Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə39/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   35   36   37   38   39   40   41   42   ...   204

66 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 

Qarabağ,  Naxçıvan,  Zəngəzur,  Dərələyəz,  Ordubad,  Vedibasar  və  digər  ərazilərdə  yerləşdirilmişdir. 



İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı 

zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-

1907-ci  illərdə  xüsusi  vüsət  almışdır.  Azərbaycanın  Zəngəzur,  İrəvan,  Naxçıvan,  Ordubad,  Qazax, 

Qarabağ  əyalətlərində  yüzlərlə  kənd  yandırılmış,  əhali  uşaqdan  böyüyə  qədər  amansızcasına  qətlə 

yetirilmişdir. Onlar "ənənələrinə" sadiq qalaraq, bütün dövrlərdə əlverişli şərait yaranan kimi tcavüzkarlıq 

planlarının  reallaşdırılması  uğrunda  ciddi  səylə  çalışırlar.  Məsələn,  1918-ci  il  mart  qırğınını  ermənilər 

üçün yaranmış əlverişli şərait hesab etmək olardı. Martın 31-də Bakı şəhərində azərbaycanlıları kütləvi 

qırğına  məruz  qoydular.  Stepan  Şaumyanın  etirafına  görə,  dinc  azərbaycanlıların  qırğınında  Bakı 

Sovetinin  altı  min  silahlı  əsgəri,  eyni  zamanda  «Daşnaksutyun»  partiyasının  3-4  minlik  silahlı  dəstəsi 

iştirak  etmişdir.  Üç  gün  davam  edən  qırğın  zamanı  erməni  silahlıları  bolşeviklərin  köməyi  ilə 

azərbaycanlıların  yaşadıqları  məhəllərə  qəflətən  basqınlar  etmiş,  əhalini  uşaqdan  böyüyədək  qətlə 

yetirmişdir.  Həmin  dəhşətli  günlərin  şahidi  olmuş  Kulner  familiyalı  bir  alman,  1925-ci  ildə  Bakı 

hadisələri  barədə  bunları  yazmışdır:  “Ermənilər  müsəlman  (azərbaycanlı)  məhəllələrinə  soxularaq  hər 

kəsi  öldürür,  qılıncla  parçalayır,  süngü  ilə  dəlmə-deşik  edirdilər.  Qırğından  bir  neçə  gün  sonra  bir 

çuxurdan  çıxarılan  87  azərbaycanlı  cəsədinin  qulaqları,  burunları  kəsilmiş,  qarınları  yırtılmış,  cinsiyyət 

orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər” 

9



.  

1988-ci  ilin  yanvarından  etibarən  "türksüz  Ermənistan"  siyasəti  planlı  şəkildə  həyata  keçirilməyə 

başlanmışdır.  Ermənistan  hökuməti,  "Qarabağ"  və  "Krunk"  komitələri,  Eçmiədzin  kilsəsinin 

nümayəndələri  SSRİ  rəhbərliyinin  himayəsi  ilə  azərbaycanlıların  qovulması  prosesində  minlərlə  qanlı 

aksiyalar törətmişlər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 

mindən artıq azərbaycanlı və 18 min  kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər 

tərəfindən  qətlə  yetirilmişdir.  Bunlardan  49  nəfəri  ermənilərin  əlindən  qaçarkən  dağlarda  donmuş,  41 

nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 

16-sı  güllələnmiş,  10  nəfər  əzab  və  işgəncələrə  dözməyərək  infarktdan  ölmüş,  2  nəfər  xəstəxanada 

həkimlər  tərəfindən  öldürülmüş,  digərləri  isə  suda  boğularaq,  asılaraq,  elektrik  cərayanına  verilərək, 

başları  kəsilərək  qətlə  yetirilmişdir 

10



.  Bütün  bu  hadisələr  Ermənistanın  himayədarları  tərəfindən 

müdafiə  olunmuşdur.  İndi  azərbaycanlılar  beynəlxalq  hüquq  normalarına  deyil,  ancaq  ilahi  ədalətin 

gücünə  arxalanır,  inanlırlar.  Onlar  bilirlər  ki,  zalımlar  heç  zaman  səadət  görməz,  nicat tapmazlar.  I 



Pyotrun  erməniləri  istinad  nöqtəsi  hesab  etməsi  və  Pyoturun  davamçılarının  da  bu  prinsiplərə 

sadiq  qalması  azərbaycanlıların  inamına  daha  böyük  zərbələr  vurdu.  Belə  ki,  mütəmadi  olaraq 

Rusiya tərəfindən ermənilər müdafiə olunur, separatizmə dəstək verilir və yeni münaqişə ocaqları 

yaradılırdı.  

1988-ci  il  fevral  hadisələrindən  sonra  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  separatçı-terrorçu 

qruplaşmaları  və  Ermənistan  silahlı  qüvvələrinin  Dağlıq  Qarabağın  ələ  keçirilməsi  uğrunda  hərbi 

əməliyyatlara başlaması dünya ictimaiyyətinə çox yaxşı məlumdur. Təəssüf ki, SSRİ Silahlı Qüvvələrinin 

Ermənistan  və  Dağlıq  Qarabağ  Muxtar Vilayətində  yerləşən  hərbi  hissələri  də  onlara  qoşuldular.  Sovet 

ordusu  sıralarında  qulluq  edən  erməni  zabitləri  və  keçmiş  sovet  hərbi  hissələri  azərbaycanlılara  qarşı 

birləşdilər və vahid cəbhədə hərbi əməliyyata başladılar. Artıq Ermənistan Azərbaycan arasında (əslində 

müharibəni  Rusiya  aparırıdı)  Dağlıq  Qarabağ  uğrunda  savaşın  rüşeyimləri  görünməyə  başlamışdı. 

Doğrudur,  müharibələr  bəşəriyyətə  ölüm,  fəlakət  və  dağıntı  gətirdiyi  üçün  onun  qarşısının  alınması 

həmişə  çox  mühüm  dünyagörüşü  və  fəlsəfi-  qlobal  problem  olmuşdur.  Böyük  mütəfəkkirlərin 

müharibələrə baxışları da müxtəlifdir. Məsələn, Dostayevski deyirdi: 

 “Müharibənin  insanlıq  üçün  bəla  olduğu  qənaətində  olmaq  vəhşi  düşüncədir.  Əksinə,  o,  ən 

əhəmiyyətli  hadisədir.  Siyasi,  xalqlararası  müharibə  bütün  münasibətlərə  xeyir  verir,  ona  görə  də 

vacibdir. Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu 

haqda  düşünülmür,  əksinə,  onlar  öz  həyatlarını  qurban  verməyə  gedir.  Bu,  tamam  başqa  məsələdir. 

Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. 

Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni 

məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var”.  

Burada  müəyyən  fikirlərlə  razılaşmaq  olar.  Yəni  ədalətli  müharibə  aparan  dövlətin  vətəndaşları 

vətənin  müdafiəsi  uğrunda  öz  həyatlarını  qurban  verir,  ölkəsini  və  vətəndaşlarını  qorumaq  naminə  öz 

həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Amma ədalətsiz müharibələrə bunu aid etmək olmaz. 

Necə  ola  bilər  ki,  haqsız  olub  digər  dövlətlərin  ərazilərinə  göz  dikəsən,  nəticədə  milərlə  dinc,  günahsız 

insanın  qatilinə  çevriləsən  və  buna  haqq  qazandırmağa  çalışasan.  Bu  gün  Azərbaycan  dövlətinin  və 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə