-45-
Martın 15-də Nazirlər Kabineti Prezidentin 2000-ci il 17 yanvar tarixli Fərmanının
icrası ilə bağlı müvafiq qərar qəbul etdi. Qərara əsasən, AzərTAc-ın maddi-texniki
bazasının müasir tələblər səviyyəsinə çatdırılması, o cümlədən xarici ölkələrdəki müxbir
məntəqələrinin texniki avadanlıqla təchiz olunması məqsədi ilə 500 milyon manat, 2000-ci
il yanvarın 17-dən etibarən əməkdaşların əməkhaqqının 50 faiz artırılması ilə əlaqədar
373,5 milyon manat vəsait ayrıldı.
2002-ci il iyunun 29-da Prezidentin Fərmanı ilə “Azərbaycan Dövlət Teleqraf
Agentliyi (AzərTAc) haqqında “Əsasnamə” təsdiq edildi.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan
Dövlət Teleqraf Agentliyi-AzərTAc ölkənin ictimai-siyasi, iqtisadi ,sosial və mədəni
həyatı barədə informasiya toplayan, onu kütləvi informasiya vasitələrinə (o cümlədən
xarici olkələrin İnformasiya vasitələrinə),Azərbaycan Respublikasının dövlət orqanlarına,
idarə, təşkilat və müəsisələrinə, ictimai birliklərə operativ surətdə çatdıran dövlət orqanıdır.
Fərmanda həmçinin göstərilir ki, fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının
Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarını, Azərbaycan Respublikası tərəfindən imzalanmış beynəlxalq
müqavilələri və sazişləri, habelə bu Əsasnaməni rəhbər tutan AzərTAc hüquqi
şəxsdir,müstəqil balansı, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyəti, müvafiq bank
hesabları, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, agentliyin Azərbaycan və
ingilis dillərində adı əks olunmuş möhürü, müvafiq ştampları, öz emblemi və firma nişanı
vardır. AzərTAc-ın fəaliyyətinin müəyənləşdirlməsi Azərbaycan Respublikasının dövlət
büdcəsi və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına keçirilir.
31
AzərTAc-ın əsas vəzifəsi dövlət səviyyəsində rəsmi xəbərləri xalqa çatdırmaqdan və
Azərbaycan Respublikası haqqında obyektiv məlumatları beynəlxalq miqyasda geniş
yaymaqdan ibarətdir.
AzərTAc Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı
funksiyaları həyata keçirir:
10.1.Ölkənin daxili və xarici siyasətinin ən mühüm hadisəsləri haqqında, ictimai-
siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri və fotoşəkilləri, Azərbaycan
Respublikasının Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və başqa dövlət hakimiyyəti orqanlarının rəsmi
31
Azərbaycan Respublikasının fərmanları və sərəncamları (aprel-iyun 2001-ci il). Bakı: Azərbaycan, 2001,
səh. 78
-46-
materiallarını kütləvi informasiya vasitələri, arzu edən bütün hüquqi və fiziki şəxslər üçün
öz kanalları ilə və beynəlxalq internet şəbəkəsi vasitəsilə yayır;
10.2. Özünün nəşrlərini (qəzet, jurnal,)informasiya bülletenlərini, çap, kompyuter,
foto, vizual və digər məhsullarını buraxır və onları Azərbaycan Respublikasnda və
xaricdə abunə, pərakəndə satış, fərdi yol ilə, eləcə də internet vasitəsi ilə yayır;
10.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada,
dövlətin siyasətinə uyğun olaraq və mövcüd imkanlar daxilində ölkədə və xaricdə özünün
informasiya xidmətlərini (müxbir məntəqələrini, informasiya mərkəzlərini) təsis edir,
yenidən qurur və ləğv edir;
10.4. Xarici ölkələrin znformasiya agentlikləri və digər kütləvi informasiya orqanları
ilə mübadilə və ya kommersiya şərtləri əsasında informasiya verilməsi (əldə edilməsi)
haqqında müqavilələr bağlayır;
10.5. Müəyyən olunmuş qaydada informasiya sahəsində ixrac-idxal əməliyyatları
aparır, təmsilçilik fəaliyyəti göstərir, kommersiya fəaliyyəti ilə məşğul olur;
10.6. Qanunvericiliyə uyğun olaraq, müxtəlif idarə, təşkilat və müəssisələr,
Azərbaycan Respublikasında işləyən xarici şirkətlərlə birgə fəaliyyət haqqında müqavilələr
bağlayır.
Prezidentin 2002-ci il dekabrın 28-də imzaladığı “Azərbaycan Dövlət Teleqraf
Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında” sərəncama
əsasən işçilərin aylıq vəsifə maaşları 1,5 dəfə artırıldı. İstirahət və bayram günləri də daxil
olmaqla, agentliyin gecə-gündüz fasiləsiz fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə
işçilərin əmək haqlarına əlavələr və digər ödənişlər müəyyənləşdirildi.
32
2003-cü il yanvarın 1-dən fasiləsiz iş rejimində fəaliyyət göstərməyə başlayan
AzərTAc gün ərzində orta hesabla 350 min işarədən çox informasiya, 30-40 fotoinfor-
masiya buraxmağa nail oldu ki, bu da ötən illərlə müqayisədə 10 dəfə çoxdur.
2005-ci il AzərTAc-ın tarixinə əlamətdar il kimi daxil oldu –agentlik özünün 85
illiyini qeyd etdi.
AzərTAc-ın zəngin informasiya və foto arxivin qorunduğu ən müasir server qurğusu
və tamamilə yeniləşdirilmiş saytı vardır (www.azertag.gov.az). Saytda təxminən hər iki
dəqiqədən bir altı dildə –Azərbaycan, rus, ingilis, alman, fransız və ərəb dillərində
materiallar yerləşdirilir.
AzərTAc-ın buraxdığı xəbərləri respublika mətbuatı, informasiya agentlikləri,
səfirliklər, müxtəlif təşkilatlar gün ərzində e-mail, FTP və s. vasitəsilə alırlar.Hazırda
32
Azərbaycan Respublikasının fərmanları və sərəncamları (aprel-iyun 2001-ci il). Bakı: Azərbaycan, 2001,
səh. 103