54
“döyüşçülərin atası” kimi göstərdi. Təkcə öz qəhrəmanlığı, qalib şöhrəti ilə deyil,
həm də xeyirxah
işlərlə o, döyüşçülər arasında böyük populyarlıq qazandı.
Qranik yanında qələbə tərəddüd edən Ellada üçün xüsusi əhəmiyyət kəsb
edirdi. Bir məsələni də nəzərə almaq lazımdır ki, Aleksandr persləri barbar
adlandırır, Asiyanı xüsusi qeyd edərək qitələri bir-birinə qarşı qoyurdu. O, özünü
çar adlandırmırdı, çünki yunanlar üçün yalnız hegemon idi. Bu barədə Kallisfen
xəbər verir. Qranikdəki döyüş həm də göstərdi ki, Makedoniya süvarisi iranınkını
ötüb keçir. Qaliblərə Persiya imperiyasının düzənlik ərazisi açıldı. Təkcə şəhərlər
qalırdı, onların müqavimət göstərib-göstərməməsi məsələsi qalırdı. Lidiyanın baş
şəhəri Sarda təslim oldu və qalanın komendantı ona tapşırılmış xəzinəni
makedoniyalılara verdi. Persiya əyanları sarsılmışdılar. Hellospont Frigiyasının
satrapı müqavimətdən imtina edib özünü öldürdü. Qranik yaxınlığındakı döyüş bu
vaxta qədər Kiçik Asiyada ağalıq edən İran kübarları üçün fəlakət idi. Kiçik
Asiyanın sakinləri indi kimə meyl etmək lazım olduğunu bilmirdilər. Memnonun
tələb etdiyi kimi Aleksandra qarşı müharibə davam etdirilsə, bu yunan
muzdlularının qüvvəsi ilə aparılacaq və ona yunan metropoliyaları dəstək
verəcəkdi. Çünki Persiya da iki tam fərqli dünyadan ibarət idi, perslərin ağalıq
etdiyi Kiçik Asiya yunan şəhərləri ilə dolu idi. Yunanlar Böyük çarın təyin etdiyi
hökmdarlara şübhə ilə yanaşıb, onları “tiraniya” adlandırırdı. Sonradan perslər bu
şəhərlərdə hakimiyyəti oliqarx ailələrinə verirdi ki, burada “tiraniyalar”
yaranmasın. Onların nəzər-nöqtələrinə görə bu demokratiyadan yaxşı idi. Pan-ellin
ideyalarından yanaşdıqda Qranik yaxınlığındakı qələbədən sonra Aleksandrın
İoniya şəhərlərini azad etməsi gözlənirdi. Memnon cənuba, Halikarnasa çəkilmişdi,
artıq o da öz qüvvəsinə o qədər inanmırdı.
Aleksandr yunan şəhərlərində müqavimət görmədi. Sardıdan qayıtdıqdan
sonra o, Efesi tutdu. Çar bu şəhərlərin qarət edilməsini dayandırdı. Yunan
şəhərlərində o, satrapiyaları ləğv etdi. İndi onlar bac əvəzinə haqq ödəməli idilər.
Aleksandr qələbədən sonra silahla əldə edilmiş hüquqlardan imtina etmək
istəmirdi. O, buranı barbarlardan azad edirdi, bütünlükdə hakimiyyətdən azad
etmirdi. Aleksandrın verdiyi azadlıq işğalçının hüquqlarını ləğv etmirdi. Düşmən