71
Uzaq Baktriyadan və Soqdianadan da atlılar cəlb edilmişdi. Qələbəyə möhkəm
əmin olan sərkərdələr də çox idi, lakin onlar Qərblə döyüş təcrübəsinə malik
deyildi. Müttəfiq olan azad skiflər də Mərkəzi Asiyadan öz dəstələrini göndərdilər.
Dara qoşunların silahlarını da təkmilləşdirdilər, onlar keçmişin vasitəsi olan döyüş
arabalarını işə cəlb etdilər. O dövrdə döyüş arabasından yalnız hindlilər istifadə
edirdilər. Perslər arabaları modernləşdirib onları hərəkət edən çoxlu oraqla təchiz
etdilər. Şərq vilayətlərindən hindlilər filləri gətirdilər, onlardan döyüşdə istifadə
ediləcəkdi. Bu Dara ordusuna xüsusi şərq koloriti verirdi. Lakin nə komandanlar,
nə döyüşçülər müasir döyüşün aparılmasının imkanları və tələbləri barədə
təsəvvürə malik deyildi. Bu nəhəng qoşun heç bir manevrə heç cür hazır deyildi.
Onun ordusu 200 min piyada və 45 min atlıdan ibarət idi. Düşmən Makedoniya
qoşunundan
sayca beş dəfə çox idi, lakin elə bir qorxu yaratmırdı.
Aleksandr vəziyyətin ciddi olduğunu başa düşürdü. Düşməndən 26 kilometr
aralıda o, öz araba karvanı üçün möhkəmləndirilmiş düşərgə tikdi. O, ətrafdakı
kəndləri yandırmaqla dörd günlüyə ərzaq yığılmasını əmr etdi. Bu tədbirlərdən
sonra gecə yarısı o, hücuma başladı. Lakin Parmenionun məsləhəti ilə düşmən
mövqelərini kəşfiyyat yolu ilə öyrənmək üçün döyüşdən əvvəl qoşunlara bir gecə
də istirahət verdi. Aleksandr özü elə yatmışdı ki, 1 oktyabr səhəri onu güclə
oyatdılar.
Hazırlıq başa çatanda Aleksandr bir daha döyüşçü dəstələrini gözdən keçirdi.
O, parlayan paltarda idi. Çar öz döyüş dəstələrini iki bərabər olmayan hissəyə
böldü. Böyük hissəni öz komandanlığı altında saxladı. Sol, nisbətən zəif olan
qoşunlara isə əvvəlki kimi Parmenion komandanlıq edirdi. Aleksandrın qoşunları
perslərin cəbhəsinin yarısını tuturdu. Çar hər iki flanqda yüngül silahlı atlılar
dəstəsi və piyadalar qoydu ki, bu zərbəçi dəstə düşmənin yanlardan olan zərbəsini
dəf etsin.
Makedoniyalılar heç də hücum etmirdilər. Qoşunlar cənub istiqamətində
hərəkət edirdi və hücum etmirdi. Bu vaxt Dara öz döyüş arabalarına hücuma
keçməyi əmr etdi. Aleksandr isə hücumdan özünü saxlayırdı və zərbəçi qrupları
sağa göndərdi ki, düşmənin onları mühasirəyə almaq planlarına mane olsun. Pers
72
sıralarında yarıq əmələ gələndə o, əlverişli anın gəldiyini hesab etdi. Hipaspistlər
və falanqa bu yarılmaya doğru irəlilədi. Bu cəbhə yarığı dərin yaraya bənzəyirdi,
makedoniyalılar böyük sürətlə bura cumurdu və mərkəzə - Daranın yanına keçmək
istəyirdi. Lakin digər tərəfdən təhlükə artırdı. Pers süvarisi makedoniyalıların
dəstəsini yarıb onu mühasirəyə ala bilərdi. Aleksandr qoşununun yarısını irəli
atanda, bu dəstə həm onun özündən, həm də Parmenionun qruplaşmasından ayrı
düşdü və bu yaranan dəhlizə düşmən atlıları cumdu. İndi Makedoniya döyüş
qaydaları bir-birilə əlaqəsi olmayan dəstələrə çevrilmişdi və pers atlıları təşəbbüsü
ələ aldı. Bu vaxt Dara yüksəklikdən öz arabasından döyüşü müşahidə etmək
əvəzinə, Aleksandr kimi hücumun başında olsaydı, döyüşü udardı. Pers atlıları
lazım olan vaxt başçısız qaldı. Onlar düşmən qoşununu məhv etmək əvəzinə
Aleksandrın araba karvanına hücum etdi ki, yaxşı qənimət ələ keçirsin. İss yanında
olduğu kimi onlar bu vaxt çox qiymətli dəqiqələri itirdi, bu dəqiqələr isə
müvəffəqiyyəti möhkəmləndirmək üçün çox lazım idi. Parmenion özünün
mühasirə olunduğunu gördü, lakin o, bilirdi ki, digər flanqda Aleksandr həlledici
hücuma hazırlaşır. Ancaq o, qorxurdu ki, bu dəfə çar onun köməyinə gəlib
çatmasın. Ona görə də ondan kömək xahiş etdi. Lakin Aleksandr bu vaxt düşmənin
sıralarını didirdi. İss yanında
olduğu kimi o, yenə də Böyük çarın özünə yaxınlaşdı.
Yenidən, o vaxt olduğu kimi Dara vahiməyə düşdü. Birinci cəngavər cəngavərliyin
bütün qaydalarını unutdu və hər şeyin itirildiyini hesab edib, hansı ki, onun
döyüşçüləri Aleksandrın olmadığı hər yerdə qələbələr əldə etməkdə idi, o, çarlara
məxsus olmayan qaydada qaçmağa başladı. Toz dumanında gizlənən Böyük çar
tezliklə gözdən itdi.
Aleksandr güman edirdi ki, Böyük çarın qaçmasından sonra pers hücumları
öz-özünə kəsiləcəkdir. Ona görə də əvvəlcə Daranı qovub tutmağı düşünürdü. Bu
vaxt ona Parmenionun kömək barədə xahişini çatdırdılar. O, bu xahişə əməl etdi,
lakin sərkərdəsinin müraciətini qorxaqlıq adlandırdı və bunu ona heç vaxt
bağışlamadı. Çünki bu xahiş onu zəfərdən, Daranın özünü tutmaq və əsir götürmək
şərəfindən məhrum etmişdi. Pers atlıları Makedoniya düşərgəsini qarət etdikdən
sonra tələsik oranı tərk etdilər, yəqin onlar Daranın qaçmasını eşitmişdilər.