Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
61 
 
 
AZƏRBAYCANLILARIN  SOYQIRIMI 
ÜMUMBƏġƏRĠ  FACĠƏ  KĠMĠ 
 
əşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayı-
lan soyqırımı (genosid) beynəlxalq hüquqda ilk 
rəsmi təsbitini BMT Baş Məclisinin 9 dekabr 1948-ci il 
tarixli Konvensiyası ilə tapsa da, çox-çox əvvəllər ayrı-
ayrı  dövlətlərin  daxili  və  xarici  siyasətində  mühüm  tər-
kib hissələrindən birinə çevrilmişdir. Soyqırımı siyasəti, 
yəni əhali qruplarının irqi, milli, dini mənsubiyyətə görə 
məhvinə  yönəldilmiş  tədbirlər  Rusiya  imperiyasının, 
sonralar isə sovet dövlətinin müstəmləkəçilik siyasətinin 
əsas  atributlarından  biri  olmuşdur.  Rus  imperiyasının 
türk, müsəlman xalqlarına qarşı  yürütdüyü bu  siyasətin 
çeşidli, qəddar təzahürlərinə məruz qalan xalqlardan biri 
də azərbaycanlılardır.  Beynəlxalq ictimaiyyət  yəhudilə-
rin,  çexlərin,  polyakların  soyqırımını  tanısa  da,  təəssüf 
ki, bu günədək azərbaycanlıların soyqırımı barədə daha 
çox susmağa üstünlük verir. Əlbəttə, bunun bir sıra ob-
yektiv  və  subyektiv  səbəbləri  vardır.  Başlıca  səbəb  isə, 
iki  əsrə  yaxın  bir  müddətdə  Azərbaycanın  Rusiyanın 
müstəmləkəsi olması idi. Təbii ki, soyqırımı siyasəti ye-
ridən  bir  imperialist  dövlətin  hakim  dairələri  həmin 
əməllərin  öz  adı  ilə  tanıdılmasına  yol  verə  bilməzdilər. 
Bunun nəticəsidir ki, azərbaycanlıların bir neçə nəsli həm 
əvvəllər,  həm  də  hazırda  yaşadıqları  dövrdə  onlara  qarşı 
həyata keçirilən bu iblisanə siyasətdən ya xəbərsiz qalmış, 
ya da onun mahiyyətini qavraya bilməmişlər. 



Nikpur  Cabbarlı 
 
 
 
62 
Çar  Rusiyasının  və  Sovet  dövlətinin  iki  əsrlik  bir 
tarixi dönəmdə müxtəlif üsullarla azərbaycanlılara qarşı 
həyata keçirdiyi soyqırımı siyasəti özünün siyasi-hüquqi 
qiymətini  ilk  dəfə  ümummilli  liderimiz  cənab  Heydər 
Əliyevin  Azərbaycan  Respublikasının  Prezidenti  ikən 
imzaladığı  «Azərbaycanlıların  soyqırımı  haqqında»     
26  mart  1998-ci  il  tarixli  Fərmanında  tapmışdır.  Fər-
manda düzgün olaraq göstərilir ki, «1813-cü və 1828-ci 
illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri 
Azərbaycan  xalqının  parçalanmasının,  tarixi  torpaq-
larımızın  bölünməsinin  əsasını  qoydu.  Azərbaycan  xal-
qının bu milli faciəsinin davamı kimi onun torpaqlarının 
zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləş-
dirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaq-
larına  köçürülməsi  həyata  keçirildi.  Soyqırım  Azərbay-
can torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevril-
di» (9). 
Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin 
bərpasına  qədər,  təqribən  70  illik  bir  zaman  kəsimində 
isə azərbaycanlıların soyqırımı haqqında həqiqət  yalnız 
siyasi mühacirlərimizin elmi, bədii və publisistik əsərlə-
rində  əksini  tapırdı.  M.Ə.  Rəsulzadənin  «Azərbaycan 
Cümhuriyyəti»,  «Kafkasya  türkləri»,  «Azərbaycanda 
rus koloni siyasəti»  M.B. Məhəmmədzadənin «Otuz bir 
mart!..»,  «Milli  Azərbaycan  hərəkatı»,  «Bakı  qətliamı-
nın  20-ci  ildönümü»,  H.  Münşinin  «31  Mart!..»,           
Ə. Yurdsevərin  «Azərbaycan istiqlal savaşından səhnə-
lər», H. Baykaranın «Azərbaycan istiqlal mücadiləsi ta-
rixi»,  M.  Altunbayın  «Hürriyyətə  uçan  türk»  əsərləri,  


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
63 
A. İldırımın, M. Zəyəmin, T. Atəşlinin, Ə. Volkanın şe-
irləri buna misal ola bilər. 
Azərbaycan siyasi mühacirətinin müxtəlif dövrlərdə 
nəşr  etdiyi  «Yeni  Kafkasya»,  «Azəri  türk»,  «Odlu 
yurd», «Bildiriş», «İstiqlal», «Qurtuluş», «Azərbaycan», 
«Mücahid»  və  s.  dərgi  və  qəzetlərdə  ənənəvi  olaraq  il-
dönümü qeyd olunan tarixi hadisələrin sırasında 31 mart 
1918-ci  il  Bakı  qətliamı  da  özünə  yer  almışdır.  Lakin 
siyasi mühacirətimizin istər elmi, istərsə də bədii-publi-
sistik  irsində  azərbaycanlıların  soyqırımı  ilə  bağlı  əsər-
lərə müraciətimizin səbəbi nə onların say etibarilə çox-
luğu,  nə  də  həcm  mülahizələridir.  Bu  marağı  şərtləndi-
rən başlıca amil mühacir yazarların irsində azərbaycan-
lıların soyqırımı məsələsinə konseptual baxışın mövcud-
luğudur, problemin qoyuluş tərzidir. Belə ki, onlar soy-
qırımını müntəzəm olaraq müxtəlif üsullarla həyata ke-
çirilən qəddar bir siyasət kimi qavramış, rus müstəmlə-
kəçiliyinin əsas təzahür formalarından biri kimi təqdim 
etmişlər.  Mühacir  müəlliflərin  irsində  azərbaycanlıların 
soyqırımı bir günün, bir ayın, bir ilin hadisəsi, faktı de-
yildir. Bu siyasət 1918-ci ilin 31 martından əvvəlki 100 
ildə də, sonrakı 70 ildə də davamlı olaraq yürüdülmüş-
dür.  Ən  başlıcası  isə  odur  ki,  adi  qətldən  fərqli  olaraq, 
soyqırımı  həm  də  səssiz    qətldir,  yəni  etnosun  yaşam 
imkanlarının  məhdudlaşdırılması,  yaşayış  üçün  dözül-
məz coğrafi, ekoloji, iqtisadi, sosial, siyasi və digər şərt-
lərin  düşünülmüş  surətdə,  şüurlu  şəkildə  bərqərar  edil-
məsidir.  Məhz  ekoloji  cəhətdən  ziyanlı  istehsalatların 
kompakt yerləşdirilməsi – bu sonuncu metod soyqırımın 
birbaşa qətllər yolu ilə həyata keçirilməsini ehtiva edən 


Nikpur  Cabbarlı 
 
 
 
64 
metoddan  daha  təhlükəli,  daha  məkrlidir.  Doğrudur, 
mühacir  yazarların  irsində  biz  soyqırımı  (genosid) 
termininə  rast  gəlmirik.  Lakin  soyqırımı  siyasətini  və 
cinayətini səciyyələndirən bütün şərtlər burada öz əksini 
tapır. 1929-cu ildə İstanbulda nəşr olunan «Odlu yurd» 
dərgisində çap etdirdiyi «Otuz bir mart!..» məqaləsində 
M.B.Məhəmmədzadə  1918-ci  ilin  martında  törədilmiş 
qanlı  hadisələrin,  qətliamın  məqsədini  bircə  cümlə  ilə 
olduqca  sərrast  açıqlayır:  «Azəri  milli  mövcudiyyətini 
tamamilə aradan qaldırmaq» (75, s. 59). 
Göründüyü  kimi,  mühacirət  irsində  1918-ci  ilin 
mart  hadisələri  sovet  tarixşünaslığından  fərqli  olaraq, 
sinfi  mübarizə  zəminində  baş  verən  münaqişə  kimi  de-
yil,  milli  zəmində  törədilmiş  qanlı  cinayət  –  soyqırımı 
kimi qiymətləndirilir. 
Bakı  qətliamının  20-ci  ildönümü  münasibətilə 
1938-ci ildə Berlində nəşr olunan «Qurtuluş» dərgisində 
çap etdirdiyi başqa bir məqaləsində isə Mirzə Bala şəx-
sən şahidi olduğu o dəhşətli səhnələri xatırlayaraq yazır: 
«Üç gün, üç gecə davam edən bu qətliam əsnasında Ba-
kı  havadan,  qurudan  və  dənizdən  bombardman  edildi. 
Məktəblər,  mətbəələr,  teatrlar,  kitabxanalar,  məscidlər, 
xeyriyyə  müəssisələri atəşə verildi. Müəllim, mühərrir, 
ədib,  şair,  doktor,  avukat,  mühəndis  kibi  münəvvər 
zümrə ev-ev aranıb kurşuna düzüldü. Südəmər çocuqlar 
divara suvandı. Hamilə qadınların qarnı yırtıldı. Üç gün 
əsnasında silahsız və günahsız 14.000 türk şəhid edildi» 
(77, s. 12-13). 
1918-ci  il  mart  hadisələrinin  mahiyyətini  soyqırımı 
kimi açıqlaması  baxımından Hilal Münşinin də yazdıq-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə