5
sürürdü. Həmin ilin iyununda Türk Ədəmi mərkəziyyət Müsavat partiyası ilə
birləşdi.
15-20 aprel 1917: Bakıda Qafqaz Müsəlmanlarının qurultayı keçirildi.
Qurultay Qafqaz müsəlmanlarının Müvəqqəti hökumətə, habelə müharibəyə və
Rusiyanın digər xalqlarına münasibəti məsələlərini müzakirə etdi. Muxtariyyət
ideyası ilk dəfə açıq şəkildə bu qurultayda qoyuldu.
1-11 may 1917: Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı
çağırıldı. Qurultay demokratik “Rusiya daxilində millətlərə ərazi-milli
muxtariyyət” şüarı altında keçirildi. Qurultayda əsas məruzə ilə çıxış edən
M.Ə.Rəsulzadə ərazi muxtariyyətinin tələb edilməsinin zəruriliyini tutarlı dəlillərlə
sübut etdi.
Oktyabr 1917: Qafqaz türklərindən bir heyət öz dövlət müstəqilliyinə
malik olmaq işində Osmanlı dövlətindən yardım istəmək məqsədi ilə 6-cı ordunun
bulunduğu Mosula gəldi. 6-cı ordu komandanlığı vəziyyəti yerində öyrənmək üçün
gələn heyətlə birlikdə üç zabitini ora göndərdi. Göndərilən zabitlərdən tegmən
Müzəffər əfəndi Mosula döndükdə Qafqazlarda vəziyyəti şərh etdi. Nuri Paşa
Azərbaycana yola düşmə ərəfəsində onunla görüşmüşdü.
7 noyabr (25 oktyabr) 1917: Petroqradda çevriliş nəticəsində bolşeviklər
hakimiyyətə gəldilər. Oktyabrın 25-26-da burada keçirilən II Sovetlər qurultayında
Sülh və Torpaq haqqında dekretlər qəbul edildi. Lenin başda olmaqla Sovet
totalitar rejiminin əsası qoyuldu.
2 noyabr 1917: Bakı Sovetinin konfransı açıldı. Konfransda Bakıda Sovet
hakimiyyəti qurulduğunu elan etdilər. İcraiyyə komitəsinin sədri vəzifəsinə
S.Şaumyan seçildi.
15 noyabr 1917: Qafqazın əsas siyasi qüvvələrini təmsil edən Menşevik,
Müsavat, Daşnaksutyun və sağ eserlər (sosialist inqilabçılar) Rusiyada qurulan
bolşevik hökumətini tanımayaraq regionu idarə etmək üçün Müstəqil Zaqafqaziya
hökuməti (Zaqafqaziya Komissarlığı) qurdular.
11 dekabr 1917: Zaqafqaziya Komissarlığı (Transqafqaz) tərəfindən
müsəlman hərbi birləşməsinin yaradılması barədə dekret verilmişdir. Korpusun
komandiri vəzifəsinə general leytenant Əli ağa Şıxlınski təyin edilmişdir. 1918-ci
ilin əvvəllərinədək korpusun qərargahı Tiflisdə yerləşirdi.
16 dekabr 1917: Xalq Komisarları Soveti Cənubi Qafqazdakı vəziyyəti
müzakirə edib Stalinin təklifi ilə Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı
təyin etdi. Hakimiyət məsələsini ciddi həll etmək üçün bolşeviklər və ermənilər
Bakıda hərbi cəhətdən möhkəmlənmək üçün əməlli addım atdılar: Q.Korqanovun
başçılığı ilə yaradılmış hərbi komitə Tiflisdən Bakıya gətirildi.
18 dekabr 1917: Nəhayət 1914-cü il oktyabrın 29-da başlayan Osmanlı-
Rusiya müharibəsinə 1917-ci il dekabrın 18-də Ərzincan müqaviləsinin
imzalanması ilə son qoyuldu.
6
19 dekabr 1917: Zaqafqaziya Komissarlığı Qafqazdakı rus ordusunun
tərxis olunması və bu əsasda milli qoşun hissələrinin təşkil edilməsi haqqında
sərəncam imzaladı.
26 dekabr 1917: Qafqaz cəbhəsi baş komandanlığının əmrinə (26.12.1917)
əsasən tərkibində üç piyada diviziyası, atlı briqadası və ərazi alaylan olan erməni
qol-ordusu (korpusu) yaradıldı.
29 dekabr 1917: Rus əsirliyindən qurtularaq Türkiyəyə gəlib 29 dekabrda
VI ordu komandanı ilə görüşən Avstraliyalı bir mayor yapılacaq bir hərəkat üçün
Qafqazın durumunun çox əlverişli olduğunu çatdırdı. Həmin mayor İstanbulda
Ənvər Paşa ilə görüşdü. Onun anlatdıqları Ənvər Paşanı necə təsirləndirmiş olacaq
ki, Ənvər Paşa “Azərbaycan türklərinin düşmənə qarşı təşkilatlanmağa və
savaşmağa istəkli olduğu, ancaq onları təşkilatlandıracaq və idarə edəcək əsgəri
liderlərin bulunmaması səbəbiylə hərəkətə keçmədikləri qənaətinə gəldim” dedi.
31 dekabr 1917: Stepan Şaumyan Petroqraddan “Qafqazın fövqəladə
komissarı” olaraq Bakıya göndərildi.
9-12yanvar 1918: Şəmkir stansiyasında Transqafqaz
hökumət Milli Hərbi
Şurası qüvvələri cəbhədən geri qayıdan rus əsgərlərinin Bakıda bolşeviklərə
xidmət edəcəyini nəzərə alıb onları tərkisilah etdi.
14 yanvar 1918: Türkiyə Transqafqaz hökuməti ilə sülh danışıqlarına
başlamağa təşəbbüs etdi. Türk komandanlığının general Odeşelidzeyə göndərdiyi
həmin tarixli məktubunda xəbər verilirdi ki, Ənvər paşa sülh bağlamaq üçün
Müstəqil Qafqaz hökuməti ilə hansı şəkildə əlaqə yaradılması ilə maraqlanır. 2 gün
sonrakı məktubda Türkiyə hökuməti Transqafqaz komissarlığını Brest-Litovskda
aparılan sülh danışıqlarına dəvət edirdi.
Yanvar 1918: Nağı bəy Şeyxzamanlı və əsirlikdən
azad olunmuş türk
ordusu zabiti Hüsaməddin (Tugsavul) Osmanlı dövlətindən hərbi yardım istəmək
məqsədilə Gəncədən yola çıxdılar. Tiflisdə Cəmiyyəti Xeyriyyənin sədri doktor
Xosrov bəy Sultanov onlara Cəmiyyəti Хеуriyyə vəsiqələri verir; bu sənədlə
nümayəndələr bütün Qafqaz cəbhəsini gəzib dolanmaq səlahiyyətlərinə malik
olurdular.
Fevral 1918: İstanbulda Hərbi nazirlikdə təşkil
olunmuş komissiyada
Qafqaz İslam Ordusunun qərargahı üçün 20 nəfərlik bir tərkib seçilib
müəyyənləşir.
18 fevral 1918: Müttəfiqlərin qərarına uyğun olaraq Bakını tutmaq üçün
Bağdaddan hərəkətə keçən ingilis generalı Denstervill öz məiyyəti ilə fevralın 18-
də Ənzəliyə çatdı.
22 fevral 1918: Güney Qafqazdan Ümumrusiya Müəssislər məclisinə
seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və
hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi.