Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
33 
kimi  tanınması,  erməni-daşnak  canilərin  Qarabağdakı 
vəhşilikləri zamanı silah götürüb Xankəndindəki vuruş-
larda iştirak etməsi s.b.k. səbəblər ədibin Təbrizə müha-
cirətini  labüd  etmişdi.  Lakin  Arazın  o  tayında  da  şərait 
yaradıcılıq və jurnalistika üçün yararsız idi» (36, s. V). 
Əziz  Mirəhmədovun  bu  mülahizələrinə  əsaslanan 
fil.e.d.  Abid  Tahirli  Azərbaycan  mühacirət  mətbuatı 
tarixinin «Molla Nəsrəddin»in Təbriz nömrələri ilə  baş-
landığını iddia edir ( 47, s. 37, 44; 48,  s. 14-15; 49; 50; 51, 
s. 254-278). 
Məlumdur  ki,  mühacirət  mətbuatını  və  mühacirət 
ədəbiyyatını  siyasi  mühacirət  yaradır.  Fəqət  C.  Məm-
mədquluzadənin  həyat  və  fəaliyyətinin  qısamüddətli 
Təbriz  dövrü  bu  böyük  ədibi  –  siyasi  mühacir,  «Molla 
Nəsrəddin»  satirik  jurnalını  isə  mühacirət  mətbuatı  or-
qanı kimi səciyyələndirməyə əsas vermir. Belə ki, Mirzə 
Cəlil Şimali Azərbaycanı – Azərbaycan SSR-i siyasi ba-
xışlarına görə deyil, qardaşı Mirzə Ələkbərin təkidi nəti-
cəsində  tərk  etməyə  məcbur  olmuşdu.  Mirzə  Ələkbərin 
niyyəti  isə  sovet  hakimiyyətinin  hələ  möhkəmlənmə-
diyi,  Azərbaycanın  əyalətlərində,  o  cümlədən  Qarabağ-
da qarışıqlığın, özbaşınalığın hökm sürdüyü bir şəraitdə 
Mirzə  Cəlilin  və  onun  ailə  üzvlərinin  təhlükəsizliyini 
təmin  etmək,  onların  şərəf  və  ləyaqətini  mümkün olan, 
ehtimal  edilən  təhqirlərdən  qorumaq  idi.  Bu  məqam 
Həmidə  Məmmədquluzadənin  xatirələrində  də  əksini 
tapmışdır:  «1920-ci  ilin  baharında  biz  Kəhrizlidə  ya-
şayırdıq.  May  ayında  xəbər  yayıldı  ki,  Gəncədə  üsyan 
qaldırılmışdır. Şuşada və Ağdamda yerləşən qoşun dəs-
tələri  Yevlax  dəmiryol  stansiyasına  tərəf  hərəkət  edir-


Nikpur  Cabbarlı 
 
 
 
34 
dilər. Fitnəkarlar xalq arasında şayiə yaymışdılar ki, gu-
ya  bolşeviklər  Bakını  və  Gəncəni  tərk  edirlər.  Bir-biri-
nin  arxasınca  müxtəlif  şayiələr  yayılırdı.  Fitnəkarlar  öz 
işlərini görməkdə idilər. Onların yaydığı ağlasığmaz şa-
yiələr  camaatın  içərisində  vahimə  doğurmuşdu.  Aranın 
qarışmasından  istifadə  edən  qaçaq-quldur  hər  tərəfdə 
müxtəlif hadisələr törədirdi. Özbaşınalıq hökm sürmək-
də  idi.  Bu  zaman  Mirzə  Cəlilin  qardaşı  Mirzə  Ələkbər 
Naxçıvandan  gəlib  çıxdı.  O,  məsləhət  gördü  ki,  yığışıb 
müvəqqəti olaraq, Təbrizə köçək, ara sakitləşəndən son-
ra qayıdıb vətənə gələrik. Biz buna razılıq vermədik. 
Mirzə  Ələkbər  öz  fikrində  israr  edərək  deyirdi: 
«Hazırda  Təbrizdə  hökumət  demokratların  əlindədir, 
onlar  bizi  sevinclə  qarşılayacaqlar.  Biz  orada  «Molla 
Nəsrəddin»  jurnalının  nəşrini  davam  etdirərik  və  bu, 
şübhəsiz,  gözəl  nəticələr  verər.  Sovet  hökuməti  Azər-
baycanda  möhkəm  bərqərar  olduqdan  sonra  sizi  yada 
salıb, Molla Nəsrəddini dəvət edəcəkdir. İndi isə dayan-
mayıb getmək lazımdır, mən sizin təhlükəsizliyinizə ca-
vabdehəm».  
Mirzə  Ələkbər  etiqadla  inandığı  hər  şey  haqqında 
qəti  inamla  danışar,  iradəsindən  dönməz,  kimsədən  nə 
qorxar, nə də çəkinərdi. Onun gətirdiyi sübutlar nəticədə 
bizi  yerimizdən  elədi,  yığışıb  yola  düşdük.  Uzun  əzab-
əziyyətlərdən sonra Araz çayını Xudafərin körpüsündən 
keçib, İran torpağına daxil olduq» (33, s. 66-67). 
1920-ci  ilin  yayında  Mirzə  Cəlili  Qarabağdan  Təb-
rizə getməyə vadar edən şəraitin əyani əksi olan bu xa-
tirə parçasından da aydın görünür ki, yeni qurulmuş, fə-
qət  hələ  möhkəmlənməyə  macal  tapmamış  sovet  höku-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
35 
məti ilə böyük ədib arasında onu mühacirət həyatı seç-
məyə sövq edəcək heç bir ziddiyyət olmamışdır. Bu zid-
diyyətlər özünü bir neçə il sonra büruzə verəcək. Digər 
tərəfdən, Mirzə Cəlilin Təbrizdəki fəaliyyətində, «Molla 
Nəsrəddin»in bu şəhərdə işıq üzü görmüş saylarında Şi-
mali  Azərbaycandakı  bolşevik  rejiminə  qarşı  nəinki 
açıq,  heç  gizli  müxalifət  mövqeyini  də  görmürük.  Bu 
isə, artıq qeyd etdiyimiz kimi, siyasi mühacirəti, müha-
cirət ədəbiyyatını, eləcə də mühacirət mətbuatını xarak-
terizə  edən  başlıca  cəhətdir.  Məhz  sovet  hakimiyyətinə 
qarşı çıxış etmədiyinə görə tezliklə Azərbaycan SSR hö-
kuməti  Mirzə  Cəlili  Bakıya,  «Xalq  Maarif  Komissarlı-
ğında məsul vəzifə daşımağa» dəvət etdi (24, s. 357) və 
«qoca  Molla  Nəsrəddin»  bu  dəvəti  razılıqla  qarşılaya-
raq,  «tərəddüd  etmədən  vətənə  qayıtmağı  qərara  aldı» 
(24, s. 358). Bunun əsas səbəbi isə, akademik İsa Həbib-
bəylinin  vurğuladığı  kimi:  «...Özünü  fəhlə-kəndli  döv-
ləti adlandıran yeni hökumətin məramı və məqsədləri ilə 
yazıçının  (Mirzə  Cəlilin  –  N.C.)  niyyətlərinin  bir  çox 
nöqtədə üst-üstə düşməsi idi» (23, s. 11). C. Məmməd-
quluzadə  sovet  hökumətinə  rəğbətini  1922-ci  ildə  belə 
ifadə edirdi: «O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə 
və  məzasına  hər  babətdən  müvafiqdir  –  onun  adı  şura-
dır. Şura üsul-idarəsi! Şükür eləyirəm vicdanıma ki, öl-
mədim və arzu etdiklərimə çatdım» (32, s. 77). Fəqət bu 
şükranlıq o qədər də uzun sürmədi. «Cəlil Məmmədqu-
luzadə 1928-ci ildən sonrakı mərhələdə yeni cəmiyyətin 
sərt  ideoloji  tələbləri  ilə,  təzyiqlərlə  üz-üzə  gəlir, 
mənəvi  terrora  məruz  qalır»  (23,  s.  11).  Artıq  bu  mər-
hələdə mühacirət etmək üçün «qoca Molla Nəsrəddin»in 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə