29
5 avqust 1918: 5 avqust hücumu da daxil olmaqla ümumən Bakı
ətrafındakı döyüşlərdə doqquz zabit, yüz otuz doqquz sıravi əsgər şəhid olmuş,
zabitlərdən on doqquzu, sıravi əsgərlərdən dörd yüz qırx dördü olmaqla yaralı
olmuşdur.
5 avqust 1918: Milli istiqlal şairi Əhməd Cavadın Xəlil paşaya həsr etdiyi
şeir:
Bən röyada nazlı yarın
Tellərini örmüşdüm.
Bu sevincli zamanların
Röyasını görmüşdüm...
“Azərbaycan” qəzeti, 14 təsrini əvvəl (oktyabr) 1918- ci il sayında çap
olunmuşdur.
6 avqust 1918: Cəbhənin müxtəlif yerlərində atışma davam etmişdir. 60-cı
tabur biri zabit, ikisi əsgər olmaqla üç şəhid və altı nəfər yaralı vermişdir.
6 avqust 1918: Ordu baş qərargah rəisi Nazim ön cəbhədə olaraq buradan
ordu komandanı Nuri paşaya 5-ci firqənin indiyədək canlı qüvvəsinin yarısını
itirdiyini xəbər verməklə yanaşı, həmçinin Gəncədə saxlanılan zabitləri döyüşən
qoşuna göndərməyi və köməyə hazırlanan 15-ci tümənin (diviziyanın) mükəmməl
şəkildə göndərilməsini xahiş edir.
7 avqust 1918: M.Rəsulzadə İstanbuldan Azərbaycan hökumətinə “Hansı
yolla olursa olsun, Bakı təcili alınmalıdır” xəbərini verir.
7 avqust 1918: Həmin tarixli məktubu ilə Hərbiyyə naziri Ənvər paşa Nuri
paşanın sərəncamına Qarakilsədən Ağstafaya min sandıq güllə, 5 min ədəd top
mərmisindən ibarət silah-sursat göndərildiyini bildirir.
7 avqust 1918: Süvari qüvvələri Xırdalanla Novxanı kəndləri arasındakı
Masazır kəndini ələ keçiriblər.
7 avqust 1918: Şərq Orduları qrupu komandanının 3 saylı əmri ilə
“Azərbaycan məntəqəsində olan bütün zabitlərin fəxri olaraq bir dərəcə yüksək
rütbə daşıması” məlumatı çatdırıldı.
7 avqust 1918: Gecə yaralıları arxa cəbhəyə daşıyan qatara Puta Ələt
arasında atəş açılmış, 13 əsgər şəhid olmuşdur.
8 avqust 1918: Qafqaz İslam Ordusunun hücumunu dəf etmək üçün
Mərkəzi Xəzər hökuməti rəhbərləri və ingilis qüvvələri komandanlığı birlikdə
toplantı keçirdi. İngilislərin Bakıya qoşun çıxarmağa tələsmədikləri hiss olundu.
8 avqust 1918: Qafqaz İslam Ordusunun iaşəsini, habelə silah-sursat
ləvazimatını təchiz etmək üçün ordunun Mənzil Müfəttişliyinə qaimməqam Şefik
bəy təyin olunduğu barədə əmr alındı.
8 avqust 1918: Sovet Rusiyasının Xarici İşlər komissarı Q.V.Çiçerin
Osmanlı dövlətinin səfiri Qalib Kamal bəylə görüşərək Bakıya türk ordusunun
30
hücumunun dayandırılmasını tələb etdi. Səfir Rusiyadakı vəziyyətin qarışıq
olduğundan müqavilə şərtlərinə əməl etməyin çətinliklərini bildirdi.
8 avqust 1918: Alman səfiri Mirbax öldürüldükdən sonra Moskvada
təhlükəsizliyinin təmin edilməsinin çətin olduğunu bildirən Qalib Kamal bəy
Moskvadan çıxdı. (8.Vin.l8) Beləliklə, İstanbulla Moskva arasında diplomatik
münasibətlər kəsildi.
10 avqust 1918: İngilis ordu hissələri qərargahı Qafqaz İslam Ordusunun
top atəşindən gizlənmək məcburiyyətində qalıb “Prezident Kryüqer” gəmisinə
keçirildi.
12 avqust 1918: Erməni xalqının “milli qəhrəmanı” kimi tanıdığı general
G.Baqratuni Mərkəzi Xəzər Diktaturası hökumətində hərb komissarı təyin edildi.
13 avqust 1918: Ordudan göndərilən gizli
əmrdə yeni təqviyyə
qüvvələrinin təyinatı və onların yerləşdirilməsi ilə bağlı Qarakilsədən yola salınan
1200 döyüşkən canlı qüvvəyə malik olan 107-ci alayın Şərq cəbhəsi
komandanlığının əmrində olmaqla Salyan məntəqəsinə və Ələt-Puta sahil hissəsinə
sövq edilməsi xəbər verildi.
13 avqust 1918: Şəhərdən gizlicə çıxan Bakı kommunası üzvlərinin yüklü
19 gəmidən ibarət karvanı Nargin adası yaxınlığında həbs olunub Bakıya
həbsxanaya gətirildi.
13 avqust 1918: Qafqaz İslam Ordusunun Maştağa kəndi ətrafında döyüşən
hissə və bölmələrindən təşkil edilmiş Maştağa hərbi dəstəsi adlı xüsusi taktiki qrup
yarandı. Bunda məqsəd məntəqədəki nizami bölmələrin, eləcə də Bakı ətrafındakı
kəndlərin könüllü dəstələrlə yerli əhali nümayəndələrinin ümumi səylərini
birləşdirmək və Bakının azad olunması uğrunda onların fəaliyyətlərinin
səmərəliliyini artırmaq idi.
13 avqust 1918: Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın əmri ilə
ordunun struktur sabitliyini və vahid rəhbərliyi saxlamaq məqsədilə Azərbaycan
korpusu ləğv olundu; bu korpusun tabeliyində olan bütün hissələr bir-başa İslam
Ordusu komandanlığına tabe etdirildi.
15 avqust 1918: Mərdəkanda Ləzgi süvari alayı tərəfindən biri çavuş və
digəri sürücü olmaqla bir minik avtomobilində iki ingilis əsir götürülmüşdür.
15 avqust 1918: Düşmənin əsgər çıxardığı Ələt limanı istehkamçılar
bölüyü tərəfindən dağıdılaraq yandırıldı.
16 avqust 1918: Denstervilli gətirən “Prezident Kryuger” gəmisi Ənzəlidən
yola çıxdı.
17 avqust 1918: Denstervilli Bakı limanında Mərkəzi
Xəzər Diktaturası
hökumətinin 5 nəfərlik nümayəndə heyəti qarşıladı. Onun qərargahı “Yeni
Avropa”da, ordunun digər xadimləri isə “Metropol” hotelində yerləşdirildi.
17 avqust 1918: Düşmən (Şimali Stafford taburunun bir bölüyü və 600
nəfərlik erməni-rus qoşunu) Fatmayiyə sürəkli hücuma keçmiş, onun bir kilometrə
qədər cənubundakı yamaclarda irəliləməyə müvəffəq olmuşdu. Onu mütləq