Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
43 
məsi (referendum) yolu ilə qəbul edilmiş ilk milli Kons-
titusiyamızda da təsbit edilmişdir. 
Xalqımızın qədim tarixindən, zəngin mədəniyyətin-
dən  qaynaqlanan  azərbaycançılıq  ideologiyası  müasir 
dövlətçiliyimizin  ideologiyasına  çevrilmiş  və  hazırda 
bütün  dünyadakı  soydaşlarımızı  birləşdirən  dəyərlər 
sistemidir.  Yetmiş  illik  sovet  müstəmləkəçiliyi  dövrün-
də isə bu məfkurənin yaşadılmasında siyasi ideyaları bə-
dii  obrazlara  çevirən  ədəbiyyatımızın,  xüsusilə  mühaci-
rət ədəbiyyatımızın əvəzsiz rolu olmuşdur. Belə ki, mə-
lum  səbəblərdən  milli  məfkurəyə  heç  də  həmişə  sadiq 
qala bilməyən  sovet dövrü ədəbiyyatımızdan fərqli ola-
raq,  mühacirət  ədəbiyyatımız  büsbütün  azərbaycançılıq 
ideologiyasına  söykənir,  onun  dəyərlərini  poetik  tərən-
nümün, epik təsvirin, dramatik dərkin, ədəbi-tənqidi ba-
xışların predmetinə çevirirdi.  
Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  «1914-cü  il 
sərhədləri  daxilində  vahid  və  bölünməz  Rusiya»  şüarı 
ilə çıxış edən, bolşevik əsarətində olan digər millətlərin 
istiqlal haqlarını tanımayan rus siyasi mühacirətindən və 
velikorus  şovinizmindən  qaynaqlanan  bu  şüarı  bir  sıra 
hallarda dəstəkləyən rus mühacirət ədəbiyyatından fərq-
li olaraq, Azərbaycan mühacirət ədəbiyyatı (eləcə də si-
yasi  mühacirəti)  bütün  insanların  hürriyyət,  bütün  mil-
lətlərin  istiqlal  haqlarını  tanıyır  və  müdafiə  edirdi.     
M.Ə.  Rəsulzadənin:  «İnsanlara  hürriyyət,  millətlərə  is-
tiqlal»  kəlamı  bütövlükdə  mühacirət  ədəbiyyatımızın 
ideya-siyasi yönünü müəyyən edirdi. 
Bolşevik rejiminə qarşı barışmaz mücadilə yürüdən 
Azərbaycan  mühacirət  ədəbiyyatı  eyni  zamanda  Vətən 


Nikpur  Cabbarlı 
 
 
 
44 
həsrətini, qürbət həyatının ağrı-acılarını da ifadə edirdi. 
Bu  məqam  mühacirət  poeziyamızda  xüsusilə  qabarıq 
nəzərə çarpırdı. Lakin mühacirət ədəbiyyatındakı nostal-
giyanın  folklorumuzda  və  klassik  ədəbiyyatımızda  ifa-
dəsini  tapan  nostalji  hisslərlə  müqayisədə  daha  dərin 
mənəvi-psixoloji  kökləri,  başlıcası  isə  siyasi  motivləri 
var  idi.  Bu,  ilk  növbədə  Azərbaycanın  itirilmiş  istiqla-
liyyətinin,  müvəqqəti  olaraq  endirilmiş  üçrəngli,  ay-ul-
duzlu bayrağının nostalgiyası idi. 
Prof. Y.B. Borevin  mühacirət ədəbiyyatlarının uni-
versal  xüsusiyyətləri  sırasına  aid  etdiyi  ikidillilik,  həm-
çinin bir dilin digər dillə zənginləşdirilməsi Azərbaycan 
mühacirət ədəbiyyatı üçün də səciyyəvidir. Belə ki, mü-
hacirət  ədəbiyyatımız  mütləq  əksəriyyət  etibarilə  Azər-
baycan  və  türk  (Türkiyə  türkcəsi)  dillərində  yaranmış-
dır. Bir sıra əsərlər isə sanki bu iki dilin leksik və sintak-
tik imkanlarını ehtiva edən qarışıq bir dildə qələmə alın-
mışdır.  Mühacirət  ədəbiyyatımızın  dili  ilə  bağlı  bu  və 
digər məsələlər dilçilik elminin tədqiqat sahəsinə aid ol-
duğundan biz onların üzərində dayanmırıq. Təbii ki, bu 
məsələlər hərtərəfli araşdırma tələb edir və zənnimizcə, 
çağdaş  dilçiliyimizin  həmin  problemə  diqqət  yetirməsi 
həm ədəbi dil tariximiz, həm də  mühacirətşünaslığımız 
üçün əhəmiyyətli olardı. 
Mühacirət  irsində,  az  da  olsa,  fransız,  alman,  rus 
dillərində də ədəbi-elmi və publisistik örnəklərə rast gə-
lirik ki, bunlar da, əsasən, «Azərbaycan davası»nı Avro-
pa  ölkələrində,  habelə  Rusiya  məhkumu  millətlərin 
«Prometey» cəbhəsi daxilində aktuallaşdırmaq məqsədi 
daşıyan əsərlərdir. Onu da qeyd edək ki, rus və Avropa 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
45 
dillərində yazan müəlliflər Azərbaycan və türk dillərinə 
də mükəmməl surətdə bələd idilər. Məsələn, rus və fran-
sız  dillərində  yazan  C.  Hacıbəyli,  alman  dilində  yazan    
H. Münşi və Ə. Cəfəroğlu Azərbaycan və türk dillərində 
də mükəmməl yazırdılar. Lakin hansı dildə yaranmasın-
dan  asılı  olmayaraq,  Azərbaycan  mühacirət  ədəbiyyatı 
heç bir zaman yarandığı ölkənin ictimai-siyasi və ədəbi-
mədəni  mühitində  əriməmiş,  özünün  müstəqilliyini  qo-
ruyub  saxlamış,  daim  milli-mənəvi  dəyərlərimizə  sadiq 
qalmış, kosmopolitizmə meyil etməmişdir. 
Beləliklə,  deyilənləri  ümumiləşdirərək  belə  bir  ye-
kun qənaətimizi ifadə edə bilərik ki, Azərbaycan müha-
cirət ədəbiyyatı: 
1.
 
1920-1991-ci  illər  arasında  totalitar  sovet  reji-
minə  qarşı  açıq,  barışmaz  müxalifətdə  olan  mühacir 
şair, yazıçı, dramaturq və ədəbiyyatşünaslarımızın ya-
ratdığı ədəbiyyatdır. 
2.
 
Siyasi  mühacirətimizin  yürütdüyü  milli  istiqlal 
hərəkatının  –  «Azərbaycan  davası»nın  mühüm  tərkib 
hissəsi, ideoloji cəbhəsidir. 
3.
 
Azərbaycançılıq  ideologiyasına  əsaslanan,  mil-
liyyətçi,  türkçü,  vətənçi,  istiqlalçı,  xalqçı,  hürriyyətçi 
və cümhuriyyətçi bir ədəbiyyatdır. 
1991-ci  ildə  Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyinin  bərpası  ilə  XX  əsr  Azərbaycan  siyasi 
mühacirətini doğuran səbəb aradan qalxdı və bununla da 
həmin mühacirətin tarixi missiyası başa çatdı. Fəqət ye-
ni  tarixi-siyasi  şərait  qarşıya  ölkəmizin  müstəqilliyinin 
dönməzliyinin  təmin  edilməsi,  ərazi  bütövlüyünün  bər-
pası,  dünya  birliyində  layiqli  yer  tutması  kimi  yeni  və-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə