-39-
məsul işi çox tezliklə öyrənmək lazım gəlirdi.İnformasiyanı yaymaq üçün texniki imkanlar
son dərəcə məhdud idi və mümkün olan bütün üsullardan istifadə etməyə çalışırdıq.
Məsələn, Kommunist və Caparidze (indiki İstiqlaliyyət və Əziz Əliyev –A.A.) küçələrinin
kəsişməsində quraşdırılmış böyük ekranda nümayiş etdirilən işıq-qəzet informasiyanın
yayılmasında mühüm rol oynayırdı. Sonralar Bakının fəhlə rayonlarında da nümayiş
etdirilən belə işiq–qəzetlər–oxucu–tamaşıçılar tərəfindən maraqla qarşılanırdı”.
25
Zaqafqaziya Federasiyası yarandıqdan sonra, 1923-cü ilin martında üç Cənubi Qafqaz
respublikasının informasiya agentlikləri ZaqTA yenidən müstəqil informasiya orqanı kimi
fəaliyyətini bərpa etdi.
1932-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin xüsusi olaraq ayırdığı valyuta
hesabına xaricdən alınmış “Kleynşmidt” markalı ilk teletayp qurulduqdan sonra vəziyyət
bir qədər yüngülləşdi. Bu respublikanın informasiya xidmətində o vaxta görə, həqiqətən,
texniki inqilab idi. Teletayp ittifaq və dünya xəbərlərinin alınması və mətbuata, radioya
ötürülməsində bütün prosesi sürətləndirməyə imkan verirdi.
Bütün bunlar Azərbaycan Teleqraf Agentliyinin fəaliyyətinin yalnız bir tərəfi idi.
Agentliyin fəaliyyətini heç də az əhəmiyyətli olmayan tərəfi, əlbəttə ki, AzərTA müxbir-
lərinin işi idi. Onlar Azərbaycan xalqının –fəhlə və kəndlilərin, alimlərin, mədəniyyət,
maarif xadimlərinin fədakar əməyi sayəsində respublikamızda baş verən böyük dəyişik-
liklərin salnaməsini yaradırdılar.
Lakin faşist Almaniyasının SSRİ-yə qəfil hücumu dinc quruculuq işlərini dayandırdı.
O vaxtkı böyük ölkənin, o cümlədən Azərbaycan həyatı müharibə ab-havasına kökləndi və
yalnız bir məqsədə-qələbə üçün və qələbə naminə mümkün olan və olmayan bütün işləri
görməyə istiqamətləndirildi.
Müharibədən sonrakı illərdə iqtisadi, ictimai-siyasi, mədəni həyatdakı nailiyyətlər ye-
nidən AzərTA-nın materiallarının başlıca mövzusuna çevrilmişdi. Respublikanın həyatının
müxtəlif sahələrindən, Xəzərin qəhrəman dəniz neftçilərinin, pambıqçıların əmək qələbələ-
rindən, Bakının, Sumqayıtın və digər şəhərlərimizin yeni tikintilərindən, Azərbaycan alim-
lərinin elmi axtarışlarından, incəsənət ustalarının uğurlarından, nəhayət, ictimai-siyasi
həyatdakı dəyişikliklərindən bəhz edən AzərTA-nın müxtəlif informasiyaları SİTA vasitə-
silə İttifaqda və xaricdə yayılırdı.
Azərbaycanın mətbuatının, xüsusilə də 1972-ci ildən Azərinform adlanan xəbər
agentliyinin inkişafı da yüksəliş yoluna qədəm qoymuş respublikanın uğurları ilə sıx bağlı
olmuşdur. Yəni ildən-ilə görünməmiş sürətlə inkişaf edən Azərbaycanda KİV, o cümlədən
25
Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfli yol. Bakı: Şərq-
Qərb, 2008, səh. 56
-40-
də informasiya agentliyi diqqətdən kənarda qala bilməzdi. Heydər Əliyev Azərinformun
rəhbərliyi ilə müntəzəm görüşür, respublikanın informasiya siyasətinin təkmilləşdirilməsi
ilə əlaqədar konkret tapşırıqlar verir, dəqiq fəaliyyət istiqamətini müəyyənləşdirirdi.
Bununla yanaşı, o, Azərinformun maddi-texniki bazasının möhkəmləndirilməsinə, iş
şəraitinin yaxşılaşdırmasına, problemlərin vaxtında həll olunmasına da xüsusi diqqət
yetirirdi. Təsadüfi deyil ki, məhz o dövrdə Azərinformun işçilərinin böyük bir hissəsi
dövlət mükafatları ilə təltif edilmişdi.
26
Elə buna görə də ötən əsrin 80-ci illərinin axırları, 90-cı illərinin əvvəlləri Azərin-
forumun jurnalistləri, bütün əməkdaşları üçün çox ciddi siyasi kamillik, vətəndaş cəsarəti,
vətənpərvərlik sınağı oldu. Maddi, mənəvi, siyasi və ideoloji dayaqlardan məhrum olan
Azərbaycan mətbuatı çətin problemlərlə üz-üzə qalmışdı. Həmin ağır illərdə Azərbaycanda
baş verən hadisələrə keçmiş İttifaq məkanında və ümumən dünyada formalaşmış qərəzli
münasibətin əsas səbəblərindən biri bu idi.
1990-cı ilin Qanlı Yanvar günlərində, sovet imperiyası qoşunlarının qəflətən
Azərbaycana soxularaq, vahid ölkənin tərkibinə daxil olan respublikanın dinc əhalisinə
tarixdə görünməmiş vəhşiliklə divan tutduğunu, qəzetlərin çıxmasına imkan verilmədiyi,
enerji bloku təxribatçılar tərəfindən partladıldığına görə radio və televiziyanın susduğu
günlərdə insanlar son hadisələrdən ancaq Azərinformun Bakının müxtəlif yerlərində
divarlara yapışdırılan bülletenlərindən xəbər tuturdular.
Həmin bülletenlərdəki xəbərlərin heç də hamısı respublikanın o vaxtkı rəhbərliyinin
xoşuna gəlmirdi. Buna baxmayaraq, Azərinformun jurnalistləri öz peşə borcuna sadiq
idilər və real faktlara əsaslanan doğru-düzgün məlumatı əhaliyə çatdırırdılar. Bu xəbərlərin
başlıca dəyəri, ilk növbədə, onların operativliyində idi. Həmin xəbərlər Azərbaycan və rus
dillərində buraxılır və Azərinformun öz müxbirləri vasitəsilə respublikanın digər bölgə-
lərində də yayılırdı. Vərəqlər müxtəlif surətdə, hərbi senzuradan (Azərinformun binasında
onun daimi nümayəndəsi otururdu –A.A.) gizli hazırlanır və qaranlıq düşən kimi Bakının
muxtəlif məhəllələrində evlərin divarına yapışdırılırdı. Lakin səhər açılan kimi imperiya
əsgərləri onları divarlardan qoparıb atırdılar. O günlərin dəhşətli həqiqətini çılpaqlığı ilə
nümayiş etdirən Azərinformun fotovitrininin də taleyi belə oldu.
Daglıq Qarabaga erməni separatizminin baş qaldırması və sonradan Ermənistanın
hərbi təcavüzü müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın silahlı münaqişəyə cəlb
olunmasına gətirib çıxardı. Xaricdəki güclü erməni lobbisinin, bəzi dövlətlərin birbaşa
maliyyə və hərbi dəstəyinə arxalanan Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini
26
Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh.36