Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
46 
zifələr  qoyduğundan,  mühacirət  qurumlarının  diaspor 
qurumlarına, mühacirət mətbuatının diaspor mətbuatına, 
mühacirət ədəbiyyatının isə diaspor ədəbiyyatına trans-
formasiyası  zərurəti  yarandı.  Bu  prosesin  necə  getdiyi 
və  hazırda  hansı  keyfiyyət  məzmunu  kəsb  etdiyi  başqa 
bir araşdırmanın mövzusudur. 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
47 
 
 
MĠLLĠ   ĠSTĠQLAL   
HƏRƏKATININ  ĠNĠKASI 
 
illi  istiqlal  hərəkatının  inikası  Azərbaycan 
mühacirət  ədəbiyyatında  hər  zaman  başlıca 
istiqaməti  təşkil  etmişdir.  Doğrudur,  geniş  mənada 
yanaşdıqda,  bütövlükdə  XX  əsr  mühacirət  ədəbiyyatı-
mız «Azərbaycan davası»nın mühüm tərkib hissəsi kimi 
yaranıb inkişaf etmişdir. Bu ədəbiyyat Azərbaycan Xalq 
Cümhuriyyətini  tərənnüm  edəndə  də,  Anadolu  istiqlal 
savaşını  əks  etdirəndə  də,  türk  birliyi  ideyasını  təbliğ 
edəndə də, macar xalqının rus imperializminə qarşı mü-
barizəsini  dəstəkləyəndə  də,  Quzey  Kıbrıs  olaylarını 
təsvir  edəndə  də  onun  əsas  hədəfi  Azərbaycan  istiqlalı 
olmuşdur.  Bununla  belə,  mühacirət  ədəbiyyatımızda,  o 
cümlədən  mühacirət  nəsrimizdə  milli  istiqlal  mü-
cadiləsini  bilavasitə  bədii  tədqiqatın  predmetinə  çevi-
rərək,  onun  müxtəlif  dövrlərini,  yaddaqalan  məqamla-
rını epik lövhələrdə canlandıran əsərlər az deyildir. Eyni 
zamanda belə bir fakt da diqqətəlayiqdir ki, bu əsərlərin 
müəllifləri, bir qayda olaraq, istiqlal mücadiləsinin bila-
vasitə  fəal  iştirakçısı  olmuş  insanlar,  M.Ə.  Rəsulzadə, 
M.B.  Məhəmmədzadə,  N.  Şeyxzamanlı  kimi  tanınmış 
şəxsiyyətlərdir.  İlk  iki  müəllifin  həm  də  istiqlal  hərə-
katımızın  tarixi  ilə  bağlı  dəyərli  elmi  araşdırmaları 
vardır. Aşağıda bu və digər müəlliflərin yaradıcılığından 
səciyyəvi  örnəklər  əsasında  mühacirət  nəsrimizdə  milli 



Nikpur  Cabbarlı 
 
 
 
48 
istiqlal  hərəkatının  inikası  problemini  nəzərdən  keçir-
məyə çalışacağıq.     
M.Ə.  Rəsulzadənin  «Mim.Əlif»  imzasıyla  ilk  dəfə 
«Yeni  Kafkasya»  dərgisinin  27  nisan  1926-cı  il  tarixli 
sayında çap etdirdiyi «Qəzetəçi Seyyid» hekayəsi onun 
mühacirət dövrü bədii yaradıcılığının azsaylı örnəklərin-
dəndir.  Təsirli  və  obrazlı  bir  dillə  qələmə  alınmış  bu, 
həcmcə  kiçik  hekayədə  müəllif  bütün  şüurlu  həyatını 
milli  istiqlal  hərəkatına  təmənnasız  xidmətə  həsr  etmiş 
idealist bir insanın-qəzetəçi Seyyidin dolğun,yaddaqalan 
surətini  yaratmışdır:  «O, qəzetə  sahibi bir  «burjua»  de-
yildi.  Qəzetə  mühərriri  bir  «mürtəci»  də  deyildi.  Qapı-
qapı  dolaşaraq,  abunələri  tevzi  edən  fəqir  bir  qəzetəçi 
idi ... Seyyidi hər kəs tanırdı. Teatro müdavimləri ilə qə-
zetə  oxucularından  onu  tanımayan  yoxdu.  Qırmızı  ya-
naqlarında həyat, saf gözlərində nəşə, gülər üzündə vəfa 
və sədaqət dolu bu sağlam vücudlu insan, eyni zamanda 
köksündə  sağlam  bir  ruh  daşırdı.  Milli  və  vətəni  qa-
yələrlə  yapılan  nümayişlərdə  Seyyidi  daima  vücudu  ilə 
mütənasib  bir  həyəcan  qaplardı.  Qocaman  Azərbaycan 
bayrağını böyük bir vüqarla omuzuna alır, həyatının ən 
nəşəli anlarını yaşardı; o heç bir mükafat və ücrət bək-
ləməyən həqiqi xalq vətənpərvərliyinin səmimi bir mü-
məssili idi» (84, b), s. 11). 
«Heç bir  mükafat və ücrət bəkləməyən həqiqi  xalq 
vətənpərvəri» – qəzetəçi Seyyid 1920-ci il 27 aprel işğa-
lından sonra bolşeviklər tərəfindən həbs edilərək, «qur-
şuna  düzülür».  Onun  son  nəfəsində  bağrından  qopan 
«Yaşasın istiqlal!» nidası isə idealist Azərbaycan gənc-
liyinin  öz  sıralarından  yeni-yeni  istiqlal  mücahidləri 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
49 
yetirəcəyinə  bəslədiyi  sarsılmaz  inamını  ifadə  edir. 
Müəllifin hekayədən hasil olan qəti qənaəti belədir. 
Fuad Əmircanın  «Ġntiqam alan kölgə»  hekayəsin-
də  isə  1920-ci  ilin  27 aprelindən sonra Azərbaycanın 
müxtəlif bölgələrində qızıl istilaya qarşı baş verən çox-
saylı  üsyanlardan  birinin  –  Zaqatala  üsyanının  təsviri 
fonunda xalqın istiqlal inamının sarsılmazlığı, işğalçıla-
ra qarşı sonsuz qəzəb və nifrəti əksini tapmışdır. Müəllif 
gənc zabit Muradın və onun nişanlısı Leylanın mücadi-
ləsi  timsalında  Azərbaycan  gəncliyinin  istilaya  qarşı 
müqavimət  gücünü,  istiqlal  uğrunda  mübarizə  əzmini, 
rəşadət və şücaətini qələmə almışdır. Murad öz silahdaş-
ları  ilə  birgə  bölgədəki  rus  işğalçılarına  qarşı  üsyana 
başlamaq qərarını verincə, nişanlısı Leyla da bir an belə 
tərəddüd etmədən onlara qoşulacağını bəyan edir:  
...Murad,  bən  də  sizin  gibi  istiqlal  için  mücadile 
edəcəğim,  kahraman  mücahidlərimizin  yaralarını  sara-
caq  bir  xəstə  bakıcısı  gibi  çalışacağım,  bənim  də  quru-
rum vardır, aşkına layiq olmaq istərim! (66, b), s. 13). 
Rusların  sayca  xeyli  üstün    canlı  qüvvəsi  və  hərbi 
texnikası  –  topları,  təyyarələri  ilə  qeyri-bərabər  qanlı 
döyüşdə  Zaqatala  üsyançıları  düşmənə  böyük  tələfat  
verərək,  məğlub  olurlar.  «Müşfiq  bir  mələk  kimi  hər 
yaralının başı üstündə hazır bulunan» Leyla da  üsyanın 
bir çox iştirakçıları ilə bərabər, mərmi partlayışı zamanı 
şəhid  olur.  F.  Əmircan  Leylanın  şəxsində  vətənpərvər 
Azərbaycan  qızlarının  istiqlal  mücadiləsindəki  rolunu 
nəzərə çarpdırmış, bu mücadilənin hər bir azəri oğlu ki-
mi, hər bir azəri qızının da müqəddəs vəzifəsi olduğunu 
xatırlatmışdır. 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə