Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
96 
mədim.  Bir  gün  merak  etdim,  nə  oldu  bu  arkadaş,  de-
dim, niyə gəlmiyor, deyə sordum. İşçilər:  
–  Koba  arkadaş,  siz  bu  adama  güvənim  yox,  dedi-
niz, ya!.. Biz də onu həmən təmizliyə verdik!.. dedilər. 
İlk tanışdığı bizlərə «proletarya sədaqəti» haqqında 
anlatdığı bu qissədən çıxarılacaq hissə  sarihti»  (burada: 
nəticə aydındır – N.C.) (86, s. 18). 
Hakimiyyət pillələri ilə yüksəldikcə Stalinin xarak-
terindəki  diktatorluq  meyillərinin  qüvvətlənərək  daha 
qabarıq  nəzərə  çarpması  da  «Xatirələr»də  əksini  tapır. 
Belə  ki,  inqilabi  hərəkatın  ilk  illərində  proletariatı  qa-
baqcıl bir sinif kimi öyən Stalin artıq Rusiyada vətəndaş 
müharibəsi  dövründə  fəhlələri  kütləvi  surətdə  cəzalan-
dırmaqdan nəinki çəkinmir, hətta bu qəddarlığından qü-
rur  da  duyur;  Volqa  boyunda  bir  gəminin  yükünü  bo-
şaltmaq  istəməyən  fəhlələrdən  20  adamlıq  ilk  dəstəni 
dərhal güllələtməsini və bununla da yükün boşaldılması-
nı  təmin  etməsini  Rəsulzadəyə  iftixarla  danışır  (86,       
s. 56-57). 
«Xatirələr»də  Stalinin  bir  diktator  kimi  səciyyəsi 
Rusiya tarixinin orta əsrlər dövrü ilə aparılan analogiya 
ilə daha da dolğunlaşır. «Müdhiş İvan bir ideal» yarım-
fəslində  M.Ə.  Rəsulzadə  şəxsi  müşahidələri  əsasında  
belə bir qənaətini ifadə edir ki, rus çarı İvan Qroznı Sta-
linin dünyagörüşündə dərin iz buraxmış, örnək bir sima-
dır;  onun  mərkəzləşdirilmiş  Rus  dövlətinin  yaradılması 
üçün etdikləri isə inqilabi hərəkətlərdir. Dövlət qurucu-
luğu prosesində kütləvi terroru ən təsirli metod kimi qə-
bul edən Stalinə görə, «Müdhiş İvan da bir növ inqilabçı 
idi» (86, s. 54). Burada Stalinin İvan Qroznı şəxsiyyəti-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
97 
nə sayğılı münasibəti təsadüfi xatırlanmır. Bununla mü-
əllif dolayısı ilə bolşevik rejiminin çar mütləqiyyətindən 
mahiyyət  etibarilə  fərqlənmədiyini,  əksinə,  bir  sıra 
hallarda  ondan  daha  amansız  və  antihumanist  bir  rejim 
olduğunu, Stalinin özünün isə İvan Qroznıdan da müd-
şih  iqtidar  sahibi  kimi  tanındığını  nəzərə  çatdırmaq  is-
təmişdir.  Kütləvi  terrorun  «faydası»  barədə  Stalinin 
M.Ə.  Rəsulzadəyə  söylədikləri  bunu  bir  daha  təsdiq 
edir: 
« – Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; 
bir çox adamı birdən öldürməli ki,  kütləvi bir təsiri ol-
sun,  dedi  və  əlavə  etdi:  Biz  tərbiyə  etmək  üçün  xalqı 
kütlə  halında  təlim  edəriz,  bu  təlimatımıza  kolayca  uy-
maları üçün onları icabında kütlə halında tədib edəriz!» 
(86, s. 55). 
«Xatirələr»in «İngilislərə qarşı nifrət», «Demokrati-
ya  məfhumuna  nifrət»,  «Trotskiyə  qarşı  dərin  bir  nif-
rət», «Antisemitizm», «Avropalılar haqqında hissiyyatı» 
yarımfəsilləri  də,  adlarından  göründüyü  kimi,  Stalin 
şəxsiyyətinin müxtəlif yönlərinə işıq salır, onun obrazını 
real cizgilərlə zənginləşdirir. Memuaristin Stalini səciy-
yələndirərkən nifrət sözünü tez-tez işlətməsi və hətta bu 
sözü  yarımfəsillərdən  üçünün  sərlövhəsinə  çıxartması 
da təsadüfi olmayıb, diktatorun xarakterində şər başlan-
ğıcının  üstünlüyünə,  qəlbindəki  nifrət  hissinin  tükən-
məzliyinə  işarədir.  Aşağıdakı  sitat  Stalinin  ingilislərə 
qarşı patoloji nifrətini əks etdirməsi baxımından xüsusi-
lə  səciyyəvidir:  «Konuşma  buraya  gəlincə  Stalinin  səsi 
sərtləşdi  və  intiqam  kıvılcımı  saçan  parlaq  gözləriylə 
uzaqlara bakarak:  


Nikpur  Cabbarlı 
 
 
 
98 

 
Benim vicdanımda 59 ingilisin qanı vardır. Yum-
ruğu bükülü əlini havaya qaldıraraq, bunları bizzat kən-
di  əlimlə  öldürmüşəm.  Şimdi  kolonel  (polkovnik  – 
N.C.) Stoks deyilən bir kerata (əclaf – N.C.) vardır, o da 
bir əlimə keçərsə, yürəgim of deməz, həmən gəbərtirim; 
diyor» (86, s. 50). 
«Xalq  görürsə,  inqilab  olur»  yarımfəslində  isə  Sta-
lin  riyakar  və  demaqoq  bir  bolşevik  kimi  yadda  qalır: 
«Salon-vaqonda  yemək  süfrəsi  başında  ikən  trenimiz 
(qatarımız  –  N.C.)  qələbəlik  bir  istasyonda  durdu,  bu-
rada biraz bəklənəcəkdi. Stalin Məhəmmədəliyə «pərdə-
ləri endir», dedi. Məhəmmədəli:  

 
Yoldaş Stalin, bu da niçin? – deyə sordu. 

 
Dışardakılar masamızı görməsinlər, – dedi. 

 
Görürlərsə, görsünlər, nə olur ki?..  

 
Yahu nasıl nə olur, səfalət və məhrumiyyət içində  
bulunan  xalq  bizim  bolluq  içində  olduğumuzu  görürsə, 
ihtilal olur, bilməz misin?..» (86, s. 57). 
M.Ə. Rəsulzadə «Xatirələr»də Stalinin bir bolşevik 
lideri və diplomatı kimi riyakarlığını, qeyri-səmimiliyini 
onunla  öz  şəxsi  münasibətlərinin  təsviri  fonunda  daha 
qabarıq  nəzərə  çarpdırır.  Belə  ki,  Azərbaycan  Xalq 
Cümhuriyyətinin süqutundan bir qədər sonra həbs edilə-
rək Bakıda «Osobı otdel» həbsxanasında  saxlanılan və 
edam  təhlükəsi  ilə  üz-üzə  dayanan  M.Ə.  Rəsulzadəni 
azad etdirib, özü ilə Moskvaya aparan Stalin, burada iki 
il  ərzində  köhnə  dostuna  qayğı  göstərir,  hətta  bir  neçə 
dəfə ona müxtəlif məsul vəzifələri tutmağı da təklif edir. 
Əlbəttə,  M.Ə.  Rəsulzadə  Stalinin  bu  iltifatını  sadəcə 
olaraq  dostluğa  sədaqət  kimi  qəbul  edəcək  qədər  sa-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
99 
dəlövh  deyildi.  O,  bolşevik  liderinin  bu  «qayğıkeşliyi» 
ilə hansı siyasi məqsədlər izlədiyini yaxşı anlayırdı. Bu 
barədə  akademik  B.  Nəbiyevin  mülahizələri  diqqətəla-
yiqdir: «…Stalinin bu addımını vaxtilə Bayıl həbsxana-
sından, bəlkə də ölümdən xilas edilməsi əvəzində onun 
öz  mənəvi  borcundan  çıxması  kimi  də  başa  düşmək 
olar.  Lakin  o,  qatı  siyasətçi  idi  və  M.Ə.  Rəsulzadəni 
«əski  mübarizə  yoldaşı»  olduğu  üçün  yox,  beynəlxalq 
nüfuza  malik  Müsavat  lideri  olduğu  üçün  azad  edib 
Moskvaya aparmışdı. Stalin elə bilirmiş ki, M.Ə. Rəsul-
zadə  öz  rifahı  üçünmü,  ölüm  qorxusundanmı,  gec-tez 
onun təklif etdiyi vəzifələrdən birini  qəbul edib bolşe-
viklərlə əlbir işləyəcək... Lakin o, kifayət qədər təsəvvür 
edə bilmirdi ki, M.Ə. Rəsulzadə əqidəsinə görə siyasətçi 
olmuşdu.  Bu  böyük  ictimai  xadim  üçün  Azərbaycanın 
mənafeyi, ölkənin taleyi ilə müqayisədə vəzifə, şan-şöh-
rət, şəxsi rifah duyğusu bir heç idi» (39, s. 326-327). 
Məhz siyasi əqidəsinə sadiq qaldığı üçün M.Ə. Rə-
sulzadə  fürsət  düşən  kimi  Moskvanı  gizlincə  tərk  edir, 
bir neçə ölkənin sərhədindən keçərək Türkiyəyə gəlir və 
burada Azərbaycan siyasi mühacirlərini vahid təşkilatda 
birləşdirib,  milli  istiqlal  mücadiləsini  davam  etdirməyə 
başlayır.  Stalin  isə  köhnə  dostunun  xaricdəki  antisovet 
fəaliyyətinə görə onun vətəndə qalan ailə üzvlərini cəza-
landırır.  Məhəmməd  Əmin  bəyin  anası  Maral  xanım, 
həyat yoldaşı Ümbülbanu xanım, qızları Lətifə və Xali-
də,  kiçik  oğlu  Azər  1937-ci  ildə  Qazaxıstanın  Taldı-
Kurqan vilayətinə sürgün edilirlər; böyük oğlu Rəsul isə 
1938-ci  il  martın  1-də  Bakıda  güllələnir  (104).  Zənni-
mizcə,  Rəsulzadələr  ailəsinin  müsibəti  Stalinin  köhnə 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə