Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
82 
zaman  yaralı  vəziyyətdə  yatdığı  xəstəxanada  əsir  düş-
müş, lakin bolşevikləri Karpov soyadlı bir qızıl əsgər ol-
duğuna inandıra bilmiş və labüd edamdan qurtulmuşdur. 
Bir müddət Şimali Qafqazın müxtəlif yerlərində bu sax-
ta  soyadla  çalışdıqdan  sonra  QPU  məmuru  sifətilə  So-
lovki  sürgün  düşərgələrinə  göndərilən  Kiselyov-Qro-
mov illərlə orada müdir olmuş və fürsət tapan kimi mü-
hacirət  edərək  «Rusiyanı  bolşevik  vəhşətindən  qurtar-
maq üçün savaşa» qoşulmuşdur. 
M.B. Məhəmmədzadə bu antibolşevik rusun əsərin-
dən  müsavatçıların,  özəlliklə  də  doktor  Cahangir  Ağa-
yevin  Solovkidəki  fədakarlıqları  barədə  yazılanları 
müxtəsər  nəql  edərək  belə  bir  qənaətində  möhkəmlənir 
ki, «bu qısa məlumatdan qəhrəman istiqlal mücahidləri-
mizin  «buzlu  cəhənnəmdə»  göstərmiş  olduqları  yüksək 
cəsarət  dastanları  haqqında  vaxtilə  verilmiş  olan  məlu-
mat  və  yapılmış  olan  nəşriyyatın  həqiqət  olduğunu  bir 
daha  öyrənmiş  oluyoruz.  Qüvvətli  milli  bir  imana,  sar-
sılmaz bir iradəyə malik gənc qəhrəmanlarımız qaba və 
barbar qüvvət qarşısında boyun əyməmiş, diz çökməmiş 
və son dəqiqəyə qədər hürriyyət və istiqlal məfkurəsinə 
sadiq və mərbut qalmışlar» (76, s. 10-11).  
B.E.  Ağaoğlunun  «Solovkidə  gördüklərim»  adlı 
sürgün  xatirələri  də  mühacirət  ədəbiyyatımızda  «düşər-
gə  mövzusu»nda  yazılmış  ilk  əsərlərdən  biri,  bəlkə  də 
birincisidir.  Doğrudur,  burada  dolğun  bədii-sənədli  ob-
razlara, mükəmməl xarakterlərə rast gəlmirik, publisisti-
ka bədiiyyatı üstələyir. Bununla belə, bu əsər, bir tərəf-
dən vətənlərinin azadlığı və istiqlaliyyəti uğrunda sovet 
həbs düşərgələrində şəhid olmuşların, o cümlədən Azər-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
83 
baycan milliyyətçilərinin əziz xatirəsini yaşatması, digər 
tərəfdən  isə,  bolşevizmin  insanlığa  zidd  mahiyyətini 
konkret faktlarla açıqlaması, müəllifin özünün təbirincə 
desək,  bu  rejimin  «əski  çarlıq  rejimi  kimi  bir  zülm  və 
vəhşət  idarəsindən  ibarət  olduğunu  bütün  çılpaqlığı  ilə 
meydana  çıxarması» (57, № 6) ilə əhəmiyyətli olmaqla 
yanaşı, çağdaş dövrümüz üçün də aktualdır. Belə ki, bu 
gün  planetimizdə  Solovkilərin  daha  «modern»  və  daha 
dəhşətli modelləri mövcuddur. 
 
*** 
Azərbaycan  mühacirət  nəsrində  «düşərgə  mövzu-
su»nun  bədii-estetik  cəhətdən  daha  mükəmməl  işlənil-
məsi  baxımından  Abay  Dağlının  «Onlar  türklərdi» 
əsəri səciyyəvidir. A. Dağlının mühacirət dövrü yaradı-
cılığına  həsr  etdiyimiz  monoqrafiyada  (16)  onun  tərcü-
meyi-halını  verdiyimizdən,  burada  təkrara  lüzum  gör-
mürük. 
«Onlar türklərdi» kitabını A. Dağlı 1951-ci ildə An-
karada  Rana  imzasıyla  çap  etdirmişdir.  Həmin  imzanın 
A. Dağlıya məxsusluğu onun «Əsir ruhlar» kitabına mü-
hacir  ədəbiyyatşünas  və  sənətşünas  Mustafa  Həqqi 
Türkəqulun yazdığı ön sözdən bəlli olur. Xocası və dos-
tu A. Dağlının rus imperializminə qarşı dönməz  müba-
rizlərdən olduğunu vurğulayan M.H. Türkəqul qeyd edir 
ki,  «almanların  məğlubiyyətləri  ilə  nəhayətlənən  İkinci 
Dünya hərbindən sonra türklüyün son qalası və ümidga-
hı  olan  hürr  və  müstəqil  Türkiyəmizə  qovuşan  Abay 
Mirzə «Onlar türklərdi» adlı 20-ci əsr köləlik diyarı olan 
Sovetlərin  «Buzlu  cəhənnəm»  deyə  adlandırılan  Sibir-


Nikpur  Cabbarlı 
 
 
 
84 
yasında  bir  ovuc  türkün  mücadiləsini  təsvir  edən  kita-
bını  yayınlamağa  müvəffəq  oldu»  (90,  s.  4).  Müəllifin 
sağlığında – 1957-ci ildə işıq üzü görmüş «Əsir ruhlar» 
kitabındakı  bu  məlumat  «Onlar  türklərdi»  əsərinin       
A.  Dağlı  qələminin  məhsulu  olduğuna  şübhə  yeri  qoy-
mur. Yazıçının bu əsəri məxfi imza ilə çap etdirməsinin 
səbəbi isə, zənnimizcə, mühacirət həyatının ilk illərində 
sovet xüsusi xidmət orqanlarının təxribatlarından qorun-
maq  məqsədilə  bağlıdır.  Yeri  gəlmişkən,  A.  Dağlı  bu 
əsəri  cəbhədə  həlak  olmuş  məchul  bir  soydaşının  qanlı 
çantasından  tapılmış  yazılar  əsasında  işlədiyini  qeyd 
edir  və  həmin  məchul  yazarın  üslubunu  saxlamağa  ça-
lışdığını  vurğulayır  ki,  bunu  da  bədii  priyom  kimi  qiy-
mətləndirmək olar. Müəllifin özünün də qeyd etdiyi ki-
mi,  həm  memuar,  həm  də  roman  janrının  ünsürlərini 
özündə  ehtiva  edən  «Onlar  türklərdi»  əsərinin  «Uzaq 
mənfalarda» adlı birinci hissəsində «sovet buzlu cəhən-
nəmi»nə  –  Sibirə  sürgün  edilən  türklərin  məşəqqətləri 
və  köləlikdən  qurtulmaq  üçün  təşkil  etdikləri  qiyamlar 
təsvir olunur. «Sosializm dövlətinin öz təbələrini planlı 
və  mütəşəkkil  bir  surətdə  yaxalayaraq,  onları  bir  kölə 
kimi  işlətdiyini»  əyani  şəkildə  göstərmək  üçün  müəllif 
Sibirdəki  əmək  (oxu:  ölüm  –  N.C.)  düşərgələrindən  bi-
rindəki  dözülməz  qeyri-insani  şəraiti  canlandırır  və  bu 
fonda  totalitar  sovet  rejiminin,  Stalin  diktaturasının  ci-
nayətkar  mahiyyətini  bütün  çılpaqlığı,  eybəcərliyi  ilə 
açmağa müvəffəq olur. A. Dağlının təsvir etdiyi «əmək» 
düşərgəsinin sakinləri «bolşevik dilində anlayan kimsə-
lərdir».  Onların  qarşısında  duran  əmək  mükəlləfiyyəti 
yalnız  həyatları  bahasına  icra  oluna  bilər.  Çünki  «ölüm 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
85 
əzabına qatlanmadan planı yerinə yetirmək mümkün de-
yil.  Fədakarlıq  göstərməyənlər  isə  ölümə  məhkumdur-
lar...» (70, s. 2). 
Düşərgənin  məhbusları  içərisində  30  nəfər  türk  də 
var. «Onların vəzifəsi çalışmaq, əli zopalı çavuşun vəzi-
fəsi çalışdırmaq, silahlı mühafizlərin vəzifəsi isə tüfəng-
ləri  daima  tətikdə  saxlamaqdır».  «Çalışanlar  ölmüş  ar-
kadaşlarını sanki görmürlər və onların soyuq cəsədlərinə 
fikir  vermirlər.  İşdən  ayrılmaq  yasaqdır.  Ölən  ölməli, 
çalışan çalışmalı idi » (70, s. 2-3). 
«Lakin gündəlik itkilərə baxmayaraq, otuzluq qrup-
larda kölələrin sayı azalmır. İşin sirri bundadır ki, iqtisa-
diyyat  və  cəmiyyətini  planlı  bir  şəkildə  idarə  edən 
dövlət öz vətəndaşlarını da planlı bir  surətdə həbs edə-
rək əmək düşərgələrini kölələrlə təmin edir. Bu düşərgə 
də beş  min kişilikdir. Əskilmir. Kölələr ölür  və kölələr 
gəlirlər.  Dəmir  yollarından  və  yaşayış  məntəqələrindən 
yüz kilometrlərlə aralı yerləşən «sovet əmək düşərgələ-
ri»ni  mühafizə etməyə  belə lüzum  yoxdur. Kim haraya 
qaça  bilərdi.  Hər  tərəf  buz,  qar  və  meşə.  Lakin  zaman-
zaman baş verən qiyamlar dövləti düşərgənin mühafizə-
sini gücləndirməyə sövq etdi» (70, s. 3-12). 
Əmək  düşərgələrində  ölüm  əzabına  qatlaşanlar  xü-
susi  üçlüklərin  (troykaların)  müxtəlif  ittihamlarla  məh-
kum  etdiyi  əksərən  günahsız  şəxslərdir.  Onların  cəza 
müddətləri 15-25 il arasındadır. 
A. Dağlı dəstədə sağ qalan 21 soydaşımızdan yalnız 
3 nəfərin – Nadirin, Kamranın və Muradağanın mübari-
zəsini əsərin sonuna qədər izləyir. Nadir – azərbaycanlı 
şagirdlərə  türk  uşaqları  dediyi  üçün  həbs  edilən  müəl-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə