124
Makedoniyalılar dəhşətlə və hiddətlə epirli qadından üz çevirdilər. Kassandr elə bir
cəhd göstərmədən Makedoniyanı tutdu, Olimpiadanı əsir götürdü və 316-cı ildə bu
qadınla və Aleksandrla əlaqədar olan hər şeyi məhv etməyə başladı. O, nəhayət
Aleksandrdan qisas almaq imkanı əldə etdi, bu fikrə isə çarın yanına elçi kimi
özünün səfəri vaxtı gəlmişdi. Onun əmri ilə qoşun yığıncağı Olimpiadanı ölümə
məhkum etdi, Roksananı kiçik oğlu ilə əvvəlcə dustaq etdi, 309-cu ildə isə onların
qətlə yetirilməsi əmrini verdi. Barsina və onun oğlu da Poliperxonun fitnəsinin
qurbanı oldu.
On beş il ərzində təkcə çar ailəsinin üzvləri deyil, çarın bir çox silahdaşları
da məhv oldular. Biri döyüşdə ölümünü tapdı, digəri qatilin əlindən öldü, üçüncüsü
qoşun yığıncağı tərəfindən ölümə məhkum edildi. Aleksandr ordusunun yalnız
kiçik hissəsi vətənini gördü, bu Kraterin başçılıq etdiyi veteranlar idi. İmperiya bir
neçə hissəyə bölündü. Aleksandriyada olan Ptolomey Misirdə və ona həmsərhəd
olan torpaqlarda qüdrətli imperiya yaratdı. Suriyada və Kiçik Asiyada hakimiyyəti
ələ keçirən Antiqon onu başqa torpaqlara da yaymaq istədi. Şərqi, Babildən Selevk
idarə edirdi. Frakiyada Lisimax möhkəmləndi, Makedoniyanı isə qaniçən Kassandr
idarə edirdi. Kiçik Aleksandrın qətlindən sonra onların hamısı bir-birinə qarşı
düşmənçiliyi davam etdirməklə çar titulu qəbul etdilər. Çəkişmələr davam edirdi.
Onların qurbanı 301-ci ildə İps yaxınlığındakı döyüşdə Antiqon, 286-cı ildə isə
Lisimax oldu. 281-ci ildə Selevk Makedoniyanı tutmaq cəhdi vaxtı öldürüldü.
Nəticədə Makedoniya Antiqonun varislərinin əlinə keçdi, Kiçik Asiyada isə Kiçik
Attalid çarlığı yarandı. Yeni dövlətlərin paytaxtları – Attalidlərin iqamətgahı olan
Perqam, Selevkidlərinki – Antioxiya, Ptolemeylərinki – Aleksandriya Aralıq
dənizinin sahillərində salınmışdı. Tarixi inkişafda da Kiçik Asiya, Suriya, Misir ön
plana çıxdı. Bu isə bütünlüklə Filippin planlarına uyğun idi və onun həyata
keçirilməsinə Parmenion çalışırdı.
Aleksandrın silahdaşlarının çoxu iranlı arvadlarından ayrıldılar, onlar
Filippin millətçi xəttinə, Aristotel dünyagörüşünə qayıtdılar, axırıncıya görə
yunanlar və makedoniyalılar hökmran xalqlar hesab olunurdu. Şərq xalqları isə
təbəə vəziyyəti ilə kifayətlənməli idilər. Makedoniyalılar sayca az olduqlarından
125
yunanlarsız öz vəziyyətlərini möhkəmləndirə bilməzdilər. Dil və mədəniyyət
cəhətincə onlar yunanların içərisində əridilər. Beləliklə, Filippin ideyası qalib
gəldi. Aleksandr isə öz dövrünü bir əsr, ən azı isə yarım əsr qabaqlamışdı.
Aleksandr təkcə siyasi xadim deyildi, həm də mütəfəkkir-novator idi. Aleksandrın
siyasi istəkləri vaxtından qabağa qaçsa da, fəlsəfə sahəsində onun baxışları dövrə
uyğun gəlirdi. Bütövlükdə isə Aleksandrın hərtərəfli şəxsiyyəti tarixin göy
qübbəsini işıqlandıran parlaq ulduza bənzəyir.
126
Hannibal
Miladdan əvvəl 247-182-ci illərdə yaşamış böyük Karfagen sərkərdəsi və
dövlət xadimi Hannibal, Hamilkar Barkanın oğlu idi. Uşaq olarkən atası ona
Romaya əbədi düşmən olmaq andını içdirmişdir. O, Hamilkarın və Hasdrubalın
başçılığı altında İspaniyada hərbi xidmət etmiş, sərkərdə kimi isə 221-219-cu
illərdə Cənubi İspaniyanın çox hissəsini zəbt etmişdi. İkinci Puniya müharibəsində
(218-202-ci illər) İtaliyaya şimaldan cəld və gözlənilmədən müdaxilə etməklə
Romanı tutmaqdan yan keçdi və Roma qoşunlarını bir neçə ağır məğlubiyyətlərə -
Titsinidə, Trebiya çayı üstündə (218-ci il), Trazimində (217-ci il) və Kannda (216-
cı il) uğratdı. İtaliyada Roma müttəfiqləri üzərində qələbə çalmaqda uğursuzluğa
uğrayan və üstəlik Karfagenin köməyindən məhrum olan və onun ciddi maneəsilə
üzləşən Hannibal, Roma məğlub edilməmiş kimi qalan bir vaxtda – 203-cü ildə
Afrikaya çağırıldı. O, burada Stsipionun başçılıq etdiyi Roma ordusunun
müdaxiləsi ilə üzləşməli idi. 202-ci ildə Zamada qəti məğlub olan Hannibal
müharibədən sonrakı dövrdə siyasi reformalar həyata keçirməklə məşğul oldu.
Lakin ona qarşı müxalifət qalxdıqda könüllü surətdə sürgünə yollandı. Əvvəlcə
Suriyaya, sonra Krit adasına, nəhayət Vifiniyaya getdi. Burada o, romalılara əsir
düşməmək üçün özünü öldürdü.
Hannibal Puniya müharibələrinin tarixində ən məşhur sərkərdə və ən parlaq
qələbələr müəllifi olmaqla yanaşı, bu dövrün ən faciəli qəhrəmanlarından biridir.
Miladdan əvvəl III əsrin əvvəlindən o vaxtkı dünyanın ən böyük iki dövlətinin –
Karfagen və Roma arasındakı “dünya” ağalığı, başqa sözlə Pireney
yarımadasından Fərat çayına qədər, Qara dəniz yanından Saxaranın bəhrə
verməyən səhralarına qədər ərazi üzərində hakimiyyət üstündə rəqabəti, bu
müharibələrin bir-birinin ardınca başlanmasına səbəb oldu. Bu “dünya” ağalığına
nail olmaq üçün birinci növbədə Aralıq dənizi üstündə hakimiyyətə malik olmaq
lazım idi və iki böyük rəqib bu dənizi sonralar leksikona düşmüş qaydada desək öz
“gölünə” çevirmək istəyirdi. Birinci Puniya müharibəsi miladdan əvvəl 264-cü ildə
başlayıb 241-ci ildə romalıların dəniz döyüşlərindəki qələbəsi ilə başa çatmışdı.
127
Müharibənin belə adlanması Karfagenin həm də Puniya adlanması ilə əlaqədar idi
və rəvayətə görə bu şəhər-dövlətin həmin müharibələrdən yeddi əsr əvvəl və ya
m.ə. 825-ci ildə Aralıq dənizinin Asiya sahillərindəki qüdrətli Finikiya dövlətindən
gələn adamların saldığı güman edilir və buna görə də əhali özünü finikiyalılar və
ya puniyalılar adlandırırdı. Bu müharibədən əvvəl, m.ə. III əsrin əvvəllərində artıq
Karfagen Şimali Afrikanı, Siciliyanı (Sirakuza istisna olmaqla), Sardiniya və
Cənubi İspaniyanı tutmuşdu və Aralıq dənizi ətrafının qüdrətli dövlətinə
çevrilmişdi. Özünü o dövrün ən güclü dövləti hesab edən Roma buna sakit
seyrçiliklə baxa bilməzdi. Roma birinci müharibəni məğlubiyyətlə başa çatdırsa da,
Karfagen böyük dövlət olaraq qalırdı və rəqabətin kimin xeyrinə həll olunması hələ
başa çatmamışdı. Belə vəziyyət sonrakı iki müharibənin başlanmasına və
Karfagenin tənəzzülünə yol açmaqla, sonuncu məğlubiyyət dəhşəti ilə seçildi və
onun yer üzündən silinməsi səhnəsi ilə başa çatdı.
İkinci Puniya müharibəsi m.ə. 218-ci ildə başlayıb, bütünlüklə sülh
müqaviləsinin bağlanması ilə 201-ci ildə başa çatdı. Bu müharibədə də Roma qalib
gəldi, Karfagen öz böyük dövlət statusunu itirdi, bu dəniz dövləti güclü hərbi dəniz
donanması ilə vidalaşmalı oldu. Lakin bu müharibənin rəmzi rolunu, həm
qələbələri ilə tarixə düşən, həm də acı məğlubiyyəti ilə müharibənin alçaldıcı
şərtlərlə başa çatmasına yol açan Hannibal oynayır. Hərbi istedadına görə bəlkə də
Hannibal heç bir məğlubiyyətin acısını dadmamış, özündən əvvəl və sonra gələn
dahi sərkərdələri – Aleksandr Makedoniyalını və Qay Yuli Sezarı özündən irəli
buraxırdı. Lakin onun m.ə. 216-cı ildə Kann yaxınlığında Roma ordusunu nisbətən
kiçik qüvvə ilə darmadağın etməsi dünya hərb tarixini bəzəyən parlaq
qələbələrdən, hərb istedadının zəfərini nümayiş etdirən az sayda hadisələrdən
biridir. Hannibal həm də bir şəxsiyyət kimi bir sıra qeyri-adi keyfiyyətlərə malik
idi. O, çox cavan vaxtı sərkərdə qabiliyyətini üzə çıxarmışdı, yürüşdə adi əsgər
həyatını yaşayırdı, soyuqqanlı və fiziki cəhətdən dözümlü idi, hərb sənətinin
sirrlərinə yaxşı bələd idi, onda inadkarlıq, öz məqsədlərinə çatmaq üçün axıra
qədər getmək istəyi ilə yanaşı əxlaqi normalara məhəl qoymamaq, qəddarlıq və
məkrlilik xüsusiyyətləri də var idi. Tarixçi Tit Livinin göstərdiyi kimi, elə bil ki,
Dostları ilə paylaş: |