Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
100 
dostluğa necə «sədaqətli» olduğunu əks etdirən ən bariz 
örnəkdir. Onun nəzərində bu ailə köhnə dostu Rəsulza-
dənin  deyil,  «xalq  düşməni»  Rəsulzadənin  ailəsi  idi. 
Çünki  diktatorların  «dostluğu»  mövsümi  xarakter  daşı-
yır və onların hakimiyyət maraqlarına tabe etdirilir. Sta-
linin hakimiyyət ehtirasları isə, M.Ə. Rəsulzadənin vur-
ğuladığı  kimi,  «bütün  dünyanı  təhəkkümü  altına  almaq 
çapında idi. O, rus imperializminin tarixi seyrinə hakim 
olan  cahangirlik  gələnəyinin  ən  qəddar  bir  müməssili 
idi!..» (86, s. 113). Stalinin «Xatirələr»də real cizgilərlə 
yaradılmış bədii-sənədli obrazı bu həqiqəti bir daha təs-
diq edir. 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
101 
 
 
VƏTƏNDAġ  CƏMĠYYƏTĠ  PROBLEMĠNĠN 
BƏDĠĠ – FƏLSƏFĠ  DƏRKĠ 
 
zərbaycan  mühacirət  ədəbiyyatının  demokratik 
dövlət quruluşu uğurunda mübarizəsində biri di-
gəri ilə sıx bağlı olan iki istiqamət aydın nəzərə çarpır. 
Birincisi,  totalitar  rejimlərin,  diktaturanın,  müstəmləkə-
çiliyin ifşası yolu ilə demokratik dəyərlərin, milli istiq-
lalın təsdiqi; ikincisi isə, açıq  cəmiyyətə dair baxışların 
bədii  sözün  gücü  ilə  bilavasitə  təbliği.  Mühacirət  ədə-
biyyatımızın  görkəmli  nümayəndələrindən  olan  Əhməd 
Ağaoğlunun «Sərbəst insanlar ölkəsində» (1930) əsəri 
qeyd etdiyimiz istiqamətlərdən ikincisinə aid dəyərli ör-
nəkdir.  Təsadüfi  deyil  ki,  Ə.  Ağaoğlu  irsinin  tanınmış 
araşdırıcılarından  olan  Azərbaycan  MEA-nın  müxbir 
üzvü Əziz Mirəhmədov bu əsəri «mütəfəkkir ədibin bü-
tün ideya inkişafında, o cümlədən milli intibah ideyala-
rının  çoxillik  təkamül  yollarında  ən  yüksək  və  kamil 
mərhələ»  (35,  s.  25)  kimi  səciyyələndirir.  Fəlsəfə  elm-
ləri  doktoru  Rəhman  Bədəlova  görə,  «Sərbəst  insanlar 
ölkəsində» əsəri keçid dövrünü yaşayan Azərbaycan cə-
miyyətində demokratiya dərslərimizin, demokratiya təd-
risimizin  özülündə  duran  əsərlərdən  biri  ola  bilər  (12,     
s.  14).  Böyük  mütəfəkkirin  irsinin  digər  diqqətəlayiq 
araşdırıcısı, fəlsəfə elmləri doktoru Şahnəzər Hüseynov 
isə «Ağaoğlunun tam formalaşmış dünyagörüşünün mü-
hüm komponentlərinin Şərq-Qərb dixotomiyası çərçivə-
sində sosioloji komparativizm üsulu ilə aşkarlandığı son 



Nikpur  Cabbarlı 
 
 
 
102 
sanballı əsərləri» sırasında «Sərbəst insanlar ölkəsində» 
ni də qeyd edir (26, s. 161). 
Əsərin  janrına  gəldikdə  qeyd  etməliyik  ki,  Ə.  Mir-
əhmədov onu «traktat» adlandırır (35, s. 25). Prof. Vaqif 
Sultanlının  qənaətincə,  «Sərbəst  insanlar  ölkəsində»  si-
yasi-fəlsəfi  esse  səpkisində  işlənmişdir  (45,  s.  37;  37,    
s.  373).  Bizim  fikrimizcə,  bu  əsəri  bədii-fəlsəfi  traktat 
adlandırmaq daha doğrudur. Çünki burada müəllifin in-
san hüquqlarına, vətəndaş azadlıqlarına söykənən dövlət 
quruluşuna  və  açıq  cəmiyyətə  dair  fəlsəfi-sosioloji  dü-
şüncələri  bədii  şəkildə  inikas  olunur.  Bu  baxımdan, 
«Sərbəst  insanlar  ölkəsində»  M.F.  Axundzadənin  «Kə-
malüddövlə məktubları»nı xatırladır. Hər iki əsər, müəl-
liflərinin  fəlsəfi,  siyasi,  sosioloji  baxışlarının  bədii  ifa-
dəsi  kimi,  ədəbiyyatşünaslarla  yanaşı,  filosof  və  sosi-
oloqların da araşdırmalarının predmeti olmuşdur.  
Müəllif özü isə əsərin müqəddiməsində onun janrını 
və izlədiyi qayəni belə şərh edir: «Əsərimə nasıl bir şə-
kil vermək xüsusunda bir çox tərəddüd zamanları keçir-
dim;  nəhayət  onu  bir  hekayə  şəklində  yazmağa  qərar 
verdim.  Əsarətdən  qurtulmuş  bir  türk  Fərdini  hürr  və 
sərbəst bir ölkəyə götürdüm; bu ölkənin rəhbərləri-Türk 
Cümhuriyyətini  quran  Dahinin  əməl  və  arzularının  tə-
həqqüqü  üçün  çalışmaqdadırlar.  Türk  Fərdi-iştə  bənim 
«Pir»  dediyim  bu  rəhbərlər  ilə  görüşüyor.  Onların  bir 
Cümhuriyyətdə hürr və sərbəst vətəndaşların nasıl olma-
ları  lazım  gəldiyi  haqqındakı  fikirlərini  öyrəniyor;  eyni 
zamanda da Məmləkətimizin istiqbalda hürriyyət və fə-
zilət sayəsində nasıl inkişaf edərək bir nur və mədəniy-
yət  mənbəyi  olacağını  da  sərbəst  ölkədə  gördüyü  irfan 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
103 
və mədəniyyət müəssisələrini təsvir etməklə göstəriyor» 
(52, s. 2). 
Əsər şərti olaraq Fərd adlandırılan türk vətəndaşının 
sosial-hüquqi statusunun onun öz dili ilə açıqlanması ilə 
başlanır: «Bən bir əsir idim; hürr olmaq istədim. Zəncir-
lərimi  qırdım,  qalanın  divarını  dəldim  və  açığa  çıxaraq 
dərin bir nəfəs aldım. Şimdi önümdə geniş bir çöl vardı. 
Nereye  gedəcəyimi,  nasıl  davranacağımı  bilmiyordum. 
Tərəddüdlə bir kaç addım atdım. Kəndimi iki yolun ay-
rıcında  buldum  və  buraya  dikilən  bir  dirək  üzərində  şu 
yazıyı okudum: 
Sol tərəfə gedən yol hürriyyət yoludur
Sağ tərəfə gedən yol köləlik yoludur. 
Sol  tərəfi  aldım,  sabaha  qədər  yürüdüm.  Şəfəq  sö-
kərkən  kəndimi  bir  qalanın  önündə  buldum.  Qalanın 
qapısı üzərinə altun xətt ilə yazılı şu lövhəni oxudum: 
– Sərbəst insanlar ölkəsi» (52, s. 3). 
Fərd buranın məhz onun aradığı yer olduğuna sevi-
nərək  içəri  daxil  olmaq  istədikdə,  bəkçilər  (gözətçilər) 
qarşısını kəsərək, sorğu-suala tuturlar. Bəkçilərlə sorğu-
sual  zamanı  Fərd  anlayır  ki,  sərbəst  olmaq  üçün  təkcə 
əsarətin  zahiri  əlamətlərindən  qurtulmaq    yetərli  deyil-
dir; bundan ötrü 4 mühüm şərtə cavab vermək lazımdır: 
1. Nəfsinə hakimlik. 2. Doğruçuluq. 3. Həqiqətə tə-
həmmül. 4. İzzəti-nəfs sahibi olmaq. 
Fərd  bu  məziyyətlərə  malik  olduğunu  təsdiq  etdik-
dən sonra sərbəst insanlar ölkəsinə buraxılır və onun bu 
ölkəyə səyahəti başlayır.  
Əsərin  strukturunda  Fərdin  pirlərlə  söhbəti  mühüm 
yer  tutur.  Pirlər  özünü  «Törəm  əsil,  elim  nəcib,  qanım 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə