-51-
kateqoriyadır”. O, “janr” anlayışının, müasir mətbuatda “mətn” anlayışı tərəfindən sıxışdırıl-
masını müəllif direktivliyini və ideoloji yekrəngliyini itirmiş publisistikasının sərbəst olması;
jurnalistikanın şəxsləndirilməsi, yəni əvvəllər simasızlaşdırılmış retranslyator olan müəllifin
informasiyanın şərhçisinə çevrilməsi; müasir Rusiya jurnalistikasının auditoriya ilə dialoq
rejimində işləməsi ilə izah edir. Publisist mətnin üç mühüm tərkib hissəsini: a) yenilik və ya
ortaya çıxan problem haqqında məlumatı, b) vəziyyətin fraqment şəklində və ya əhatəli
surətdə dərk olunmasını, c) auditoriyaya emosional təsir üsullarını (məntiqi-anlaqlı və ya
anlaqlı-ifadəli səviyyədə) nəzərə alaraq, Kroyçik mətbu mətnləri beş qrupa “bölməyi” təklif
edir:
1) Operativ-xəbərli –müxtəlif növ qısa xəbər;
2) Operativ-təhqiqatlı –müsahibələr, reportajlar, hesabatlar;
3) Təhqiqat-xəbərli –korrespondensiyalar, şərhlər (sütun), rəylər;
4) Təhqiqat-məqalə, məktub, icmal;
5) Təhqiqat-bədii (bədii-publisistik) – oçerk, esse, felyeton, pamflet.
39
Hazırda jurnalistika haqqında elmdə fikir plüralizmi müşahidə olunur. Bu və ya başqa
tədqiqatçı çox vaxt ənənəvi təsnifata diqqət yetirmədən şəxsi janrlar nəzəriyyəsini yaradır.
Məsələn, M.Şostak xəbər jurnalistikası, müsahibə, operativ şərh, reportyor təhqiqatı, habelə
analitik, bədii (esse, oçerk) və satirik (felyeton, pamflet, parodiya, satirik replika, satirik şərh)
publisistika barədə mülahizələr irəli sürür. A.Tertıçnı isə qısa xəbəri, hesabatı, müsahibəni,
korrespondensiyasını, bits-sorğunu, sual-cavabı, reportajı, nekroloqu informasiya janrlarına,
analitik hesabatı, söhbəti, şərhləri, sosial xülasəni, anketi, monitorinqi, reytinqi, resenziyanı,
məqaləni, jurnalist təhqiqatını, icmalı, proqnozu, versiyanı, eksperimenti, məktubu, açıq
etirafı analitik janrlara, oçerki, felyetonu, pamfleti, parodiyanı, satirik şərhləri, məişət heka-
yətini, rəvayəti, epiqrafı, epitafiyanı, lətifəni, zarafatı, oyunu bədii-publisistik janrlara aid edir.
Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsinin dövri mətbuat kafedrasının
müəllimləri isə janr palitrasına daha üstün yer verirlər: informasiya janrları – reportaj (prob-
lem, maarifləndirici və hadisə xarakterli), müsahibə (monoloq, dialoq, poliloq, söhbət, məlu-
mat), hesabat; analitik janrlar –korrespondensiya, məqalə (baş məqalə, nəzəri-populyar-
laşdırıcı; problem – publisist), publisist şərhlər, resenziya, icmal; bədii-publisistik janrlar –
felyeton və pamflet.
Daim yeniləşən və təkmilləşən jurnalistikada bu cür fikir müxtəlifliyi, əslində, material
üzərində səmərəli işləməyə, faktların seçilməsinə, hadisələrin təsvirinə kömək edən, sosial
39
Azərbaycan mətbuat tarixi: Ali məktəb tələbələri üçün dərslik/ A. Şahverdiyevin redaktəsi ilə. Bakı:
Təhsil, 2006, səh.180
-52-
gerçəkliyin əks olunmasının davamlı forma əlamətlərinə malik olan informasiya janrının
xeyrinədir.
Müasir jurnalistikanın daim inkişaf edən nəzəriyyə və təcrübəsi AzərTAc-ın əməkdaş-
larının da müzakirə etdiyi və bəhrələndiyi məsələ kimi qiymətlidir. Ona görə də, nəzəri və
təcrübi məsələlərin əsas problemi kimi janr məsələsinə diqqət yetirmək jurnalistin gündəlik
fəaliyyəti üçün də əhəmiyyətlidir.
Azərbaycan jurnalistikasında meydana gələn, praktikada istifadə olunan janrların xüsu-
siyyətləri, onların siyasi, ictimai və bədii əhəmiyyəti müasir ədəbiyyatşünaslığın və publisis-
tika nəzəriyyəsinin tədqiqat obyektinə çevrilmişdir. Müasir mətbuatda istifadə olunan janr-
ların təsnifatının təhlilində F.Mehdinin “Bədii publisistika” (1982), “Mətbuatda publisistika”
(1981), C.Məmmədlinin “Jurnalistikaya giriş” (2001), C.Əbdürrəhimovanın “Qəzet satirası-
nın əsasları” (1991) əsərlərinin əhəmiyyətini xüsusi vurğulamaq olar.
İnformasiyanın artan həcmi ilə fərqlənən müasir dünyada həm informasiya mənbələri,
həm də xəbərlərin yayılması və istehlakçıya –auditoriyaya çatdırılması üçün ixtisaslaşdırılmış
vasitələr xüsusi rol oynayır. İnformasiya mənbələrini şərti olaraq “informator” adlandırırlar.
İnformatorlardan alınan və istehlakçılara çatdırılan informasiyanın yayılmasının əsas
vasitələri isə KİV-lər, o cümlədən xəbər agentlikləri, mətbu, elektron, və multimedia
vasitələridir. Beləliklə, informasiyanın hərəkət zənciri yüzilliklər ərzində dəyişməz qalmışdır
–informasiya onun yaranma mənbəyindən yayılma vasitələrinə və onların köməyi ilə müştə-
riyə çatdırılır.
Xəbər agentliyinin işinin uğurlu olması bir sıra amillərdən, o cümlədən onun kommuni-
kasiya vasitələrindən necə istifadə etməsindən və informatorlarla necə işləməsindən asılıdır.
Müasir dövrdə kompyuter şəbəkələrindən, peyk rabitəsindən istifadə etmədən lazımi operativ-
liyə nail olmaq və deməli, informasiya bazarında rəqabətə davam gətirmək mümkün deyildir.
Qloballaşan dünyada və elmi-texniki tərəqqinin davam etdiyi şəraitdə informasiya sferası
öz inkişafının yeni, texniki imkanların müxtəlifliyi və dünya informasiya məkanına sıx
inteqrasiyası ilə əvvəlki mərhələlərdən tamamilə fərqlənən mərhələsinə daxil olur. Bu dəyi-
şikliklər nəticəsində informasiya keçmişdə bir növ adət etdiyimiz, dövlət sərhədləri kimi
maneələri asanlıqla dəf edir (məsələn, peyk rabitəsi, e-mail, dünyanın istənilən nöqtəsindən
digər nöqtəsinə SMS, MMS göndərilməsi, Skype və digər proqramların köməyi ilə “qaynar”
nöqtələrdən xəbərlərin şəxsi mobil telefon vasitəsilə translyyasiya edilməsi, sosial medianın
qeyri-məhdud imkanları və s.).
Liviyada baş verən hadisələr barədə informatorlar vasitəsilə alınan təzə xəbərlərin opera-
tiv yayılması əyani şəkildə göstərir ki, əllərində silah, ciblərində isə iPhone-u olan adi