Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

149 
 
ətraf  mühitə  atılan  bütün  zərərli  tallantılar  birbaşa  yaşayış  sahələrinə  təsir 
etmiş və orada yaşayan insanların sağlamlığı təhlükə alında olmuşdur. 
Yuxarıda  qeyd  edilənlərdən  göründüyü  kimi  sənaye  müəssisələrinin 
ətraf  mühitə  atdığı  tallantdar  içərisində  karbon,  kükürd  və  azot  oksidləri 
üstünlük  təşkil  edir.  Atmosfer  hövzəsinə  atılan  bu  qazlar  bir  neçə  saatdan 
sonra daha kəskin mənfi nəticələr verən formalara keçirlər. Məsələn, kükürd 
oksidləri havada olan su və su buxarı  ilə reaksiyaya girərək sulfid və sulfat 
tarşularına çevrilirlər ki, bu da tarş yağışların düşməsinə səbəb olur. Bunun 
da  nəticəsində  torpağın  məhsuldarlığı  azalır,  metal  tərkibli  qurğular,  maşın 
və başqa avadanlıqlar korroziyaya uğrayır, binalar, tarixi abidələr zədələnir, 
əhalinin  şəxsi  təsərrüfatlarına  böyük  maddi  zərər  vurulur.  Karbon  qazınıın 
atmosferdə  çoxalması  isə  «İstixana  effekti»  yaradır  və  yerdə  havanın  orta 
temperamrunun  artmasına  gətirib  çıxarır.  Azot oksidləri atmosferdə  xlor və 
digər  qazlarla  zəncirvari  reaksiyaya  girərək,  azon  təbəqəsini  parçalayır. 
Havada  olan  toz,  his,  qurum,  aerozollar,  havanın  şəffaflığını  azaldır  və 
şəhərİərdə  dumanlı  və  tutqun  havaların  baş  verməsinin  sayını  çoxaldırlar. 
Havada bu hissəciklərin çoxluğu yerin albedosunu artırır. 
Respublikanın  hava  hövzəsini  mühafızə  etmək  üçün  ilk  növbədə 
mövcud  çirkləndirici  sənaye  sahələrini  yenidən  qurmaq,  müasir  texnoloji 
qurğular,  təmizləyicilər  tətbiq  etməklə,  atmosferə  atılan  çirkləndirici 
maddələrin  ümumi  miqdarınm  azaldılmasına  və  zərərsizləşdirilməsinə  nail 
olmaq, az tullantılı- və tullantısız istehsalat sahələri yaratmaq lazımdır. Çirk-
ləndirici müəssisələrdə daha hündür borular tikmək,  müəssisələrin ətrafında 
qaz və tozların təsirinə davam gətirən, havadakı toz, his  və  müxtəlif qazlan 
tutub  saxlaya  bilən  ağac  və  kol  bitkilərindən  ibarət  yaşıllıq-mühafizə 
zolaqları yaratmaq da atmosferi mühafızə tədbirləri siyahısına daxildir. 


150 
 
Azərbaycan 
Respublikası 
məhdud 
su 
ehtiyatlarına 
malikdir. 
Respublikamızın  su  təminatının  belə  zəif  olmasına  səbəb  ilk  növbədə 
əlverişsiz  təbii  şəraitdir.  Ümumi  ərazinin  yarıya  qədərinin  düzənlik  və 
yaylalardan  ibarət  olması,  iqlim  şəraiti,  burada  buxarlanmanın  düşən 
yağıntıdan  çox  olmasına  səbəb  olmuşdur.  Nəzərə  almaq  lazımdır  ki,  bərpa 
olunan  su  ehtiyatının  yalnız  30%-i  respublikanın  daxili  su  axarlarının 
hesabına formalaşır və ilin sululuğundan asüı olaraq 9,2; 7,3; 5,4 milyard m
3
 
arasında  dəyişir.  Respublika  ərazisindən  buxarlanan  suyun  həcmi  isə  26,66 
km
3
 təşkil edir  ki, bu da  yerli  su  axınından 3-5 dəfəyə  qədər  yüksəkdir.  Su 
balansımn  70%-don  çoxu  qonşu  dövlətlərin  ərazisində  formalaşan  çay 
axmları ilə əlaqədardrr. Həmin axınlar 29,7 km
3
, mülayim və quraqlıq illərdə 
isə  25,5-20,7  km
3
  təşkil  edir.  Su  ehtiyatlarımn  müəy-yən  hissəsi  də  təbii 
göllərdə cəmlənmişdir. 
Adam  başına  düşən  su  ehtiyatlarına  görə  Azərbaycan  qonşu  dövlətlər 
içərisində axırıncı  yeri tutur.  Hər  km
2
 ərazidə  1nəfərə düşən su ehtiyatların 
həcminə  görə  Azərbaycan  MDB  ölkələrindən  1,8-2,0  dəfə,  Gürcüstandan 
7,0-8,0 dəfə, Ermənistandan isə 1,5-2,2 dəfə geri qalır. 
Respublikaımzda adambaşına düşən suyun həcmi 1913-cü ildə 13,5 m
3
 
təşkil  edirdisə,  əhalinin  artması  ilə  əlaqədar  bu  göstərici  1999-cu  ildə  3,4 
dəfə azalaraq 4,0 m
3
-ə enmişdir. Su ehtiyatları respublikamızın fiziki-coğrafi 
əraziləri  üzrə  də  qeyri-bərabər  paylanmışdır.  Su  ehtiyatları  ilə  yaxşı  təmin 
olunmuş ərazilərə Böyük  Qafqazm şimal-şərq və cənub hissələri,  Lənkəran 
zonası,  zəif  təmin  olunmuş  ərazilərə  isə  Kür-Araz  ovalığı,  Ceyrançöl, 
Abşeron-Qobustan  və  Naxçıvan  MR  ərazisi  aid  edilir.  Respublikamızın  su 
ehtiyatının  5,1  km
3
-i  yeraltı  suların  payına  düşür.  Yeraltı  suların  31%-i 
Qusar  maili  düzənliyi,  18,5-i  Mil-Qarabağ  zonası,  13,3%-i  isə  Qanıx-


151 
 
Əyriçay  vadisində  toplanmışdır.  Naxçıvan  MR,  Şirvan,  Muğan-Salyan, 
Arazboyu ərazilərində isə yeraltı suların 22%-i toplanmışdır. 
Səth və yeraltı suların Respublika ərazisi üzrə qeyri-bərabər paylanması 
nəticəsində  onlardan  suvarma, sənaye  və  məişət  məqsədləri  üçün  istifadədə 
problemlər yaranır. Bunu nəzərə alaraq su ehtiyatlan ilə zəif təmin olunmuş 
ərazilərin  su  təchizatmı  təmin  etmək üçün  Respublikamızm  ərazisində  40-a 
qədər  su  anbarı  və  kiçik  sumtarlar  yaradümışdrr.  Həmin  su  anbarları 
respublika  ərazisinin  1,16%-ni  tuturlar.  Mingəçevir,  Şəmkir,  Yenikənd, 
Varvara,  Tərtər  su  anbarlarının  və  Naxçıvan  MR  ərazisindəki  Araz  su 
qovşağının  təsərrüfat,  hidroenerji  və  s.  əhəmiyyətləri  böyükdür.  Bütün  su 
anbarlarında  toplanan  20,0  km
3
  su  ilə  respublikamızm  1400  min  ha  artıq 
kənd təsərrüfatı sahələri suvanlrr. 
Respublika üzrə kənd  təsərrüfatı  sahələrində il  ərzində  orta  hesabla  su 
çatışmazlığı 3,7 km
3
, su qıtlığı olan illərdə isə 4,75 km
3
 təşkil edir. 
Suvarmada  istifadə  olunan  suyun  95,9%-i  torpaq  kanalla  aparıldığı 
üçün  2,5-3,0  milyard  m
3
  su  itir.  Nəticədə  yeraltı  sularm  səviyyəsi  qalxu, 
təkrar  şorlaşma  və  bataqlıqlaşma  yara-nrr.  Kənd  təsərrüfaü  sahələrində 
çəmən-bataqlıq  əraziləri  279,6  min  ha,  şorlaşmış  ərazilər  isə  741,6  min  ha 
təşkil  edir.  Əgər  respublikanın  suvarma  kanallarının  faydallıq  əmsalı  0,75-
0,8-ə çatdırılsa, onda əlavə 250-260 min ha əkin sahələrini suvarmaq olar. 
Hər  il  respublikamızın su hövzələrindən  10  km
3
,  yeraltı  laylardan  1,1-
1,2  km
3
  şirin  su  götürülür.  Respublikanın  suya  olan  tələbatı  isə  11,0-13,0 
km
3
-dir.  Götürülən  suyun  20-25%-i  sənaye  və  məişət  məqsədləri  üçün 
istifadə  olunur.  Su  obyektlərinə  atılan  tullantı  sularının  həcmi  160  mln.m
3
 
təşkil  edir.  Respublikada  su  ehtiyatlarının  mühafizəsi  və  onlardan  səmərəli 
istifadə göstəriciləri cədvəl 11.4 və 11.5-də verilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə