121
etdi. Qoşun rəislərini o biri səhər gəlməyi təyin etdi, güman etdi ki, özünü yaxşı
hiss edəcəkdir. Lakin axşamın sonunda ikinci tutma baş verdi. Görünür çar ən ağır
növ olan tropik malyariya ilə xəstələnmişdi. Bütün gecəni o, yatağında çabalayırdı.
Səhər açılanda tutma keçdi, Aleksandr vanna qəbul etdi. Sonra o, dəniz qüvvələri
komandanı Nearxı qəbul etdi və planın qüvvədə qaldığını bildirdi. Sonrakı gün
daha güclü tutma baş verdi. Bu xəstəliyin sonu üçün həlledici rol oynadı.
Aleksandr özü də bunu hiss etdi. Qızdırmada olanda vanna qəbul etdi və qoşun
başçılarını yanına çağırdı. Yenə müddətlər təsdiq edildi. Axşam çarı çimməyə
gətirdilər. Tutma keçmişdi, lakin xəstənin ümumi vəziyyəti yaxşılaşmırdı. Sonrakı
gecə daha ağır oldu. Səhəri güclü qızdırma başladı. Xəstəni gölməçənin yanına
gətirdilər. Qızdırması azalanda orduda yeni təyinatlar barədə danışırdı. Sonrakı gün
o, özünü lap pis hiss etdi və qızdırmanın tutması başladı. O, saraya qayıtmaq istədi
və əmr etdi ki, ora qoşun başçıları gəlsin. Bu onun son əmri idi. Hər gün baş verən
malyariya tutmalarından çox zəifləyən çarın orqanizmi iki xəstəliyə müqavimət
göstərə bilmirdi. İkinci xəstəlik isə ya soyuqdəymə idi, ya da malyariyanın
yaratdığı leykemiya (ağ qan xəstəliyi) idi. Ona görə də hərarət kəsmirdi, xəstəyə
daim əzab verirdi. O birisi gün xəstənin gücü tükəndi. Aleksandrı saraya apardılar,
burada o, mürgülədi, lakin ayılanda zəiflikdən danışa bilmədi. O, hələ qoşun
başçılarını tanıyırdı. Perdikka xəstənin çarpayısının yanından uzaqlaşmırdı. Can
verən ona çar möhürü olan üzüyü verdi. Adamlar şübhələndi ki, sevimli çar artıq
ölmüşdür və bunu onlardan gizlətmək istəyirlər. Köhnə döyüşçüləri ölənin yanına
buraxdılar. Çar gözləri ilə onları salamlayırdı. Onun yer üzündə axırıncı gördüyü
öz sədaqətli döyüşçüləri idi. Səhərisi gün onun həyatının sonu gəldi. Hər şey
qurtardı - Ərəbistan ekspedisiyası da, qüdrətli hakimiyyət də, ilahi mənşəyə iddia
da, hər şeyə qalib gələn iradə də, təkrarsız yaradıcı başlanğıc da, dünyaya ağalıq
planları da, imperiya da. Sakitcə yatmış insan qalmışdı və o, heç vaxt bir daha
oyanmayacaqdı. 28 desidə axşam (təqribən 13 iyunda) Aleksandr öldü.
Aleksandr 33 yaşında öldü, 13 il çarlıq etdi və küləyin əsməsi ilə elə bil ki,
bütün Persiya çarlığını, Hindistanın və Balkanların bir hissəsini udan dünya
yanğını söndü. Aleksandrın sərkərdələri imperiya ideyasına danışıqsız xidmət
122
etməkdən imtina etdilər. İmperiya öz hökmdarını itirmişdi və çar ailəsindən elə bir
adam yox idi ki, qalanlar ona tabe olsun. Barsinadan olan qanunsuz doğulmuş oğlu
Herakl beş yaşında idi və həddən çox yunan qaydasında tərbiyə olunmuşdu. İkinci
varis Filippin və Filinnanın qanunsuz doğulmuş oğlu, Aleksandrın qanbir qardaşı
Arridey idi. Ağlı kəm olan bu adamı iddiaçı hesab etmirdilər. Taxt-taca digər
mümkün iddiaçını Roksana ürəyinin altında gəzdirirdi, o, dünyaya dörd ay sonra
gələcək idi.
Makedoniya qaydası ilə taxt-tacın varisini qoşun ordusu təsdiq etməli idi.
Çarın ölümündən sonra əvvəlki ədavət daha da qızışdı. Qoşun Persiyada ələ
keçirilmiş xəzinənin bölünməsini tələb edirdi. Hamının hamıya qarşı mübarizəsi
başlandı. Aleksandrın ölümündən sonra Babilistanda yığışan bütün silahdaşları bu
və ya digər dərəcədə öz şəxsi məqsədlərini güdürdülər. Ptolomey imperiyanı qoşun
başçıları arasında bölməyi və onu özünəməxsus “satrapiyalar federasiyasına”
çevirməyi təklif etdi. Qızğın mübahisələrdən sonra kompromiss qərara gəlindi:
Arridey atası Filippin adını qəbul edib imperiyanın başında duran çar rolunu
oynamalıdır. Roksananın oğlu həmhökmdar olmalıdır və həddi-buluğa çatanda
hakimiyyət ona verilməlidir. Antipatr Makedoniyanın canişini və ellin ittifaqının
muxtar strateqi, Perdikka Asiyanın xiliarxı (bu hərfi mənada minbaşı demək idi,
Aleksandrın çarlığı dövründə çarın ən yaxın köməkçisi, şərq hökmdarlarının
vəzirinə uyğun gələn vəzifə idi), Krater isə Arrideyin saxta olaraq malik olduğu çar
tacının və hakimiyyətinin mənafelərinin müdafiəçisi vəziyyətində idi. Satrapiyalar
qoşun başçıları arasında bölünmüşdü. Ən yaxşısını, varlı və coğrafi vəziyyətinə
görə demək olar ki, müstəqil olan Misiri Ptolomey götürmüşdü, Frakiya Lisimaxa,
Hellespont yanındakı Frigiya Leonnata çatmışdı. Antiqonun payına Böyük Frigiya
düşmüşdü, müstəqillik qazanmış Kappadokiyanı Yevmen almışdı. Qalan
satrapiyalar digər qoşun başçıları arasında bölünmüşdü. Aleksandrın ölümündən
sonra dövlət quruluşu belə idi, bunu əslində quruluşsuz adlandırmaq olardı. Faktiki
olaraq güclünün hüququ qoyulmuşdu. Yeni ellinist dövlət hüququ yalnız iki onillik
sonra meydana gəldi. Babildə yaranmış dövlət quruluşunun dağılmasının səbəbi
daha çox onunla əlaqədar idi ki, onun aydınlığı və dəqiqliyi yox idi. Yeni
123
satrapların və mərkəzi hökumətin qarşılıqlı münasibətlərində aydınlıq yox idi.
Bundan istifadə edən Perdikka öz adından yeni satraplara əmrlər verirdi, lazım
gələndə onları dəyişdirirdi. Perdikka Aleksandrın özünün rolunu oynamağa
başladı.
Antipatrın siyasəti isə ona yönəlmişdi ki, hərbi xadimlər arasında sülhü
qoruyub saxlasın. Lakin Aleksandrın anası, Epirdə olan Olimpiada Perdikkanın
tərəfinə keçəndə və ona öz qızı Kleopatranı ərə verməyi təklif edəndə Antipatrda
təkbaşına hakimiyyətə açıqca meyl yarandı. Perdikka Aleksandra məxsus olan
sərkərdə qabiliyyətinə malik deyildi. 321-ci ildə o, özünün qoşun başçıları
tərəfindən öldürüldü. İmperiyanın idarə olunması ahıl yaşlı Antipatrın əlinə keçdi.
O, Makedoniyaya Arridey, Roksana və artıq doğulmuş körpə Aleksandrla gəldi.
Beləliklə, nəhəng imperiya yenidən Makedoniyadan idarə olunmağa başladı. Lakin
Asiyanın idarə olunması və oradakı satraplar üzərindəki nəzarət Antiqonun əlində
idi, Ptolomeyin dövründə isə Misir ümumiyyətlə müstəqillik qazandı.
Antipatr imperiyanın idarə sükanını ələ keçirdikdən iki il sonra – 319-cu ildə
öldü. Yeni böhran başladı və bu çar ailəsinin və bütün imperiyanın məhvinə səbəb
oldu. Ahıl yaşlı Antipatr öz oğlu Kassandrın böyük kədərinə səbəb olan hərəkət
edib məhdud qabiliyyətli ordu başçısı olan Poliperxonu öz varisi, çar ailəsinin
mühafizəçisi və dövlətin regenti etdi. Makedoniyalılar ona tabe olmaqdan imtina
etdilər. Ona qarşı incimiş Kassandrı müdafiə edən Antiqon və Ptolomey qalxdı. Bu
vaxt Poliperxon Aleksandrın anası Olimpiadanı öz həmhökmdarı etdi. İndi də
Filippin adrıcılları ilə Olimpiadanın tərəfdarlarının kəskin mübarizəsi başlandı.
Hələ Perdikka dövründə mübariz Kipiana Filippin qanunsuz qızlarından biri
olan öz qızını Arrideyə ərə verdi. Bu özbaşınalığına görə o, həyatını qurban verdi.
Ancaq onun qızı Yevridika Perdikkanın ölümündən sonra Arrideyi, deməli, həm də
dövləti idarə edirdi. O, ordunu Antipatra qarşı qaldıra bilmişdi. Antipatrın
ölümündən sonra isə Arrideylə birlikdə Kassandrın tərəfinə keçmişdi. Aleksandrın
məğrur anasının ordusu Makedoniyaya hücum edəndə heç bir müqavimət görmədi.
Olimpiada Yevridika və onun ərini tutub zəncirlə qandalladı. Onları zindana
saldılar, sonra Arridey öldürüldü, Yevridika isə 317-ci ildə özünü öldürdü.
Dostları ilə paylaş: |