27
30 iyul 1918: Sovet Rusiyasından Bakıya göndərilən qüvvələrə mane olmaq
məqsədilə Bakı-Dərbənd dəmiryolunun dağıdılması üçün mürəttəb 2-ci süvari alayı
göndərildi.
30 iyul 1918: İyulun 30-dan 31-ə keçən gecə Сənub qrupunun qarşısındakı
düşmən qüvvələri Bakıya geri çəkildiyi sırada Qobunun şərq yamacındakı qoşun
hissələrimizlə atışma baş verdi.
30 iyul 1918: Osmanlı dövləti Hərbiyyə naziri Ənvər paşanın Bakı Sovetinə
göndərdiyi bəyannaməsində (30 iyulda oxundu) dediyi “qəhrəman türk ordusu
Bakıya girərkən xristian xalq müqavimət göstərməzsə, onlar müsəlmanlarla
birlikdə bütün haqlardan istifadə edəcəklər. Əks təqdirdə biz bu gözəl və zəngin
şəhəri hücumla alacağıq” sözləri böyük həyəcan yaratdı.
30 iyul 1918: Səhərə yaxın Şimal qrupu yenidən hücuma keçərək
Bibiheybətin cənubi-şərq təpələrində erməni-rus qüvvələrilə döyüşə girmişlər.
Türk-İslam qoşun hissələrinin qarşısında dayana bilməyən bolşeviklər Qobu
kəndinin şimalından Sumqayıt tərəflərə çəkilmişdir.
30
iyul 1918: Bakının 10 km. qərbindəki Qobu kəndi ələ keçirildi.
30 iyul 1918: Cənub qrupu tərəfindən bu gün Nəvahi və Ağbulaq
stansiyalan ələ keçirildi.
31 iyul 1918: Şimal qrupu birlikləri tərəfindən Heybət stansiyasının 2 km.
şimal-qərbindəki 905 m. yüksəklikdəki təpə ələ keçirildi.
31 iyul 1918: 38-ci piyada alayının 1-ci taburu Sumqayıt stansiyası
ətrafında müdafiəyə çəkilən bolşevik-daşnak qüvvələrinə qarşı hücuma keçib
onların müdafiəsini yardı və düşməni Bakıya doğru geri çəkilməyə məcbur etdi.
31 iyul 1918: Günortadan sonra 38-ci alayın 1-ci taburu tərəfindən
Sumqayıt stansiyası tamamilə ələ keçirildi.
1 avqust 1918: Bakıya 2 km. məsafədə bulunan (bu gün şəhər hududları
içərisində qalan) Salhanı və Qışla təpələri ələ keçirildi.
1 avqust 1918: Heybət-Biləcəri dəmiryolunun şərqində müdafiə mövqeyi
tutan düşmənə qarşı səhər tezdən hücum başlandı. Şiddətli vuruşmalar nəticəsində
736 rəqəmli Qurd qapısı gədiyi ələ keçirildi. Bolşevik-daşnak birləşmələrinin bu
mühüm məntəqəni yenidən əllərinə salmaq üçün ardıcıl hücumları bacarıqla dəf
olundu.
1 avqust 1918: Şərq cəbhəsinin Ərkani hərbi (qərargahı) axşamçağı
Hökməli kəndində yerləşdirildi.
1 avqust 1918: 60-cı tabur hücum edərək Hacı Həsən kəndini ələ keçirdi.
1 avqust 1918: Bakıda Şaumyanın Sovet hakimiyyətinin süqutundan sonra
antimilli oyuncaq hökumət olan “Sentrokaspi diktaturası” yaradıldı. (Sentyabrın
15-ədək mövcud olmuşdur) Partiya mənsubiyyətinə görə daşnaklardan, sağ eser və
menşeviklərdən təşkil olunmuş Diktaturanın hərbi qüvvələri isə əsasən Bakı
Kommunası dövründə formalaşdırılmış erməni-rus birliklərindən ibarət idi.
Hökumət Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsinin qarşısını almaq
28
üçün L.Biçeraxovun və ingilis qüvvələrinin İrandakı komandanı L.Denstervillin
köməyinə əl atdılar. Diktaturanın hərbi komissarı əvvəl Markaryan, sonra isə
Baqratuni; qoşun komandanı Avetisov idi.
2 avqust 1918: Qafqaz İslam Ordusu komandanının əmri ilə təşkil olunmuş
yerli alayların 1-ci alay Qazax alayı; 2-ci alay Qarabağ; 3-cü alay Zaqatala; 4-cü
alay Ağdaş alayı-adlandırılması qərara alındı.
2 avqust 1918: Qafqaz İslam Ordusu komandanı Nuri paşa III ordu
komandanına avqustun 5-də Bakını hücumla tutmaq barədə 2 avqustda əmr
verdiyini bildirir.
2 avqust 1918: Bakının şimalındakı kəndlərin silahlı əhalisini düşmənə
qarşı döyüşlərə cəlb etmək məqsədilə Ləzgi alayı komandirinin əmrində bir süvari
Ləzgi bölüyü lazimi təlimatla kəndlərə göndərildi.
3 avqust 1918: Axşam Gəncədən dəmiryolu ilə hərəkət etdirilən 27-ci
taburun iki bölüyünün Hacıqabuldan təcili cəbhəyə göndərilməsi bildirildi.
3 avqust 1918: Qoşun Ərkani hərbinin Xırdalan stansiyasında yerləşdiyini
düşmənin öyrəndiyinə görə qərargah avqustun 3-dən 4-ə keçən gecə buradan Qobu
kəndinə köçürüldü.
3 avqust 1918: Qafqaz İslam Ordusunun 5-ci firqə (diviziya) komandanı
Mürsəl paşa Bakı Soveti və Erməni Milli Şurasına şəhəri təslim haqqında
ultimatum verdi. Lakin Biçeraxovun yardımına ümid bəsləyən düşmən Mürsəl
paşaya cavab vermədilər.
4 avqust 1918: Daşnakların təhriki ilə “Sentrokaspi diktaturası” İngilisləri
Bakıya dəvət etdi; avqustun 4-də ilk olaraq polkovnik Stoksun rəhbərliyi altında
300 nəfərlik ingilis hissəsi Bakıya daxil oldu.
4 avqust 1918: Batumdan bir silah-sursat qatarının Poylu stansiyasına
gəldiyi xəbəri alınmışdır.
4 avqust 1918: Ağsunun şimalında və Gürcüvan ətrafında erməni quldurları
tuğyan etdiyindən onların cəzalandırılması üçün Gəncədən qaimməqam Muxtar
bəy Kürdəmirə hərəkət etdirilmişdir.
5 avqust 1918: Birinci Bakı hücumu. Sübh saat 4.25-də türk qoşunun
hücumu qarşısında erməni, rus və ingilislərdən meydana gələn Bakını “müdafiə”
edən qüvvələr geri çəkilmək məcburiyyətində qalmışdılar. Şəhərə hakim olan Bayıl
təpələri də ələ keçirilmişdi. Şəhərin xristian əhalisi xof və dəhşət içində qaçmağa
qalxmışdı. Artıq düşmənin 1-ci müdafiə xətti qırılmış, 2-ci xəttə girişilirdi. Bakının
qurtuluşu yaxınlaşmaqda idi. Lakin topçuların irəliləyən qoşun hissələrinə verdiyi
atəş dəstəyi getdikcə azalmağa başlamış və günortadan sonra tamam kəsilmişdi.
Beləliklə, top mərmisi ehtiyatının olmaması üzündən hücum başa çatdırıla bilmədi.
Bol silah-sursatla təchiz olunmuş düşmənin top və makinalı tüfəng atəşləri
qarşısında türk birlikləri Heybət-Biləcəri dəmiryolunun qərbindəki xəttə çəkilməyə
məcbur oldular.