Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
89 
xilaskar  kimi  təntənə  ilə  qarşılamışdılar.  Onlar  alman-
lara qarşı özlərinə xas ənənəvi qonaqpərvərlik və nəza-
kət göstərir, almanlar da yerli əhaliyə münasibətdə libe-
ral  siyasət  yeridirdilər;  dağlıların  daxili  işlərinə  müda-
xilə  etmir,  adət-ənənələrinə  hörmətlə  yanaşır,  bolşevik-
lərin yasaq etdikləri milli və dini bayramlarını keçirmə-
lərinə mane olmur, əksinə, özləri də məmnuniyyətlə bu 
şənliklərə qatılırdılar. Lakin rus əsarətini rədd edən dağ-
lılar hər hansı bir şəkildə alman ağalığı ilə də barışmaq 
niyyətində  deyillər.  Rus  bolşevizminin  və  alman  faşiz-
minin  taktiki  gedişlərinə,  riyakarlığına  rəğmən,  dağlılar 
milli istiqlal məsələsində sona qədər səmimi və güzəşt-
siz mövqe tuturlar. 
Diqqətəlayiq  haldır  ki,  «Onlar  türklərdi»  əsərinin 
əsas  ifşa  hədəfi  rus  bolşevizmi,  Stalin  diktaturası  olsa 
da, müəllif yeri gəldikcə, alman faşizminin də eybəcər-
liklərini,  antihumanist  mahiyyətini  göstərməkdən  sərf-
nəzər  etməmişdir.  Əsirlərlə  rəftarda,  digər  millətlərin 
nümayəndələrinə  münasibətdə,  məhkum  xalqların  haq-
larını,  o  cümlədən  milli  istiqlal  haqlarını  tanımamaqda, 
türk  birliyindən  çəkinməkdə  nasistlər  heç  də  bolşevik-
lərdən  fərqlənmirlər.  Bu  məqam  əsərdə  həm  ayrı-ayrı 
hadisələrin  fonunda,  həm  də  obrazların  nitqində,  ifadə-
lərində əks olunur. «Elbrus ağlayır» fəslində Nigar cəb-
hədə gördüklərini nəql edərkən almanların davranışları-
na, münasibətlərinə də toxunur: «Cəbhənin hər tərəfində 
törənlə  istiqbal  ediləcəyimizi  bəkliyorduq.  Sadədilliyi-
mizi görüyormusunuz? Biz öylə zənn ediyorduq ki, Av-
ropa mədəniyyətinin yüksək müməssilləri bizi birər kö-
nüllü fərari gibi təbrik edəcək, hətta bizim könüllərimizi 


Nikpur  Cabbarlı 
 
 
 
90 
belə  okuyacaklardır...  Fəqət,  heyhat!..  Yolda  rasladığı-
mız və bizə qarşı səmimi bir alaka göstərən dindaş köy-
lülər: «Aman, dedilər, şu almanlardan sakınınız. Bunlar 
ikinci  bolşevikdirlər.  Sizi  əsir  kamplarında  aclıqdan  öl-
dürərlər» (70, s. 89). 
Bununla  belə,  almanların  vəhşi  rəftarına  rəğmən, 
Almaniyanı  görən  və  Avropa  mədəniyyətilə  yaxından 
təmasda olan əsirlərin və digər sovet vətəndaşlarının bir 
daha bolşevik Rusiyasına dönmək istəməyərək, mühaci-
rət  həyatına    üstünlük  vermələrini  də  A.  Dağlı  təbii  və 
inandırıcı təsvir edir. «Berlində» fəslində nasist Almani-
yasının  paytaxtı  ilə    bolşevik  Moskvasının  müqayisəsi, 
bu baxımdan, səciyyəvidir. Nadir və Nigar bolşevik təb-
liğatına  rəğmən,  burada  «kapitalizm  cəhənnəmi  yerinə, 
modern bir həyat mənzərəsi»nin şahidi olurlar: «Alman 
şəhərində  hər  şey  insanın  rahatlığı  üçün  yapılmışdı. 
Məskən böhranı yox. Su bol. Kanalizasiyon mükəmməl. 
Hər tərəfdə yeraltı və yerüstü yollar. Min bir vəsait. Min 
bir ixtira. Min bir icad. Rus şəhərlərində isə hər şey in-
sanın rahatlığını pozurdu. Vəsait qıtlığı. Məskən böhra-
nı. İbtidailik.  Üfunət və çirkab. 
Avropa şəhərində xüsusi təşəbbüslər hər işin başın-
da gəliyordu. Məmləkət vətəndaşının dükanı, mağazası, 
hətta  atelyesi,  fabrikası,  oteli  və  apartmanları  ola  bilir-
miş.    Rusiya  şəhərində  isə  xüsusiyyət  naminə  bir  şey 
yoxdu.  Hər  şey  dövlətin  malı  idi.  Şəhər  qapalı  bir  iş 
kampına bənziyordu.  
Hitler səltənətində Gestaponun mövcudiyyətinə rəğ-
mən, şəxsiyyət azaddı. Bütün vətəndaşlar (təbii kommu-
nistlər  xaric)  ədalət    hüzurunda  şəxsi  mənafelərini  mü-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
91 
dafiə  edə  bilirlərdi.  Stalin  hökmranlığında  isə  insan  in-
sandan  başqa  hər  şeydi:  məmləkətin  vətəndaşı  deyil, 
dövlətin köləsi. Allahın bəndəsi deyil, Stalinin iş heyva-
nı.  İnsanlığın  bir  əzası  deyil,  NKVD-nin  zəncirli  məh-
busları!.. 
Almaniyada  Türkiyə  mətbuatını  təqib  etmək,  hətta 
sıx-sıx  anti-Hitler  məqalələr  nəşr  edən  qəzetləri  almaq 
və oxumaq mümkündü. Rusiyada isə Türkiyə qəzetləri-
ni almaq şöylə dursun, Türkiyənin adını belə söyləmək 
imkansızdı...» (70, s. 124). 
Beləliklə,  müəllif  alman  həyat  tərzinin,  Almaniya 
gerçəkliyinin təsvirini də sovet rejiminin ifşası üçün bə-
dii priyom kimi istifadə edir və vətənə dönərək repressi-
ya  qurbanı  olmaqdansa,  xaricdə  yaşamağa  üstünlük  ve-
rən soydaşlarının seçiminə haqq qazandırır. Bu şərtlə ki, 
mühacirət  komfort  həyat  şəraitinin  təminatı  kimi  deyil, 
milli  istiqlal  mücadiləsinin  –  «Azərbaycan  davası»nın 
davam etdirilməsi üçün bir vasitə kimi qavranılsın. 
 
*** 
Azərbaycan mühacirət ədəbiyyatında totalitar sovet 
rejiminin,  stalinizmin  ifşasına  yönəlmiş  diqqətəlayiq 
əsərlərdən biri də Məhəmməd Əmin Rəsulzadənin «Bir 
türk  milliyyətçisinin  Stalinlə  ixtilal  xatirələri»dir. 
Müəllifin əsərə yazdığı ön sözdən məlum olur ki, o, bu 
xatirələri hələ Stalinin sağlığında tamamlamış, lakin ob-
yektiv olaraq nəql edəcəyi hadisələrin bir qisminin mü-
əyyən  mənada  qərəzli  təfsirlərə  rəvac  verə  biləcəyi  eh-
timalını nəzərə alaraq, diktator həyatda ikən edilən bəzi 
təkliflərə  rəğmən  onları  nəşr  etdirməmişdir.  Stalinin 


Nikpur  Cabbarlı 
 
 
 
92 
ölümü ilə bu ehtimal aradan qalxdıqdan sonra M.Ə. Rə-
sulzadə  «eyni dövrdə, eyni şərtlər daxilində, eyni nəslə 
mənsub olaraq yaşayan, dürlü zamanlarda, dürlü şərtlər 
altında  Stalinlə  bu  və  ya  başqa  şəkildə  təmasa  gəlmiş 
bulunan  bir  adam  sifətilə  xatirələrinin  ona  (Stalinə  – 
N.C.) aid olan qisminin nəşrinə qərar vermiş» (86, s. 11) 
və  bu  dəyərli  əsər  ilk  dəfə  1954-cü  ildə  Türkiyədə 
«Dünya» qəzetində 28 təfriqədə (22 may – 21 iyul; sayı: 
803-830)  dərc  edilmişdir.  Bundan  37  il  sonra  «Stalinlə 
ixtilal xatirələri» Azərbaycan dilinə qismən uyğunlaşdı-
rılmış  şəkildə  müəllifin  vətənində  işıq  üzü  görmüşdür 
(Bakı,  Elm,  1991;  çapa  hazırlayanı:  Nəsib  Nəsibzadə) 
(42). 1997-ci ildə isə Səbahəddin Şimşir xatirələrin ori-
jinalını özünün müxtəsər ön sözü ilə İstanbulda nəşr et-
dirmişdir (86). 
M.Ə.  Rəsulzadə  əsərin  ön  sözündə,  Stalini  bütün 
yönləri ilə təsvir etmək, onunla bağlı həqiqətləri təkrar-
lamaq niyyəti olmadığını nəzərə çatdırır. Çünki «ən qor-
xunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə ya-
xın bir müddətdə sovet imperatorluğundakı iki yüz mil-
yon  insanın  müqəddəratına  hökm  verən,  yer  kürəsinin 
üçdə  birini  kontrolu  altına  almış,  bütün  dinləri  inkar 
edən kommunist dininin bir peyğəmbəri sayılan, totali-
tarlar  totalitarı  bir  rejimin  ən  böyük  müməssili  Stalini, 
onun necə bir demaqoq, bir diplomat, bir diktator və ne-
cə  bir  terrorist,  bir  ixtilalçı,  bir  marşal,  bir  generalissi-
mus, Fironlara, Neronlara, Çingizlərə rəhmət oxutduran 
bir  tiran,  bir  qızıl  çar  olduğunu  hürr  millətlər  cəmiy-
yətində  bilməyən  kimsə  yoxdur»  (86,  s.  10).  Bununla 
belə,  M.Ə.  Rəsulzadənin  qənaətincə,  «stalinizmin  ya-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə