54
öyrənir, Şərq alverində danışıqlar prosesinin dərinliklərini qavrayır və bəzən də özü xırda işlər görürdü. Məktəbi
bitirdikdən sonra onu Fransaya, Marselə fransız dilini öyrənməyə göndərdilər. Daha sonra o, Londona Kral kol-
lecinə gəldi və orada neft mühəndisi və qazma işləri texnoloqu ixtisaslarına yiyələndi. Kral kollecindəki
professor ona təklif etdi ki, təhsilini davam etdirmək üçün Fransaya getsin. Lakin atası bunu "mənasız
akademiya" adlandırıb, Qalustu Bakıya yola saldı. Ömründə görmədiyi nəhəng neft sənayesi Qalusta böyük təsir
bağışladı. Bakını tərk edərkən geri dönəcəyinə söz verdiyinə baxmayaraq, o, bir də heç zaman neft ölkəsinə
qayıtmadı. Qayıtmağa ləyaqəti də qalmamışdı. Çünki Bakı neftinə birdəfəlik sahib olmaq üçün min bir hiylə ilə
Türkiyədə və Bakıda milli münaqişə üçün xeyli vəsait ayırıb, minlərlə günahsız azərbaycanlının qanına bais
olmuşdur.
Gülbenkyan Britaniya və alman maraqlarını və daha sonra "Royyal Datç-Şell" şirkətini "Törkiş Petroleum
Kompani" şirkəti ilə bir araya gətirdi. Üzünün dediyi kimi, bu iş böyük bacarıq tələb edirdi və çox da xoşa gələn
deyildi. İngilis-fars qrupu yeni konsorsiumda 50% qazanmışdı. "Deyçe-Bank" və "Şell" isə hərəsi 25%-ə malik
idilər. Bircə Gülbenkyan qalmışdı. Uzun mübahisələrdən sonra ingilis-fars qrupu və Şell hərəsi 2,5%-ini bu
erməniyə verdilər. Cənab 5% belə doğuldu. Sazişə əsasən Osmanlı imperiyasında Gülbenkyanın razılığı
olmadan bu şirkətlər heç cür iş görə bilməzdilər.
Bakı isə XX əsrdə dünya neft istehsalının lideri kimi daxil olmuşdu. Şöhrətin zirvəsində olan Bakı şir-
kətlərinin səhmləri Avropanın mötəbər birjalarında ən nüfuzlu şirkətlərin diqqət mərkəzində olardı. Bakı neftinə
doğru can atanlardan biri də təbii ki, "Şell" idi.
Nəhayət, 1912-ci ildə Parisin "Dreyfus və Rotşild" bankına məxsus olan 80%-i, bir qədər sonra isə daha
10% "Şell"in ixtiyarına keçdi. Bakı neftinə aparan yollar "Royyal Datç-Şell"in üzünə belə açıldı. Tezliklə "Ma-
zut" cəmiyyətinə məxsus səhmlərinin də böyük bir hissəsi "Şell"in əlində cəmləşdi.
Beləliklə də, Rotşild Bakı səhnəsindən çəkildi. Bunun əsas səbəbi vardı. Birincisi, Rotşild xarici bazarda
"Standart oyl"a qarşı rəqabət apara bilmədi, daxildə isə Nobel qardaşlarının üstünlüyünü inkar etmək mümkün
deyildi. Rotşildi əvəz edən "Şell" bununla Nobel qardaşları ilə Rotşild arasında nəzərdə tutulan blok yaradılması
təhlükəsini də birdəfəlik aradan qaldırdı və əksinə, Nobellə birləşib "Standart oyl"un Bakıya girmək planlarını
xülyaya çevirdi. Bu, həmçinin Henri Deterdinqin şəxsi qələbəsi idi.
Neft yataqlarına, məhsullarına tələbat Avropada gündən-günə artırdı. Səbəbi isə məlum idi — texniki və
texnoloji sıçrayış. Bakı neftindən alınan sürtkü yağlarının keyfiyyəti ən yüksək tələblərə cavab verirdi. Bunu
"neft Napoleonu" adlandırılan Deterdinq də yaxşı bilirdi. Odur ki, tezliklə Bakı markalı sürtkü yağları ilə dünya
bazarına yol açdı.
Birinci dünya müharibəsinin başlanmasına hələ xeyli qalmış, neftin gələcək müharibədə aparıcı rol
oynayacağı artıq yaxşı məlum idi. "Neft Napoleonu" Deterdinqin adyutantı Elliot Alvesin müharibənin ilk
günlərində söylədiyi sözlər obyektiv gerçəkliyi bir daha sübut edir. O deyirdi: "Ordu da, donanma da, dünyanın
bütün qızılları və xalqları da neftə sahib olanlar qarşısında gücsüz və acizdilər". Tarix sübut etdi ki, bu,
həqiqətən belədir.
Bununla da müharibə ərəfəsində Böyük Britaniya misilsiz neft potensialına malik oldu. Bu, tədriclə
ingilis hərb gəmilərini neft yanacağına keçirməyə imkan verdi. Mütəxəssislərin fikrincə, duru yanacaq gəmilərin
döyüş qabiliyyətini 50% artırırdı.
Uinston Çerçill icma palatasına məlumat verdi ki, Deterdinq "Royyal Datç-Şell" şirkətinin bütün neft
ehtiyatlarını Britaniya taxt-tacının sərəncamına verməyə hazırdır. Döyüş gəmilərinin artıq 50%-i neft yanacağı
ilə işləyirdi. Britaniya donanması müharibəyə tam hazır idi. Dünya okeanındakı gələcək hadisələr bunu
birmənalı təsdiq etdi...
Əsrlərlə Abşeron ərazisində müxtəlif üsullarla neft əldə edilməsinə baxmayaraq, iri miqyaslı əsl neft
sənayesi XIX əsrin ikinci yarısından sonra formalaşmağa başladı. Elə sənaye ki, o qədər də böyük olmayan Bakı
şəhəri bütün dünyanın neft paytaxtına çevrildi. Qədim Abşeron torpağından püskürən neft fontanlarının əks-
sədası dünyanın ən uzaq nöqtələrində belə eşidildi. Var-dövlət qazanmaq ehtirasları gündən-günə coşurdu.
Dünyanın hər hansı ölkəsindən başlayan yol əvvəl-axır Bakıya doğru üz tuturdu. Şəhər misli görünməyən bir
qızdırmaya düçar olmuşdu. Bu neft qızdırması idi. Onun hərarəti gündən-günə yüksəlirdi. Və onun son həddinin
hansı səviyyədə olacağını heç kim bilmirdi. Əslində bilmək də mümkün deyildi. Çünki tarixi bir mərhələnin lap
başlanğıcı idi.
55
AZƏRBAYCAN NEFT SƏNAYESĠNDƏ
XARĠCĠ KAPĠTALIN ROLU
Bakı neftinin XIX əsrin axırlarında iqtisadi və strateji əhəmiyyəti get-gedə artır, o, iri kapitalist
dövlətlərinin kəskin rəqabət obyektinə çevrilirdi. Amerika və Bakı şirkətləri arasında gedən "kerosin
müharibəsi" Rusiyanın daxili bazarından Amerika məhsullarının tamamilə sıxışdırılıb çıxarılması, Avropa və
Yaxın Şərq bazarlarında Amerika kapitalının mövqeyinin zəifləməsi ilə nəticələndi. Azərbaycan neft sənayesi
hasilatın artım sürətinə görə dünyada birinci yerə çıxdı. Abşeron torpağının təkində yerləşən zəngin yataqlar,
işçi qüvvəsinin ucuzluğu və mütləqiyyət rejiminin himayədarlığı əcnəbi sahibkarlara əvvəllər xəyallarına belə
gətirmədikləri yüksək mənfəət vəd edirdi. Buna görə də Bakı həmin sahibkarları özünə cəlb etməyə başlamışdı.
Xarici kapitalın Azərbaycan neft sənayesinə nüfuz etmə formaları çox müxtəlif idi. Əcnəbi sahibkarların
buradakı şirkətlərinin fəaliyyətinə rəsmi icazə verilmiş olduqda, onlar leqal formada çıxış edir, əks halda
əvvəllər mövcud olan və Rusiya nizamnamələri əsasında təsis edilmiş əcnəbi şirkətləri satın alırdılar. Neft
sənayesinə bu cür nüfuz etmənin formalarından biri də ondan ibarət idi ki, əsas müəssisə ayrı-ayrı kiçik
şirkətləri almaq və daha böyük şirkətlərdə "İştirak sistemi" əcnəbilərin mənafelərini elə səhmdar
cəmiyyətlərində təmsil edirdi ki, həmin cəmiyyətlərin səhmlərinin müəyyən hissəsi əcnəbi cəmiyyətlərin səhm
portfellərində, yaxud neft sənayesi ilə xarici ölkələrin valyuta bazarları arasında vasitəçi kimi çıxış edən yerli
bankların nəzarət etdikləri müştərək sindikatlarda olurdu.
Qərbi Avropa nümunəsi əsasında yaradılmış iri neft sənayesi şirkətləri Azərbaycanın neft sənayesinə təsir
göstərməkdə çətinlik çəkmirdi. Onların vəziyyəti sabit, iqtisadi fəaliyyətləri rentabelli və rəqabət qabiliyyətli idi.
Həmin şirkətlərdə istehsalın təşkil səviyyəsi xeyli yüksək olduğu və onlar bütün sənayesinin mənafelərini daha
yaxşı təmsil edə bildikləri üçün çar hökuməti bu şirkətləri dəstəkləyirdi. Xarici ticarət balansının
fəallaşdırılması, valyuta şəklində gəlir əldə edilməsi çarizmin konkret məqsədlərinə və ümumi iqtisadi
siyasətinə uyğun idi.
XIX əsrin 80-ci illərində ölkədə yaranmış sosial- iqtisadi şərait Bakı neft sənayesi regionuna müdaxilə
etmək fikrinə düşmüş əcnəbi sahibkarların ürəyincə idi. Rusiyadan maliyyə naziri, borc kapitalını cəlb etmək
yolu ilə çarizmin iqtisadi siyasətini həyata keçirməyə çalışan S.Y.Vittenin dəstəyi bu planların xeyrinə sanballı
arqument idi.
90-cı illərdə Fransa Rusiyadan yeni siyasi və iqtisadi güzəştlər tələb edirdi. Bununla əlaqədar Rusiya—
Fransa münasibətləri xeyli gərginləşmişdi. Bu vəziyyətdə S.Y.Vitte İngiltərəyə müraciət etdi və bundan sonra
oradan Rusiyaya, xüsusən onun neft sənayesinə kapital axını gücləndi. Xarici kapitalın neft sənayesinə cəlb
edilməsi 90-cı illərin axırlarında Rusiyanın daxilində və dünya kerosin bazarında maye yanacağın qiymətlərinin
sürətlə artması və sənayedə güclü tərəqqi ilə bir vaxta düşdü. Avropalıların ən çox istifadə etdikləri üsul
Rusiyadakı mövcud neft sənayesi şirkətlərini və həmin şirkətlərə məxsus olan zəngin neft yataqlarını satın
almaqdan ibarət idi.
İri xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsinin tarixi ardıcıllıqlarını qeyd edərkən, öncə alman,
sonra ingilis, fransız və nəhayət Amerika kapitalını xatırlamaq lazımdır. Bakı neft sənayesində alman kapitalının
təmsilçisi İsveç təbəəsi R.Nobel və onun qardaşları haqqında kitabda ətraflı qeyd olunduğundan, bu fəsildə onlar
haqqında qeyd etmirik. Lakin onların ardınca Bakıya gəlmiş fransız kapitalının daşıyıcısı, məşhur Paris bankiri
Rotşild, ingilis kapitalının Bakıda yerləşdirilməsində xüsusi xidməti olan Ceyms Vişaunun və amerikalı tü-
kənməz kapital sahibi Rokfellerin rəhbərlik etdikləri maliyyə-sənaye qrupları haqqında məlumat alacaqsınız.
Azərbaycanda ən güclü fəaliyyət göstərən ingilis kapitalistlərindən ibarət üç qrup yeni səhmdar şir-
kətlərinin təşkil edilməsi və neft müəssisələrinin satın alınması ilə məşğul idi. Bu qruplardan birinin rəhbəri
İngiltərə bankının direktoru E.Qubbard, digər iki qrupun rəhbərləri A.Stüart və F.Leyn idilər. Həmin qruplar
əsasən Azərbaycanın neft sənayesi ilə bağlı çox geniş planlar işləyib hazırlamışdılar. E.Qubbardın başcılıq
etdiyi, Q.Uladstonun, D.Kistonun, Ç.Murun, B.Consonun, həmçinin K. və V. Vernerlərin daxil olduğu qrup
1897-ci ilin sentyabr ayında Rusiyanın bir sıra şəhərlərində H.Z.Tağıyevin şirkətinə məxsus olan mədənləri,
kerosin yağı və sulfat turşusu zavodlarını, neft boru kəmərini, neftdaşıma donanmasını, dəmir yol sisternləri
parkını, eləcə da kerosin-mazut anbarlarını 5 milyon rubla almağa müvəffəq oldu. İngiltərə bankının direktoru
E.Qubbard Rusiyanın maliyyə naziri Y.Vitteyə ünvanlanmış 10 aprel 1898-ci il tarixli məktubunda bu məsələ
ilə əlaqədar yazmışdı: "... c-b Tağıyevin müəssisəsinin xarakteri ilə tanış olduqdan sonra biz həmin müəssisəni
almaq barədə onunla müqavilə bağladıq. Əlbəttə, İngiltərə şirkətinin fəaliyyəti üçün xüsusi icazə istəmək yalnız
həmin şirkət həqiqətən yaradılandan sonra mümkündür. Biz bu cür icazə alana qədər öz hərəkətlərimizi Rusiya
qanunları ilə uyğunlaşdırmaq üçün zəruri olan bütün işləri görmüş və aldığımız bütün daşınmaz əmlakın Rusiya
təbəəsi, Sankt-Peterburq şəhərinin fəxri vətəndaşı olan dostumuz Ceyms Vişaunun adına keçirilməsi barədə
sərəncam vermişik...". "Göstərilən şirkət üçün Tağıyevin müəssisələrini almış Vişau"nun adı başqa bir sənəddə
də göstərilir. Görəsən, ingilislər nəyə görə D.Vişaunun vasitəçiliyindən istifadə etməli olmuşdular. İş
burasındadır ki, 1893-cü ildə nəşr edilmiş dağ-mədən nizamnaməsinin 547-ci maddəsinin 1-ci bəndinə müvafiq
olaraq, əcnəbi cəmiyyətlərə icazə verilirdi ki, onlar "Qafqaz" diyarında neftli torpaqlardan istifadə etmək və ya