yenilmiş,  gah 
yenmişdir! Nəhayət, hürriyyət tamamilə bərqərar olmuş 
və  bu  məsud  ölkə  iki  əsrdən  bəridir  ki,  əmin-amanlıq 
içində yaşamaqdadır (52, s. 12-13). 
Kitabı başa vuran Fərd hürriyyət yolunun çox əzablı 
olduğunu dərk edir.  
İki gün sonra Fərdi imtahana çəkən Pirlər onun yasa 
ilə  bağlı  bilgilərini  yoxlayır,  qanunlar  toplusunun  hik-
mətini,  fəlsəfəsini  şərh  edirlər.  Əslində  Pirlərin  Fərdə 
söylədikləri  Ə.  Ağaoğlunun  öz  düşüncələridir.  Başqa 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
105 
sözlə,  müəllif  bu  obrazlar  vasitəsilə  özünün  siyasi,  so-
sial-fəlsəfi, etik və estetik görüşlərini bədii şəkildə ifadə 
etmişdir.  Hürriyyəti  haqlı  olaraq  bir  kültür  məsələsi  ki-
mi  səciyyələndirən  Ə.  Ağaoğlunun  qənaətincə,  uzun 
müddət  istibdad  altında  əzilmiş  mühitlərin  hürriyyətlə 
aşılanması heç də asan  bir iş deyildir. Çünki istibdadın 
hökm  sürdüyü  yer  insanın  ruh  və  qəlbidir.  İstibdad  öz 
taxtını məhz burada qurur, tacını burada taxır. Bəzən in-
sanlar zahiri əlamətlərə görə istibdadı yıxılmış zənn etsə-
lər də, həqiqətdə onun hər tərəfdə və hər kəsdə yaşadığını 
görürük. Məsələn, ağızları köpük dolusu hürriyyətdən da-
nışanlar qonşularının hürriyyətinə qarşı dözümsüz olurlar. 
Çünki  istibdadın  taxtı  qırılmamış,  ruhlardan,  könüllərdən 
sökülüb atılmamışdır (52, s. 14). 
Ə. Ağaoğlunun hürriyyətə dair bu fikirlərini mütaliə 
etdikcə  M.Ə.  Sabirin  məşhur  «Fisincan»  şeiri  yada  dü-
şür:  
 
Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur, 
Bəli, hürriyyət olan yerdə də insanlıq olur! 
 
Müəllifin  fikrincə,  istibdadın  ruh  və  qəlblərdən 
silinməsi üçün ilk növbədə yalan, riyakarlıq və məddah-
lıq  yasaq  edilməlidir.  Çünki  bunlar  zəiflərin,  zəlillərin, 
qorxaqların  işidir,  ruhun  miskinliyinin  əlamətidir.  Hal-
buki hürr ola bilmək üçün insan qüvvətli, cəsur, əzmkar 
olmalıdır.  Cəmiyyətdə  yalanın  aradan  qalxması  bir  tər-
biyə  məsələsidir  ki,  ailədən  və  məktəbdən  başlar,  cə-
maətlə bitər. Ailə və məktəb uşaqların ilk ruhi təməlləri-
ni  atarlar.  Uşaq  ana  və  atasını,  müəllimini  təqlid  edən 


Nikpur  Cabbarlı 
 
 
 
106 
bir  məxluqdur.  Yalançı  ana,  ata  və  müəllimin  yetişdir-
dikləri uşaqlar da mütləq yalançı olurlar. Yalan isə riya 
və məddahlıq doğurur. 
Şərq qəsidəxanlarını «bilməyərək və fərqinə varma-
yaraq öz millətlərinə ən çox fənalıq yapmış insanlar» ki-
mi səciyyələndirən Ə. Ağaoğlu bu qənaətdədir ki, onlar 
yazdıqları mədhiyyələrin parlaqlığı nisbətində saxtakar-
lıq etmişlər. Burada o, Əziz Mirəhmədovun düzgün mü-
şahidə etdiyi kimi, XX əsrin əvvəllərində yazdığı ədəbi-
tənqidi məqalələrindəki fikirlərini təkrar edir (35, s. 26).  
İngilis  qanunvericiliyinin  hələ  XV  əsrdə  kralın 
mədh edilməsini onun təhqir olunmasına bərabər tutaraq 
yasaqladığını  vurğulayan  müəllif  həqiqi  hörmət  və  mə-
həbbətlə məddahlıq və yaltaqlığın fərqi üzərində xüsusi 
dayanır.  Belə  ki,  həqiqi  hörmət  və  məhəbbət  doğruluq 
və səmimiyyətə bağlıdır. Səmimiyyət isə düşünülən fik-
ri, duyulan hissi olduğu kimi söyləməkdir. İnsan sevdiyi 
bir  adamın  –  oğlunun,  qardaşının,  əziz  dostunun  nöq-
sanlarını  söyləməyi,  səhvlərini  düzəltməsi  üçün  öyüd 
verməyi  özünə  bir  vəzifə  bilir.  Millətin  yetişdirdiyi  bö-
yük  insanlar  oğuldan,  qardaşdan  daha  əziz,  daha  qiy-
mətlidirlər. Çünki onlar ümumi və müştərək bəxtiyarlı-
ğın qaynağıdırlar. Buna görə də onlara qarşı daha səmi-
mi  olmaq  daha  əsaslı  bir  borcdur.  Halbuki  riyakarlar, 
yaltaqlar  sırf  şəxsi  mənfəətləri  üçün  bunun  tam  əksini 
edər, böyük adamlara daşımadıqları sifətləri və qabiliyyət-
ləri aid edər, qüsur və səhvlərini isə yüksək fəzilətlər kimi 
qələmə verib, həqiqəti onlardan gizlərlər (52, s. 16-20). 
Ə. Ağaoğlunun təsvir etdiyi sərbəst ölkədə hakimiy-
yət  xalqa  məxsusdur,  yəni  dövləti  xalqın  seçdiyi  höku-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
107 
mət  idarə  edir  və  o,  xalq  qarşısında  hesabat  verir.  Hər 
bir məmur da öz vəzifəsini qanuna müvafiq surətdə icra 
edir. Dövlət idarəçiliyində nəzarətə xüsusi önəm verilir. 
Hər hansı bir məmurun vəzifəsindən sui-istifadə etdiyini 
bilib, ona qarşı tədbir görməyən vətəndaş da cəzalandı-
rılır.  Bu  nəzarəti  qətiyyən  xəbərçiliklə  qarışdırmırlar. 
Çünki birincidə ümumi, ikincidə isə şəxsi mənafe güdü-
lür.  
Sərbəst ölkənin yasasına görə, qorxaqlıqla hürriyyət 
bir  araya  sığmaz.  Bu  ölkədə  insanın  şərəf  və  heysiyyət 
duyğusu, cəsarət qabiliyyəti əsasdır. Ailədə yumruq ye-
rinə  şəfqət  və  anlaşma,  məktəbdə  falaqqa  yerinə  təlqin 
və  mühakimə,  hökumətdə  polis  dəyənəyi  yerinə  qanun 
və  ədalət  keçər  və  beləliklə  də  düşünməyə  və  mühaki-
məyə alışdırılan vətəndaşlar həyatda heç kimdən və heç 
nədən  qorxmazlar;  əməyi  bütün  rifahın,  sərvət  və  fira-
vanlığın yeganə mənbəyi kimi qəbul edərlər. 
Ə. Ağaoğlu öz qəhrəmanını sərbəst ölkənin müxtə-
lif  yerlərində  gəzdirir,  rəngarəng  tədbirlərə  qatır.  Biz 
Fərdi gah mitinq iştirakçıları arasında, gah sadə bir və-
təndaşın  evindəki  müsamirədə,  gah  da  sinemada  görü-
rük.  Sonra  o,  sərbəst  ölkənin  akademiyasında  ictimaiy-
yətçi bir alimin məruzəsini dinləyir, parlamentdə büdcə 
müzakirəsində  iştirak  edir,  universitetdə  tədris  prosesi 
ilə  tanışlıqdan  məmnunluq  duyur,  müasir  texnologiya 
ilə işləyən maşınqayırma müəssisəsində gördüklərindən 
heyrətə gəlir, təyyarə  meydanında gənc pilot qızın uçu-
şunu  seyr  edərək  heyran  qalır,  ibtidai  məktəbdə  və 
kitabxanada  gördüklərindən  fərəhlənir.  Bütün  bunlar 
Fərdin  sərbəst  insanlar  ölkəsi,  onun  qayda-qanunları, 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə