Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   27   28   29   30   31   32   33   34   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
115 
fəaliyyətə  başlamaq  üçün  Qazidən  izn  istəyir.  Qazi  isə 
cavab  məktubunda  onun  bu  təşəbbüsünü  alqışlayır  və 
məmnuniyyətlə razılıq verir. Əslində isə hər iki məktub 
Qazinin, Fəthi bəyin və baş nazir İsmət İnönünün birgə 
yaradıcılıq  məhsulu  idi,  sarayda  tərtib  edilmişdi.          
Ə. Ağaoğlu bu barədə yazır: «Diqqət etdim, iki kağız da 
İsmət  Paşanın  əli  ilə  yazılmışdı.  Anlaşıldı,  bu  üç  zat 
saatlardan  bəri  bu  məktubları  tərtib  etməklə  uğraşıyor-
larmış» (55, s. 7). 
Firqənin  quruluş  şəklinə  dair  sarayda  Qazi  ilə        
Ə. Ağaoğlu arasında baş verən dialoq onların hər ikisi-
nin xarakterinin müəyyən cəhətlərini əks etdirməsi baxı-
mından  diqqəti  çəkir.  Sərbəst  Firqənin  beləcə  danışıqlı 
şəkildə yaradılmasını məqbul saymayan Əhməd bəy tə-
rəddüd içində Qaziyə deyir: 
« – Əski fırka olduğu gibi qalıyor, onun başında ye-
nə  İsmət  Paşa,  dövlətin  bütün  qüvvələrinə,  cihazlarına, 
vasitələrinə  hakim  olaraq  qalıyor.  Bütün  bunlar  yetmi-
yormuş  gibi  zati-dövlətləri  də  dünyaya  yayılmış  şöhrət 
və  prestijinizlə  yenə  o  firqənin  başında  qalıyorsunuz! 
Buna  müqabil  hər  türlü  vasitədən  məhrum  Fəthi  bəy 
çıkıyor. Kim gedər onun yanına?  

 
Sən gedərsin! 

 
Bən gitməm! 

 
Neçin? 

 
Sizdən ayrılmam! 

 
Nədən ayrılmazsın?  Bana bitişikmisin? 

 
Ətinizə, gəmiyinizə bitişik degilim. Fakat ifadə et-
diyiniz manaya bitişiğim. 


Nikpur  Cabbarlı 
 
 
 
116 
Qazi  artıq  qızdı  və  bu  gibi  hallarda  yapdığı  gibi 
məndilini  yan  cibindən  çıkardı,  burnunu  sildi  və  başını 
yüksəyə qaldıraraq:    

 
 Bana,  sənin  karışdırıcı  adam  olduğunu  söylərlər-
di. Bən inanmazdım. Həqiqətən sən qarışdırıcısın!» (55,     
s. 10-11).    
Olduqca  gərgin  keçən  bu  mübahisənin  gedişində 
Qazi  öncə  qəzəblənsə  də,  bir  qədər  sonra  sakitləşir  və 
mütəəssir  tövrlə  kənara  çəkilir.  Bu  zaman  İsmət  Paşa 
müzakirəyə qatılaraq, Əhməd bəyi tutduqları yolun doğ-
ruluğuna  inandırmağa  çalışır.  Belə  bir  dramatik  situa-
siyada  müəllif  Atatürkün  xarakterinin  daha  bir  ştrixini 
açıqlayır:  «Qazi  mühitindəki  adamlar  arasında  bu  gibi 
münaqişələrin  keçməsindən  məmnun  olur  və  zövq 
duyar. Çünki əvvəla bunları bir-birinə qarşı qoyur, sonra 
kimin  nə  olduğunu  anlar.  Bu  kərə  İsmət  Paşa  ilə  ara-
mızdakı  münaqişəni  zövqlə  dinlədi»  (55,  s.  13).  Məhz  
belə bir incə diplomatiya ilə Qazi Sərbəst Cümhuriyyət 
Firqəsinin yaradılmasına nail olur. 
Xatirələrin  sonrakı  fəsillərində  Ə.  Ağaoğlu  Sərbəst 
Firqə olayının daha kəskin, dramatik səhnələrini təqdim 
edir. Sərbəst Firqə ölkənin müxtəlif bölgələrində dövlət 
məmurlarının  müqavimətinə  rast  gəlir,  baş  nazir  İsmət 
Paşa, Qaziyə yaxın olan bir sıra məbuslar belə yeni firqə 
əleyhinə təbliğat aparırlar. Bu hallar təbii olaraq Sərbəst 
Firqə  mənsublarının  ciddi  narahatlığına  səbəb  olur,  on-
larda  şübhələr  oyadır,  suallar  doğurur:  «Əgər  Qazi  hə-
qiqətən  bu  firqənin  yaşamasını  istiyorsa,  əgər  təşəbbü-
sündə  səmimi  isə,  nasıl  oluyordu  da  bunca  yaxın  dost-
ları,  firqə  idarəçiləri  (burada  Cümhuriyyət  Xalq  Par-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
117 
tiyası rəhbərləri nəzərdə tutulur – N.C.) arzusu xilafına 
hərəkət ediyorlar?  » (55, s. 18).  Bu  suallar və şübhələr 
Sərbəst  Firqə  üzvlərindən  bəzilərini,  o  cümlədən  Qazi-
nin israrı ilə bu firqəyə daxil olmuş məşhur şair Məhəm-
mədəmin  Yurdaqulu  «iztirabdan-iztiraba  sürükləyir». 
Lakin bu həyəcan doğuran məqamlara rəğmən, Qazinin 
ilk  zamanlar  Sərbəst  Firqəyə  maddi  və  mənəvi  dəstək 
verməsi,  onun  Fəthi  bəy,  Nuri  bəy  və  Təhsin  bəy  kimi 
yaxın  arkadaşlarının,  həmçinin  doğma  bacısı  Məqbulə-
nin həmin  firqənin üzvü olmaları, xüsusən  sonuncunun 
buradakı  coşqun  fəaliyyəti  yeni  firqə  mənsublarının 
qüvvə və cəsarətlərini artırırdı. Lakin bu ümidverici əla-
mətlərə baxmayaraq, yeni firqə ilə köhnə firqənin müna-
sibətləri  getdikcə  daha  da  gərginləşərək,  düşmənçilik 
həddinə yaxınlaşır. 
Əsərdə hadisələrin dramatizmi artdıqca, buna adek-
vat olaraq obrazların səciyyəsi də dolğunlaşır, yeni ciz-
gilər kəsb edir. Xüsusən, «Bələdiyyə seçimlərində iştira-
ka nə üçün əleyhdardım?»  fəslində müəllifin  şəxsi  mü-
şahidələri əsasında Qazinin xarakteri barədə söylədikləri 
yalnız  onun  obrazının  səciyyəsini  dolğunlaşdırması  ilə 
deyil, eyni zamanda cərəyan edən hadisələrin mahiyyə-
tini  və  Qazinin  bu  hadisələrdəki  rolunu  əks  etdirməsi 
baxımından  diqqəti  cəlb  edir:  «Məlum  olduğu  vəchilə 
Qazi hər sənə bir yenilik çıxarır, kimsənin ağlına və xə-
yalına gəlməyən yeni bir məsələni ortaya atır... Nəhayəti 
gəlməyən bütün bu yeniliklər Qazinin psixolojisinə xas 
olan bir ehtiyacın doğurumudur. Sükun və istiqrar Qazi 
üçün yabancı bir aləmdir. Onun həp coşğun, kəndi içinə 
sığmayan,  daşan  ruhu  durmadan  hərəkət  istər.  Kəndi-


Nikpur  Cabbarlı 
 
 
 
118 
siylə gecələri gündüz  yapmış olanlar bilirlər ki, o, dur-
maksızın yeyər, durmaksızın içər, durmaksızın söylər və 
durmaksızın qovğa arar. Yalnız uyurkən, yəni bitab düş-
müş  olan  vücudunu  istər-istəməz  dinləndirirkən,  sükun 
bulur. Pək qısa sürən bu dinlənmə zamanı keçər-keçməz 
və hənüz yataqda ikən belə fışqırma və daşma hərəkət-
ləri  başlar»  (55,  s.  21-22).  Lakin  ölkədə  cərəyan  edən 
hadisələr  heç  də  həmişə  Qazinin  gözləntilərini  doğrult-
mur.  Sərbəst  Firqə  olayında  olduğu  kimi.  Ə.  Ağaoğlu-
nun qənaətincə, Qazi Sərbəst Firqənin yaradılması qəra-
rını  verərkən  və  bu  firqəyə  bələdiyyə  seçkilərinə  qatıl-
mağı tövsiyə edərkən özünün lideri olduğu Cümhuriyyət 
Xalq  Firqəsinin  cəmiyyətdəki  nüfuzunun  son  dərəcə 
aşağı  düşdüyünü  təsəvvür  etmir  və  elə  düşünürmüş  ki, 
ölkənin  istiqlalını  təmin  etmiş  olan  bu  firqə  xalqın  nə-
zərində əvvəlki kimi əziz və qiymətlidir. Ətrafındakılar 
məmləkəti  gül  və  gülüstan  kimi  göstərir  və  xalqın 
firqəyə qəlbən bağlılığından dəm vururdular. Buna görə 
də  Qazidə  belə  bir  arxayınçılıq  yaranmışdı  ki,  əhalinin 
ən  çoxu  otuz  faizi  yeni  firqəni  dəstəkləyə  bilər,  digər 
hissəsi  mütləq  köhnə  firqəyə  sadiq  qalacaq.  Halbuki 
xalq ilə Xalq Firqəsi arasında bütün mənəvi bağlar artıq 
qırılmışdı. Xalqı ona dözməyə sövq edən iki amil vardı: 
birisi və başlıcası-qorxu, ikincisi də Qaziyə qarşı bəslə-
nən minnətdarlıq hissi! (55, s. 25-26). Odur ki, Qazi ye-
ni firqənin yaradılması barədə qərarını verincə, xalq bu 
addımı  sevinclə  qarşılamış,  nəticədə  Sərbəst  Firqə  qısa 
müddət  ərzində  ölkədə  böyük  nüfuz  qazana  bilmişdi. 
Xüsusən, İzmirdə bu firqəyə bəslənilən rəğbət o dərəcə-
də yüksək idi ki, İsmət paşa hökuməti bundan ciddi təş-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə