139
KABİNƏDƏ HƏBS
örtük ayrıldı. İçəri işıqlanır, günəşin şüaları cihazlar lövhəsinə düşür.
Radio vasitəsi ilə dedim: “Günəş dovşanı” içəri girdi”. Klimuk rəsmi
qaydada təsdiqləyir: “Örtüyün atılması oldu, illüminator açıqdır”. Bu
artıq 84 kilometrdir, belə hündürdə hələ olmamışdım. Başımı qaldırıb
yer kürəsinə baxmaq üçün cəhd göstərirəm. Əbəs işdir, çünki yüklənmə
başımı kresloya yaxşıca “bərkitmişdi”. Ancaq qara kosmosu görürəm,
çünki uçuş trayektoriyasının əyilməsi nəticəsində qeyri-adi vəziyyətdə
idik - ayaqlarımız yuxarıda, başımız isə aşağıda, yer kürəsinə tərəf
əyilmişdi.
Uçuş sabitdir. Yüklənmə böyük deyil – 2,5G-yə yaxın, lakin
sistematik tərzdə artır, rahatlıq gəlir. Özümüzü yaxşı hiss edirik.
Vaxtaşırı məcburi hesabatlar veririk - əsasən də vaxtı aparmaq üçün.
Arada zarafat edirik. Klimuk kəskinliklə nikbinliyimi öldürür. “Günəş
dovşanı“ əvvəlki yerdə qalıb, deməli, uçuş sabitdir. “Hər şey ola bilər.
Ayıq ol”, – Klimuk xəbərdarlıq edir. Yəqin 288-ci saniyəni, yəni bizim
raketimizin ikinci dərəcəsinin ayrılma məqamını nəzərdə tutur.
1975-ci ildə kosmonavtlar Lazarev və Makarov “Soyuz 18A“ kosmik
gəmisində bizim kimi uçurdular... Onda ikinci dərəcə ayrıldı. Lakin
üçüncü dərəcə işləmədi. Gəmi saatda 25 km sürəti ilə Yer kürəsinə
düşürdü. Kapsul uçuş trayektoriyasında partladı. Telemetriya hər
iki kosmonavtın həlak olduğunu xəbər verdi. 21 G yüklənmə qeyd
edilmişdi. Onlar isə sağ qaldılar. Danışmağa mövzuları bitmirdi.
Lazarevə zarafat olaraq raketlə evə uçan kosmonavt adı verildi. O,
Altay diyarından idi və Baykonurda start götürəndən 20 dəqiqə sonra
elə məhz orada endi. Qəzanın nəticəsi tezliklə tapıldı – Ulduz şəhərciyi
mərkəzinin işçisi, qadının işəsalma sistemində icazə verilməyən
mövcüdluğu imiş. Kosmik mühəndislər, kosmonavtlar da köhnə
dənizçilər kimi inanclara etibar edirlər.
Yavaşca şaqqıltı, yellənmə, yüklənmənin aşağı düşməsi bizi 167
kilometr yüksəkliyinə qaldıran, 3700 m/saat sürəti ilə təmin edən və
kosmodromdan 440 kilometr uzaqlaşdıran ikinci dərəcənin düşməsi
deməkdir. Klimuk Yer kürəsinə hesabat verir, cavab gəlmir. Rabitə ilə
problemimiz var. “Üçüncü dərəcədə bu normaldır” – bu da Klimukun
izahı. Rahatlanıram. Mühərriklərin səsi, demək olar ki, eşidilmir, incə
titrəmə, raketin əyildiyi kanalda balaca yellənməsini və ikinci dərəcədə
olduğundan daha tez artan yüklənməni hiss edirəm. Uçuş davam edir.
Raket bizi hələ 35 kilometr yüksəkliyə aparacaq və gəmini saniyədə
7800 metr sürətinə çatdıracaq. Bunu 1200 kilometr məsafədə, dörd
dəqiqə ərzində edəcək.
Uçuşun səkkizinci dəqiqəsi keçir. Klimuka yüksəlmə qrafikini
göstərirəm və əlavə edirəm “Sarı zonanı keçirik”. Əl edir və
140
BEŞINCI HISSƏ
gülümsəyir – “Ondansa Taiti zonası olanda deyərsən. Bir şey olsa,
azacıq əylənərik orda”. Raket yüngülcə yellənir. Uçuş sabit olsa da, bu
dəli uçuşun məni yorduğunu hiss edirəm. Tezləşmə daim artır. Dördə
(4G ) çatdığımızı qeyd edirəm. Yenə qırtlağım sıxılır. Mənə elə gəlir
ki, qaranlıq Kosmosa həmişəlik uçuruq. İndi orbitə çatacağımızı qeyd
edərkən Pyotr deyir: “Sən sevinmə. Hələ elə sıxılacaqsan ki, hazır ol”.
“Bu bir az sonra olacaq, indi isə burda olanlara sevinməliyik”. Son
saniyələri hesablayıram. Gözlənilməyən şaqqıltı, belim tərəfə zərbə və
yüklənmənin qəfildən itməsi gəminin raketdən azad olması deməkdir.
Sanki uçuruma, qaranlığa düşürük, işıqlanma sönür, gəminin saatı
işləməyə başlayır – bunların hamısı eyni zamanda baş verir və məni
bir anlıq iflic edir. Nəfəsimi tuturam. Məlumat lövhəsi rəngarəng
siqnalizatorlarla işıq saçır. Sirenanın şiddətli səsi məni hərəkətə gətirir.
Bu cəhənnəm səs-küyünü yaradan cihazı söndürürəm. Pyotr FM
rabitəsinin təkmilləşdirilməsini tələb edir. Radiostansiya və antenləri
qoşuram. Pyotr “Zorya” – UİM-ə, yəni Moskva yaxınlığındakı Uçuşu
İdarəetmə Mərkəzinə raketin ayrılması, bucaq sürətinin qarşısının
alınması və gəminin stabilləşməsi haqqında məlumat verir. Saat
18:35’5”-dir.
Qeyri-adi və qəribə yüngüllük hiss edirəm. Məkanda asılılığı
görürəm və duyuram. Kosmosun insanda hörmət hissi yarafdan
qaranlığı fonunda mavi Yer kürəsini seyr edirəm. Sanki böyük sabun
köpüyünün içindəyəm. Mənim gəmi kreslosundakı vəziyyətim dölün
ana bətnindəki mövcudluğunu xatırladır. Birdən belə müqayisə ağlıma
gəlir. Mən döləm – Ana, Yer kürəsinin övladıyam. Onun yaxınlığını və
qayğısını hiss edirəm. Rahatam və hər şey yaxşıdır.
Klimukun səsi məni fikirdən ayırır: “Miroslav. Parametrləri oxu”.
Televizor monitorunu qoşuram və birbaşa yer kürəsi üçün oxuyuram:
“SİO – (yön və birləşmə mühərrikləri) - əsas 235/15 atm., ehtiyat
– 281/110; SKDU – (korreksiya mühərriki) - əsas 260/4,5, ehtiyat –
280/4,5; SA-da (kapsul) təzyiq – 820, BO-da (yaşayış hissəsi) təzyiq
– 800”. Gözümün ucu ilə lovitsk paltarlarında olan oyuncaqların
üzümün yanından üzüb keçməsini görürəm, birdən metal çip peyda
olur. Onu tuturam və skafandrımın cibinə basıram. Mənim üçün bu,
BİLİNMƏYƏN şəraitdə insana xas olanı, özümüzkünü, adi gerçəkliyi
anlamaq üçün rasional çərçivə yaradan bir şey idi. Yer kürəsinə
qayıtdıqdan sonra baş konstruktora maraqlı bir hadisə kimi metal çip
tarixçəsini danışdım. Amma o heç də gülmədi, məsələni çox ciddi qəbul
etdi. Çipin verilməsini istədi. Anladım ki, kiminsə problemi olacaq.
Hər ehtimala qarşı, yalandan “baş qəhraman”ı itirdiyimi söylədim,
lakin anlayırdım ki, bu cür əşyalar orbitdə adi bir şey deyil və böyük
Dostları ilə paylaş: |