109
idi. Aleksandr isə üçüncü qrupla sahillə quru yolla gedib gəmilərin ekipajını
ərzaqla təmin etməli idi. Yolun başlanğıcında bələdçisiz sahil düzənliyi ilə getmək
çətin idi. İkinci günü musson dəhşətli qasırğa gətirdi. Gəmiləri sahildə gizlətmək
istədilər və su çəkildikdə gəmilər sahildə qaldı. İlk dəfə makedoniyalılar Aralıq
dənizi üçün naməlum olan çəkilməni gördülər. Su qalxanda, qabarma başlayanda
gəmilər bir-birilə toqquşub dağıldılar. Nəhayət çar öz gəmisində açıq dənizə çıxdı.
Bu onun arzu etdiyi okean idi. Heç bir dənizdə belə qabarmalar və çəkilmələr
olmazdı. Okean ona tabe olmaq istəmirdi. Aleksandr Pattalaya döndü və o, öz
tədqiqatlarının nəticələrindən razı deyildi. O, burada yeni liman və gəmi qayırmaq
üçün tərsanə tikdirdi, bir neçə aylıq ərzaq ehtiyatı yığdırdı. Sahil boyu su quyuları
qazıldı.
Aleksandr Nearxı donanma başçısı təyin etdi və ona qoşunları Dəclə çayına
aparıb çıxarmaq sərəncamını verdi. Döyüşçülər gəmilərdə Mesopotamiyaya
çatdırılacaqdı, həm də Hindistana gələcək dəniz yolunu müəyyən etmək məqsədilə
bütün sahil tədqiq ediləcəkdi. Sahil zolağı səhra olduğundan və su mənbəyindən
məhrum olduğundan çar öz dəstəsi ilə irəli getməyi qərara aldı ki, quyular
qazdırsın və ordunu ərzaqla təchiz etsin. Lakin o, bu məsələdə ciddi səhvə yol
verdi, özü ilə çox böyük dəstə, həm də qadın və uşaqlarla dolu olan arabalar
götürmüşdü. Bu ona gətirib çıxardı ki, onlar özləri üçün yeməyə ərzaq tapmırdılar.
Onun səfəri getdikcə ağırlaşırdı. 325-ci ilin yayında hind döyüşçülərini evinə
buraxıb, Aleksandr öz dəstəsi ilə Pattalanı tərk etdi. Makedoniyalılar Hedrosiyaya
çatanda onları böyük çətinliklər gözlədi. Dəhşətli isti, qarşıdakı aclıq və susuzluq
döyüşçülərə əsl sınaqlar vəd edirdi. Səhra nəhayətsiz ölüm dənizini andırırdı.
Qızmar günəş yalnız gecələr hərəkət etməyə imkan verirdi. Qumlu çöllə getmək
çox ağır idi. Lakin yaxındakı suya çatmaq üçün tələsmək lazım idi. Çox vaxt
tapılan su şor və ya acı olurdu. Döyüşçülər xəstələnirdi. Zəhərli bitkilər və ilanlar
bədbəxtlikləri artırırdı. Arabalar qumda batıb qalırdı, atların nəfəsi kəsilirdi və
onları kəsməyə məcbur olurdular. Kolonnanın axırında sürüklənənlər ölümə
məhkum idilər. Onları gəmidən suya atılmaq gözləyirdi. Bir dəfə isə quru vadidə
dağlardakı yağışdan əmələ gələn sel qadınları, uşaqları, qab-qacağı və silahı
110
aparmışdı. Əsgərlərin çayı azalmışdı. Aleksandr yürüşün bütün çətinliklərini
döyüşçülərlə bölüşürdü. Bir dəfə ona gətirilmiş suyun hamıya çatmayacağını başa
düşdükdə, onu qumun üstünə atmışdı. Bu cəhənnəm əzabı 60 gün davam etdi.
Qoşunlar Hedrosiyanın paytaxtı Puraya çatdılar. Şəhər varlı, münbit torpaqda
yerləşirdi. Sağ qalanlar burada istirahət etdilər. 325-ci ilin noyabrında qoşunlar
qərbə hərəkət edib pers torpaqlarına çatdılar. Karmaniyada Aleksandrın dəstəsi
Kraterin qrupu ilə birləşdi. Döyüşçülər özlərini təhlükədən kənarda hiss edirdilər.
Şərab ehtiyatı yarandıqda yürüş Vaxx yerişinə çevrildi. Hindistana yürüşdə allah
Dionisin onları himayə etməsi əbəs deyilmiş.
Nearxın donanması isə okeanda aclıq və susuzluqdan əziyyət çəkirdi. Bircə
dəfə onlar sahildən ərzaq almışdılar. Buna baxmayaraq Nearx səhra boyu
donanmanı elə bir itki vermədən keçirə bildi və Karmaniyanın nisbətən
qonaqpərvər sahillərinə gətirib çıxardı. Bu Ərəbistanın qurtaracağı idi. Sahildə
Nearx Aleksandrı axtarmağa yollandı. Çar onu görəndə sevindiyindən ağlayırdı.
Aleksandr şənliklər keçirməyi əmr etdi. Sonra Nearx Persiya sahilləri ilə
donanmanı Dəclənin mənsəbinə gətirib çıxardı və Suzada çarla və onun qoşunları
ilə görüşdü. 324-cü ilin martında hamı Suzada görüşdü. Lakin Nearx daimi gəmi
yolu aça bilməzdi, aborigenlər isə Aleksandrdan xeyli əvvəl Ərəbistandan
Hindistana gedirdilər. Beləliklə, Aleksandrın Nearxın ekspedisiyasına bəslədiyi
ümidlər özünü doğrultmadı, Aleksandrın özü də uğursuzluğu dadmalı olmuşdu,
Hifasisdən qayıtmalı olmuşdu və Hindistan yürüşü başa çatmamışdı.
Aleksandrın çar plaşını geyindiyi vaxtdan 12 il keçmişdi. Bu hakimiyyət
dövrü makedoniyalılara uzun marşlardan, yorulmaq bilməyən yürüşlərdən və
demək olar ki, sonsuz işğallar zəncirindən başqa heç nə verməmişdi. Çarın nə
vaxtsa öz qüvvəsini dinc işlərə sərf edəcəyi də çox şübhəli görünürdü. Lakin bir
möcüzə baş verdi, hərbi yürüşlərin çox illərindən sonra sakitlik başladı. Çarın
fəaliyyəti dinc işlərə yönəldi. Onun olmadığı dövrdə baş alıb gedən korrupsiya və
parçalanma çarın diqqətini cəlb etdi. Özünə iki vəzifə müəyyən etmişdi:
Makedoniya və İran aristokratiyasını birləşdirmək və dəniz qolunu kəşf etmək.
Qərbin və Şərqin bərabərləşdirilməsi ideyası Daranın ölümündən sonra
111
yaranmışdısa, indi söhbət onların tam bir-birinə qatışmasından gedirdi. Okeanın
sahilində isə donanma üçün yeni dayaq nöqtələri salmaq və yeni ticarət mərkəzləri
yaratmaq və Aralıq dənizi sahilindəki kimi sahil şəhərləri salmaq istəyirdi. Digər
bir məsələ isə Ellada və Makedoniyanın münasibətləri idi. İrrasional ideya isə yeni
işğallar aparılması idi. Daim yürüşlərdə olan bu adam dəbdəbəli ziyafətlərdən həzz
almaq istəyirdi, lakin sülh dövründə də o, sakitlik və yorulmaq bilmirdi. Suzadan
Dəclənin mənsəbinə, oradan isə Ekbatanaya getdi. 323-cü ilin yazında quldur dağlı
tayfalarına qalib gəlib öz düşərgəsini Babil şəhərinə köçürdü. Persiya çarlarının
paytaxtı ilin fəslindən asılı olaraq gah Suza, gah Ekbatana, gah da Babil olurdu.
Aleksandr da bir şəhərdən digərinə gedirdi. Bu şəhərlərdə ziyafəti digər ziyafətlər
əvəz edirdi və çoxlu tikinti işləri gedirdi.
Çar ölkənin idarə edilməsinin pis vəziyyətdə olduğunu gördü. Bunda
Persiyada idarəetmənin pis ənənələrinin, həmçinin bədənə və ruha pozucu təsir
edən iqlimin də təsiri olmuşdu. Hər kəs müəyyən imtiyazlarını əsas götürərək
yüngül və dəbdəbəli həyata meyl edirdi. Varlanmaq üçün müqəddəs yerləri və
sərdabələri qarət edirdilər. Çarın iradəsi köməyə gəldi. O, istəyirdi ki, qaliblərlə
məğlublar arasında fərq qoyulmasın və hamının hüquqları bərabər olsun. O, öz
tabeliyində olan adamları hakimiyyətdən sui-istifadələrə son qoymağı tələb etdi.
Burada imperiyanın iri ölçüləri özünü göstərdi. Onun yaradıcısı burada olmayanda,
bu yeni dünya dağılmağa başlamışdı. Makedoniyalılar Aleksandrın qayıtmasına
ümid etmədiklərindən özbaşınalıq edirdilər. Hətta Aleksandrın sevimli dostu
Qarpalın davranışı böyük qalmaqala səbəb oldu. O, Babildə şah saraylarında
dəbdəbədə yaşayırdı. Onun qadınlardan çox xoşu gəlirdi və kənizlər saxlamağa
böyük məbləğdə pul xərcləyirdi. Sevgili məşuqəsi olan Pifionika öləndə Babilonda
onun sərdabəsinə və Afinadakı gözəl heykəlinə 200 talantdan artıq pul xərcləmişdi.
O, məbəd və mehrab tikdirmişdi, burada həmin qadına ilahə Afrodita-Pifionika
kimi səcdə qılırdılar. Başqa məşuqəsi ilə o, vəzifəsini də unudaraq Babili tərk edib,
Tarsa köçmüşdü. Aleksandrın qayıdacağına ümid etmədiyindən o, Yunanıstanda
əsas rol oynamaq istəyirdi. Misirdə maliyyə işlərinə baxan Kleomon isə özünü tam
başqa qaydada aparırdı. Lakin Kleomon da Aleksandr qayıtmasa Misirin
Dostları ilə paylaş: |