Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
24
təĢkilatlarının, ictimai təĢkilatların əmlakına 4 mlrd. 199 mln. 668 min 338 rub. məbləğində ziyan dəymiĢdir.
Ziyan 1992-ci ilin dekabr ayına aid qiymətlər miqyasında hesablanmıĢdır.
- Respublika rəhbərliyinin, hərbi komandanlığın, silahlı dəstə komandirlərinin Xocalı qırğınının baĢ
verməsində təqsiri istiqamətində istintaq iki versiya üzrə aparılmıĢdır:
- Vəzifəli Ģəxslərin xəyanəti nəticəsində Xocalı Ģəhəri qəsdən düĢmənə verilmiĢdir,
- Vəzifəli Ģəxslərin qulluq vəzifələrinin icrasına cinayətkarcasına səhlənkar yanaĢması nəticəsində Xocalı
Ģəhərinin müdafiəsi pis təĢkil edilmiĢ, Ģəhərin mühasirədən çıxarılması üçün lazımi tədbirlər görülməmiĢ, dinc
əhalinin evakuasiyası təĢkil edilməmiĢ, ona görə də kütləvi qırğın baĢ vermiĢdir.
Xocalı Ģəhərinin xəyanət nəticəsində qəsdən düĢmənə verilməsi versiyası üzrə respublika Milli
Təhlükəsizlik Nazirliyi, Daxili ĠĢlər Nazirliyi ilə birgə iĢ aparılmıĢ, onlara konkret əməliyyat tapĢırıqları
verilmiĢdir. Ġstintaq qrupu tərəfindən mümkün olan bütün istintaq-əməliyyat tədbirləri aparılmıĢdır. Ancaq hər
hansı bir vəzifəli Ģəxsin və ya silahlı qüvvə komandirinin xəyanət etməsi faktı müəyyən edilməmiĢdir.
Qeyd etmək lazımdır ki, istintaq zamanı ermənilər tərəfindən Ģəhərin iĢğalı vaxtı əsir götürülmüĢ Əzizov
Arif Qüdrət oğlu və Məmmədov Aydın Calal oğlunun xəyanət etmələri faktdır. Xocalı sakini olan bu Ģəxslər
əsirlikdə olarkən əsirlikdə olan azərbaycanlılar arasında Ģəhərin müdafiəçilərini ermənilərə göstərərək onların
öldürülmələrinə səbəb olmuĢlar. Bu Ģəxslər haqqında Azərbaycan Respublikası CM-nin 17,94-cü mad. 4,6-cı
bəndləri ilə cinayət iĢi ayrılıb məhkəməyə göndərilmiĢdir.
Müəyyən edilmiĢdir ki, hələ 1988-ci ildən baĢlayaraq respublika rəhbərliyi tərəfindən Dağlıq Qarabağ
probleminin həllində böyük səhvlərə yol verilmiĢdir. Həmin vaxt Dağlıq Qarabağın erməni icmasını vilayətdə
partiya və dövlət orqanlarında məsul vəzifələrdə iĢləyən "liderləri" demokratiya, aĢkarlıq Ģüarlarından istifadə
edərək Dağlıq Qarabağın Ermənistana birləĢməsindən ötrü açıq fəaliyyətə baĢlamıĢdılar. Respublika rəhbərliyi
isə "demokratiyanı boğmaq olmaz" pərdəsi altında açıq-aĢkar kütləvi informasiya vasitələri və sair yollarla
respublikamızın ərazi bütövlüyünə, dövlətçiliyinə qarĢı yönələn cinayətkar hərəkətlərə qiymət verməmiĢ,
onların qarĢısını almaq üçün tədbirlər görməmiĢdir. Cəzasız qaldıqlarından ĢirnikləĢən ermənilər Dağlıq
Qarabağın Ermənistan SSR-yə birləĢməsi qərarına gətirib çıxaran kütləvi aksiyalara baĢladılar və eyni zamanda
Ermənistan SSR-də yaĢayan azərbaycanlı əhali min illik dədə-baba yurdlarından qovulmağa baĢlandı.
1988-ci ilin martında Ermənistandan qovulub Azərbaycana gələn ilk qaçqınlar əsasən ġuĢa və Yuxarı
Qarabağın azərbaycanlılar yaĢayan digər məntəqələrində yerləĢdirilmiĢdilər. Bundan narahat olan ermənilər
azərbaycanlıların Ermənistandan qovulmalarını müvəqqəti dayandırdılar. Təcili olaraq Aslanyan familiyalı,
nazir müavini iĢləyən bir Ģəxsin baĢçılığı ilə öz emissarlarını Dağlıq Qarabağa göndərdilər. Onlar Dağlıq
Qarabağda yerləĢmiĢ azərbaycanlı qaçqınları geri qaytarmaq üçün cəhd göstərdilər, çünki Dağlıq Qarabağda
əhali nisbətinin azərbaycanlıların xeyrinə dəyiĢməsi erməni tərəfini qorxudurdu.
Bu vaxt isə Azərbaycan rəhbərliyi KP MK-nın I katibi Ə. Vəzirovun baĢçılığı altında ġuĢa və Dağlıq
Qarabağın baĢqa azərbaycanlılar yaĢayan məntəqələrdən Ermənistandan gələn qaçqınların çıxarılıb
respublikanın baĢqa rayonlarında yerləĢdirilməsi üçün geniĢ fəaliyyətə baĢladılar. ġuĢa Ģəhərinə Mərkəzi
Komitə katibi Orucov göndərilmiĢ, respublikanın müxtəlif rayonlarının rəhbərləri dəvət edilmiĢ və qaçqınlar
arasında böyük təbliğat iĢi aparıb, onları ġuĢa və DQ-nın baĢqa yaĢayıĢ məntəqələrindən çıxarmağa nail
olmuĢlar.
Ġstintaq belə hesab edir ki, həmin vaxt respublikaya rəhbərlik etmiĢ Ə. Vəzirov bu hərəkətləri ilə
Azərbaycan xalqının mənafeyinə ağır zərbə vurmuĢdur.
31 avqust 1991-ci ildə SSRĠ Müdafiə Naziri ġapoĢnikov Azərbaycan Respublikası Prezidenti Mütəllibova
məktubla müraciət edib, müttəfiq respublikalarda milli qvardiya və ya Müdafiə Nazirliyi yaratmaq təklifi irəli
sürmüĢdür.
Mərkəzin bu təĢəbbüsündən sonra respublika prezidenti 334 N-li 5 sentyabr 1991-ci il tarixli fərmanla
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaratmıĢ, müdafiə naziri vəzifəsinə BərĢadlı Valeh Əyyub oğlunu
təyin etmiĢdir.
Müdafiə Nazirliyinin yaranma prosesinə Azərbaycan Xalq Cəbhəsinin əvvəlcə BərĢadlının, sonra da
T. Mehdiyevin istefa tələbi ilə keçirdiyi piketlər və bu piketlərin təsiri altında tez-tez müdafiə nazirlərinin
respublika prezidenti tərəfindən dəyiĢdirilməsi də olmuĢdur.
Belə ki, V. BərĢadlı 05.09.91-ci ildən 11.12.91-ci ilə kimi, T. Mehdiyev 12.12.91-ci ildən 11.02.92-ci ilə
kimi, ġ. Musayev 11.02.92-ci ildən 24.02.92-ci ilə kimi, T. Əliyev 24.02.92-ci ildən 07.03.92-ci ilə kimi
müdafiə naziri iĢləmiĢlər. Altı ay ərzində dörd müdafiə nazirinin dəyiĢdirilməsi respublika silahlı qüvvələrinin
yaradılmasına böyük ziyan vurmuĢdur.
Üç ay gecikdirilmiĢ çağırıĢ həm də keyfiyyətsiz keçirilmiĢdir. Azərbaycanda payız çağırıĢı üçün hərbi
hissələrə göndərilməsi planlaĢdırılmıĢ çağırıĢçıdan ancaq 5425 nəfəri ordu sıralarına aparılmıĢdır.
Halbuki, istintaq zamanı müəyyən edilmiĢdir ki, respublikamızda kifayət qədər çağırıĢçı qəbul edib,
döyüĢçü hazırlamaq üçün baza olmuĢdur. 1991-ci ilin axırları, 1992-ci ilin əvvəllərində 4-cü Ordu hissələrindən
Dostları ilə paylaş: |