məhdudlaşdırır, onların səhv şəkildə izah edilməsinə gətirib
çıxara bilər.
4.4. Yerüstü və su ekoloji sistemlərin bioloji indikasiya
metodları
4.4.1. Yerüstü ekoloji sistemlərin bioindikasiyası
Yerüstü
ekosistemlərin
biotasının
antropogen
dəyişiklikləri təkcə insanın bilavasitə təsiri ilə deyil, həm də
əsasən mühitin antropogen dəyişiklikləri (atmosfer havası,
torpaq, səth və qrunt suları) ilə müəyyən edilir. Yerüstü
ekosistemlərin bioindikasiyası üçün daha tez-tez ali bitkilərin,
şibyə, mamır, torpaq yosunların və s. göstəricilərindən istifadə
edilir.
Ali bitkilər. Ümumilikdə ali bitkilər üçün BBK xeyli
aşağı olur, nəinki insan üçün. Bu halda müxtəlif bitkilərin
atmosfer havasına dözümlüyü müxtəlif olur. Ümumiyyətlə
qəbul edilmiş təsnifata görə ali bitkilərdən “həddən artıq
həssas” kateqoriyasına iynəyarpaq (sidr, küknar, şam), saqqallı
tozağacı aid edilir. “Həssaslara” – cökə, moruq aiddir.
Yasəmən, ardıc kolu “orta həssaslığa” malikdir. “Çox
dözümlü”lərə gərməşov, biryuçina, göyrüşyarpaqlı ağcaqayın,
xaçgüllülərin, çətirlilərini, mürəkkəb gülə malik olanlar,
süpürgə kollarının əksəriyyəti aiddir.
Fitosenosun
əsas
yarusları
xarakteristikaları
bioindikasiya əhəmiyyətinə malikdirlər (I – meşə ağacları; II –
kolluq yarusu; III – ot-kolluq yarusu; IV- mamır və torpaqüstü
şibyələr): növ tərkibi, hər növdən olan fərdlərin sayı, ağacların
orta hündürlüyü və gövdələrinin eni; qapalılığı, bolluğu,
proyektiv örtüyü, yaşama qabiliyyəti, toxumaların dəyişikliyi,
xarakterik olan eybəcərliklər.
Rusiyanın meşə zolağı üçün havanın çirklənməsinə
iynəyarpaq meşələri daha həssasdırlar. Adi şam ağacı
antropogen təsirin vacib bioindikatoru sayılır. Texnogen
çirklənmənin informativ göstəriciləri aşağıdakılardır:
- şam ağaclarının statik morfoloji və anatomik
göstəriciləri;
- dinamiki göstəricilər (illik artımın qiyməti);
- iynəyarpaqlıların xarakteristikaları (həyatın uzunluğu,
kütləsi, xarakterik zədələnmələr – piqmentasiya, xloroza,
nekroza, quruma);
- generativ orqanların vəziyyət göstəriciləri – iynəyarpaq
ağaclarının
qadın
qozaları
(onların
ölçüləri,
miqdarı,
toxumların bolluğu);
- ağac ziyanvericilrin fəqərəsizlər faunasının bolluq və
müxtəlifliyi göstəriciləri və s.
Şibyələr
havanın çirklənməsinin olduqca
etibarlı
indikatorları sayılır. Lixenoflora (latınca “lichen” – şibyə
deməkdir) ənənəvi olaraq bioindikasiya üçün istifadə edilir
(“lixenoindikasiya”).
(Ənənəvi
olaraq
istifadə
edilən
“lixenoflora” tamamilə doğru deyil, çünki şibyələr bitki deyil,
göbələk və yosunların simbiozundan ibarətdir və ehtimal
olunur ki, polifilitik mənşəlidir). Şibyələr daha aktiv şəkildə
metalları özlərinə cəlb edirlər (damarlı bitkilərdən daha aktiv
şəkildə). Şibyələrin atmosfer çirklənməsinə qarşı yüksək
dərəcədə həssaslığı aşağıdakılarla şərtləndirilir:
-
udulmuş
pollyutantların
aktiv
kumulyasiyası
(orqanizmdə zəhərlərin toplanması) ilə (müdafiə örtüklərinin
olmaması və metabolitlərin yavaş çıxışı ilə əlaqədar olaraq);
- şibyələrin yosun komponentlərinin xüsusi zəifliyi ilə
əlaqədar olaraq pollytantların təsiri altında piqmentlər sürətlə
parçalanırlar.
Şibyələrin antropogen təsirlərə reaksiyaları növə görə
spesifikdir, lakin havanın çirklənməsinə qarşı lixenfloranın
müxtəlif
iri
qruplarının
reaksiyalarının
bəzi
ümumi
qanunauyğunluqları mövcuddur. Belə ki, xarici təsirlərə daha
həssas epifit şibyələri təşkil edir (ağacların gövdələrində bitir).
Havanın
çirklənməsinə
müxtəlif
vegetativ
bədən
quruluşları (kök-yarpaq və ya tallom) fərqli reaksiya göstərirlər
– qaynadılmış (və ya qabıqlı), yarpaqlı və kollu. Qaynadılmış
şibyələrin kök-yarpağı substratla - ağacın qabığı, oduncağı və
daşların səthi ilə möhkəm birləşmiş qabıqdan ibarətdir.
Yarpaqlı şibyələr substrata göbələk sapları ilə (qif) –
rizin və ayrıca nazik qif – rizoidlərlə birləşmiş pulcuq və ya
lövhə şəklinə malikdirlər. Yalnız cüzi sayda şibyələrdə tallom
substrat ilə yalnız bir yerdə qomf adlanan göbələr qiflərinin
güclü dəstəsi ilə birləşirlər. Kollu şibyələrdə tallom
budaqlardan və ya daha qalın, əksər hallarda şaxələnən
gövdələrdən ibarət olur. Kollu şibyə substratla qomfla birləşir
və şaquli istiqamətdə inkişaf edir, ya da aşağıya doğru sallanır.
Ümimiyyətlə, kollu şibyələr daha çox həssasdırlar (havanın
çirklənməsində birinci olaraq lixenflora yox olur), yarpaqlılar
orta həssaslığa malikdirlər, qaynadılmışlar daha dözümlüdürlər
(çirklənmə zamanı sonda itirlər).
Bioindikasiya
üçün
lixenofloranın
aşağıdakı
xarakteristikalarından istifadə edilir:
- növ tərkibi;
- lixenfloranın növ zənginliyi və müxtəlifliyi;
- konkret növlərin və ümumilikdə lixenfloranın bolluq
göstəriciləri (biokütlə, proyektiv örtük);
- kolluq, yarpaqlı və qaynadılmış şibyələrin bolluq
göstəricilərinin nisbət indeksləri;
- lixenflora bolluğu ümumi göstəricilərində epifit
şibyələrin payı;
- morfoloji və struktur göstəriciləri: kök-yarpağın
qalınlığı və sıxlığı, kök-yarpağın sorediyalarla örtülmə
səviyyəsi (intoksasiyalar zamanı artırlar), piqmentasiya,
rəngləmənin ümumi dəyişikliklər (patoloji dəyişikliklər
barəsində ağtəhər, qəhvəyi və ya bənövşəyi çalarların
yaranmasını göstərir).
Dostları ilə paylaş: |