Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
86 
limdir.  Kamran  –  rus  zabitlərini  sillələdiyi  üçün  həbs 
edilən  hərbçidir.  Muradağa  isə  kolxoz  əleyhdarı  kimi 
yaxalanan Qaçaq Qarabəkirin məxfi adıdır. Məhz bu üç 
nəfər düşərgədəki 95 dəstəni birləşdirib, qiyama qaldır-
mağa müvəffəq olur. «Dünyada məhkum insanların inti-
qamı  çox  müdhiş  olur.  Hər  türlü  diktator  intiqamından 
daha müdhiş!..» (70, s. 17) – qənaətini  aşılayan müəllif 
düşərgədəki məhbusların heç birinin qiyama qarşı etiraz 
etməməsini  təbii  və  qanunauyğun  sayır.  Çünki  «mühit 
və iqlim amansız, bütün Sibirya və bütün Sovetlər Birli-
yi  amansızdı»  (70,  s.  18).  Məhbuslar  olumla  ölüm  ara-
sında deyil, şərəfli ölümlə tədrici və əzablı ölüm arasın-
da  seçim  etməlidirlər.  Onlar  şərəfli  ölümü  –  savaşaraq 
ölməyi  üstün  tuturlar.  Bolşevik  əxlaqına  bələd  olan  bu 
insanlar  müdafiəsiz  düşərgəni  bombalamaq  üçün  cəza 
dəstələrinin  bir  an  belə  tərəddüd  etməyəcəklərini  bilir-
dilər.  Nə  qədər  acınacaqlı  olsa  da,  onların  gözləntiləri 
özünü doğruldur. Düşərgədəki qiyam vəhşicəsinə yatırı-
lır. Məhbusların üç günlük azadlığı onların böyük əksə-
riyyəti üçün ölümlə sonuclanır. Müəllif düşərgədəki qi-
yamı  və  cəza  dəstələrinin  zorakı  hücumunu  bütün  dra-
matizmi ilə təsvir etməklə, bir tərəfdən, məhkum insan-
ların azadlıq eşqini, həyatları bahasına olsa belə, bir ne-
çə gün azad yaşamaq təşnəsini əks etdirirsə, digər tərəf-
dən,  bolşevik  rejiminin  amansızlığını,  qəddarlığını  real 
səhnələrlə  canlandırmağa  nail  olur.  Eyni  zamanda,  rus 
əsgər  və  zabitlərinin  qeyri-insani  rəftarı  müqabilində, 
Nadir və Kamranın əsir ruslarla alicənab davranışları da 
əsərdə  türklüyün  insani  duyğularının  təcəssümü  kimi 
mənalandırılır.  


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
87 
«Onlar  türklərdi»  əsərinin  bədii  strukturunda  mü-
hüm yer tutan Nadir, Kamran və Muradağa surətləri ilə 
yanaşı, iki qadın soydaşımızın – Nigar və Həmidənin də 
obrazları özünəməxsus bədii funksiya daşıyır. Nigar Na-
dirin, Həmidə isə Kamranın həyat yoldaşıdır. Ərləri Si-
birə  sürgün  edilən  hər  iki  qadın  bolşevik  rejiminə  qarşı 
mübarizəyə  qərar  verir  və  beləliklə  də,  konspirasiya 
məqsədilə Nigar – Nadya, Həmidə isə Zinaida – Zinoç-
ka olur. Moskvada xüsusi kəşfiyyat kursunda təhsil alan 
Nadya  peşəkar  casus  qabiliyyətləri  qazanır  və  burada 
toplanılmış təcrübə sonradan sovet rejiminə qarşı müba-
rizədə ona  çox gərəkli olur. Zinoçka isə tibb bacısı ixti-
sasına yiyələnərək,  ərinin sürgün yerinə – Krasnoyarsk 
diyarının Yeniseysk qəsəbəsinə yola düşür. Demək olar 
ki, bütün əsər boyu bu iki qadının taleyini izləyən müəl-
lif onları müxtəlif dramatik vəziyyətlərdə təsvir edərək, 
istiqlal  mücadiləsinin  cəsur  sıra  nəfərləri  kimi  səciyyə-
ləndirir  və  bütün  mürəkkəb  məqamlarda  Nigar  və  Hə-
midənin  ağıllı  hərəkətləri,  təmkinli  davranışları  Azər-
baycan  –  türk  qadınına  məxsus  yüksək  mənəvi  keyfiy-
yətlərin təcəssümünə çevrilir. 
Əsərin «Qanlı cəbhələrdə» adlı ikinci hissəsində so-
vet hərb sistemi, Kremlin velikorus şovinizminə söykə-
nən antitürk, antimüsəlman siyasəti əsas ifşa hədəfi kimi 
seçilmişdir.  Müəllif  burada  Almaniya  ilə  müharibənin 
sovet  rejiminin  çürüklüyünü,  ideologiyasının  qeyri-sə-
mimiliyini  bütün  çılpaqlığı  ilə  üzə  çıxardığıqını,  «kom-
munizm  məmləkəti»  adlandırılan  SSRİ-nin  mahiyyət 
etibarilə  rus  imperiyasının  davamı  olduğunu  xarakterik 
hadisələr  və  obrazlarla  canlandırır,  yüz  minlərlə  soydaş 


Nikpur  Cabbarlı 
 
 
 
88 
və dindaşımızın, həmçinin bir çox rusların belə bolşevik 
zülmündən  qurtulmaq  üçün  almanlara  bəslədikləri 
ümidləri əks etdirir. 
Əsərdə  rus  ordu  komandanlığının  Şimali  Qafqazın 
yerli əhalisinə münasibətdə riyakarlığı, qeyri-rusların in-
tizam  (oxu:  cəza  –  N.C.)  batalyonlarına  cəlb  olunaraq, 
zorla  ön  xəttə  çıxarılıb  məhv  edilməsi  Kremlin,  Stalin 
rejiminin türk-müsəlman xalqlarına düşmən münasibəti-
nin təzahürü kimi qavranılır. Belə ki, dağlıları almanlara 
qarşı birgə hərbə səsləyən rus komissarının geri dönün-
cə öz əsgərləri ilə danışığından onun dağlılara nifrətinin 
almanlara  nifrətindən  az  olmadığı  aydınlaşır.  Öz  soy-
daşlarıyla  baş-başa  qalan  komissar  artıq  açıq  danışır: 
«Görüyormusunuz, yoldaşlar. Şu vəhşi dağlılar dəxi fa-
şistlərlə  işbirliyi  yapıyorlar.  Cəbhəyə  yaxın  bölgələrin 
başıpozuq vəziyyətindən istifadə ilə bizə qarşı  kafa tut-
dular. Zatən onlardan başqa bir mərifət də bəkləyəməz-
dik.  Rus  torpağı  üzərində  yaşayan  bütün  bu  qeyri-rus 
məxluqlar  bizim  əski  düşmənlərimizdir.  Unutmasınlar 
ki, rus əsgəri qurşunu əsirgəməyəcək. Qəhrəman rus or-
dusu yalnız dış düşmənləri deyil, iç düşmənləri də imha 
edəcəkdir.  Siz  də  birər  rus  övladı  olaraq,  rus  torpağını 
bütün bu xain həriflərdən təmizləyəcəksiniz» (70, s. 61).  
«Komissar yoldaş»ın qəzəb və nifrətini açıq büruzə 
verməsi həm də onunla bağlıdır ki, «... Qafqaz dağların-
dan təbii bir istehkam kimi istifadə etmək istəyən ruslar 
nə dağları əmr altına ala bilirdilər, nə də dağlıları». Belə 
ki,  rus-alman  müharibəsinin  başlanması  ilə  Şimali  Qaf-
qazda  milli  mücadilə  açıq  şəkil  almış,  dağlılar  ruslarla 
mübarizədə  yeganə  müttəfiq  saydıqları  almanları  bir 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə