Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
36 
həm  siyasi,  həm  də  mənəvi  əsası  var  idi.  Lakin  Mirzə 
Cəlilin  1920-ci  il  Təbriz  səfərinin  mühacirət,  «Molla 
Nəsrəddin»in  Təbriz  saylarının  isə  mühacirət  mətbuatı 
(demək,  həm  də  mühacirət  ədəbiyyatı,  çünki  bu  jurnal 
ədəbi  mətbuat  orqanı  idi)  kimi  təqdim  edilməsi,  emiq-
rantologiyanın  nəzəri  prinsipləri  baxımından  doğru  de-
yildir.  
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycan  mühaci-
rət  mətbuatının  yaranma  tarixinə  dair  fil.e.d.  A.  Tahirli 
ilə polemikaya girən prof. Alxan Bayramoğlunun möv-
qeyi  prinsipial  məqamlarda  çağdaş  emiqrantologiyanın 
müddəalarına uyğundur (11). 
Nəhayət,  XX  əsr  Azərbaycan  siyasi  mühacirətinin 
görkəmli  xadimlərindən  biri,  milli  mühacirətşünaslığı-
mızın banisi Mirzə Bala Məhəmmədzadə də öz araşdır-
malarında  Azərbaycan  mühacirət  mətbuatının  tarixinin 
1923-cü ildə «Yeni Kafkasya» məcmuəsi ilə başlandığı-
nı qeyd edir (79, s. 4; 81, s. 165). 
Araşdırdığımız mövzu ilə bağlı prof. Həsən Quliye-
vin  rus  dilində  nəşr  olunmuş  «Azərbaycanın  mühacirət 
ədəbiyyatı» kitabına da (96) toxunmaq istərdik. Bu kitab 
bütövlükdə problemin  qoyuluşunun  yanlışlığı  ilə səciy-
yələnir və müəllifin çağdaş emiqrantologiyanın prinsip-
lərindən  xəbərsizliyini,  bu  sahədə  diletant  olduğunu 
göstərir. Məhz bunun nəticəsidir ki, H. Quliyev «müha-
cirət»,  «mühacirət  ədəbiyyatı»  anlayışları  ilə  «dissi-
dent»,  «repressiya»,  «repressiya  olunmuş  ədəbiyyat» 
anlayışlarını  bir-birinə  qarışdıraraq  dolaşıqlıq  yaradır, 
M.  Füzulinin,  M.Ş.  Vazehin,  M.  Şeyxzadənin,  sovet 
dövründən  Moskvada  yaşayıb-yaradan  T.  Məliklinin,  


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
37 
A. Axundovanın, İ. Bədəlbəylinin, Ç.Hüseynovun «mü-
hacir»liyini, mühacirət ədəbiyyatı nümayəndəsi olub-ol-
madığını lüzumsuz müzakirə mövzusuna çevirir. 
Müəllif  Ə.  Hüseynzadəni,  Ə.  Ağaoğlunu,  M.Ə.  Rə-
sulzadəni  mühacirət  ədəbiyyatımızın  birinci  dalğasının 
nümayəndələri kimi təqdim etsə də, V. Sultanlı kimi o da 
həmin dövrə aid konkret bədii əsərlərin adını çəkə bilmir. 
M.Hadini də  mühacirət  ədəbiyyatının nümayəndəsi kimi 
təqdim  etməklə  professor  sözün  əsl  mənasında  «gül  vu-
rur». 
H. Quliyev «ikinci dalğa» mühacir yazıçılar sırasına 
Banini və Y.V. Çəmənzəminlini də aid edir ki, bunun da 
yanlışlığını yuxarıda qeyd etmişik. 
Ümumiyyətlə,  kitabla  tanışlıqdan  belə  bir  qənaət 
hasil  olur  ki,  müəllif  mühacirət  ədəbiyyatı  mətnlərinin 
böyük  əksəriyyətinin  orijinalları  ilə  tanış  deyil,  «tədqi-
qat»ını ya həmin mətnlərin Bakı nəşrləri, ya da rus dili-
nə edilmiş tərcümələr əsasında qurmuşdur. Kitabın II və 
III  fəsillərində  8  portret  verilmişdir  ki,  bunlardan  da     
3-nün (M. Hadi, Y.V.  Çəmənzəminli, Banin),  ümumiy-
yətlə, Azərbaycan mühacirət ədəbiyyatına aidiyyatı yox-
dur. 
Digər  portretlər  isə  əsasən,  məlum  tərcümeyi-hal 
faktlarının  və  biblioqrafik  məlumatların  sadalanmasın-
dan  ibarətdir.  Yalnız  Almas  İldırım  haqqında  portret-
oçerkdə H. Quliyev şairin bir neçə şeirini təhlil etməyə 
cəhd  göstərirsə  də,  müvəffəq  olmur.  Belə  ki,  «Əlvida, 
Bakı»  və  «Əsir  Azərbaycanım»  şeirlərinin  «təhlili»  za-
manı (96, s. 76-77) H. Quliyev Bəkir Nəbiyevin «Didər-
gin  şair»  monoqrafiyasından  «yaradıcılıqla»  bəhrələn-


Nikpur  Cabbarlı 
 
 
 
38 
miş, onun fikirlərini (38, s. 92, 97-98; 40, s. 81, 85-86) 
cüzi  redaktə  ilə  rus  dilinə  çevirmişdir.  «Qara  dastan» 
şeiri ilə bağlı hissəni isə  (96, s. 78-79) çox cüzi fərqlə 
əvvəldən  axıra  qədər  B.  Nəbiyevin  sözügedən  kitabın-
dan  (38,  s.  110-111;  40,  s.  96-97)  tərcümə  etmiş,  fəqət 
mənbəni  göstərməyi  «unutmuş»,  beləliklə  də,  plagiatlı-
ğa yol vermişdir. 
Kitabda Ə. Topçubaşovun vəfat tarixi 1934 əvəzinə 
1943 (96, s. 12), Ə. Ağaoğlunun doğum ili 1869 əvəzinə 
1868 (96, s. 39), M.Ə. Rəsulzadənin «Azərbaycan şairi 
Nizami»  monoqrafiyasının  ilk  nəşr  tarixi  1951  əvəzinə 
1949  (96,  s.  36)  qeyd  edilmişdir.  A.  İldırımın  «Əsir 
Azərbaycanım»  şeirindən  gətirilən  sitatda  son  misra 
«Oyanmazmı  kor  olası  baxtım  oy!»  əvəzinə  «Oyanma-
mış kor olası baxtım oy!» kimi verilir. 
Kitabda Y.V. Çəmənzəminlinin Fransada beş ilə ya-
xın yaşadığı qeyd olunur (96, s. 85). Əslində isə, yuxarı-
da qeyd etdiyimiz kimi, ədib bu ölkədə 1923-cü ilin əv-
vəllərindən 1926-cı ilin aprelinədək – təqribən 3 il yaşa-
mışdır.  
H. Quliyevin kitabında təsadüf edilən digər bir yan-
lış məqam I Dünya müharibəsindən sonra daim Ağaoğlu 
soyadı və imzası ilə yaşayıb-yaratmış Əhməd bəyi Ağa-
yev  soyadı  ilə  təqdim  etməsidir.  Lakin  bu  azmış  kimi  
H. Quliyev böyük mütəfəkkiri haqlı olaraq Ağaoğlu so-
yadı ilə təqdim edən araşdırıcıları məzəmmət etməkdən 
də çəkinmir: «В последние годы исследователи при-
бегают и к имени «Ахмед-бек Агаоглы»» (96, s. 41). 
Burada Əhməd bəyin qızı Sürəyya Ağaoğlunun xa-
tirələrindən bir parçanı H. Quliyevin nəzərinə çatdırma-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
39 
ğı lazım bilirik. Sürəyya xanım «Bir ömür böylə keçdi» 
əsərində  yazır:  «O  çağlarda  beni  üsyana  sövq  edən  bir 
başqa neden də çevrəmdəkilərin kızınca bana: «Ağayif» 
deyə  xitab  etmələri  idi.  Rusiyada  Ağayiv  olan  soyadını 
babam 1-ci Cihan Harbindən sonra «Ağaoğlu»na çevir-
mişti. Fakat halen bile sürəgələn bir tutumla bize hücum 
etmek istəyənlər «Ağayiv» deyərək ailəmizin Rusiyadan 
gəldiyini  xatırladırlar.  Nitəkim  qardaşım  Tezer, 
C.H.P'nin  (Türkiyənin  Cümhuriyyət  Xalq  Partiyası  nə-
zərdə tutulur – N.C.) yayın orqanı olan «Ulus» qəzetəsi-
nin Səməd üçün babamı kastedərək «Agayif'in oğlu» tə-
birini kullanması üzərinə C.H.P.  Kars məbusu ikən par-
tisindən istefa etmişdi» (61, s. 21-22). 
H. Quliyevin haqqında bəhs etdiyimiz monoqrafiya-
sında  diqqətimizi  cəlb  edən  daha  bir  qeyri-korrekt  mə-
qam  1931-ci  ildə  SSRİ-nin  təzyiqi  ilə  M.Ə.  Rəsulzadə-
nin və digər siyasi mühacirlərimizin Türkiyədən çıxarıl-
ması  ilə  bağlı  söylənilən  ziddiyyətli  və  əsassız  fikir-
lərdir:  «В  последующем,  под  давлением  Кремля  ту-
рецкие  власти  во  главе  с  Ататюрком  изгнали  муса-
ватистов  во  главе  с  М.Э.  Расулзаде  из  Турции,  где 
они  нашли  себе  пристанище…  Как  видим,  союз 
М.Э. Расулзаде, проповедника общетюркского един-
ства, с Ататюрком также не состоялся… » (96, s. 30). 
Həqiqətən də, Kremlin təzyiqi ilə 1931-ci ildə Tür-
kiyə  hökuməti  SSRİ-dən  olan  siyasi  mühacirlərin  (yal-
nız  müsavatçıların  deyil)  ən  görkəmli  nümayəndələri-
nin, o cümlədən M.Ə. Rəsulzadənin ölkədən çıxarılma-
sı,  Müsavat  Partiyasının  Xarici  Ölkələr  Bürosunun  və 
Azərbaycan  Milli  Mərkəzinin  fəaliyyətinin  dayandırıl-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə