49
Peterburqda, Moskvada, eləcə də Orta Asiyada, İranda, Polşada neft məhsullarını saxlamaq üçün anbarlar
tikilmişdi.
Milli sahibkarların nümayəndələrindən K.Z.Tağıyev, M.Naqıyev, Ş.Əsədullayev, K.Dadaşov və bəzi
başqaları eyni zamanda sənaye müəssisələrinin, dəniz gəmilərinin, ticarət müəssisələrinin də sahibləri idilər ki,
bu da onların iqtisadi mövqelərini möhkəmləndirir və sərəncamlarında iri kapital olduğunu göstərirdi.
XIX əsrin axırlarında — XX əsrin əvvəllərində Azərbaycanda bank sahibləri arasında milli sahibkarların
nümayəndələri yox idi, hərçənd ki, onlar mövcud kredit-bank müəssisələrindən gen-bol kredit alır, onlardan
bəzilərinin isə (məsələn, Ş.Əsədullayev, M.Nağıyev və başqalarının) öz bankir kontorları var idi. Bakı birja
cəmiyyətində azərbaycanlılar yalnız 14 nəfər və ya 5 % təşkil edirdilər. 1904-1913-cü illərdə xüsusi kredit
müəssisələri şəbəkəsinə "K.Z.Tağıyev" bankir kontoru da daxil oldu. Tağıyev Dövlət bankir uçot komitəsinin
üzvü seçildi. Ona və milli kapitalın bəzi nümayəndələrinə Rusiyanın iri bankları kreditlər verirdilər. Dövlət
bankının Bakı şöbəsi Tağıyevə böyük kreditlər verərkən, onun böyük sərvətə malik olduğunu nəzərə alırdı.
1907-ci ildə Tağıyevin sərvəti 16 milyon rubl məbləğində qiymətləndirilirdi.
1914-cü ildə K.Z.Tağıyevin M.Nağıyev ilə fəal iştirakı sayəsində 3 milyon rubl məbləğində əsas kapitalı
olan Bakı Tacir Bankı açıldı. Bankın Şurasına milli kapitalın nümayəndələrindən K.Z.Tağıyev (şuranın sədri),
Ş.Əsədullayev, A.Ə.Hmədov, S.Z.Tağıyev, A.Q.Tağıyev, idarə heyətinin üzvlüyünə M.Nağıyev (idarə heyətinin
sədri), F.B.Rüstəmbəyov, təftiş komissiyasının tərkibinə Ə.Ə.Kərimov, M.Ə.Miriyev daxil oldular. Bank
təsisçilərinin başlıca məqsədi sənaye və ticarət müəssisələrinin geniş məbləğdə maliyyələşdirilməsi, ilk növbədə
Azərbaycan sahibkarlarına kömək göstərilməsi idi. Onlar müxtəlif təsərrüfat sahələrinin inkişafına, mədəni-
maarif müəssisələri şəbəkəsinin genişlənməsinə kömək göstərməyi qarşılarına vəzifə qoymuşdular və
perspektivdə diyarın bir sıra digər şəhərlərində bankın şöbələrini açmaq niyyətində idilər. 1915-ci ildə Bankın
Şurasına Azərbaycan sahibkarlarının daha bir neçə nümayəndəsi — Əli bəy Aşurbəyov, Murtuza Muxtarov,
Zeynal bəy Səlimxanov seçildilər. Çox tezliklə Bankın səhmlərinə şəhərin kredit müəssisələri arasında böyük
tələbat yarandı. Üz növbəsində Bank da Rusiya banklarının səhmlərinə maraq göstərirdi. Petroqrad kommersiya
bankı ilə onu daha sıx əlaqələr birləşdirirdi. Bank müstəqilliyini saxlamaqla daim Petroqrad bankı ilə əlaqələri
genişləndirirdi, 1915-ci ildə isə meşə sənayesinin maliyyələşdirilməsini genişləndirmək məqsədi ilə Rusiyanın
bütün əyalət banklarını birləşdirmək ideyasını irəli sürdü. Tacir Bankının açılması və fəaliyyəti Azərbaycanda
özünə nəhəng əjdaha şəkilli bir saray tikdirdi. Evinin kirişi əjdahanın ağzını xatırladırdı. Qonaqlar bu əjdahanın
ağzından keçib içəri girirdilər. Əjdahanın burun pərələrindən iki fənər sallanırdı. Bunlar bütün binanı işıqlandırır
və evin əjdaha şəklində olduğunu nəzərə çarpdırırdı...
Bu neft şəhərinin küçələri də memarlıq qəribəliklərindən azad deyildi. Burada bütün üslublar öz əksini
tapmışdı. Mavritan üslubunda tikilmiş saraylarla qotik üslubla inşa edilmiş binalar yan-yana dayanmışdı. Birinin
üstündə Vizantiya, o birinin üstündə rokoko üslubunda kümbəz ucalırdı. Saray tikdirmək neft krallarının şakəri
idi. Hər biri bu saraylarda öz qəlbinin qəribə bir arzusunu, istəyini təcəssüm etdirirdi.
Şəhərdə ən nəzərə çarpan, görünüşlü bina neft m a q n a t l a r ı n ı n klubu idi. Onun tikintisinə milyonlar
sərf edilmişdi, özü də bu binadakı otaqlardan ictimai tədbirlərin keçirilməsi üçün yəqin ki, bütün Şərqdə yaxşısı
yox idi. Neft sahibkarları binanın hansı üslubda tikilməsi barədə ümumi razılığa gəlmədiklərindən, işi Avropa
qurumlarından birinə sifariş verib, ona ucuz-bahalığına baxmadan geniş bir torpaq sahəsində əzəmətli və qeyri-
adi bir tikili ucaltmağı tapşırdılar.
Tikintiyə başlamazdan qabaq inşaat işini öz üzərinə götürmüş şəxs qumlu çöllükdə bir park saldırdı. Elə
bunun özünə böyük məbləğdə pul sərf olundu. Şübhəsiz ki, qumlu neft mədənini tropik bağa çevirmək asan
deyildi. Bundan sonra binanın inşasına başlandı. Memar binanın üslubu haqqında heç bir söz demirdi, ancaq bir
neçə ildən sonra bina tikilib başa çatanda onun üslubu qızğın müzakirə və mübahisəyə səbəb oldu. Ağ
mərmərdən tikilmiş bu klub Berlindəki Reyxstağın binasından iki dəfə böyük idi. Buna baxmayaraq, binadakı
klassik, sadə cizgilər neft maqnatlarının xoşuna gəlmədi, onları razı salmaq üçün parkda ümumi bir tağ altında
təmtəraqlı sütunlar tikildi, binanın dəhlizləri boyunca güzgülər düzüldü. Bu klub binasında üzvlər həm öz
işlərini müzakirə edir, həm də istirahət edirdilər.
Azərbaycan sahibkarlarının formalaşmasının və inkişafının başlıca mərkəzi Bakı şəhəri idi. XIX əsrin
axırlarında — XX əsrin əvvəllərində sahibkarların ən iri nümayəndələri, Azərbaycan ziyalıları Bakıda
cəmləşmişdi.
Rusiya hökumətinin 17 fevral 1872-ci il tarixli qanunundan sonra Bakıda neft sənayesində əcnəbilərə və
xarici şirkətlərə imkan verildi ki, neftlə zəngin olan torpaq sahələrini icarəyə götürsünlər və satın alsınlar, sonra
isə sahibkarlıqla məşğul olsunlar. Belə olduqda neftə hədsiz maraq artdı. Çox keçməmiş, yəni 1873-cü ildə
R.Nobel İjevsk şəhərində Nobellərə məxsus fabrikdə tüfəng istehsalı üçün ağac axtarıb tapmaq məqsədi ilə
Bakıya gəldi. Bakıda neft xəstəliyinin qızışdığını görən Robert öz qardaşı Lyüdviq Nobeldən xəbərsiz 25000
rubla bir kiçik kerosin fabriki aldı.
Beləliklə, Nobel qardaşlarının Bakıda ən böyük neft konserninin əsası qoyuldu. Nobel — dünyada çox
tanınmış bir soyaddır, bu məşhurluq Nobel qardaşlarının tükənməz var-dövləti və malik olduqları çoxlu sənaye
müəssisələrinin sayı ilə yox, hər şeydən əvvəl Bakı neft sənayesinin formalaşmasında, eləcə də dünyada