67
çayla gəmilərdə aşağı üzdü, digəri isə quru yolla Memfisə yollandı. Onun qarşısına
canişin Mazak çıxmışdı ki, ölkəni, qoşunu və xəzinəni ona versin. Misir
Aleksandra olduqca güclü təsir göstərdi. Burada təkcə münbit torpaqlar yox, həm
də inkişaf etmiş mədəniyyət var idi. Arxitekturanın monumentallığı onu heyran
etdi. Onun sonrakı planlarına bu öz təsirini göstərdi. Piramidalar Filipp üçün
düşünülən sərdabə üçün nümunə rolunu oynadı. Misir ən qədim və maraqlı
mədəniyyətin vətəni idi, bu ölkə çox şeydə ellinlər üçün məktəb ola bilərdi. Bu da
həmin səbəblərdən biri oldu ki, Aleksandr bu ölkəni sadəcə işğal etməkdən imtina
etdi və bu qəribə ölkəni dinc qaydada öz ərazilərinə birləşdirməyə can atdı.
Misirlilərin əhval-ruhiyyəsi də çarı razı salırdı. Aleksandrın şəxsində
misirlilər ellini və dost millətin nümayəndəsini salamlayırdı. Artıq dörd əsr idi ki,
ellin döyüşçüləri misirlilərə kömək edirdi və onları Asiya barbarlığından xilas
edirdi. Şimallılar Misir mədəniyyətinin qədimliyinə və ləyaqətlərinə həmişə
hörmətlə yanaşmışdılar. Qarışıq, yunan və misir qanından olan adamlar qarşılıqlı
anlaşma üçün əlavə bir körpü idilər və belələri Memfisdə heç də az deyildi. Birinci
növbədə isə Yunanıstan ticarət üçün ideal partnyor idi.
Misirlilər ellinlərindən onları başa düşməyə və dözümlülük görməyə adət
etmişdilər. Bunu Aleksandrdan da gözləyirdilər. Misir kahinləri Persiya çarı üçün
məcburiyyətlə etdiklərini Makedoniya çarı üçün həvəslə etdilər – onu faraon
adlandırdılar. “Yuxarı və Aşağı Misirin çarı” Aleksandr indi “Ranın seçdiyi və
Ammonun sevdiyi” Qorun canişini hesab olunurdu.
Misir dövlətinin birləşdirilməsi Aleksandr üçün həlledici əhəmiyyət kəsb
etmirdi. Bu onun növbəti müvəffəqiyyəti idi. Onun faraon adlandırılması, bu
hakimiyyətə ilahi xarakter verirdi. Axı faraon Ranın oğlu Qorun təcəssümü idi.
Aleksandra bildirdilər ki, Ranın oğlu kimi onu da günəş ilahisindən öləri ana
doğmuşdur. Memfisdə onun Ammonun oğlu olmasına əsas yaradırdılar. Aleksandr
əslində bir vaxtlar İsokratın Filippə verdiyi məsləhətə əməl edirdi: “Bacarırsansa
yerli sakinləri barbarların despotiyasından azad et və onları ellin mədəniyyətinə
qoş”. O, inzibati idarəçilikdə də Misir ənənələrindən istifadə edirdi. 331-ci ilin
əvvəlində o, bir qrup əyanları ilə birlikdə Nil çayının Kanopeya qolu ilə aşağı üzdü
68
və onun mənsəbinin yaxınlığında Aleksandriya adlı yeni şəhər saldı. Sonra bu
böyük şəhərə çevrildi. Sonra o, Liviyaya yollandı. Kirenaika ellinləri onunla
dostluq barədə müqavilə bağladılar. Apreldə isə o, Suriyaya getdi. Misirdə o,
mərkəzdən azad olunmuş idarəetmə yaratdı. Misirin vilayətlərinin idarəsini çar
müxtəlif millətlərdən olan adamlara – yunanlara, misirlilərə və makedoniyalılara
həvalə etdi. Yuxarı və Cənubi Nilin idarəsini misirlilər özləri üçün saxladılar.
Yunanlar şərqdəki ərəb sərhəd torpaqlarını, qərbdə isə Liviya səhrasını idarə
edəcəkdilər. Ordulara iki makedoniyalı və bir yunan komandanlıq edirdi.
Donanmada da yunan komandan idi. Maliyyə işlərini Misir yunanı aparırdı, o,
bütün Misir əyalətlərindən vergi yığırdı. Makedoniyalılar bu vəzifələrə az cəlb
edilmişdi. Aleksandrın mərkəzdən kənar idarəçiliyi özünü doğrultdu. O, yerli
mədəniyyəti saxlamaqla, bütün yunanlara məxsus olanların tətbiq edilməsinə də
həvəs oyadırdı.
Aleksandr Faros adası haqqında hələ Memfisdə olanda çoxlu məlumat
toplamışdı. Yəqin ki, bu ada barədə o, Homeri oxuyarkən müəyyən təsəvvürə
malik olmuşdu. O, Aleksandriyanı ada ilə birləşdirməyi düşünürdü, şəhərdə isə
avropalılarla yanaşı yerli əhali də məskunlaşırdı, bunlar misirlilər, həmçinin
Misirdə yaşayan iudeylər və suriyalılar idi. Yəqin ki, Aleksandr bu müxtəlif etnik
elementləri qarışdırmaq istəyirdi və ellin mədəniyyətinin mənəvi gücünə bel
bağlayırdı. O, Şərqin mədəniyyətindən də nəsə götürməkdən heç də qaçmırdı.
Şəhərin tikintisinə isə o, çoxlu istedadlı yunanları cəlb etmişdi və onları yeni
paytaxta köçməyə ruhlandırırdı.
Aleksandr və onun saldığı Aleksandriya misirlilərin taleyinə böyük təsir
göstərdi. Bu vaxta qədər bu xalq izolyasiyada idi və Aleksandr Nil üzərindəki
ölkənin izolyasiyasına son qoydu.
Aleksandrın Ammon vahəsinə ziyarətə gəldikdə, burada vaxtilə Semiramida
olmuşdu, ölkəni işğal etmək məqsədilə buraya Kambiz gəlmişdi. Lakin yunan
mifologiyasına görə bu vahəyə guya Herakl və Persey gəlmişdi. Çar isə
gəncliyindən Heraklı təqlid etməyə çalışırdı. Çar ümid edirdi ki, Ammonun kultu
ilə, o, şərq avtoritarlığı ilə yunan demokratiyası arasında körpü yaradacaqdır. Ellin
69
kolonistləri də Misir Ammonunu qəbul etmişdilər və Ammon onların başlıca
allahları siyahısına daxil olmuşdu. Burada Aleksandr Filippdən daha böyük
qüdrətə malik olan ataya yiyələnmək istəyirdi. Aleksandra bu təkcə özünütəsdiq
üçün deyil, həm də öz vicdanını sakitləşdirmək üçün lazım idi. Sadə adama kor-
koranə tabe olmaq bir qədər izafi tələb idi. Ammonun oğlu olan Aleksandra
inanmaq isə başqa məsələ idi. Səfər üç həftə davam etdi. Səhranı keçib gəldikdən
sonra onlar şor sulu gölü, meşəsi və xurma palmaları, bulaqları və yaşayış
məntəqəsi olan vahəyə gəldilər. Aleksandr müqəddəs yerə qalxanda kahin onun
taleyini həll edən qaydada salamladı. Bundan sonra allahın oğlu məbədə girdi. O,
burada orakula suallar verdi. İki sual barədə Aleksandr xüsusən həvəslə danışırdı –
onlar dünya üzərində ağalığa və Filippin qatillərinin cəzalandırılmasına aid idi.
Ammon çara dünya ağalığını vəd etmişdi. Buna əsaslanaraq Aleksandr dünya
ağalığı barədəki öz iddialarına haqq qazandırırdı. Atasının qatillərini
cəzalandırmaq məsələsində isə anası Olimpiadanı şübhələrdən və fitnəkarlıqdan
azad etmək istəyirdi. Allah həm də ona demişdi ki, Ammonun oğlu daim
məğlubedilməz qalacaqdır. Aleksandr sonralar heç vaxt Filippin oğlu olduğunu
inkar etmirdi. Sadəcə Filipp uşaq anasının boyuna düşəndə özü allah olmuşdu,
allah onda təcəssüm olmuşdu. Bu dini məsələ olduğuna görə özünün Ammonun
oğlu olmasını heç bir fərmanla təsbit etmədi. Bu vacib idi ki, Tesey və Herakl kimi
Aleksandrın da təkcə yer atası deyil, həm də ilahi atası var idi. Bu onu ən böyük
qəhrəmanlar sırasına daxil etməyə imkan verirdi. Çar həm də öləndə Ammon
vahəsində dəfn edilmək arzusunu bildirmişdi. Bu, xeyli dərəcədə Aleksandrın
sadəlövh dindarlığından irəli gəlirdi.
Aleksandr torpaqları dəniz ətrafında birləşdirmək istəyirdi və bu ölkələri
dəyişdirib qurtardıqdan sonra yeni işğallara əl atmağı düşünürdü. Aleksandrın
yaratdığı imperiyanın birinci pilləsi “ilk imperiya” idi. Əlbəttə, çar bu termini heç
vaxt işlətməmişdi. Çarın öz vətəni Makedoniya imperiyanın tərkibinə daxil deyildi,
onun idarə edilməsini çar canişin təyin etdiyi Antipatra tapşırmışdı. Korinf ittifaqı
da imperiyaya daxil deyildi, ona muxtariyyət verilmişdi. Təkcə Sparta və Krit hələ
ittifaqa daxil deyildi. İoniya kimi bir protektorat tək, Ön Asiya Levantı xüsusi yer
Dostları ilə paylaş: |