-55-
Bunları nəzərə alaraq, informasiya agentlikləri özlərinin xüsusi müxbir məntəqələri şəbə-
kəsi ilə yanaşı, yerlərdə fəaliyyət göstərən potensial ştatdankənar informatorlarla da sıx əlaqə
saxlamalı, hətta onlar üçün treninqlər və istiqamətləndirmə tədbirləri keçirməli, həmin şəxs-
lərə jurnalist işi, zəruri texnika və aparatlarla işləmək vərdişlərini öyrətməlidirlər. Nəticə
etibarilə agentliyin informatorları öyrətmək üçün çəkdiyi xərclər xəbərlərin daxil olmasının
operativliyinin artması və “çiy material”ın redaksiyada işlənilməsi vaxtının azalması forma-
sında ödəniləcəkdir.
Müasir texnologiyaların tətbiqi informasiya agentliklərinin strukturunda da dəyişiklik-
lərin edilməsini, yeni bölmə və sahələrin yaradılmasını zərurətə çevirmişdir. Bu proses son
illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyində –AzərTAc-da da sürətlə gedir. Fəaliyyətini
müasir tələblər səviyyəsində yenidən quran AzərTAc-da informasiya istehsalı və yayılması ilə
bağlı bir sıra müasir strukturlar yaradılmışdır. İnformasiyanın çeşidinin çoxalması, çoxprofilli
xəbərlərə tələbatın artması ilə əlaqədar AzərTAc-da yeni multimedia və videoxəbər şöbəsi,
səsli və görüntülü xəbər, infoqrafika, slaydşou, fotolent, sosial şəbəkəyə çıxış xidmətləri,
xarici əlaqələr, ingilis və rus dillərindən əlavə, fransız, alman və ərəb dillərinə tərcümə
bölmələri yaradılmışdır. İnformasiya işinin təşkilində yeni mərhələ olan bu strukturlar məhz
müasir dövrün tələblərindən irəli gəlmişdir.
İnformasiya işinin təşkilində baş verən dəyişikliklər həm dünyada gedən siyasi və iqtisadi
proseslərin qlobal mahiyyət daşıması ilə, həm də müasir insanın sosial, intellektual və psixo-
loji inkişafında baş verən dəyişikliklərlə bağlıdır. Bu amillər arasındakı zəncirvari inkişaf
dialektikası cəmiyyətdə çoxçeşidli və çoxprofilli informasiyaya tələbatın həndəsi silsilə üzrə
artmasına gətirib çıxarmışdır. Bütün bunlar real həyatın rəngarəngliyinin daha peşəkarlıqla,
daha operativ, daha dəqiq əks olunmasını tələb edir. Bunlar isə informasiya agentliklərində
insanların daha böyük coğrafiyada ünsiyyətinə cavab verə biləcək uyğunlaşmanı gündəliyə
gətirir. İnformasiya işinin təşkilində yeni mərhələni şərtləndirən bu amillər xəbər istehsalı
sistemində müasir forma və standartların yaranması ilə müşayiət olunur. Bu sahədə aparılan
araşdırmalarda vurğulanır ki, informasiya-kommunikasiya texnologiyaları təkcə inkişafa yol
açan qüvvə deyil, o, həm də yeni həyat tərzi yaradır.“İnformasiya-kommunikasiya texnologi-
yaları ünsiyyət, qarşılıqlı münasibətlər və dostluq üçün hər gün yeni imkanlar və perspektivlər
açır… Artıq bu gün özünün electron poçtu olmayan, yaxud informasiya-kommunikasiya
texnologiyalarının bu və ya digər növündən istifadə etməyən insanları təsəvvür etmək
çətindir.”
40
40
Gündüz O.M. Jurnalistlər üçün informasiya texnologiyaları. Bakı: Multimedia informasiya sistemləri və
texnologiyaları mərkəzi, 2009, səh. 94
-56-
Müasir dövrdə mediatexnologiya dövlət və vətəndaş cəmiyyəti qurumları arasında
təmasların şəffaflığında, iqtisadiyyat, sosial, elm, təhsil və mədəniyyət sahələrinin və
insanların həyat tərzinin inkişafında universal katalizator rolu oynayır. Ancaq bu da
məlumdur ki, cəmiyyətdə informasiyaya tələb təklifi, təklif isə tələbi tamamladıqda
mediatexnologiyalar səmərə verməyə başlayır. Başqa sözlə, informasiya-kommunikasiya
texnologiyalarının geniş miqyasda tətbiqini cəmiyyətin sosial sifarişi şərtləndirir. Media
iqtisadiyyatı baxımından müasir dünyada cəmiyyətin yeni informasiya texnologiyalarına
sifarişini İnternet təcəssüm etdirir.Bu resursun rəqəmsallığı, multimediallığı, interaktivliyi
informasiya işinin yeni tələblər səviyyəsində təşkili praktikasında real hadisələrə çevrilmişdir.
Rəqəmsallıq informasiyanı fayllaşdırmağa, yaddaşa köçürməyə, onu kodlaşdırmağa,
elektron poçtla göndərməyə və qəbul etməyə, şəbəkədə yaymağa, müxtəlif formatlarla
çevirməyə imkan yaradır.Mediatexnologiyanın multimediallığı offlayn rejimində informasiya
istehsalının ən müxtəlif növlərini (rəqəmsal xəbərlər, videolar, hərəkət edən təsvirlər,
hipermətnlər, veb-nəşrlə) vəhdətdə təcəssüm etdirir. İnteraktivlik isə kommunikasiya
vasitələri sistemində informasiyanın mənbəyi, yayıcısı və istehlakçısı arasında birbaşa
əlaqənin qurulmasını ehtiva edir.
İnformasiya işinin təşkilində yenilikərdən olan interaktivlik bir sıra tədqiqatlarda offlayn
nəşrlərin səciyyəvi mahiyyəti sırasında nəzərdən keçirilir.
İnteraktivliyin kommunikativ mahiyyətinin oxucunun (istifadəçinin) informasiyanın şərh
olunması, qaldırılan problemin müzakirə prosesində iştirakı kimi formalarda təzahür edən bir
neçə cəhəti vardır. Birincisi, interaktivlik auditoriyadan operativ surətdə rəy almağa imkan
verən informasiya fəaliyyətinin reallaşması mexanizmi kimi nəzərdən keçirilə bilər. İkincisi,
interaktivlik həm də auditoriyanı informasiya resursuna cəlb etməyin ən səmərəli vasitəsi
hesab edilir.
Offlayn nəşrlərin informaisya məhsullarının istehlakçısı (oxucusu, dinləyicisi, tamaşaçısı)
ilə istehsalçısı arasında birbaşa əks-əlaqənin qurulması formalarını araşdıran tədqiqatçılar
interaktivliyin media sahəsində “öz xəbərinizi yerləşdirin”, “redaksiya kollegiyasının üzvü
ol”, “siz materialın mövzusunu seçirsiniz”, “müzakirə”, “forum” və s. yeni formalar
yaratdığını yazırlar. Əslində isə, bu formalar heç də yeni deyildir. Offlayn nəşrlərdən çox-çox
qədim olan mətbu nəşrlərdə oxucu auditoriyası ilə əks-əlaqənin kifayət qədər ənənəvi
formaları olub və indi də vardır. “Redaksiyanın poçtundan”, “Bizə yazırlar”, “Oxucu
məktubları”, “Oxucu konfransları”, “Mütəxəssisin tribunası”, “Maraqlı görüşlər klubu”,
“Səyyar redaksiya” ənənəvi Azərbaycan mətbuatında auditoriyaya hesablanmış əlaqə
formalarının heç də tam siyahısı deyildir. Buna görə də offlayn nəşrlərdə “əks-əlaqənin yeni