77
o, xüsusi ehtiras hiss edirdi. 324-cü ildə o, çay və dəniz yolları barədə düşünürdü.
İndi o,
güman edirdi ki, Orta Şərqin yeni mərkəzi Babil olmalıdır.
Dara isə Qavqamela döyüşündən sonra xeyli qoşunun müşayiəti ilə
Midiyanın dağlıq vilayətlərinə çəkildi. Aleksandrın ordusu isə güman edirdi ki, bu
qələbələrdən və sərvət ələ keçirildikdən sonra çar vətənə dönəcəkdir. Daraya
məlum olanda ki, kiçik istirahətdən sonra Aleksandr Ekbatananı tərk edib ona
yaxınlaşır və Böyük çarı tutmaq istəyir, başa düşdü ki, artıq onun bədbəxt taleyinin
faciəli sonluğu gəlmişdir. Daranın taxt-taca gəlməsi də o qədər ədalətli olmamışdı
və məhz Baqoyun məkri ilə o, hökmdar postuna yiyələnmişdi. Aleksandrın
yaxınlaşmasını eşidəndə iranlıların arasına panika düşdü. Saray adamları Daradan
qaçıb təslim olmaq üçün Aleksandrı gözləyirdilər. Sərkərdə Nabarzan şərq
satraplarına qoşuldu ki, perslərsiz və Darasız Şərqi İran dövləti yaratsın. Yad
Qərbə və Əhəmənlərə düşmənçilik yenə meydana çıxdı. Qiyam qaldıranlar Daranı
gözdən qoymurdular və qaçmağını ləngidəndə o, əsir götürüldü. Bəlkə də
qiyamçılar əsir götürülmüş Daranı ona təhvil verməklə Aleksandrın hüsn-rəğbətini
qazanmaq və beləliklə Makedoniya çarının Şərqi İrana irəliləməsinin qarşısını
almaq istəyirdilər.
Aleksandr isə çox sürətlə irəliləyirdi və Daranın aradan çıxmasına imkan
verməmək istəyirdi. On bir gündə 300 kilometrdən artıq yol qət edildi və Raqa
(indiki Tehranın yaxınlığında) çatdılar. İyul ayı olduğundan qızmar istidən gündüz
hərəkət etmək olmurdu. Fərarilər Böyük çarın əsir götürüldüyünü xəbər verdilər.
İndi Aleksandrı heç nə saxlaya bilməzdi. Çar dayanmadan irəli gedirdi və onun
arxasınca gələn adamların sayı azalırdı. Gəlib çıxdıqda düşmən artıq yox idi.
Qiyamçılar Daranı ölümcül yaralamışdılar.
III Dara öz ömrünü belə başa vurdu. O, həqiqi cəngavər və ehtiyatlı çar idi,
lakin onun düşməni əsl iblis idi. O, adamlara dəhşət təlqin edirdi, hətta
Makedoniya sərkərdəsi Kassandr gənclikdə Aleksandran qorxduğunu ömrünün
sonuna qədər xatırlayırdı. Qorxmuş Dara isə elə dəyişmişdi ki, hətta kişi kimi də
ölə bilmirdi. Çarəsizlikdən o, nəinki özünün taxt-taca olan hüququnu, həm də
78
bütün sülalənin hakimiyyətə hüququnu itirmişdi. Ona görə də Aleksandra Daranın
varisi olmaq asan idi.
Böyük Persiya dövlətinin tarixi dəhşətli səhnə ilə sona çatdı. 330-cu ilin iyul
günü Aleksandr çar düşərgəsini tam çaşqınlıqda gördü. Yüklə dolu atılmış arabalar
indi satılırdı, özünü itirmiş çay əyanları öz borclarını da yaddan çıxarmışdı və
qadınlar hönkürürdülər. Bu qarışıqlıq içərisində Aleksandr Böyük çarı və onun
cəlladlarını axtarırdı, ancaq qatillər yox olmuşdu. Onlar öz qurbanlarını təqib
edənə qoyub qaçmışdılar. Ağır yaralı olan hökmdar arabada tapıldı, lakin
Aleksandrı onun yanına gətirəndə artıq o, ölmüşdü.
Faciə məzmununa bürünmüş an zamanın bütün gedişinə ciddi surətdə dəyişə
bilir. Aleksandrın bədbəxt vəziyyətə salınmış düşmənin yanına gəlməsi belə bir an
idi. Qalibin öz məğlub etdiyi düşmənə yazığı gəldi. Bu mənzərə çarı sarsıtdı.
Plutarxın yazdığına görə, Aleksandr öz plaşını çıxarıb ölünün üstünə sərib, cəsədi
örtdü. Aleksandr daim tarixi anlarda rəmzi hərəkət etməyi sevirdi. Bu meyitin
plaşla örtülməsi də rəmzə, simvola xidmət edirdi. Bu vaxt yəqin ki, onu təb idarə
edirdi. Aleksandr onsuz da möhtəşəm olan bu səhnəyə barışığın müqəddəs ruhunu
vermək istəyirdi. Və bu mərhəmətli hərəkətin olduqca böyük əhəmiyyəti var idi.
Bu sadə hərəkət Şərqlə Qərbin əbədi qarşıdurmasını ləğv etmək cəhdinin rəmzi idi.
Lakin bu qarşıdurmanı aradan qaldırmaq asan olmadı. Hətta Sezar belə bu
uçurumun üstündən körpü ata bilmədi. Qərbə qarşı Assiriya, Babilistan və
Persiyadan
sonra Parfiya, Sasanidlər və ərəblər durdular.
Aleksandr diz üstə çöküb öz düşməninin cəsədi qarşısında dayananda və
qayğı ilə mərhumu öz plaşı ilə örtəndə onun bu jestində məhəbbət və xeyir obrazı
yarana bilərdi. O, ayağa duranda artıq Böyük çar, Əhəmən, pers idi və bundan
sonra Persiyaya sədaqətə görə adamları əliaçıqlıqla mükafatlandırdığı kimi, ona
xəyanət edənlərdən ciddi qisas alacaqdı. O, heç vaxt bütöv makedoniyalı
olmamışdı, yəqin ki, mükəmməl pers də ola bilməzdi. Aleksandr həyata köhnə
dünyaları ləğv etmək və yenilərini yaratmaq üçün gəlmişdi. İranlılar üçün də o,
yalnız dünya dövləti və onun mənafeləri çərçivəsində milli çar ola bilərdi. Bəlkə də
bu vaxt bu dünya iblisindən işıq obrazı, mərhəmətlilik qəhrəmanı yaranırdı.