53
Müəssisə xaricindən təminat
Bütün boşalan iş yerləri və vəzifələrin işçi qüvvəsiylə təmin edilməsi müəssisə
daxilində həyata keçirilə biiməz. Bəzən müəssisənin axtardığı şəxs müəssisə daxi
lində olmur, ya da xüsusi təhsil görmüş mütəxəssislərə ehtiyac ola bilər.
Belə hal
larda müəssisə xarici işçi qüvvəsini qəbul edir. Müəssisə xaricindən təminatda istifadə
olunan başlıca mənbələr: məktubla ya da şəxsi ərizələri ilə müəssisəyə məlumat
verənlər, müəssisədə çalışanların zəmanətləri ilə işə götürüiənlər, dövlət və özəl əmək
məşğulluq mərkəzlər vasitəsiylə müəssisəyə gələnlər, yazılı
elan və ya internet
elanlarının köməyi ilə müəssisəni tapanlar və təhsil ocaqlarıdır.
Müəssisə öz məqsədlərinə çatmaq üçün öz prinsipinə uyğun olan üsulu seçir.
Hansı üsulun seçilməsi qərarını müəssisə rəhbəri verir. Onlar müəssisənin maddi
imkanını nəzərə almaqla bu mövzuda qərar çıxarırlar. Müəssisə xaricindən işçi
qüvvəsinin təminatı üsulları aşağıda göstərilmişdir.
Dostları ilə paylaş: