Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
57 
mək, nəticədə yenidən Azərbaycanın müstəqilliyinə nail 
olmaq  niyyətində  idilər.  Bu  baxımdan  yanaşdıqda,  al-
man orduları tərkibində ruslara qarşı vuruş milli istiqlal 
mücadiləsinin  tərkib  hissəsi  kimi  qavranılırdı.  T.  Atəş-
linin  xatirələrində  də  «Azərbaycan  davası»nın  məhz  bu 
cəbhəsi qələmə alınmışdır. 
T.  Atəşlinin  poeziyasına  həsr  etdiyimiz  məqalədə 
(15)  onun  müxtəsər  tərcümeyi-halını  vermiş,  könüllü 
olaraq  alman  ordusu  sıralarına  keçməsinin  səbəb  və 
şəraitini  açıqlamışdıq.  Burada  yalnız  onu  xatırladaq  ki, 
alman  komandanlığının  göndərişi  ilə  Berlin  zabitlər 
məktəbində xüsusi proqram üzrə hərbi təlim keçib, teğ-
men (leytenant) rütbəsi alan T. Atəşli SS birliklərinə tə-
yin edilmiş, bir sıra əməliyyatlardakı uğurlarından sonra 
üstteğmen  (baş  leytenant)  rütbəsini  qazanmışdır.  «Sta-
linqrad cəhənnəmində 95 gün döyüşən türk» savaş xati-
rələri  olduğundan,  təbii  ki,  burada  müəllifin  iştirakçısı 
olduğu  qanlı  döyüş  səhnələrinin,  kəşfiyyat  əməliyyatla-
rının  təsvirinə  geniş  yer  verilmişdir.  Əsərdə  alman  və 
rus hərbçilərinin yaddaqalan obrazlarına da rast gəlirik. 
T.  Atəşli  məxfi  əməliyyat  zamanı  tanış  olduğu  Nataşa 
adlı  rus  qızı  ilə  «macəra»sının  təsvirinə  də  həyəcanla 
oxunan  səhifələr  ayırmışdır.  Bununla  belə,  xatirələri 
qələmə almaqda müəllifin məqsədi yalnız Stalinqrad dö-
yüşlərinin bədii-sənədli xronikasını yaratmaq deyil (hər-
çənd  əsəri  təfriqə  halında  dərc  etmiş  Türkiyənin  «Hür-
riyyət»  qəzeti  və  onun  oxucuları  üçün  bu  da  az  önəmli 
deyildi),  daha  çox  və  ilk  növbədə  alman  ordusu  sırala-
rında  ruslara  qarşı  mücadiləsinin  məqsədini  anlatmaq, 
Azərbaycan  istiqlalı  ideyasını  təbliğ  etmək  olmuşdur. 


Nikpur  Cabbarlı 
 
 
 
58 
Məhz bu müəllif qayəsi xatirələrin bütün süjeti boyu ana 
xətt kimi keçir. 
Almanlar  Stalinqrad  cəbhəsində  sovet  qoşunlarına 
ağır  zərbələr  endirdikcə,  gənc  Teymurun,  vətəni  Azər-
baycanın qurtuluşuna bəslədiyi ümidlər də artır, o, həyə-
can içərisində düşüncələrə dalır: «...Gözlərim önünə do-
ğub  böyüdüyüm,  havasını  tənəffüs  etdiyim  zavallı  yur-
dum  Azərbaycan  gəldi.  Stalinqraddakı  müqaviməti  ya-
rarsaq, dörd alman ordusu Kafkaslara doğru yürüyəcək-
di. Mən daha şimdidən o əziz toprakların kokusunu du-
yar  gibi  oluyorum....  Hepimiz  həyəcan  içərisindəyik. 
Fakat  bən  alman  silah  arkadaşlarımdan  daha  həyəcanlı 
idim. Bir an əvvəl çarpışmaq, ruslardan bana, ailəmə və 
irqdaşlarıma  yapdıkları  işkəncələrin  intiqamını  almaq 
istiyordum» (65). 
Alman ordusunda üstteğmen rütbəsində qulluq edən 
Teymur qanlı savaş meydanında, ən ekstremal vəziyyət-
lərdə  belə  mənsub  olduğu  xalqın  mənəvi-əxlaqi  dəyər-
lərinə  sadiqdir.  O,  ruslarla  döyüşdə  göstərdiyi  qəhrə-
manlığa  görə  şəxsən  Stalinqrad  cəbhəsi  komandanı 
orgeneral Paulyus tərəfindən Almaniyanın  yüksək nişa-
nı – Eisenkreuzla (Dəmir xaçla) təltif edilən zaman cid-
di tərəddüd keçirir: «Kan və atəş dəryası içində başıma 
bir də bu «dəmir haç» nişanı dərdi çıktı. Hər almanın se-
və-sevə  və  böyük  bir  iftixar  duyarak  taşıyacağı  Eisen-
kreuz  nişanını  takmadığımı  görür  və  anlarlarsa,  bana 
müthiş  kızacaklardı.  Halbuki  gördüyüm  dini  tərbiyənin 
təsiriylə  velevni  ən  böyük  şərəf  payəsini  də  taşısa,  bir 
haçı papazlar gibi boynuma takıp, dolaşmak ağrıma gi-
diyordu. Çok güc bir vaziyetteydim. Uzun boylu düşün-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
59 
dükdən sonra Kuran-ı-Kerim üzərinə yemin edərək De-
mir  Haçı  boynuma  takmaya  karar  verdim.  Berlindəki 
yemin mərasimində müfti əfəndi tərəfindən bana hediye 
edilən  Kur'anı    öpüb  bağrıma  bastıkdan  sonra:  «Alla-
hım, beni affet! Nasıl bir badirenin içində olduğumu sən 
daha iyi bilirsin. Bən müslüman olarak doğdum, canımı 
yine müslüman olarak al!» deyərək nişanı boynuma tak-
tım» (65). 
Xoşbəxtlikdən  bu  nişan  bir  sıra  hallarda,  xüsusilə 
soydaşlarının alman əsirliyindən xilas edilməsində Tey-
murun karına gəlir. Əsir düşərgəsinə gələn Teymur öy-
rənir  ki,  burada  almanlar  azərbaycanlıları  da  yəhudi 
zənn edərək güllələyirlər. O, düşərgə rəisi ilə görüşərək 
vəziyyəti anladır və soydaşlarının azad edilərək, könüllü 
surətdə  ruslara  qarşı  vuruşmaq  üçün  Rostova  göndəril-
mələrinə nail olur. Alman zabiti ilə bu anlaşmanın əldə 
edilməsində    «Dəmir  xaç»  da  öz  rolunu  oynayır.  Belə-
liklə, Teymurun bu təltifi dolayısı ilə Azərbaycan istiq-
lal mücadiləsi üçün də faydalı olur. 
Hələ  uşaq  yaşlarından  bolşevizmə,  rus  imperializ-
minə nifrət ruhunda böyüyən T.Atəşli müharibə zamanı 
alman faşizminin də əsl simasını tanımış  və xatirələrin-
də, yeri gəldikcə, almanların əsirlərlə, işğal etdikləri əra-
zilərin  mülki  əhalisi  ilə  vəhşi  rəftarını,  digər  millətlərə 
təkəbbürlü  baxışlarını  nəzərə  çarpdırmaqla  faşizmə 
mənfi  münasibətini  ifadə  etmişdir.  Bolşevizm  kimi,  fa-
şizmin də bəşəriyyət üçün böyük təhlükə və bəla oldu-
ğunu anladığındandır ki, T.Atəşli özünün alman ordusu 
sıralarına keçməsinin məqsədini əsər boyu təkrar – tək-
rar xatırlatmağı lazım bilir: «...Hitler olmuş, Görinq ol-


Nikpur  Cabbarlı 
 
 
 
60 
muş,  mareşal    Keintel  olmuş,  umurumda  bile  değildi. 
Nə  Hitler  və  nə  də  ötəkilər  bənim  millətimin  liderləri 
değildi.  Alman  ordusunda,  alman  iniforması  geyərək, 
onlarla birlikdə ruslara karşı savaşıyordum, amma qayə-
lərimiz, hayallerimiz və hayat düşüncələrimiz tamamilə 
ayrı  idi.  Bən  o  anda  Kurtuluş  ümidini,  daha  doğrusu, 
rusların  kırbacı  altında  əzilən  məmləkətimi  qurtara  bil-
mək  fırsatının  ancak  almanların  əlində  olduğunu  görü-
yordum. Həyəcanım, Stalinqradda qazanılacaq bir zəfər-
lə  Qafqaz  qapılarının  bizə  açılmasından  doğuyordu. 
Volqayı  atlatdıkdan  sonra  uykularıma  girən  vatanımın 
yeşil  ovaları  və  karlı  təpələri  bizə  artıq  görünəcəkdi» 
(65). 
Hər şeyə hakim olan zaman artıq çoxdan alman or-
dusu sıralarında SSRİ-yə, sovetlərə qarşı vuruşmuş min-
lərlə  vətənpərvər  soydaşımıza  siyasi-hüquqi  və  mənəvi 
bəraət  vermişdir.  Bolşevizm  də,  alman  faşizmi  də  qəhr 
olaraq,  tarix  səhnəsini  tərk  etmiş,  Azərbaycanımızın 
dövlət  müstəqilliyi  bərpa  olunmuşdur.  T.  Atəşlinin  sö-
zügedən xatirələri isə ideya-bədii mükəmməlliyi ilə mü-
hacirət ədəbiyyatımızda memuar janrı örnəkləri içərisin-
də özünə seçkin bir yer təmin etmişdir. 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə