36
Aleksandrın bacısı Kleopatraya evləndi və bu nikah iki dövlət arasında dostluğun
rəhni oldu.
Lakin ata ilə oğulun münasibəti gərgin olaraq qalırdı. Onların
yaxınlaşmasına təkcə çariça deyil, həm də Aleksandrın müstəqilliyə can atması
mane olurdu. O, müəyyən risq etməklə siyasətlə məşğul olmağa başladı. O, dayaq
nöqtəsi axtarırdı ki, gələcəkdəki Arximed prinsipinə uyğun olaraq çardan və
Makedoniyadan asılı olmayaraq onun köməyi ilə bütün dünyanı dəyişdirsin. 19
yaşlı Aleksandr ağlagəlməyən gedişlərdən də imtina etmirdi, istəyirdi ki, Kiçik
Asiyada möhkəmlənsin ki, qüdrətli atasından çoxdan gözlədiyi müstəqilliyə çatsın.
Filipp hələ ömrünün çiçəklənmə dövründə olduğundan Aleksandra ən azı iyirmi il
də gözləmək lazım gələcəkdi.
Makedoniya çarı Aleksandrın bu planını da pozdu. O, oğlunun planlarından
xəbər tutan kimi ona özbaşına hərəkət etməyi qadağan etdi. Bu hadisədən sonra
Aleksandrın yaxın dostları ölkədən sürgün edildi. Yəqin ki, çar istəyirdi ki,
vəliəhdi yalnız özünün tərəfdarları əhatə etsin. Bu dəfə ata ilə oğul birdəfəlik
ayrılmalı idilər, lakin tale bu faciəli münaqişəni bircə zərbəsi ilə kəsdi. Bu zərbə
Filippi bütün gələcək bədbəxtliklərdən uzaqlaşdırdı, çünki səbri çatmayan vəliəhd
hökmən ona yeni məşəqqətlər bəxş edəcəkdi. Bu 336-cı ilin yayında baş verdi.
Qoşunlar artıq perslərə qarşı yürüşə çıxmağa hazırlaşırdı. Köhnə taxt-tac şəhəri
Egidə Aleksandrın bacısı ilə Epir çarının toyuna hazırlıq gedirdi. Toya
Makedoniya çarının yaxın adamları, bütün vilayətlərdən, yunan şəhərlərindən,
Frakiya və İlliriya tayfalarından qonaqlar gəlirdi. Toy mərasimi bir neçə gün
davam etdi, ziyafət olduqca təntənəli keçirdi, heç bir mübahisə və fikir ayrılığı yox
idi. Ellin aktyorları çıxış edir, qonaqlar və elçilər xoşbəxtlik arzuları ilə nitqlər
söyləyir və qızıl çələnglər bağışlayırdılar. Sabahısı gün şənliyin ən yüksək
təntənəsi gözlənirdi, bu təntənədə xalq iştirak edəcəkdi. Mərasimdən sonra teatrda
oyunlar təşkil ediləcəkdi.
Artıq gecə ikən adamlar teatra cumdular ki, yaxşı yerləri tutsunlar.
Qonaqlar,
elçilər, Makedoniya ordusunun yüksək rütbəli zabitləri gəlirdilər. Təntənə
iştirakçıları on iki allahın təsvirini, üçüncü allahın – Makedoniyanın məğrur və