Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

51 

 

kömək etsin. Bundan sonra Bakıya qayıdıb 1875-1876-cı illərdə neft sənayesi sahəsində ilk addımlarını atdı. O, 



neft  sənayesinin  böyük  imkanları  və  gələcəyinə  inanırdı,  ancaq  bütün  bunlar  Bakı  neft  sənayesində  istifadə 

olunan  üsulların  zəif  cəhətlərini  görməkdə  ona  mane  olmurdu.  1875-ci  ildə  o,  Tiflis  şirkətindən  Qara  şəhərdə 

1000 funt-sterlinqə kiçik bir neftayırma zavodu aldı. Burda yenidənqurma işləri apardıqdan sonra neft emalına 

yeniliklər tətbiq etməyə başladı. Həmin zavodu almamışdan az əvvəl Bakıda bir neçə neftli sahə almış və neft 

istehsalını təşkil etmişdi. Balaxanı mədənlərindən gələn xam neft emalına başlayan kimi Robert başa düşdü ki, 

çəlləklərlə  xam  neftin  daşınması  gec  və  baha  başa  gəlir,  çoxlu  məsrəf  tələb  edir.  Mövcud  şirkətlər  onunla 

birlikdə neft kəməri çəkmək təklifini rədd etdilər. Məcburiyyət qarşısında qalıb o, yenə də qardaşı Lyüdviqə üz 

tutdu. 1000 funt-sterlinq sərf etməklə Balaxanıdan Qara şəhərə neft kəməri çəkdirdi. Elə birinci il neft kəməri 

ona çəkilmiş xərcləri çıxartdı ki, bu da Nobel qardaşlarının böyük hörmət qazanıb məşhurlaşmasına səbəb oldu 

və  digər  şirkətlərin  də  belə  kəmərlər  çəkilişinə ruhlandırdı.  Bu  minvalla  onlar  Bakıda  müasir  neft  sənayesi  və 

neft işinin əsasını qoydular. 

Deyilənlərə  görə  nefti  çəlləklə  daşıyan  minlərlə  arabaçı  bu  iş üçün ildə  150000  funt-sterlinqə  yaxın  pul 

qazanırdılar,  neft  kəmərlərinin  çəkilişi  bu  qazancın  onların  əlindən  çıxmasına  səbəb  oldu.  Buna  görə  Nobel 

qardaşlarına  qarşı  o  qədər  kin-küdurət  artmışdı  ki,  acıqla  boruları  kəsirdilər,  qardaşlarsa  məcbur  olub  kəmər 

boyu  gözətçi  budkaları  tikdirib  nəzarətçi  qoyurdular.  Nobel  qardaşları  dərin  qazma  sahəsində  öncül  olmuşlar. 

Onlar  Bakıdakı  neft  mədənlərini  saxlamaqla  Pensilvaniyadan  qazmaçılar  gətirmişdilər.  Lakin  onların  istifadə 

etdiyi  qazma  üsulları  yaxşı  deyildi,  buna  görə  də  onlar  müəyyən  dəyişikliklər  etməklə  mürəkkəb  bir  qazma 

qurğusu ixtira  etmişdilər.  Bu  qurğu  sonralar  Bakı  mədənlərində  istifadə olunan  bütün  sistemlər  üçün  nümunə 

rolunu oynadı. Onlara məxsus neft mədənləri də neftayırma zavodları kimi tədricən böyüyüb Bakıda ən böyük 

neft mədənləri oldu. Heç bir şirkət iddia edə bilməz ki, Xəzər dənizi ilə neftin nəqli və ticarətini inkişaf etdirmək 

sahəsində  Nobel  qardaşları  qədər  iş  görmüşlər.  Onlar  Müqəddəs  adada  və  Çələkəndə  neft  quyusu  qazdırmış, 

Berekeydə  yeni  bir  mədəni  işlətməyə  başlamış  və  qazmaçılarını  bir  sıra  daha  ümidverici  bölgələrə 

göndərmişdilər. Onlar nəinki neft istehsalı və emalı ilə məşğul olan ingilis-rus şirkətləri ilə dostluq və həmrəylik 

şəraitində  işləyirdilər,  həm  də  Rotşildin  neft  və  neft  məhsullarının  satışı  ilə  məşğul  olan  nəhəng  birgə  neft 

şirkətində payçı idilər. XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakının indiyədək "Qara şəhər" adlandırılan 

yeni  sənaye  rayonunda  200-ə  yaxın  neftayırma  zavodu  vardı.  Bu,  Nobel  qardaşlarının  hakim  olduqları  çox  iri 

sənaye sahəsi idi. Nobel qardaşlarının fəaliyyət dairəsinin geniş hüdudlarını qeyd edərkən çox təəssüflənirik ki, 

Azərbaycan neft

 

sənayesindən  istədikləri  kimi  əldə  etmələrinə  baxmayaraq  Bakı  şəhəri  üçün  heç  nə  etmədən, 



tükənməz  var-dövlət  aparmışdılar.  Dünyanın  məşhur  milyonçularının  Qara  şəhərdə  kiçik  bir  villası  qalmışdır. 

Bax  bu  da  xarici  sahibkarların  özlərinə  məxsus  uzunmüddətli  maliyyə  siyasətinin  nəticəsidir.  Tarix  bir  daha 

sübut  edir  ki,  milli  burjuaziyanın,  zəif  də  olsa,  öz  imkanı  daxilində  inkişafı  xalqımızın  milli  mənafeyi,  onun 

milli  şüurunun,  iqtisadi  və  mənəvi  inkişafının  naminə  yönəldilmişdir.  XX  əsrin  əvvəllərində  Bakı  neft 

sənayesində  yaranmış  ən  iri  ittifaq  "Nobel  qardaşları"  və  "Mazut"  şirkətləri  arasında  neft  məhsullarının  daxili 

bazarda birgə satışı haqqında bağlanmış saziş idi. "Nobmazut" adlı bu saziş aydın ifadə olunmuş kartel xarakteri 

daşıyırdı. O, bazarların göstərilən şirkətlər arasında bölüşdürülməsi işində fəal siyasət yeridir, rəqiblərə satmaq 

yolu  ilə  böyük  mənfəət  götürmək  məqsədi  güdərək,  yanacaq  bazarlarında  öz  hökmran  vəziyyətini 

möhkəmləndirirdi.  Halbuki  saziş  formal  olaraq  neft  məhsullarının  daşınması  və  satışına  çəkilən  xərcləri 

azaltmaq  üçün  bağlanmışdı.  Rotşildlər  və  "Nobel  qardaşları"  arasında  əldə  olunmuş  bu  saziş,  Nobellərin 

Rusiyanın  neft  sənayesində  aparıcı  rol  oynadıqlarının  etiraf  edilməsi  demək  idi.  Lakin  bu,  onlar  arasındakı 

mübarizənin ancaq formasını dəyişdirirdi.

 

Bazarların  iri  şirkətlər  tərəfindən  zəbt  olunması  təhlükəsi  digər  neft  sənayesi  şirkətlərini  də  birləşməyə 



sövq etdi. İngilis iri kapital sahiblərinə mənsub olan müəssisələr Rusiyanın daxili bazarları uğrunda mübarizədə 

"Nobmazut"a  qarşı  öz  səylərini  birləşdirməyə  cəhd  göstərdilər.  1904-çü  ildə  "S.M.Şibayev  və  K""  və 

"Bibiheybət  neft  sənayesi  cəmiyyəti"  şirkətlərinin  direktoru,  eyni  zamanda  Böyük  Britaniyanın  Bakıdakı 

konsulunun  müavini  Urkvartın  təşəbbüsü  ilə  ümumi  neft  ticarəti  aparmaq  üçün  dörd  ingilis  şirkətinin  bir- 

ləşməsi nəzərdə tutulurdu. Gələcəkdə bu iki şirkətə ümumi illik hesabı 81,9 mln. pud olan "Oleum" və "Born" 

şirkətləri də birləşdirilməli idi. Bu cür samballı kömək Urkvarta 1904-cü ildə "Mazut" şirkətinin nümayəndələri 

ilə  daxili  bazarda  birgə  fəaliyyət  barədə  danışıqlar  aparmağa  imkan  verdi.  Danışıqlar  1905-ci  ilin  yazında 

"Nobmazut  və  K°"  və  "Oleum"  şirkətlərinin  anbarlarını  və  Rusiyada  neft  malları  satışı  ilə  məşğul  olan 

təşkilatlarını  icarəyə  götürdü  və  hər  il  ingilis  şirkətlərinə  məxsus  40  mln.  neft  qalığını  və  9  mln.  pud  çıraq 

yağlarını mal komissiyasına qəbul etdi. Bu saziş birləşmiş neft şirkətlərini ixracatçı ingilis şirkətlərinin inhisar 

yolu  ilə  özünə  tabe  etməsinin  möhkəmləndirilməsi  demək  idi.  Müqavilənin  şərtlərinə  görə  ingilis  şirkətləri 

"Nobel  qardaşları"  və  "Mazut"un  vasitəçiliyi  olmadan  Rusiyanın  hər  hansı  bir  rayonunda  neft  məhsulları 

satmamağı öhdələrinə götürməklə öz neft qalıqları və ağ neftlərini Bakıda "Nobmazut"a təhvil verməli idilər. 

Eyni  zamanda  bunu  da  qeyd  etmək  vacibdir  ki,  "Nobel  qardaşları"  və  "Mazut"  özlərinə  daxili  bazarda  ingilis 

şirkətlərinin yeganə nümayəndələri kimi çıxış etmək hüququ da qazandılar. 

Mərkəzi  Rusiya  bazarlarında  ticarət  müstəqilliyini  tamamilə  itirən  ingilis  şirkətləri  onlara  məxsus  olan 

anbarları,  rezervuarları  (çənləri)  və  nəqliyyat  vasitələrini  yerli  şirkətlərə  vermək  məcburiyyətində  qaldılar. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə