Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   27   28   29   30   31   32   33   34   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
123 
da  türk  millətini,  gənc  Türkiyə  Cümhuriyyətini  anarxi-
yanın törədə biləcəyi fəsadlardan qorudu. 
Azərbaycan ədəbiyyatında  memuar janrının dəyərli 
örnəklərindən olan «Sərbəst Firqə xatirələri» isə demok-
ratiya,  insan  haqları,  vətəndaş  azadlıqları  uğrunda  mü-
barizənin əzablı  yolunu, bu yolda Atatürk kimi  qüdrətli 
şəxsiyyətlərin  rolunu  əks  etdirməsi  baxımından  çağdaş 
dövrümüz üçün də aktualdır.    
 
 


Nikpur  Cabbarlı 
 
 
 
124 
 
SON   SÖZ   ƏVƏZĠ 
 
raşdırma  nəticəsində  belə  qənaətə  gəlirik  ki, 
Azərbaycan  siyasi  mühacirətinin  bədii  irsinin 
poeziyadan sonra ən zəngin qismi nəsrdir. Nəsr əsərlərinin 
mühacirət ədəbiyyatımızdakı çəkisi və buna müvafiq ola-
raq  önəmi  yalnız  onların  kəmiyyət  göstəriciləri  ilə  deyil 
(hərçənd  bu  da  əhəmiyyətlidir),  eyni  zamanda  mövzu, 
üslub, janr müxtəlifliyi və əlvanlığı ilə də şərtlənir. Heka-
yə, xatirə, memuar romanı, bədii-fəlsəfi traktat kimi janr-
larda yaranmış mühacirət nəsri örnəklərini hansı mövzuda 
yazılmasından  asılı  olmayaraq  birləşdirən  vahid  məfkurə 
azərbaycançılıqdır və məhz bu məqam «Azərbaycan dava-
sı»nın ideoloji cəbhəsi üçün əvəzolunmaz idi. 
Bununla belə, araşdırmaya cəlb etdiyimiz bədii örnək-
lərin timsalında gördüyümüz kimi, mühacirət nəsri yalnız 
ideoloji-siyasi  tutumu  ilə  deyil,  bədii-estetik  dəyəri  ilə  də 
milli ədəbiyyatımızın «qızıl fondu»na daxil olmuş, burada 
özünə  seçkin  bir  yer  təmin  etmişdir.  Azərbaycan  müha-
cirət  nəsrinin  yaradıcılarından  M.Ə.  Rəsulzadə,  Ə.  Ağa-
oğlu,  F.Əmircan,  M.B.  Məhəmmədzadə,  Ə.  Yurdsevər 
peşəkar  nasir  deyildilər,  bədii  yaradıcılıqla  da  ardıcıl 
məşğul  olmurdular.  A.  Dağlı  mühacirətdə  daha  çox  dra-
maturq,  T.  Atəşli  isə  daha  çox  şair  kimi  tanınırdı.  Fəqət 
onlar  fitri  istedadları  sayəsində  yuxarıda  qeyd  etdiyimiz 
epik janrlarda diqqətəlayiq əsərlər qələmə almışdılar. Belə 
ki,  Azərbaycan  milli  hərəkatının  müxtəlif  mərhələlərinin 
ən önəmli hadisələri ədəbiyyatımızda ilk dəfə olaraq məhz 
bu əsərlərdə canlandırılmış, istiqlal mücahidlərimizin dol-



Azərbaycan  mühacirət  nəsri 
 
 
 
125 
ğun bədii obrazları da ilk dəfə bu əsərlərdə yaradılmışdır. 
Bolşevik rejiminin, stalinizmin törətdiyi cinayətlərin, soy-
daşlarımıza  qarşı  yönəldilmiş  soyqırımı  siyasətinin  epik 
vüsətli  ifşası  yönündə  də  birincilik,  təbii  ki,  sovet  dövrü 
nəsrimizə  deyil,  mühacirət  nəsrimizə  məxsusdur.  Qardaş 
Türkiyə  Cümhuriyyətində  gedən  ictimai-siyasi  proseslər, 
Mustafa  Kamal  Atatürkün  milli  dövlət  quruculuğu  sahə-
sindəki  genişmiqyaslı  fəaliyyəti,  vətəndaş  cəmiyyəti  for-
malaşdırılması  problemləri  də  ədəbiyyatımızda  epik  dər-
kini  və  həllini  ilk  dəfə  olaraq  mühacirət  nəsrimizdə  tap-
mışdır. Bütövlükdə, mühacirət nəsrimiz  XX əsr Azərbay-
can  milli  hərəkatı,  türklük  mücadiləsi  haqqında  sanballı 
bədii  tədqiqatdır  və  o  da  əlamətdardır  ki,  bu  tədqiqatın 
müəllifləri həmin hərəkatın adlarını yuxarıda qeyd etdiyi-
miz  görkəmli  öndərləri,  şəxsiyyətləridir.  Bu  fakt  həmin 
bədii tədqiqatları Azərbaycanın siyasi tarixinin də mötəbər 
qaynağı kimi dəyərləndirməyə əsas verir.  
Azərbaycan mühacirət ədəbiyyatının digər qolları ki-
mi, mühacirət nəsrinin də günümüz üçün aktuallığı şəksiz-
dir.  Bu  irs  sanballı  elmi  nəşrini  və  hərtərəfli  araşdırılma-
sını gözləyir. «Giriş»də də qeyd etdiyimiz kimi, mühacirət 
nəsrimizin  digər  mətbu  və  qeyri-mətbu  örnəklərinin  də 
mövcudluğunu  istisna  etmirik.  Biz  bu  sahədəki  boşluğu 
müəyyən  qədər  doldurmaq  məqsədilə  qələmə  aldığımız 
monoqrafiyanı  ədəbi-elmi  ictimaiyyətin  diqqətinə  təqdim 
edir,  fəqət  heç  vəchlə  araşdırmamızı  bitmiş  saymır,  odur 
ki, yeni axtarışlara keçid üçün sonda nöqtə deyil, üç nöqtə 
qoyuruq... 
                                                      2004 – 2011 
 


Nikpur  Cabbarlı 
 
 
 
126 
 
 
Mənbələr və ədəbiyyat 
 
1.
 
Ağaoğlu  B.E.  Solovkidə  gördüklərim.  Bakı:  Gü-
nəş, 2004, 80 s. 
2.
 
Altunbay  Məmməd.  Azadlığa  uçan  türk.  Bakı: 
Maarif, 1994, 172 s. 
3.
 
Anar. Qürbət mənim içimdə.  «Ədəbiyyat qəzeti», 
12 iyun 1992, №24 (2823).  
4.
 
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı: Elm, 
1998, 336 s.  
5.
 
Azərbaycan  dilinin  izahlı  lüğəti.  ΙΙΙ  cild.  Bakı: 
«Şərq-Qərb», 2006, 672 s. 
6.
 
Azərbaycan  Xalq  Cümhuriyyəti.  Ədəbiyyat,  dil, 
mədəni  quruculuq.  Bakı:  «Qoliot  Qkup»  QSC  nəşriyyatı, 
2009, 336 s. 
7.
 
Azərbaycan  Milli  Ensiklopediyası.  «Azərbaycan» 
cildi.  Bakı:  «Azərbaycan  Milli  Ensiklopediyası»  Elmi 
Mərkəzi, 2007, 884 s. 
8.
 
Azərbaycan Sovet Ensiklopediyası. VΙΙ cild. Bakı: 
ASE Baş Redaksiyası, 1983, 624 s. 
9.
 
«Azərbaycanlıların  soyqırımı  haqqında»  Azərbay-
can  Respublikası  Prezidentinin  Fərmanı.  «Azərbaycan» 
qəzeti, 27 mart 1998-ci il.  


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə