Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
36
Xocalı haqqında verdiyim məlumat eksklüziv material kimi fevralın 27-də "VaĢinqton Post" qəzetinin
daxili səhifələrində çap edildi. Bu məlumat məndən sonra Avropanın "London Sandey Tayms" qəzetinin üz
səhifəsində yer aldı. Bu o vaxt idi ki, beynəlxalq ictimaiyyət həlak olanların sayını hesablamağa və doğrudan da,
dəhĢətli bir hadisənin baĢ verdiyini təsdiq etməyə baĢlamıĢdılar. Qətliamın baĢ verdiyi sahəyə səfər edərək
ölənlər haqqında sənədlərin yoxlanılması kimi xoĢ olmayan missiyanı yerinə yetirən ilk qərbli müxbir "London
Tayms"ın əməkdaĢı Anatoli Litvin oldu. Ona kömək edən isə "Frontayn Nyus" qəzetinin müxbiri, əziz dostum,
peĢəkar jurnalist Rori Pek idi. O, indi dünyasını dəyiĢib. Biz Ağdamı tərk etdiyimiz gecə "Frans-Press"
agentliyinin bir müxbiri Ağdama gələrək burada sakitliyin hökm sürdüyünü xəbər vermiĢdi. Digər bir nanəcib
müxbir isə Vəfa Quluzadənin etimadından istifadə edərək onun sözlərini kobud Ģəkildə təhrif etmiĢdi, mən buna
çox pərt olmuĢdum. Böhranın qızğın vaxtında Duqlas Kennedi - Robertin oğlu, Sankt-Peterburqdan olan DTK-
ya iĢləyən tərcüməçi Ağdamda peyda oldu və fikirləĢirdi ki, əylənmək üçün bir az cəbhə xəttində fırlana bilər.
Lakin onu əmin etdikdən sonra ki, tərcüməçisi kütlə tərəfindən öldürülə bilər, Kennedi mənim məsləhətimlə iki
nəfər yerli cavan oğlanı özünə köməkçi götürdü. Lakin sonradan onların pulunu verməkdən boyun qaçırdı.
Mən artıq Xocalıdaydım. Dərələrdə, təpələrdə, qar üzərində hələ xeyli meyit qalmıĢdı. Yəqin temperatur
yüksələndə çürüməyə baĢlayacaqlar. Artıq ruhların dolaĢdığı, yalqız, yeməyin, suyun və həyatın olmadığı
Ģəhərdə, burada bütün adamlar öldürülmüĢdü, öldürülmüĢdü, öldürülmüĢdü. Mən sadəcə, ağlamağa, ağlamağa,
ağlamağa baĢladım. Bakıya çatanda az qala Prezidentin mətbuat katibinin üstünə hücum çəkərək hamının
yanında onu yalançılıqda ittiham etdim. O, bundan narazı qalmıĢdı. Ona görə də mənim erməni casusu olduğum
və yanvarda Xocalıya göndərilərək dağıdılmıĢ Ģəhərdə hərbi sirrin öyrənilməsi tapĢırığı aldığım haqqında
Ģayiələr yaydı. Bu iddialara görə məni hətta müvəqqəti saxlamıĢdılar da. Əlbəttə, əhvalım korlanmıĢdı.
Bunlar boĢ Ģeylərdi, ən dəhĢətlisi o idi ki, Xocalıda bir yerdə çörək kəsdiyim dostum Əlif Hacıyev
ölmüĢdü. Onun həyat yoldaĢı rus qızı Qala qalmıĢdı. O, Əlifsiz necə yaĢayacağını düĢünür, bundan dəhĢətə
gəlirdi. Bakıdakı hakim rejimin acgözlüyü və eybəcərliyi məni dəhĢətə gətirmiĢdi. Axı, insanların bu vəziyyətə
düĢməsinə, sözlə ifadə edilə bilməyəcək bu faciənin yaĢanmasına səbəb onlar idi.
Elə bu fikirlərlə sabahı gün Əlifin dəfnində iĢtirak etmək üçün ġəhidlər xiyabanına yollandım. Mən bu
qəbiristanlığı əvvəllər də ziyarət etmiĢdim, amma indi fərqli ziyarət idi. Ġndi bura yas üçün gəlmiĢdim. O zaman
mən gələndə burada üçüncü sıra yox idi, sonralar bu sıra böyüyəcək, çoxalacaqdı. Əlifin qəbri 127-ci idi.
Cənazəni yük maĢınından düĢürdülər. Mən cənazəni çiynində daĢıyanlara qoĢuldum və onu qəbirlərin sırasına
qədər gətirdim. Adətlərinə uyğun din xadimi fatihə verdi, mən sarsılmıĢdım, artıq Əlif yox idi...
Sonra ġəhidlər xiyabanında daha böyük dəfn prosesi baĢladı. Ġnsan axını Əlifin qəbri yanında qazılmıĢ
digər qəbirlərə də yaxınlaĢdı. Bu, cərgədəki sonuncu yer idi. Sonra yenə cərgələr baĢlayacaqdı, artıq yeni
cərgələrin ilk qəbrini Qara Bağçadan, Qarabağ adlı dəhĢətli yerdən gətiriləcək meyiti gözləmədən qazmağa
baĢlamıĢdılar. Tezliklə daha çox cavan adam burada uzanacaq və onların sayı Xocalıda öldürülənlərin sayını
ötüb keçəcəkdir. 25 və 26 fevralda baĢ verənlər isə Qarabağın, Qara Bağçanın davam etməkdə olan ölüm və
dağıntı siyahısının qəmli statistikasında sadəcə bir detala çevriləcəkdir.
And içdim ki, Əlifi və adlarını bilmədiyim, amma sifətləri yaddaĢıma həkk olunmuĢ baĢqa insanları heç
vaxt unutmayacağam. Bəli, mən Xocalını unutmayacağam. Bu kiçik, uzaq bir Ģəhər idi. Ġndi ölü Ģəhərdir.
Məqalənin ixtisarla götürüldüyü mənbə: "Xocalı soyqırımı: Milyon imza bir tələb", Bakı, 2007.
―Azərbaycan‖.-2010.-26 fevral.-N 45.-S.6.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
37
366-cı motoatıcı alayın Xocalı soyqırımında iĢtirak edən
zabit və praporĢiklərinin siyahısı
1. Zarviqorov Yuri Yuriyeviç - 02.03.1955-ci ildə Qazaxıstanın Cambul vilayətinin Luqovaya
stansiyasında anadan olub, 366-cı motoatıcı alayın komandiri;
2. Çitçiyan Valeriy Asaakoviç - 366-cı motoatıcı alayın 1 saylı batalyonunun qərargah rəisinin müavini,
mayor;
3. Ayriyan Vaçaqan Qriqoryeviç - mayor, alayın kəĢfiyyat rəisi;
4. Ohanyan Seyran MuĢeqoviç - 1961-ci ildə anadan olub, alayın 2-ci batalyonunun komandiri, mayor;
5. Arutyunov Aleksandr Aleksandroviç - mayor, 2-ci batalyonun komandirinin köməkçisi;
6. Akopyan Nerses Qrantoviç - baĢ leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri;
7. Arutyunyan Vladislav Vladimiroviç - kapitan, 2-ci batalyonun komandiri;
8. Bəyləryan Armen Volodiyeviç - praporĢik, 1-ci rotanın texniki;
9. Ayrapetyan Vaçik Qurgenoviç - 3-cü rotanın starĢinası;
10. Mirzoyan Vaçik Qrantoviç - 3-cü rotanın starĢinası;
11. ġixanyan Andrey ArtyuĢeviç - 1-ci batalyonun təĢkilat üzrə komandiri;
12. Xaçaturyan - 6-cı rotanın starĢinası;
13. Abramyan V. V. - 2-ci batalyonun böyük texniki, praporĢik;
14. Bəyləryan Sergey Yurikoviç - 2-ci batalyonun vzvod komandiri, praporĢik;
15. Danilyan Armen Barinoviç - 7-ci rotanın starĢinası;
16. Avanesyan - 2-ci rotanın böyük texniki;
17. Zaxaryan - zenit vzvodunun komandiri, praporĢik;
18. Baqdasaryan Valeri - tank rotasının starĢinası;
19. Kisəbəyyan Qriqoriy Akopoviç - rabitə rotasında vzvod komandiri, praporĢik;
20. Arustamyan - rabitə rotasında böyük texnik;
21. Amelyan Qarik - yeməkxana rəisi, praporĢik;
22. Avenesyan Robik - ərzaq anbarının rəisi, böyük praporĢik;
23. Arutyunyan Kamo Rafaeloviç - təmir rotasının vzvod komandiri, praporĢik;
24. Musaelyan - təmir rotasının vzvod komandiri;
25. Sarkisyan Aleksandr - təmir rotasında böyük texnik, praporĢik;
26. Osipov Yuri - raket artilleriya anbarının rəisi;
27. Simonyan Valeri - maddi təchizat rotasının starĢinası;
28. Petrosyan AĢot - məxfi hissənin rəisi, praporĢik;
29. Nabokix Yevgeniy - mayor, 3-cü batalyonun komandiri (arvadı erməni);
30. Lixodey Ġqor Ġvanoviç - artilleriya divizionunun komandiri, kapitan;
31. MiroĢniçenko Ġqor - maddi təchizat rotasının komandiri, baĢ leytenant;
32. Smaqin - leytenant, tank divizionunun komandiri;
33. Kuznetsov Andrey - kimyəvi müdafiə rotasının komandiri, leytenant;
34. QarmaĢ Viktor - baĢ leytenant, tank rotasının komandiri;
35. Belyazin - tank rotasında vzvod komandiri, leytenant;
36. Mirheydərov - 3-cü rotanın komandiri, baĢ leytenant;
37. Fotimski - 2-ci batalyonunun 3-cü rotasının komandiri, kapitan;
38. Buqayenko - 2-ci batalyonun 4-cü rotasının 3-cü vzvodunun komandiri, leytenant;
39. Potapov - 2-ci batalyonun 4-cü rotasının komandiri, kapitan;
40. Krut - 2-ci batalyonun 6-cı rotasının komandiri, kapitan;
41. Savintsev - 2-ci batalyonun 4-cü rotasının komandiri, leytenant;
42. Dobranski - 2-ci batalyonun 4-cü rotasının kəĢfiyyat vzvodunun komandiri, leytenant;
43. Bobolev - 2-ci batalyonun qərargah rəisi, kapitan;
44. Minin - 2-ci batalyonun komandirinin müavini, kapitan;
45. Tevosyan - 2-ci batalyonun 5-ci rotasının komandiri, kapitan;
46. Boqaçev - 3-cü batalyonun zabiti, baĢ leytenant;
47. Kurçatov - 3-cü batalyonun zabiti, baĢ leytenant;
48. Maftullin - 3-cü batalyonun zabiti, baĢ leytenant;
49. Kuzmanoviç - 3-cü batalyonun zabiti, baĢ leytenant;
Dostları ilə paylaş: |