TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ
BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİSSİYASI
Qazaxıstan Respublikası Parlament Məclisinə erkən və maslixatlara keçirilən
seçkilər
20 mart, 2016-cı il
RƏY
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 20 mart, 2016-cı il tarixində Qazaxıstan
Respublikası Parlament Məclisinə erkən və maslixatlara (yerli seçkili orqanlar) keçirilən
seçkilərin qısamüddətli müşahidəsini həyata keçirmişdir.
Bu seçkilər üçün müvafiq qanunvericilik bazası “Qazaxıstan Respublikasında Seçkilər
haqqında” konstitusiya qanunudur. (1995-ci il, 03.02.2011 tarixində qanuna düzəlişlər
edilmişdir, №404-IV).
TÜRKPA
müşahidəçilər
missiyasının
tərkibinə
TÜRKPA
Katibliyinin
nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili
Nizami Cəfərov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, TÜRKPA Hüquq
Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının və Türkiyə-Qazaxıstan Parlament
Dostluq Qrupunun sədri Haluk İpek və Türkiyə Böyük Millət Məclisinin millət vəkili
Erkan Aydın daxil olmuşdur.
Səfər çərçivəsində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab
K. Turgankulov, Qazaxıstan Respublikası Parlament Senatının sədr müavini cənab A.
Beisenbayev, eləcə də Nur Otan Partiyasının qərargahında və digər siyasi partiyaların
nümayəndələri ilə gorüşlər keçirilmişdir. Həmin görüşlər ərzində seçkilərə hazırlıq və
seçki prosesinin təkmilləşdirilməsi barədə müşahidəçilərə ətraflı məlumat verilmişdir.
Qazaxıstanda beynəlxalq seçki müşahidəsinin həyata keçiriməsi üçün zəruri hüquqi və
təşkilati-texniki şərait yaradılmışdır. Xarici müşahidəçilərin seçki dövründə
mövcudluğunun təmin edilməsi ictimai və qərəzsiz şəkildə beynəlxalq müşahidəsinin
aparılmasına imkan yaradır.
TÜRKPA müşahidəçiləri mandatları üzrə seçki məntəqələrini ziyarət etmiş, hazırlıq
prosesini qiymətləndirmiş, seçki kompaniyasını maneəsiz müşahidə etmək imkanı əldə
etmiş, həmçinin seçicilər, seçki məntəqələri və Mərkəzi Seçki Komissiyasının
nümayəndələri ilə söhbət etmişdir. “Qazaxıstan Respublikasında seçkilər haqqında”
konstitusiya qanununa uyğun olaraq seçkiqabağı kampaniyanın aparılması üçün bərabər
imkanlar yaradılmışdır.
Seçki günü, 20 mart 2016-cı il tarixində seçki məntəqələri 7:00-dan 20:00-dək açıq
olmuşdur. TÜRKPA müşahidəçiləri 90, 92, 96, 264, 265, 266 nömrəli seçki
məntəqələrini ziyarət etmiş və 83 nömrəli seçki məntəqəsində səslərin sayılmasına
şahidlik etmişdir.
Müşahidəçilər Beynəlxalq Millətlər Təşkilatı tərəfindən 2005-ci ildə qəbul edilmiş
“Beynəlxalq Müşahidəçilərin Davranışı” Məcəlləsində,
Avropa Şurası Venesiya
Komissiyasının tövsiyələri və
digər beynəlxalq-hüquqi aktlarda təsbit olunmuş
obyektivlik, ədalət, şəffaflıq və qərəzsizlik prinsiplərinə əməl etmişdir.
Müşahidə zamanı inzibati və hüquq-mühafizə orqanları tərəfindən seçki prosesinə
müdaxilə edilməmişdir. Exit poll-un həyata keçirilməsi üçün bütün zəruri şərait
yaradılmışdır.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, seçici fəallığı 77,1% təşkil
etmişdir. Exit Pollara əsasən, Nur Otan Partiyası səslərin 82%-ni toplamış, Qazaxıstan
Xalq Kommunist Partiyası və Ak Jol Partiyası 7% seçki limitini keçmiş və parlamentdə
yer əldə etmişdir.
TÜRKPA müşahidəçiləri Qazaxıstan Respublikasının qanunvericiliyinə, eyni zamanda
neytrallıq və qərəzsizlik prinsiplərinə əsasən fəaliyyət göstərmişdir.
TÜRKPA müşahidəçiləri müəyyən texniki çatışmazlıqlar istisna olmaqla, Qazaxıstan
Respublikasında erkən parlament və yerli seçkili orqanlara keçirilən seçkilərin
demokratik şəraitdə, Qazaxıstanın milli qanunvericiliyinə və beynəlxalq seçki
standartlarına uyğun keçirildiyi qənaətinə gəlmişdir. Müəyyən texniki qüsurlar ümumi
seçki prosesinə əhəmiyyətli təsir göstərə bilməz.