Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
26
Müdafiə nazirliyi tərəfindən T. Əliyevin sərəncamına göndərilən, hərbi təhsilli zabitlər Ġ. Abdullayev və
T. Mehdiyevi də öz tabeçiliyinə keçirmiĢdir. Xocalı hadisələrinə kimi faktiki olaraq o, Ağdam rayonunda
yerləĢən, ətraf rayonlardan, Müdafiə Nazirliyindən göndərilən silahlı qüvvələrə komandanlığı ələ keçirmiĢ,
hərbi texnikaya sərəncamçılıq etmiĢdir.
21, 22, 23, 24, 25 fevral 1992-ci il tarixlərdə, hər gün F. Hacıyev Xocalını mühasirədən çıxarmaq üçün
əməliyyatın baĢlama vaxtını təyin etmiĢ, hər dəfə də müxtəlif bəhanələr irəli sürərək əməliyyatın keçirilməsini
Xocalı faciəsi baĢ verənədək baĢqa günə keçirmiĢdir.
23.02.92-ci il tarixdə "Qrad" qurğuları gizlətmək adı altında Ağcabədi aeroportuna aparılmıĢdır. Xocalı
faciəsi baĢ verərkən "Qrad" qurğuları Ağdamda olmadığından hücum edən ermənilərə qarĢı həmin qurğulardan
vaxtında istifadə etmək mümkün olmamıĢdır.
25.02.92-ci ildə axĢam saat 22 radələrində erməni quldurları Xocalı Ģəhərinə hücum edərkən F. Hacıyev
ġ. Mirzəyevin batalyonunda olmuĢ, Xocalı əhalisinin qırğından qurtarmaq üçün nə o, nə də ġ. Mirzəyevin
batalyonu heç bir tədbir görməmiĢdir.
Azərbaycan Respublikası DĠN XTMD RövĢən Cavadovun rəhbərliyi ilə Asif Məhərrəmov, Allahverdi
Bağırov və Yaqub Rzayevin dəstələri Xocalı Ģəhərindən qırğından canlarını qurtarıb qaçan əhalini qarĢılamaq,
onların yolunu ermənilərdən təmizləmək üçün erməni mövqelərinə hücum edib döyüĢə atılanda F. Hacıyevin
gizlədiyi Müdafiə Nazirliyinin ġ. Mirzəyevin komandiri olduğu batalyon və X. Xudiyevin komandir olduğu
batalyon döyüĢə girməmiĢ, əmr gözləmiĢlər. Səlahiyyətlərinin alındığını bəhanə edən F. Hacıyev isə onlara heç
bir əmr verməmiĢdir.
F. Hacıyev Xocalı əhalisinin gizli yollarla mühasirədən çıxarılmasından ötrü Qarabağ zonası üzrə milli
təhlükəsizlik idarəsi tərəfindən ona təqdim edilən bələdçilərdən istifadə etməmiĢ, əhalinin itkisiz çıxarılması
imkanını əldən vermiĢdir.
Ġstintaq müəyyən etmiĢdir ki, Xocalı qırğınının qarĢısının vaxtında alınmaması səbəblərindən biri də səhv
kadr siyasəti nəticəsində hadisələr ərəfəsində Ağdamda sabitliyin pozulması olmuĢdur.
1991-ci ilin payızından baĢlayaraq Dağlıq Qarabağdan kütləvi surətdə qovulan azərbaycanlılar əsasən
Ağdam Ģəhərinə pənah gətirirdilər. 12 fevral 1992-ci ildə Malıbəyli, QuĢçular kimi çoxminli əhalisi olan
kəndlərin, 15.02.92-ci ildə isə çoxlu insan qırğını ilə Qaradağlı kəndinin iĢğalı Ağdamda partlayıĢ həddinə
çatmıĢ vəziyyəti daha da kəskinləĢdirirdi. On minlərlə qaçqın gündəlik olaraq Ağdam Ģəhərinin mərkəzi
meydanında mitinqlər keçirirdi. Qaçqınlar əhalinin təhlükəsizliyinin təmin edilməsi tələbi ilə Qarabağ zonası
üzrə daxili iĢlər idarəsinin binasına basqın edib, pəncərə ĢüĢələrini sındırmıĢ, telefon xətlərini qırmıĢdılar. Belə
bir vəziyyətdə respublika DĠN 18.02.92-ci il tarixli əmri ilə Ağdam rayon DĠġ-nin rəisi Ġslah PaĢayev
vəzifəsindən azad edilmiĢ, onun yerinə təyin edilmiĢ RəĢid Məmmədov vəzifəsinin icrasına 25.02.92-ci ildə
baĢlamıĢdır. Respublika prezidentinin 21 fevral 1992-ci il tarixli fərmanı ilə Ağdam rayon icra hakimiyyətinin
baĢçısı Səyyaf Verdiyev vəzifəsindən azad olunmuĢdur.
Respublika rəhbərliyi Ağdam rayonunda olan kadr dəyiĢikliyini rayon ağsaqqallarının müraciəti ilə
əsaslandırırdılar.
Ġstintaq isə müəyyən etmiĢdir ki, respublika prezidenti A. Mütəllibov Ağdam rayon icra hakimiyyəti baĢçısı
S. Verdiyevin yerinə müvafiq bir adam tapmağı Bakı Ģəhəri icra hakimiyyəti baĢçısı R. Ağayevə tapĢırmıĢdır.
R. Ağayev bu iĢi Ağdamla əlaqəsi olmayan Bakı Ģəhəri DĠN-nin rəisi Bəxtiyarova həvalə edir. Bəxtiyarov isə öz
növbəsində əslən Ağdamlı olub, uzun müddət Ağdamdan ayrılıb Bakıda yaĢayan iki rayon daxili iĢlər idarəsi
rəislərinə tapĢırır. Onların təqdim etdikləri Ağdam rayon tədarük kontorunun müdiri K. Axundov icra
hakimiyyəti baĢçısı təyin edilir.
Nəticədə Xocalı hadisələri ərəfəsində regionda ən çox silahlı qüvvəsi, silahla daha yaxĢı təchiz edilmiĢ
Ağdam rayon daxili iĢlər Ģöbəsi rəissiz qalır. Eləcə də icra hakimiyyətində qeydiyyatdan keçmiĢ bir neçə
könüllülər dəstəsi və sair qüvvələri olan Ağdam rayonunda birləĢdirici, rəhbərlikedici rol oynayan, bütün
rayonun qüvvələrini ayağa qaldırıb düĢmənə qarĢı yönəltməli olan icra hakimiyyəti baĢçısız idi. Çünki, köhnəsi
getmiĢdi, yenisi isə iki-üç gün ərzində ancaq iĢlə tanıĢ ola bilərdi.
Ağdamda sabitliyin pozulmasında rayonun daĢ karxanasının direktoru iĢləyən, Ali Sovetin deputatı Qasım
Kərimov müəyyən mənfi rol oynamıĢdır. O, 17 fevral 1992-ci ildə Ağdam Ģəhərinin mərkəzi meydanında
keçirilən minlərlə adamın iĢtirak etdiyi mitinqdə çıxıĢ edərək rayon rəhbərliyini bacarıqsızlıqda təqsirləndirmiĢ,
Ağdam rayon DĠN-nin rəisi Ġ. PaĢayevin bir sutka ərzində rayonu tərk etməsini tələb etmiĢ və silahlı qüvvələrə
komandanlığı öz üzərinə götürdüyünü, qərargahının Qaraağacı qəbiristanlığında yerləĢdiyini elan etmiĢdir.
Belə özbaĢınalıq halları Xocalı hadisələri ərəfəsində tam hakimiyyətsizliyə gətirib çıxarmıĢ, təxribatlar baĢ
alıb getmiĢ, hakimiyyət orqanlarının fəaliyyəti pozulmuĢdur.
24 fevral 1992-ci ildə saat 22 radələrində Ağdam - Əsgəran yolu ilə Xramort kəndinə kəĢfiyyata gedən
xüsusi təyinatlı milis dəstəsi ilə "Qarabağ Ģahinləri" könüllülər dəstəsindən 13 döyüĢçü ZĠL-131 markalı yük
maĢınında naməlum səbəbdən qəzaya uğramıĢlar. DöyüĢçülərdən üç nəfəri partlayıĢ nəticəsində ağır bədən
Dostları ilə paylaş: |